Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

E L E K T R O N
  B I Z N E S
 
Elektron biznesin məhək daşı olan məhsul və xidmətlərin satıcısı ilə 
alıcısının  bir-birinə  yaxınlaşdırılması  biznes-partnyora  yönəlik  iqtisadi 
fəaliyyət modelinin əsasını təşkil edir. Əlavə dəyər zəncirinin idarə edilməsi 
biznes ölçüsünün eksponenslal artımını təmin etmək üçün həmin zənciri 
formalaşdıran  iştirakçıların  sayının  artırılmasına  yönəldilir.  Əlavə  dəyər 
zəncirinin  birgə  formalaşdırılması  texnologiyası  ilə  bağlı  olan 
biznes-partnyorun informasiya resurslarına gündəlik və kəsiiməz əlçatanlıq 
yainız İnternet vasitəsilə mümkündür. 
İnformasiya  fəzasında  əlavə  dəyər  zəncirinin  formalaşmasında 
iştirak  edən  təşkilat  və  ya  firmalarla  səmərəli  və  uzunmüddətli  iqtisadi 
münasibətlər 
yaradılmasına 
yönəlik 
iqtisadi 
fəaliyyət 
sahəsi 
biznes-partnyora yönəlik elektron biznes {Business to Business - B2B) adlanır. 
İqtisadi  fəaliyyət  İştirakçılarının  sayının  əhəmiyyətli  dərəcədə 
artırılması və onun əsas hissəsinin informasiya fəzasına keçirilməsi biznesin 
təşkilinin təhlükəsizliyi məsələsinin yeni məzmun almasına gətirib çıxarır. 
Yenilik, ilk növbədə, burasındadır ki, təhlükəsiz informasiya infrastrukturu 
elektron  biznesin  aparılmasının  ən  kəskin  amilinə  çevrilir.  Təhlükəsizliyin 
təmin  edilməsi  mexanizmlərinin  prinsipial  xüsusiyyəti  odur  ki,  burada 
iqtisadi fəaliyyətin çox iştirakçıları fiziki kontakt subyekti deyildir. Bundan 
əlavə, müəyyən şərtlər daxilində məhsul və ya xidmət göndərilişi prosesi və 
ödəmələrin  təşkili  satıcı  və  alıcının  bilavasitə  kontaktı  (iştirakı)  olmadan 
həyata  keçirilə  bilir.  İnformasiya  infrastrukturunun  təhlükəsiz  və  etibarlı 
fəaliyyət göstərməsi elektron biznes üçün Qədim dünyada və Orta əsrlərdə 
mövcud olmuş ticarət yollarının istismarı şərtlərinə bənzər rol oynayır. 
1 0  


E L E K T R O N
  B I Z N E S
 
İqtisadi  fəaliyyətin  həyata  keçirildiyi  elektron  biznes  informasiya 
mühitinin  yüksək  sürətlə  dəyişilməsi  İlə  xarakterizə  olunur.  Biznesin 
aparıldığı  informasiya  mühitinin  yüksək  sürətlə  dəyişilməsi  müxtəlif 
funksional  (iqtisadi,  hüquqi,  təşkilat!  və  texnoloji)  səviyyələrdə 
təhlükəsizliyin  idarə  edilməsi  üzrə  iştirakçıların  bütün  fəaliyyətlərinin 
əlaqələndirilməsini tələb edir. 
Cəmiyyətin  təkamülünün  hər  bir  növbəti  həlqəsi  həmişə  yeni 
şəraitdə  işləmək  üçün  alətlərin  kəşfi  ilə  nəticələnmişdir.  Bu  baxımdan, 
İnternet - kiberfəzada iqtisadi fəaliyyət göstərmək üçün istifadə edilən yeni 
alətdir. İnternetin informasiya texnologiyaları bazasında biznesin yeni, daha 
səmərəli  aparılması  modellərini  reallaşdırmaq  imkanları  yaranmışdır  ki, 
bunlar da, öz növbəsində, kiberfezanın informasion infrastrukturuna təsir 
göstərir. 
İQTİSADİ FƏALİYYƏT SUBYEKTLƏRİNİN İNFORMASİON 
İNFRASTRUKTURUNUN DƏYİŞİLMƏSİ 
İqtisadi fəaliyyətin həyata keçirilməsinin təsəvvür edilən formalarına 
və  metodlarına  İnternetin  təsiri  mövcud  informasion  infrastrukturdan 
istifadə  edilməsi  İlə  məhdudlaşmır.  Əksinə,  iqtisadi  fəaliyyətin  mövcud 
informasiya  təminatı  vasitələri  biznesin  aparılması  texnologiyasına  köklü 
təsir göstərir. Biznes-modellər dəyişilir, biznes-proseslərə yenidən baxılır, 
yeni korporativ mədəniyyət formalaşır. Biznes- partnyorlarla və müştərilərlə 
münasibətlər yeni, daha yüksək səviyyəyə keçir. 
İqtisadi  fəaliyyətin  çox  sərt  şərtlərində  daim  artan  rəqabət  3-cü 
minilliyin başlanğıcından etibarən biznesin 
1 1  


E L E K T R O N
  B I Z N E S
 
informasiya  təminatı  məsələsini  bir  nömrəli  həyativacib  məsələyə 
çevirmişdir. İqtisadi fealiyyətin həyata keçirilməsi üçün biznes-proseslərin 
əlçatanlıq  xərclərinin  səmərəliliyi  və  məqsədəuyğunluğu  baxımından, 
informasiya 
bu prosesin bütün iştirakçıları üçün birinci dərəcəli əhəmiyyət 
kəsb edir. Həm müəssisənin bütün idarəetmə səviyyələrində çalışan işçilər, 
həm  də  xarici  strukturların  bütün  tipləri  -  müştərilərdən  qanunçuluq 
nəzarətini həyata keçirən dövlətədək - informasiya mübadiləsi proseslərinin 
fəal iştirakçılarına çevrilirlər. 
Müəssisənin  inkişaf  dinamikası  zamanın  tələbinə  uyğun  olmalıdır. 
Uğur  qazanan  müəssisələrin  əksəriyyəti  üçün  müvafiq  səviyyə 
menecerlərinin  həftələrlə,  aylarla  hazırlanan  hesabatlar  əsasında  taktiki 
idarəetmə 
və 
strateji 
planlaşdırma 
məsələləri 
həll 
etməsi 
qeyri-mümkündür.  Müəssisə  fəaliyyətinin  bu  və  ya  digər  aspektini 
xarakterizə  edən  informasiyanın  operativ  qaydada  alınması  imkanının 
mövcudluğu həyativacib zərurətdir. 
Müəssisənin  fəaliyyət  göstərməsi  üçün  lazım  olan  informasiyanın 
alınmasının ənənəvi kanalları yaxın vaxtlaradək telefondan, poçtdan, kütləvi 
İnformasiya  vasitələrindən,  yəni,  televiziyadan,  dövrü  mətbuatdan, 
radiodan  ibarət  olmuşdur.  Telefon  əsasən  operativ  idarəetmə  vasitəsi 
sayılmış, ən vacib parametrlərin qiymətləri barədə yığcam informasiya və 
yığcam  idarəedici  təsirlər  ötürücüsü  kimi  istifadə  edilmişdir.  Poçt 
müəssisənin fəaliyyət göstərməsi üçün lazım olan sənədlərin çatdırılması və 
digər strukturlarla qarşılıqlı sənəd mübadiləsi etmək, səhmdarlara və dövlət 
orqanlarına illik hesabat təqdim edilməsi, filiallardan transmilli şirkətin baş 
qərargahına rüblük hesabatların ötürülməsi, məhsulların kataloqlarının və 
xidmətlərin prays-vərəqlərinin yayımlanması üçün istifadə 
1 2  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə