Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

E L E K T R O N   B İ Z N E S  
Texnoloji  həHər  tələb  olunan  sistemlərin,  proqram  əlavələrinin  və 
təşkilatdaxili instrumentlərin, xarici informasiya mənbələri və cəlb edilmiş 
partnyorlarla  qarşılıqlı  fəaliyyəti  həyata  keçirən  interfeys  standartlarının 
birmənalılığını və səmərəliliyini təsvir edir. 
Sahibkarlıq həHəri, Sahibkarlıq həllində əsas diqqət elektron biznesin 
biznes-həllin mahiyyətinin qısa və aydın izahına yönəldilməlidir. Aşağıdakılar 
dəqiq təyin edilməli və aydın İfadə edilməlidir: 
•Təqdim edilən həlidə çatılması planlaşdırılan məqsəd; 
•Təqdim edilən həll ilə razı salınacaq (tələbatları 
ödəniləcək) müştəri və biznes partnyor kontingentinin 
maksimum konkret siyahısı; 

 
Həllin hazırlanması və reallaşdırılması prosesinin əsas 
mərhələləri və üstünlük (vaciblik) sırası; 

 
Maliyyələşmə mənbələri; 

 
Qoyulmuş məqsədlərə nail olma kriteriləri. 
Yaxşı təyin edilmiş və aydın ifadə edilmiş sahibkarlıq həllinin mövcud 
olması onu təşkilatdaxili oxşar layihələrdən dəqiq ayırmağa, digər uğurla 
reallaşdırılmış  layihələrin  nəticələrindən  istifadə  etməyə,  cəlb  edilən 
resursları vaciblik dərəcəsinə görə düzgün sıralamağa və onlardan optimal 
istifadə  etməyə  imkan  verir.  Elektron  biznesin  strategiyasının 
formalaşdırılmasına həsr edilmiş sahibkarlıq həllinin məzmununu müəyyən 
etmək üçün xüsusi yığıncaqlar və  seminarlar hazırlayıb həyata keçirmək 
lazım gəlir. 
Sahibkarlıq  həllinin  mahiyyətinin  təsvirinə  hazırlıq  zamanı  aşağıda 
sadalanan bəndlər üzrə ətraflı İzahlar verilməsi məqsəduyğundur: 
3 0  


E L E K T R O N
  B I Z N E S
 
Layihənin məqsədi layihənin faydalılıqı barədə sahibkarlıq dəlillərini və 
həmçinin bu layihənin təşkilatın fəaliyyəti ilə və digər layihələrlə qarşılıqlı 
əlaqələrini  təsvir  edir.  Məqsədin  qoyuluşuna  nümunə  olaraq:  istehsal 
xərclərinin  azaldılması  və  ya  məhsul  və  xidmətlərin  çatdırılma  sistemi, 
müştərilərin  sayının  artırılması  və  ya  müştərilərə  göstərilən  xidmətin 
keyfiyyətinin  yaxşılaşdırılması,  konkret  fəaliyyət  sahəsində  mövcud 
sistemdən İmtina edilərək biliklərin idarə edilməsi sisteminin qurulması yolu 
ilə biznesin səmərəli aparılması təcrübəsinin geniş tətbiqi və s göstərilə bilər. 
Müştəri kontingenti  edilən  həllin  kimin  üçün  -  dəyər  əlavə  edilməsi 
zəncirinin  formalaşdırılmasında  iştirak  edən  biznes-partnyorlar  üçünmü, 
yoxsa  məhsul  və  xidmət  İstehlakçısı  olan  müştərilər  üçünmü  -  nəzərdə 
tutulduğunu  təyin  edir.  Biznes  partnyorlara  yönəlik  qərar  hazırlanarkən 
informasiya, əmtəə və maliyyə axınlarının idarə edilməsi texnologiyalarında 
proqram-texniki  vasitələrdən  istifadə  edən  potensial  partnyorlar  üçün 
xarakterik olan biznesin aparılmasının ənənələri və standartları maksimum 
dəqiq təyin edilməlidir. Son istifadəçiyə yönəlik qərar hazırlanarkən əsas 
alıcı kütləsinin milli, linqvistik və coğrafi xüsusiyyətləri, onların mentaliteti 
(düşüncə tərzi), nisbətən geniş yayılmış reklam və məhsulun çatdırılması 
kanalları,  elektron  biznes  həllərinin  xüsusiyyətlərini  nəzərə  alan  ənənəvi 
ödəmə formaları maksimum dəqiq təyin edilməlidir. 
Layihənin  mərhəiəiəri  təşkilatın  resursları  barədə  gerçək  sərəncam 
vermək  hüququna  malik  olan  rəhbərlik  tərəfindən  müəyyən  edilib 
təsdiqlənməlidir. Yüksək rəhbərliyə təqdim edilən sənəddə layihənin yalnız 
əsas mərhələlərinin icra müddətləri göstərilə bilər. Hər bir mərhələ üçün 
məqsəd və 
3 1  


E L E K T R O N
  B I Z N E S
 
İcranın  formal  kriterisi  müəyyən  edilməlidir.  Müxtəlif  mərhələlərin  və 
funksiyaların  qarşılıqlı  asılılıqlarını  hər  mərhələdə  göstərmək  lazımdır. 
Təşkilatın resurslarının məhdud olduğu halda aşkar edilən asılılıqlar prioriteti 
müəyyən  etməyə  imkan  verir.  Bu  isə  həllin  həyata  keçirilməsi  zamanı 
hökmən nəzərə alınır. Həllin hazırlanması və həyata keçirilməsi üçün lazım 
olan xarici partnyorlar və təşkilatın bu işə cəlb ediləcək bölmələri, onların 
fəaliyyətlərinin formaları, qaydaları və məsuliyyətləri təyin edilməlidir. 
Maliyyələşmə  mənbələri  və  qaydaları  sahibkarlıq  həllinin  ən  vacib 
komponentləridir.  Maliyyə  vəsaitlərinin  həllin  hazırlanması  və  həyata 
keçirilməsi mərhələləri ilə əlaqəli şəkildə ayrılması qaydası və müddətləri 
müəyyən edilməlidir. Ayrılmış vəsaitlərin istifadə edilmə dinamikasını və o 
cümlədən, layihənin mənfəət gətirməyə başlayacağı momenti kifayət qədər 
dəqiq planlaşdırmaq lazımdır. 
Məqsədəçatma  krlterllərl  məqsədin  məzmununu  və  məqsədəçatma 
dərəcəsini ölçmə metodlarını aydın ifadə etməlidir. Kriteri aydın olmadıqda 
layihəni idarə etmək mümkün olmur. Elektron biznesin aparıldıqı mühitin 
sürətlə  dəyişilməsi  məqsədin  məzmununu  və  məqsədəçatma  dərəcəsini 
ölçmə metodlarını aydın İfadə etmək problemini olduqca mürəkkəbləşdirir. 
Belə  ki,  1999-cu  ildə  elektron  biznesə  qoyulan  investisiyanın  bazar 
gerçəkliyinə uyğun gəlməməsi bir çox firmaları çətin vəziyyətə salmışdı. 
Həllin icrası prosesinə ayırmaların layihənin mərhələləri üzrə həyata 
keçirilməsi müəyyən üstünlüklərə malikdir. Belə ki, aşkar nəticələrə daha 
tez  çatmaq  imkanı  yaranır,  riskləri  pronozlaşdırmaq  asan  olur,  həllin 
işləməsi  gedişindən  toplanan  ilk  təcrübə  layihənin  sonrakı  inkişafında 
İstifadə edilir və s. 
3 2  


E L E K T R O N
  B I Z N E S
 
Məzmunlu həllər, artıq qeyd edildiyi kimi, həllin məzmununu və əsas 
funksiyalarını,  məlumat  mənbələri  üçün  lazım  olan  məzmun  və 
funksiyaların əlçatanlığını təmin edən iqtisadi, kadr, texnoloji mexanizmləri 
təsvir edir. Təqdim edilən həllin məzmununun və funksiyalarının, bazardakı 
oxşar  həlidən  üstünlüyünün  partnyorlar  və  müştərilər  tərəfindən  lazımi 
səviyyədə  qarşılanmasını  təmin  edən  metod  və  vasitələrinin  müəyyən 
edilməsi  olduqca  vacibdir.  Məzmunlu  həllin  konseptual  tamlıqla  təsviri 
istənilən  İstifadəçidə  bu  həllin  üstünlüyü  və  səmərəliliyi  barədə  dəqiq  və 
ətraflı təsəvvür yaratmaqdan ötrüdür. 
Həllin mahiyyətindən asılı olaraq istifadə 
edilən 
İnformasiyanın  həcmi  -  heç  bir  İnteraktiv  funksiyaya  malik  olmayan 
bir-necə statik Veb-səhifədən hər cür interaktivlik imkanları olan dinamik 
qaydada yaradılan minlərlə Veb- səhifələrədək - olduqca geniş diapazonda 
dəyişə biləndir. Məzmunlu həllin əsas amili səmərəli strukturlaşmadır. 
Strukturlaşdırmanın  ənənəvi  metodu  iyerarxiyadır.  İyerarxlk 
səliqəlllik  təqdim  edilən  həllin  məzmununun  bütün  elementlərini  və 
funksiyalarını daha aydın təsəvvür etməyə imkan verir. Strukturlaşdırma 
həllin  ayrı-ayrı  elementləri  arasındakı  qarşılıqlı  asılılıqları  aşkarlayıb  təsvir 
etmək üçün istifadə edilir. 
Məzmunlu həllin mühüm elementi verilənlərin mənbəyinin təsviridir. 
Məzmunlu  həlli  təsvir  edən  sənəddə  lazımi  informasiyanın  alındığı  bütün 
daxili  və  xarici  mənbələr  sadalanmalıdır.  İnformasiyanın  alınması  üçün 
ümumi  reqlament  (vaxt, xərclər,  ötürmə  kanalları,  məlumat  mənbəyinin 
fealiyyəti pozulduqda icra edlən əməllər) müəyyən edilməlidir. Verilənlərin 
formatına qarşı qoyulan tələblər, 
3 3  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə