Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   47

E L E K T R O N
  B I Z N E S
 
səmərəliliyinin  artırılmasından,  bütün  növ  məhsul  və  ya  xidmətlərin 
alqı-satqısının sürətləndirilməsindən ibarətdir. 
Elektron  biznes  işgüzar  tsikllərin  müddətinin ixtisar  edilməsi,  əsas 
iqtisadi  fəaliyyət  proseslərinə  çəkilən  xərclərin  azaldılması,  müştəriyə 
göstərilən  xidmətlərin  keyfiyyətinin  yüksəldilməsi  və  bu  yolla  bazarda 
xüsusi çəkinin artırılması hesabına şirkətin fəaliyyət nəticələrinə əhəmiyyətli 
təsir  göstərir.  Elektron  biznes  təkcə  xalis  texnoloji  məsələlərlə 
məhdudlaşmır,  gerçəklikdə  istənilən  təşkilatın  iqtisadi  fəaliyyət 
strategiyasının fundamental elementlərinə ciddi təsir göstərir. 
Yeni  dəyər  əlavə  edilməsi  zəncirlərinin  formalaşdırılması  konkret 
təşkilatın  elektron  biznesinin  inkişaf  strategiyasını  işləyib  hazırlamağı 
nəzədə tutur. 
Bu inkişaf strategiyası aşağıdakıları əhatə edir: 

 
Elektron biznes bazarının iqtisadi vəziyyətinin təhlili; 

 
 Şirkətin  elektron 
biznesinin 
kamilliyi dərəcəsinin 
diaqnostikası; 

 
 Elektron biznes 
bazarına 
çıxış strategiyasının 
formalaşdırılması. 
Şirkətin  elektron  biznes  aparmaq  səviyyəsinə  çıxış  strategiyası 
hazırlanarkən ilk növbədə aşağıdakı məsələlər həll edilməlidir: 

 
Biznesin aparılması üçün lazım olan informasiyanın alınması 
xərclərinin azaldılması; 

 
İnformasion infrastruktura inteqrasiyanı təmin edən hazırlanması, 
istismarı və dəstəklənməsi; 

 
Biznes-partnyorlarla  və  müştərilərlə  qarşılıqlı  fəaliyyəti  kimi  iki 
sferada elektron biznesin məzmununun formalaşdırılması; 

 
Hər İki sferada biznesin səmərəliliyinin yüksəldilməsi. 
2 5  



F . I . F . K T R O N   B İ Z N E S  
 


E L E K T R O N
  B I Z N E S
 
ELEKTRON BİZNES SFERASINDA 
BİZNES-HƏLLƏRİN KOMPONENTLƏRİ 
Hər  cür  biznes-həllin  ümumi  cəhəti  tələb  olunan  zamanda  və 
münasib 
qiymətə 
seçilmiş 
məqsədli 
auditoriyaya 
lazımi 
informasiya-texnoloji  təklif  təqdim  etməkdən  ibarətdir.  Bu  həllin 
xarakteristikasını  tərtib  etmək,  yəni  məzmununu,  funksiyasını,  əsas 
proseslərini təsvir  etmək lazımdır.  İnformasiyanın  alınması  və  emalını  və 
həllin  etibarlı  icrasını  təmin  etməkdən  ötrü  qarşılıqlı  fəaliyyətin  bütün 
standart  texnologiyaları  üçün  məcburi  əməllər  daxil  etmək  tələb  olunur. 
Elektron  biznesin  aparılmasının  təhlükəsizliyinin  təmin  edilməsi 
ixtisaslaşdırılmış həllər tələb edən ayrıca problemdir. 
Açıq  sistem  arxitekturasına 
əsaslanan,  yüksək  çeviklik, 
təkmilləşdirmə və minimal xərclərlə fəaliyyət göstərmək imkanı təmin edən 
həll İnternet texnologiyaları üçün adi həlidir. Lakin açıq sistem standartları 
informasion infrastruktura ümumi əlçatanlıq təmin etməklə yanaşı, həm də 
rəqiblərin,  kriminal  (cinayətkar)  strukturların  və  xakeHərin  destruktiv 
(pozucu) əməlləri üçün də əlçatan olur. Bununla belə, elektron biznes üçün 
verilən  həll,  ilk  növbədə,  iqtisadi  məsələlərin  həllini  nəzərdə  tutur.  Həllin 
texniki tərəfi də olduqca vacib olsa da, ikinci yerdədir. 
QEYD-.  Lap  əvvəllər  xaker  baltadan  istifadə  etməklə  mebel 
düzəldən şəxsə deyirdilər. Xaker ingiliscə hacker - to hack sözündən 
törəmədir,  doğramaq,  parça-parça  etmək,  didib  tökmək  anlamını  verir. 
Xaker sözü əsasən hesablama texnikası və proqramlaşdırma sahəsində 
geniş istifadə 
2 7  


E L E K T R O N
  B I Z N E S
 
olunur. 
Əvvəllər  tərtib  olunmuş  proqramlarda  buraxılmış  səhvləri 
düzəldən  şəxsləri  adlandırırdılar.  Sonralar,  XX  əsrdən  başlayaraq  söz 
daha da məşhurlaşır və pis niyyətlə (qərəzli) tərtib olunmuş proqramlara 
daxil olmaqla onları korlayan ''kompüter oğrU'farınıyjdVBx adlandırırlar. __  
Sahibkarlıq  strukturlarının  elektron  biznesə  keçməsi  ilə  əlaqədar 
işlərin başlanğıc mərhələsində həil edilən əsas məsələ: 

 
İnvestisiya planı; 

 
İstehlakçıya təqdim edilən məhsul və ya xidmətlərin siyahısı; 

 
Həmin məhsul və ya xidmətlərə qarşı qoyulan tələblər; 

 
Sistemin konseptual arxitekturası; 
•Təqdim edlən həlli reallaşdıran sistemin fəaliyyət göstərməsi üçün 
tələb  olunan  əsas  proseslərin  təsviri  kimi  iqtisadi  həllin  əsas 
bloklarının formalaşdınlmasından ibarətdir. 
Bu  mərhələdə  qəbul  edilən  həllər  şirkətin  yüksək  səviyyə 
menecerləri  tərəfindən  qəbul  edilir  və  səlahiyyətli  bölmələr  tərəfindən 
həyata keçirilir. 
Elektron  biznes  sferasında  qurulan  müasir  biznes-həll  qarşısında 
qoyulan  əsas  tələblərdən  biri  məhsul  və  ya  xidmətlər  üçün  dəyər  əlavə 
edilməsi  zəncirlərinin  formalaşdırılması  proseslərinin  təkmilləşdirilməsinə 
kömək  edən  konkret  həlidə  iqtisadi  səmərəli  ideyaların  cəld 
reallaşdırılmasından  ibarətdir.  Elektron  biznes  layihəsinin  uğurla  həyata 
keçirilməsi üçün aşağıdakı əsas suallara aydın cavablar almaq lazımdır: 
2 8  


E L E K T R O N
  B I Z N E S
 
•Verilən biznes - həll hansı istifadəçilər üçündür? 
•Verilən həllin məzmunu nədir və əsas funksiyaları hansılardır? 
•Verilən həllin xarakteristikalarının lazımi səviyyədə dəstəklənməsini 
və  sistemin  fəaliyyətini  təmin  edən  proseslər  və  instrumenter 
(infrastruktur, proqram- aparat kompleksi və s.) hansılardır? 
Elektron biznes üçün xarakterik 
olan həllin 
strukturlaşdırılması  üçün  həmin  həlidə  4  sərbəst  hissəni:  sahibkarlıq 
həllərini,  məzmunlu  həlləri,  idarəedici  həlləri  və  texnoloji  həlləri  seçib 
ayırmaq lazımdır. 
Sahibkarlıq  həlləri  elektron  biznes  həllinin  iqtisadi  məqsədini  təsvir 
edir, təqdim edilən həllin yönəldildiyi müştəri və partnyorları və verilən həll 
ilə razı salınan müştəri və partnyorların siyahısını, həllərin uğurlu tətbiqinin 
əsas  göstəricilərini,  həmin  göstəricilərin  ölçülmə  üsullarını,  lazımi  iqtisadi 
partnyorları, gözlənilən xərcləri və mənfəəti müəyyənləşdirir. 
Məzmunlu həllər həllin məzmununu və əsas funksiyalarını, məlumat 
mənbələri  üçün  lazım  olan  məzmun  və  funksiyaların  əlçatanlığını  təmin 
edən iqtisadi, kadr, texnoloji mexanizmləri təsvir edir. Təqdim edilən həllin 
məzmununun  və  funksiyalarının,  bazardakı  oxşar  həlidən  üstünlüyünün 
partnyorlar və müştərilər tərəfindən lazımi səviyyədə qarşılanmasını təmin 
edən metod və vasitələrinin müəyyən edilməsi də olduqca vacibdir. 
İdarəedici həllər verilmiş elektron biznes həlli üçün lazım olan bütün 
prosesləri,  normativ  aktları,  direktivləri,  təqdim  edilən  həllin  tətbiqi  və 
reallaşdırılmasına  cəlb  edilmiş  menecerlərin  rolunu  və  məsuliyyət 
səviyyəsini təsvir edir. 
2 9  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə