Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 173 ____________________________ 
göstərən  cəmi  işçi  heyəti  nəzərdə  tutulur)  tipik 
kişik 
informasiya  sistemləri  xidmətində 
ITIL/ITSM  ikili  rol  oynayır: 
bir tərəfdən, informasiya sistemləri xidmətinin idarə edilməsinə 
informasiya texnologiyalari  servislərinin  idarə  edilməsi  kimi 
yanaşmanın  ardıcıl  tətbiqini  təmin  edir,  digər  tərəfdən  isə, 
informasiya  sistemləri  xidməti  məsələlərini  və  bunlara 
cavabdeh əməkdaşları qeydiyyata alır. İşçilərinin sayından asılı 
olmayaraq,  informasiya  sistemləri  xidməti  servislər  təqdim 
etmək,  servisləri  müşayiət  etmək,  əsas  biznesə  inteqrasiya 
olunmaq,  proqram  əlavələrini  idarə  etmək  və  informasiya 
texnologiyalari  infrastrukturunu  idarəetmək  məsələlərini  həll 
etməlidir. Bu halda azsaylı işçilərin çoxsaylı rollarda çıxış etməsi 
sayəsində  minimal  formalaşdırılmış  proseslər  şəraitində 
idarəetməyə  xidmət  məsələlərinin  həlli  mümkün  olur.  Bu 
variantda  informasiya  sistemləri  xidmətinin  proqram  təminatı 
standart ofis paketlərindən ibarət olur. 
Növbəti səviyyə formallaşdırılmış proseslər səviyyəsidir ki, 
bu  səviyyədəki  tipik  informasiya  sistemləri  xidməti  10-30 
nəfərlik olur. Bu halda informasiya  sistemləri xidmətində əsas 
rolların  ifasını  yazılı  qeydiyyata  alan  və  tənzimləyən  daxili 
siyasət meydana gəlir. Bu səviyyədə istifadə edilən 
ITIL/ITSM 
modelində  servisin  səviyyəsi  barədə  formal  müqavilə  mövcud 
olur.  Bu  səviyyənin  proqram  təminatı  işçi  stansiyanın  idarə 
edilməsini təmin edən ixtisaslaşdırılmış proqram təminatıdır.  
Nəhayət,  yüksək  səviyyə  -  avtomatlaşdırılmış  biznes-
proseslər  səviyyəsidir  ki,  bu  səviyyədəki  tipik  informasiya 
sistemləri  xidməti  30  nəfərdən  çox  işçi  ilə  təmsil  olunur.  Bu 
səviyyədəki  informasiya  sistemləri  xidmətinin  fəaliyyəti 
korporativ  şəbəkənin  təhlilini,  müştəri  işçi  yerlərindəki 
avadanlıqlar  və  proqram  təminatı  və  bu  təminatın  idarə 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 174 ____________________________ 
edilməsi  barədə  verilənlərin  yığılmasını  təmin  edən 
ixtisaslaşdırılmış proqram təminatı olmadan mümkün deyildir. 
 
SERVİSİN SƏVİYYƏSİ BARƏDƏ MÜQAVİLƏ - 
İNFORMASİYA TEXNOLOGİYALARI SERVİSLƏRİNİN 
İDARƏ EDİLMƏSİNİN 
TƏMƏLİ KİMİ  
 
ITIL/ITSM  proseslərinin  sadə  təsvirinə  əsasən  belə  bir 
yanlış  nəticəyə  gəlmək  olar  ki,  servisin  səviyyəsi  barədə 
müqavilə  (razılaşma)  sənədi  o  qədər  də  əhəmiyyətli  sənəd 
deyildir. Halbuki informasiya  sistemləri  xidməti  ilə  biznes-
bölmələrin  qarşılıqlı  münasibətlərinə  bazar  və  kvazibazar 
xarakterini  məhz  servisin  səviyyəsi  barədə  müqavilə  sənədi 
verir.  Buna  görə  də  bu  sənəd  informasiya texnologiyalari 
servislərinin  idarə  edilməsinin  mərkəzi  sənədinə  çevrilir. 
İnformasiya  sistemləri  xidmətinin  gündəlik  fəaliyyəti  müxtəlif 
funksional  bölmələrlə  bağlı  olduğundan  birqiymətli  deyildir. 
Belə ki: 

 
Servisin səviyyəsini və əlçatanlığını son istifadəçi bir cür, 
müşayiətedici 
xidmətin 
mühəndisi 
başqa 
cür 
qiymətləndiri; 

 
Yeni  informasiya  sistemlərinin  tətbiqi  nəticələri  son 
istifadəçilərin  tələblərinə  cavab  vermək  baxımından 
qiymətləndirildiyindən, birqiymətlilik mümkün olmur; 

 
Nəticələrin xərclərə uyğunluğunun qiymətləndirilməsi də 
informasiya şöbəsində bir cür, maliyyə şöbəsində başqa 
cür olur. 
Bu  fərqlər  aradan  qaldırıla  bilən  deyildir.  Çünki  bu, 
maraqların  üst-üstə  düşməməsi  obyektiv  hadisədir.  Lakin 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 175 ____________________________ 
idarəetmə 
baxımından 
bu 
fərqi 
minimumlaşdırmaq 
mümkündür. Bunun üçün aşağıdakı 2 şərtə əməl edilməlidir:  
1.
 
İnformasiya sistemləri xidməti fəaliyyətinin nəticələrini 
qiymətləndirmək  üçün  daha  yaxşı  formalaşdırılmış 
kriteri seçilməlidir; 
2.
 
İnformasiya sistemləri xidməti fəaliyyətinin nəticələrini 
qiymətləndirməkdən  ötrü  prosesin  bütün  iştirakçıları 
üçün qeyd-şərtsiz  məcburi  olan  eyni  cür  prosedurlar 
təyin edilməlidir. 
 
      
  
 
 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 176 ____________________________ 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 177 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN 
NƏTİCƏLİLIİYİNİN ÖLÇÜLMƏSİ 
 
İnformasiya  sistemləri  xidməti  fəaliyyətinin  nəticələrinin 
ölçülməsi 
nəticəliliyin  açar  göstəriciləri  (NAG)  sisteminə 
əsaslanır.  Nəticəliliyin  açar  göstəriciləri  sistemi  4  sahənin 
göstəricilərini əhatə edir: 

 
M
aliyyə  göstəriciləri  –  səhmdarlar  (aksionerlər)  bizə 
necə  baxırlar?  Bu  göstəricilər  informasiya  sistemlərinin 
biznesə  tətbiqi  nəticələrini  informasiya  xidmətinin 
büdcəsi  ilə  müqayisə  edir.  Buraya:  İnformasiya 
texnologiyaları  servislərinin  maya  dəyəri,  informasiya 
sistemlərindən  istifadənin  icmal  maliyyə  nəticələri 
(İNTEX  servislərinin  tətbiqindən  gələn  gəlir  minus 
servislərin maya dəyəri) və s. göstəricilər aiddir. 

 
S
atış  göstəriciləri  –  müştərilər  (istifadəçilər)  bizə  necə 
baxırlar?  Bu  göstəricilərə:  istifadəçilərin  məmnunluğu, 
servislərin  öz  vaxtında  təqdim  edilməsi,  servislərin 
istehlak qiymətliliyi aiddir. 

 
İnformasiya  sistemləri  xidmətinin  daxili  prosesləri  – 
xidmətin  özü  özünə  necə  baxır?  Bu  göstəricilər  işlərin 
və  informasiya  sistemləri  xidməti  proseslərinin 
keyfiyyətini  qiymətləndirir.  Məsələn,  uğurlu  layihələrin 
xüsusi  çəkisi  (ədədlə  miqdarı  və  büdcə  həcmi), 
informasiya  sistemləri  xidmətinin  əsas  proseslərinin 
kamillik dərəcəsi və s. bu qəbildəndir. 

 
Ö
yrətmə  və  innovasiyalar  –  gələcəkdə  dəyəri  necə 
yaradacaq  və  artıracağıq?  Bu  göstəricilər  informasiya 
sistemləri xidməti əməkdaşlarının biliyini və informasiya 
sistemlərinin  texniki  səviyyəsini  qiymətləndirir.  Buraya: 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə