Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

E L E K T R O N
  B I Z N E S
 
verilir. Korporasiyanın yaradılmasına qoyulan tələb ondan İbarət İdi ki, 
onun nizamnaməsi qanuna zidd olmasın. İmperiya yaradılan zaman İsə 
yeni  korporasiya  yaratmaq  həddindən  artıq  çətinləşir,  çünki 
korporasiyanın  yaradılması  üçün  mütləq  senatın  icazəsi  olmalı  idi. 
Korporasiyanın  işini  onun  seçilmiş  üzvü  yerinə  yetirə  bilərdi.  Əgər 
korporasiya  ləğv  edilirdisə,  onda  ona  məxsus  olanlar  onun  üzvləri 
arasında bərabər bölünürdü. 
Dünyada  yaradılmış  ən  qədim  tarixə  malik  olan  korporasiya 
İsveçrənin  Falun  şəhərindəki  Stora  Kopparberget  mis  mədənidir. 
Korporasiya  İsveç  korolu  Maqnus  Erikssonun  razılığı  ilə  1347-ci  ildə 
yaradılmışdı. 
XVII  əsrdə  müstəmləkə  ekspansiya  dövründə  (ekspansiya  - 
genişlənmə, yayılma anlamını verir və imperialist dövlətlərin yeni torpaq, 
müstəmləkə  və  bazarlar  əldə  etmək  məqsədilə  öz  siyasi  və  iqtisadi 
nüfuzunu  başqa  ölkələrə  yaymaq  üçün  yeritdikləri təcavüzkar  siyasət 
kimi qəbul edilir) çoxlu sayda Avropa ölkələri yaradılmış korporasiyalara 
müstəmləkə  ölkələri  ilə  biznes  əlaqəsi  qurmağa  şərait  yaratdı.  Bu 
şirkətlər müasir korporasiyaların yaradılmasına örnək oldular. Nümunə 
olaraq belə korporasiyalara Holsand Ost-Hindistan şirkətini və Qudzon 
zalifi şirkətini göstərmək olar. 
Korporasiya (yeni latın dilində 
"deməkdir, 
birləşmə  anlamını  verir)  hüququ  şəxsin  yaratdığı  şirkət  və  ya  firma 
növlərindən  biridir.  Korporasoyanın  üstünlüyü  onun  uyuşanlığı  və 
məsrəfin azaldılması imkanlarının axtarılmasıdır. 
1 7  


E L E K T R O N   B İ Z N E S  
ELEKTRON BİZNESİN İNKİŞAFININ İQTİSADİ İLKİN 
ŞƏRTLƏRİ 
IDC (
www.idc.com
) şirkəti tərəfindən nəşr edilmiş proqnoza görə, 
2002
-ci ildə İnternetdə 
1
 trillion dollar xərclənməli idi. Çünki 2001-ci ildə 
istifadəçilər İnternetdə 600 milyard dollar xərcləmişdilər ki, bu da 
2000
-ci 
ildəki göstəricidən 
68
% çox idi. 
2001
-ci ildə şəbəkə ticarət dövrüyyəsinin 
40%-i ABŞ-ın payına düşürdü. 2006-cı ildə bu göstərici 38% təşkil etmişdi. 
IDC  şirkətinin  mütəxəssisləri  2002-2006-cı  illərdə  elektron  ticarət 
dövrüyyəsinin Asiyada 89%, Avropada 
68
% artdığını göstərirdilər. 
İnternet  İstifadəçilərinin  sayının  görünməmiş  sürətlə  artması  da 
elektron biznesin inkişafı üçün daha bir ilkin şərtdir. Qeyd edək ki, İnternet 
istifadəçilərinin  tədiyyəqabiliyyətl  orta  hesabla  məhsul  və  xidmət 
istehlakçılarının  orta  səviyyəsindən  xeyli  yüksəkdir.  Bundan  əlavə,  bəzi 
məhsul  və  xidmət  növləri  (məsələn,  proqram  təminatı  və  onun 
dəstəklənməsi,  informasiya  texnologiyaları  və  s.)  üçün  tələbat  nümayiş 
etdirən istehlakşıların da əsas kütləsi İnternet istifadəçiləridir. 
Nua Ltd. And others (
www.nua.com
) məlumat vermişdir ki, 2002-ci 
ilin sentyabrına İnternet istifadəçilərinin sayı 605 milyon nəfər olmuşdur ki, 
bunun  da  183  milyonu  ABŞ  və  Kanadaya,  191  milyonu  Avropaya,  151 
milyonu  sənaye  cəhətdən  inkişaf  etmiş  Asiya-Sakit  okean  regionu 
ölkələrinin,  o  cümlədən,  56  milyonu  Yaponiyanın,  46  milyonu  Çinin,  26 
milyonu Koreyanın, 12 milyonu Tayvanın, 11 milyonu Avstraliyanın payına 
düşmüşdür.  Beləliklə,  İnternet  istifadəçilərinin  87%-l  yüksək  iqtisadi 
göstəricilərə malik olan ölkələrə aiddir. 
1 8  


E L E K T R O N
  B I Z N E S
 
ABŞ-da mövcud olan kiçik müəssisələrin 
66
%-i İnternetdən istifadə 
edir.  Kiçik  müəssisə  rəhbərlərinin  85%-i  İnternet  resurslarına  müraciət 
imkanına malikdir və bunların 50%-nin özünün informasiya serveri vardır. 
İnternetdən istifadə edən kiçik müəssisələrin 60%-i İnternetdən daha fəal 
istifadə etmək barədə addımlar atır. 
NOP Research 
fwvm.noD.co.uk) 
apardığı tədqiqat nəticəsində 
müəyyən etmişdi ki, 2001-ci ildə Britaniya şirkətlərinin 58%-i İnternetdə 
təmsil olunmuşdur. Halbuki 2000-cl ilin ortasında bu şirkətlər 48% təşkil 
edirdi.  Sorğuda  iştirak  edən,  lakin  hələ  İnternetdən  istifadə  etməyən 
şirkətlərin  əksəriyyəti  yaxın  gələcəkdə  bu  imkandan  yararlanmaq 
niyyətində  olduqlarını  bildirmişlər.  Bu  niyyəti,  əsasən,  lazımi 
rəqabətqabiliyyətl səviyyəsini saxlamaq istəyi ilə əsaslandırmışlar. 
Korporasiya və firmaların İnternetdə kütləvi surətdə təmsil olunması 
göstərir  ki,  həm  biznes-partnyorlarla,  həm  də  müştəriiərlə  yeni  qarşılıqlı 
fəaliyyət kanalı yaranmışdır. Hal- hazırda İnternet texnologiyalardan istifadə 
edən  müəssisələrin  çoxu  əvvəllər  informasiya  təminatının  ənənəvi 
texnologiyalarından  İstifadə  etmişlər.  Bu  kateqoriyadan  olan  müəssisələr 
ənənəvi texnologiyadan yeni texnologiyaya adətən tədricən keçirlər. 
Bir qayda olaraq, başlanğıc mərhələdə bu transformasiya aşağıdakı 
formalarda həyata keçirilir: 

 
Firmanın informasiya serverindən məhsul və xidmətlərin əlavə 
reklam kanalı kimi istifadə edilməsi; 

 
Elektron poçtdan İstehlakçılarla əlaqə saxlamaq üçün 
(Tələbin  öyrənilməsi,  yeniliklər  barədə  məqsədli  informasiya 
yayımı, 
reklam 
aksiyaları barədə 
1 9  


E L E K T R O N
  B I Z N E S
 
informasiya  əldə  etmək  və  s.)  əlavə  rabitə  kanalı  kimi  istifadə 
edilməsi; 
• Göndərilən məhsula görə xidmətlərin dəstəklənməsi üşün operativ 
(onlayn) kanal kimi istifadə edilməsi. 
Rusiyada  İnternet  istifadəçilərinin  sayının  artım  dinamikası 
ümumdünya  göstəricisindən  xeyli  yüksəkdir. 
2000
-  ci  ildə  Rusiyada 
İnternet istifadəçilərinin sayı 9,2 milyon nəfər təşkil edirdi. Həmin illərdə 
Rusiyada  illik  istifadəçi  artımı  45-  65%  təşkil  edirdi.  Lakin  Istlfadəsilərin 
48%-i Moskvada, 12%-i Sankt-Peterburqda yaşayanlar idi. Yəni 2000-ci 
illərin  əvvəllərində  İnternet  istifadəçilərinin  60%-i  Rusiya  əhalisinin  cəmi 
20%-ni təşkil edən iki regionun payına düşürdü. Bu göstərici Azərbaycan 
üçün  də  xarakterikdir.  Yəni  İnternet  İstifadəçilərinin  yarıdan  çoxu  Bakı 
sakinləridir. 
Rusiyanın  informasiya  serverlərinə  müraciət  edənlərin  58%-l 
rusiyalılar,  10%-i  MDB  ölkə  vətəndaşları,  2%-i  Pribaltika  əhalisi,  12%-i 
Şimali Amerika, 12%-i isə Avropa vətəndaşlarıdır (
www.spy/og
. rü). 
İnternetin 
Informaslon 
infrastrukturu 
eksterritorialdır 
(Eksterritoriallıq,  toxunulmazlıq  hüququ  -  bir  ölkədə  olan  diplomatik 
nümayəndəliklərin yerli qanunlara deyil, ancaq öz dövlətlərinin qanunlarına 
tabe  olmaq  hüququ).  Bu,  imkan  verir  ki,  istənilən  ölkənin  müəssisələri 
beynəlxalq  bazara  mal  və  xidmət  çıxara  bilsin.  Bu  o  deməkdir  ki, 
kiberfezada  təşkil  edilən  bazar  toxunulmazlıq  hüququna  malik  virtual 
bazardır. 
2 0  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə