Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

E L E K T R O N
  B I Z N E S
 
alındığından,  məhsul  və  ya  xidmətlərin  satınalmaları  ilə  bağlı  qaimə 
xərclərinin azaldılması müəssisə miqyasında böyük əhəmiyyət kəsb edir. 
Müxtəlif  sənaye  sahələrini  təmsil  edən  aparıcı  şirkətlərin  çoxu 
satınalmaların elektron idarə edilməsindən istifadəyə üstünlük verirlər. 
Satınalmaların 
elektron 
idarə 
edilməsinin 
təşkili 
üzrə 
məsləhətçi-konsaltinq  xidməti  göstərməyə  başlayan  ilk  şirkətlərdən  biri 
PriceWaterhouseCoopers  şirkəti  olmuşdur.  Hal-hazırda  bu  şirkət  elektron 
biznesin  qlobal  miqyasda  inkişaf  etdirilməsi  təşəbbüsü  ilə  çıxış  edərək 
dünyada satınalmaların idarə edilməsinin avtomatlaşdırılması üzrə fəaliyyət 
göstərən bütün layihələşdiricl 
qurumlarla  sıx 
münasibətlər
 
qurmağa 
çalışır. 
Satınalmaların 
elektron 
idarə 
edilməsi 
sisteminin 
qurulması xərclərinin 
azaldılması  məqsədilə bir-neçə sifarişçi 
birləşə bilir. Bu sistemin hər bir sifarişçi üçün ucuz başa gəlməsindən ötrü 
hərə öz malgöndərənini sistemə daxil edərək qalan sifarişçilər üçün seçim 
imkanını  genişləndirirlər.  Bir-biri  ilə  kooperasiya  əlaqəsinə  girməklə 
müəssisələr birgə sifariş hazırlayıb müəyyən güzəştə nail ola bilirlər. 
Satınalmaların 
elektron 
idarə 
edilməsi 
sisteminin 
tətbiqində insan amili vacib rol oynayır. Sistemin gerçək xeyir gətirməyə 
başlaması  üçün  elə  şərait  yaradılmalıdır  ki,  əməkdaşların  bu  sistemdən 
istifadə  edilməsinə  marağı  olsun.  Xüsusən  də  lazımi  məhsul  və  xidmət 
göndəricilərinin "seçim" ənənəsinin kristallaşdığı hallarda bu, daha böyük 
əhəmiyyət daşıyır. Satınalmaların elektron idarə edilməsi sistemi özlüyündə 
müəssisədə birbaşa xərclərin azaldılmasını təmin etmir, bu sistem yalnız 
menecerlərin fəaliyyətinə və qəbul 
5 4  


E L E K T R O N
  B I Z N E S
 
etdikləri  qərarlara  nəzarət  etmək  alətidir.  Alətdən  istifadənin  səmərəliliyi 
rəhbərliyin bu istiqamətdə həvəsləndirmə bacarığından çox asılıdır. 
Hal-hazırda  satınalmaların  elektron  idarə  edilməsi  3  əsas  sinfə 
bölünür: 
1.
 
Elektron kataloqlar və məlumat aqreqatorları sistemi; 
2.
 
Qarşılıqlı, müqabil sifarişlər axtarışı sistemi; 
3.
 
Elektron tender sistemi. 
Tipik kataloq malgöndərənlərin məhsullarını toplu halda birləşdirir və 
alıcıya imkan verir ki, müəyyən kriterilər üzrə lazımi məhsulu və ya xidməti 
qlobal  axtarış  tətbiq  etməklə  tapa  bilsin.  Bir  qayda  olaraq,  kataloq  bu 
sahədə  ixtisaslaşdırılmış  şirkət  tərəfindən  yaradılır  və  aktual  vəziyyətdə 
saxlanır ki, buna da universal müştəri olan brauzerin köməyi ilə İnternet 
infrastrukturundan istifadə etməklə müraciət edilir. Satınalmaların elektron 
idarə  edilməsi  texnologiyasından  istifadə  edən  müəssisələr  elektron 
kataloqa  abunəçi  olaraq  sözügedən  sistemin  yaradılması  və  istismarı  ilə 
bağlı  xərclərdən  imtina  etmək  imkanı  qazanır.  Bu  müəssisələr  yalnız 
provayder  xidmətinə  və  kataloqa  müraciət  edilməsinə  ödənişlər  edir.  Bu 
variantda alıcılar daha geniş seçim İmkanı qazanmaqla satıcıları daha kəskin 
rəqabət mühitinə salırlar. 
Şirkətlərin  mövcudluğunun  birinci  mərhələsində  informasiya 
vasitəçiləri öz xidmətlərinə tələbin ən yüksək səviyyəyə çatmasına çalışırlar. 
Kontragentlər  (Kontragent  -  müqavilə  üzrə  müəyyən  təəhhüd  (öhdəlik) 
götürən  şəxs  və  ya  idarə)  elektron  kataloqu  dəstəkləyən  informasiya 
serverində nə qədər çox saziş bağlayırlarsa, server sahibləri bir o qədər çox 
gəlir əldə edirlər. İnformasiya vasitəçilərinin xidmətlərindən istifadə etmək 
istəyən istifadəçilərin sayı artdıqca, xüsusi 
5 5  


E L E K T R O N
  B I Z N E S
 
"multiplikator  effekti"  yaranır.  Belə  ki,  şirkət  daha  çox  sifarişçi  və 
malgöndərənin diqqət mərkəzinə düşür. İstifadəçilərin "böhran kütləsi"nin 
(yəni maksimal İstifadəçi kütləsinin) meydana çıxması şirkətin informasiya 
vasitəçilərinə çəkdiyi xərcin ən yüksək səviyyəsi ilə xarakterizə edilir. 
İnformasiya serveri və ya verilənlər aqreqatoru yaradıb kommersiya 
dövrüyyəsinə  buraxan  şirkətin  məqsədi  hədəf-alıcı  qruplarına  və 
malgöndərənlərə  yaxın  yerlərdə  kataloqlar  toplusu  yığan  universal 
mağazalar  tikməkdən  ibarətdir.  Verilənlər  aqreqatorları  kiçik  biznes 
sferasındakı  satıcıları  geniş  alıcı  kütləsinə  qovuşdurur.  Digər  tərəfdən, 
aqreqatorlar kiçik müəssisələrdən olan alıcıları birləşdirərək onların alıcılıq 
qabiliyyətini  artırır.  Çünki  iri  mal  partiyalarının  alqı-satqısında  müəyyən 
güzəştlər  nəzərdə  tutulur.  Verilənlər  aqreqatorları ilə  əlaqəsi  olan  alıcılar 
çoxsaylı dlstribüterlərlə (malpaylayanlarla) kontakt yaratmaq əziyyətindən 
və  xərcindən  azad  olurlar.  Bu  aqreqatorlardan  istifadə  marjı  (qiymət 
əlavəsi) 5-15% təşkil edir. 
Qarşılıqlı,  müqabil  sifarişlər  axtarışı  sistemləri  müəyyən  əmtəələrə  və 
müəyyən  qiymətli  əmtəələrə  sifarişləri  toplayıb  hər  bir  satıcıdan  hər  bir 
tapılmış alıcıya görə haqq alırlar. Elektron kataloqlu informasiya serverləri 
satdıqları  əmtəələrə  maıj  müəyyən  edirlər.  Bu  da,  mahiyyətcə,  ənənəvi 
distribüter sxemidir. Məsələn, kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmış 
DirectAg.com  cerverinin  matjı  10-30%  təşkil  edir  ki,  bu  da  ənənəvi 
distribüter əlavələrinə müvafiqdir. Fərq burasındadır ki, ənənəvi distribüter 
yalnız bir-neçə istehsalçının məhsulunu yayırsa, DlrectAg.com serveri daha 
böyük seçim imkanı verir. Bu serverlə işləyən fermerlər adi distribüterlərlə 
işləyənlərə nisbətən daha böyük güzəşt əldə edirlər. 
5 6  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə