Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə19/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________86________________________ 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________87________________________ 
 
KOMPÜTERİN TƏŞKİLİ VƏ 
FƏALİYYƏTİ 
 
KOMPÜTERİN ƏSAS QURĞULARI VƏ 
ARXİTEKTURASI 
 
KOMPÜTERİN ÜMUMİ ARXİTEKTURASI 
 
Arxitektura dedikdə, kompüteri təşkil edən qurğular, 
onların  qarşılıqlı  əlaqələri  və  bu  əlaqələrin  qurulması 
qaydaları  çoxluğu  nəzərdə  tutulur.  Başqa  sözlə, 
arxitektura  dedikdə,  kompüterin  quruluşu,  ayrı-ayrı 
qurğularının xarakteristikaları, yaddaşa və xarici qurğulara 
müraciət üsulları, maşın əmrləri sistemi, əmrlərdə istifadə 
edilən verilən formatları və s. ön plana çəkilir. 
Kompüterin  əsas qurğuları prosessor və yaddasdır. 
Kompüterin  hesablama  imkanı  məhz  bu  iki  qurğunun 
qarşılıqlı  fəaliyyəti  ilə  təyin  olunur.  Verilənləri 
prosessordan  yaddaşa  və  əksinə  ötürən  rabitə  xətlərinə 
şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan şini, idarə 
şini  və  qidalanma  (cərəyan)  şini.  Kompüter  qurğularını 
əlaqələndirən  şin  ümumi  şin  adlanır.  Bundan  əlavə, 
köməkçi şinlər də vardır ki, bunlara da lokal şinlər deyilir. 
Kompüter  bloklarını  birləşdirən  rabitə  sistemi 
maşındaxili sistem interfeysi adlanır.  
Prosessor  külli  miqdarda  elektron  mikrosxemlərin 
mikroskopik  həcmdə  cəmləşdirildiyi  bir  qurğudur. 
Dünyada  prosessor  qədər  mürəkkəb  qurğu  yoxdur. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________88________________________ 
 
Kompüter 
sənayesinin 
tərəqqisi 
prosessorun 
təkmilləşdirilməsi  (icra  edilən  funksiyaların  artırılması, 
həcmin  kiçildilməsi,  əməliyyat  sürətinin  artırılması,  iş 
etibarlılığının yüksəldilməsi) ilə bağlıdır. 
Nisbətən  daha  cəld  yaddaş  növü  olan  prosessor 
registrləri prosessorun daxilində yerləşir. 
Müasir  kompüterlər  açıq  sistem  ideologiyası  ilə 
yaradılır. Yəni, kompüter qurğuları kifayət qədər sərbəst 
fəaliyyət  göstərən  müəyyən  funksiyalar  icraçılarıdır. 
Qurğuları  bir-birinə  qoşan  hissə  həmin  qurğunun 
interfeysi adlanır. İnterfeysin reallaşdırdığı qayda protokol 
adlanır.  Bəzən  interfeys  dedikdə,  qoşqu  ilə  yanaşı,  həm 
də  protokol  nəzərdə  tutulur.  Eyni  qurğu  üçün  bir  neçə 
protokol  ola  bilər.  Kompüter  daxilindəki  rabitə 
kanallarında siqnallar yalnız rəqəm formasında, 1 və 0-ları 
kodlaşdıran impulslar şəklində ötürülür. 
Müxtəlif  cür  periferiya  qurğuları  mövcuddur.  Fərdi 
kompüterin  periferiya  avadanlığına:  klaviatura,  maus, 
skaner,  manitor,  printer,  plotter  (qrafquran),  vinçester, 
diskovod, 
CD-ROM,  səsucaldan,  şəbəkə  çıxışı  aiddir. 
Kompüterin  qurğuları  şinə  kontroller  və  ya  adapter 
vasitəsilə  qoşulur.  Kontroller  və  adapterlərin  öz 
prosessoru  vardır.  Yəni,  bunlar  faktiki  ixtisaslaşdırılmış 
mikrokompüterlərdir. 
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter 
cərəyana  qoşulan  kimi  bütün  lazımi  informasiyanın  üzü 
vinçesterdən operativ yaddaşa köçürülür. 
 
  
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________89________________________ 
 
OPERATİV YADDAŞ 
 
Operativ  yaddaş,  əslində,  daxili  ünvanlaşdırılmış 
yaddaşdır.  Operativ  yaddaş  bəzən  birbaşa  müraciət 
yaddaşı  (
RAM  -Random  Access  Memory)  da  adlanır. 
Kompüterlərin  həm  də  sabit  yaddaşı  olur.  Yalnız 
informasiya oxumaq üçün olduğundan, buna 
ROM (Read 
-
Only Memory) deyilir. 
 
 
Operativ yaddaş 
 
Aralıq  nəticələr  də  operativ  yaddaşda  saxlanır. 
Kompüterin  məhsuldarlığı  həm  də,  operativ  yaddaşın 
sürətindən  asılıdır.  Odur  ki,  kompüterin  inkişafının  əsas 
istiqamətlərindən  biri  də  operativ  yaddaşın  işləmə 
sürətinin 
artırılmasından 
ibarətdir. 
Elektromaqnit 
mahiyyətli  olduğundan,  kompüter  sönən  kimi  operativ 
yaddaşdakı informasiya pozulur. Buna görə də kompüter 
söndürülməzdən  əvvəl  operativ  yaddaşdakı  informasiya 
maqnit mahiyyətli vinçesterə köçürülür.  
Sabit  yaddaş  (
ROM)  kompüteri  hazır  vəziyyətə 
gətirmək  üçündür.  Burada  işə  başlama  proqramları,  o 
cümlədən, əməliyyat sistemini (ƏS) yükləyən proqramlar, 
giriş-çıxış baza sistemi 
(BİOS- Base İnput Output System) 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________90________________________ 
 
və  diaqnostika  proqramları  saxlanır.  Sabit  yaddaşın 
məzmunu  dəyişməzdir.  Bəzi  sabit  yaddaş  növlərinin 
məzmununu dəyişdirmək mümkündür. 
Fərdi  kompüterdə  operativ  yaddaş  ana  plataya 
əlahiddə  qurğu  kimi  qoşulur.  Operativ  yaddaş  triggerlər 
sırasından ibarətdir. Trigger yalnız 2 vəziyyətdə (0 və 1) 
ola bilən elektron qurğudur. Sabit yaddaşda isə 1 və 0-lar 
inteqral  sxemlər  şəklində  hazırlanmışdır.  Buna  görə  də 
cərəyan  kəsiləndə  operativ  yaddaşın  məzmunu  pozulur, 
sabit yaddaşınkı pozulmur. Yaddaşla prosessor arasındakı 
informasiya  mübadiləsinin  sürəti  yaddaşın  sürətini 
müəyyən edir. Prosessor hesablama nəticələrini registrə, 
oradan da operativ yaddaşa ötürür. Operativ yaddaşdakı 
informasiya  da  əvvəlcə  registrə,  sonra  prosessora 
ötürülür.  
Xarici  yaddaş  (Vinçester)  praktiki  olaraq  hüdudsuz 
həcmə malik ucuz yaddaşdır. Operativ yaddaşın sürətini 
artırmaq üçün keş-yaddaşdan istifadə edilir. Keş-yaddaş 
prosessorla operativ yaddaş arasında yerləşir. 
Mərkəzi prosessor.  Bu,  informasiyanı emal  edən 
qurğudur.  Operativ  yaddaşa  gətirilmiş  maşın  proqramı 
prosessorun başa düşəcəyi əmrlər ardıcıllığı olduğundan, 
prosessor həmin əmrləri növbə ilə yerinə yetirir. Əmrdə 
göstərilir  ki,  ilkin  verilən  haradan  götürüləcək,  üzərində 
hansı 
əməliyyat 
aparılacaq, 
nəticə 
haraya 
yerləşdiriləcəkdir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə