İQTİSADİ İNFORMATİKA
________________________87________________________
KOMPÜTERİN TƏŞKİLİ VƏ
FƏALİYYƏTİ
KOMPÜTERİN ƏSAS QURĞULARI VƏ
ARXİTEKTURASI
KOMPÜTERİN ÜMUMİ ARXİTEKTURASI
Arxitektura dedikdə, kompüteri təşkil edən qurğular,
onların qarşılıqlı əlaqələri və bu əlaqələrin qurulması
qaydaları çoxluğu nəzərdə tutulur. Başqa sözlə,
arxitektura dedikdə, kompüterin quruluşu, ayrı-ayrı
qurğularının xarakteristikaları, yaddaşa və xarici qurğulara
müraciət üsulları, maşın əmrləri sistemi, əmrlərdə istifadə
edilən verilən formatları və s. ön plana çəkilir.
Kompüterin əsas qurğuları prosessor və yaddasdır.
Kompüterin hesablama imkanı məhz bu iki qurğunun
qarşılıqlı fəaliyyəti ilə təyin olunur. Verilənləri
prosessordan yaddaşa və əksinə ötürən rabitə xətlərinə
şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan şini, idarə
şini və qidalanma (cərəyan) şini. Kompüter qurğularını
əlaqələndirən şin ümumi şin adlanır. Bundan əlavə,
köməkçi şinlər də vardır ki, bunlara da lokal şinlər deyilir.
Kompüter bloklarını birləşdirən rabitə sistemi
maşındaxili sistem interfeysi adlanır.
Prosessor külli miqdarda elektron mikrosxemlərin
mikroskopik həcmdə cəmləşdirildiyi bir qurğudur.
Dünyada prosessor qədər mürəkkəb qurğu yoxdur.