Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

E L E K T R O N   B İ Z N E S  
edilirdi.  Televiziya  və  digər  kütləvi  informasiya  vasitələri  əsasən  reklam 
kanalı kimi istifadə edilmişdir. 
Ötən əsrin 90-cı illərinin ortalarından aydın olmağa başladı ki, qlobal 
kompüter  şəbəkəsi  olan  İnternet  nəinki  təkcə  müvafiq  informasiyanın 
alınması üçün sadəcə alternativ kanaldır, həm də iqtisadi cəhətdən özünü 
doğruldan  alternativdir.  Müasir  informasiya  texnologiyalarının  tətbiqinin 
müəssisə və təşkilatlar üçün rəqabətqabiliyyətini təyin edən amil kimi dərk 
edilməsi faktı telekommunikasiya xidmətlərinin təklif edildiyi bazarda böyük 
gərginlik yaratmışdır. Yaxın zamanlaradək çoxları tərəfindən baha oyuncaq 
hesab  edilən  IBM  PC  bütövlükdə  sənayenin  görünüşünü  dəyişdirdi.  Yeni 
telekommunikasiya infrastrukturu  yaratmaq  sahəsində  işləyən  şirkətlərin 
investisiya  cazibədarlığı  günbəgün  güclənərək  bu  sahəyə  yönələn 
irimiqyaslı  vəsaitin  son  ünvanına  çevrildi.  Bunun  nəticəsində  yeni  nəsil 
informasiya  İnfrastrukturu  kommersiya  təməli  üzərində  İnkişaf  etməyə 
başladı. Rəabət və yüksək investisiya cazibədarlığı iqtisadi fəaliyyət üçün 
lazım olan informasiyanın əldə edilməsi kanalı kimi İnternet infrastrukturu 
və texnologiyalarından istifadə edən müəssisə və təşkilatların sayının böyük 
sürətlə artmasına səbəb oldu. Bu proseslə paralel olaraq dövlət orqanları və 
ictimai  təşkilatlar  tərəfindən  profil  üzrə  fəaliyyətin  xərclərini  azaltmaq 
məqsədi İlə yeni Informasion infrastrukturdan istifadə edilməsi prosesləri 
də inkişaf etməyə başladı. Fəal vətəndaşların, seçicilərin və ictimai təşkilat 
üzvlərinin  müvafiq  imicinin  formalaşdırılması  da  yeni  texnologiya  üzərinə 
keçirildi. 
QEY!>. Texnologiya (yunanca Tcxvn - incəsənət, ustalıq, məharət; ÄoyoQ 
— mülahizə, səbəb, metodika. 
1 3  


E L E K T R O N   B İ Z N E S  
istehsal üsulu sözblrləşməslndən əmələ gəlmişdir) fəaliyyətin istənilən 
bir sahəsində istifadə olunan proseslər və materiallar, həmçinin texniki 
istehsalın elmi baxımdan təsvir üsulu və metodlar cəmidir. 
İnternet şəbəkə! ilə əlçatan informasiyanın həcmi sürətlə artır. Belə 
ki, 2001-cl ilin yanvarına {Internet Software Consortium-un verdiyi məlumat) 
qlobal informasiya infrastrukturunda 110 milyon server (Host-maşın) var idi 
ki,  bunların  da  əksəriyyəti  kommersiya,  təhsil,  hökumət  və  qeyri- 
kommersiya  təşkilatlarının  informasiya  serverləri  idi.  İnternetdə  təmsil 
olunan  müxtəlif  müəssisə  və  təşkilatların  artım  dinamikası  {www./sc.org) 
1998-2004-cü illər ərzində mövcud olan informasiya serverlərinin sayı ilə 
xarakterizə oluna bilər ki, bu da aşağıdakı cədvəldə verilmişdir: 
1998 
yanvar 
29 670 000 
iyul 
36 739 000 
1999 
yanvar 
43 230 000 
iyul 
56 218 000 
2000
 
yanvar 
72 398 092 
iyul 
93 047 785 
2001
 
yanvar 
109 574 429 
iyul 
125 
888
 197 
2002
 
yanvar 
147 344 723 
iyul 
162 168 493 
2003 
yanvar 
171 638 297 
2004 
yanvar 
233 101 481 
1 4  


E L E K T R O N   B İ Z N E S  
Beləliklə,  3-cü  minilliyin  əvvəlinə  İnternetin  informasion 
infrastrukturu müəssisə və təşkilatların informasiyaya tələbatını reallaşdıran 
iqtisadi 
cəhətdən 
məqsədəuyğun kanala 
çevrilmişdir.  Bu  kanal  müəssisənin  fəaliyyət  göstərməsi  üçün lazım  olan 
informasiyanın  əldə  edilməsinin  ənənəvi  kanallarını  yaxşı  mənada  əvəz 
etmişdir. 
Hal-hazırda  informasiya  sistemlərinə  yönəldilən  vəsait  qoyuluşu 
iqtisadi  fəaliyyətlə  məşğul  olan  müəssisələrin  xərclərinin  xeyli  böyük 
hissəsini  təşkil  etdiyindən,  həm  həmin  xərclərin  azaldılması,  həm  də
 
alınmış informasiyadan 
istifadənin səmərəsinin maksimal dərəcədə yüksəldilməsi tələb olunur. 
 
Host-maşın 
15 


E L E K T R O N   B İ Z N E S  
Həm şəriklərin, həm də rəqiblərin çoxsaylı informasiya serverlərinə 
malik olması yüksək idarəetmə səviyyəsində çalışan menecerləri aşağıdakı 
3 məsələ üzrə qərar qəbul etməyə vadar etmişdir: 
1.
 
Müəssisənin  informasion  infrastrukturunu  yeni  mühitə  necə 
inteqrasiya etməli ki, əlavə mənfəət götürmək mümkün olsun; 
2.
 
Müəssisədək! informasiya axınlarını yeni mühitə necə inteqrasiya 
etməli  ki,  əlavə  dəyərin  yaradılması  zəncirində  xərcləri  azaltmaq, 
səmərəliliyi isə yüksəltmək mümkün olsun; 
3.
 
Yeni texnologiyalara keçərkən mövcud informasion İnfrastruktur 
vasitələrinə qoyulan vəsaiti necə qorumalı və maksimal istifadə edə 
bilməli. 
Korporasiyaların  {Korporasiya  bir  peşəyə,  silkə  və  s.  mənsub 
adamların  ittifaqı,  birləşməsi,  cəmiyyəti)  Iriləşməsi  və  dövlət 
tənzimləmələrinin  ixtisar  edilməsi  müasir  iqtisadi  fəaliyyət  subyektlərinin 
əhalinin daha geniş və cürbəcür təbəqələrinə daha çox məhsul və xidmətlər 
təklif  etməsinə  imkan  yaratmışdır.  Mürəkkəb  və  sürətlə  dəyişən  iqtisadi 
mühitdə  səmərəli  idarəetmə  və  həmçinin,  investisiyaların  maksimal 
gəlirliliyinin  təmin  edilməsi  get-gedə  daha  çətin  məsələyə  çevrilir.  Bu 
məsələni həll etmək üçün müəssisənin fəaliyyət mühitinin və resurslarının 
vəziyyətini  xarakterizə  edən  operativ  qaydada  təzələnən  informasiya  və 
həmin informasiyanın yığılması, emalı və təhlili üçün vasitələr kompleksi 
olmalıdır. 
QEYD. İlk korporasiya Qədim Romada yaradılmışdır. Respublika dövründə 
bir neçə korporasiya yaratmağa icazə 
1 6  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə