Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

E L E K T R O N
  B I Z N E S
 
verilənlərin emalı və saxlanması məntəqələri dəqiq müəyyən edilməlidir. 
Təqdim edilən həllin strukturlaşdırılması prosesi əsas funksiyaların 
istifadəçiyə vizual təqdimatı üzrə bütün təməl qaydaları və formaları əhatə 
etməlidir. 
İdarəedici həUər^ yuxarıda qeyd edildiyi kimi, verilmiş elektron biznes 
həlli üçün lazım olan bütün prosesləri, normativ aktları, direktivləri, təqdim 
edilən həllin tətbiqi və reallaşdırıl- masına cəlb edilmiş menecerlərin rolunu 
və məsuliyyət səviyyəsini təsvir edir. İdarəedici həllin tərkibində təyin edilən 
proseslər içərisində informasiya prosesləri daha vacibdir. Elektron biznes 
sferasında həllin informasiya təşkiledicisi xüsusi rol oynayır. Buna görə də 
informasiya  axınlarının,  bu  axınların  idarə  edilməsinin  metod  və 
vasitələrinin təsviri olduqca vacibdir. 
Təqdim  edilən  həlli  xarakterizə  edən  aşağıdakı  proseslərin  lazımi 
dərəcədə xırdalaşdırılmış ətraflı təsviri zəruridir: 

 
Xarici  mənbələrdən  seçib  daxil  edilməsini  reallaşdıran  texnoloji 
zəncirlər; 

 
İstifadəçiyə  təqdim  edilən  informasiyanın  formalaşdırılması  üçün 
nəzərdə tutulan texnoloji zəncirlər; 

 
Kritik  İnformasiyanın  kontrol  nüsxələrini  yaratmaq  və  dağılmış 
informasion infrastrukturun bərpası üçün olan texnoloji zəncirlər də 
daxil  olmaqla,  informasiyanın  saxlanmasını  xarakterizə  edən 
proseslər; 

 
Xarici  infrastrukturdan  daxil  olan  İnformasiyaya  əlçatanlıq  və 
təqdim edilən qərarın İcrası ilə müxtəlif formalarda məşğul olan 
müəssisə işçilərinin informasi 
3 4  


E L E K T R O N   B İ Z N E S  
yaya  əlçatanlığı  da  daxil  olmaqla,  informasiyaya  əlçatanlığı 
xarakterizə edən proseslər; 

 
Reallaşdırılan həllin cari vəziyyətini xarakterizə edən informasiyanın 
yığılması və emalı, o cümlədən, audit prosesləri; 
•Təşkilatın  işçi  heyətinin  hazırlanması  və  hazırlanma  səviyyəsinin 
idarə edilməsi prosesləri; 
•Təqdim edilən həllin tətbiq edildiyi mühitin vəziyyətini və dəyişilmə 
meyllərini  xarakterizə  edən  analitik  materialların  hazrlanması 
prosesləri. 
Proseslərin  təsviri  o  dərəcədə  ətraflı  olmalıdır  ki,  proseslərin 
mahiyyəti başa düşülsün. 
Aşağıdakıları təsvir edən informasiya təqdim edilməlidir: 

 
Proseslərin aiqoritmiəri və onların icra edilməsi vaxtları; 

 
Proseslərin  bir-birindən  asılılığı,  informasiya  əlaqələrinin  və 
idarəedici təsirlərin reallaşdırılması mexanizmləri; 

 
Prosesin  reallaşdırılması  keyfiyyəti  üçün  əhəmiyyətli  olan  idarə 
edilən və edilməyən parametrlər. 
İdarəedici həllin vacib elementi biznes-proseslərin bütün gerçək və 
potensial  iştirakçılarının  hüquq  və  məsuliyyət  dərəcələrinin  təsvirini  də 
əhatə edən rolların formal təsvirindən ibarətdir. Elektron biznes sferasına 
elektron  biznesin  təhlükəsizliyinin  idarə  edilməsi  prosesləri,  o  cümlədən, 
təhlükəsizlik  siyasətində  nəzərdə  tutulan  tədbirlərin  görülməsi  üçün 
cavabdeh  olan  və  zəruri  qayda  və  biliklərə  yiyələnmiş  təhlükəsizlik 
menecerlərinin mövcudluğu xarakterikdir. 
Müxtəlif 
proseslərin 
reallaşdırılması 
zamanı 
rolların 
və 
məsuliyyətlərin  bölünməsi  prosesində  zəruri  normativ  aktları  rəhbər 
tutulmalıdır.  Elektron  biznes  sferasında  fəaliyyətin  müəyyən  hissəsi 
qanunvericiliklə tənzimlənir, nisbətən xüsusi 
3 5  


E L E K T R O N
  B I Z N E S
 
məsələlər, məsələn, firmadaxili informasiyanın alınması və istifadə edilməsi 
qaydası rəhbərliyin müvafiq qərarına əsasən müəyyən edilir. Qeyd edək ki, 
biznes-proses  qaydalarının  və  iştirakçılarının  vəzifələrinin  dəqiq  təyin 
edilməməsi elektron biznesin təhlükəsizliyi sahəsindəki pozuntularla bağlı 
insidentlərin  araşdırılması  (təhqiq  edilməsi)  zamanı  çıxılmaz  situasiya 
yaradır. 
Biznes  partnyora  yönəlik  idarəedici  həlidə  bəzən  həllin 
reallaşdırılması prosesində qarşılıqlı fəaliyyət göstərən işçi heyətinin ixtisas 
səviyyəsinin yoxlanması texnologiyası da nəzərdə tutulur. Məsələn, belə 
yoxlamanın  autsorsinq  zamanı  kənar  firmaların  hər  hansı  funksiyalarına 
tətbiqi nəzərdə tutula bilər. Verilənlərin elektron mübadiləsi zamanı tətbiq 
edilən  formatlar  və  informasiya  resurslarına  müraciət  texnologiyaları  ilə 
bağlı  həllər  adətən  qarşılıqlı  fəaliyyət  göstərən  təşkilatların  səlahiyyətli 
nümayəndələri tərəfindən bağlanan müqavilələrlə reqiamentləşdirilir. 
Texnoloji həllər^ yuxarıda qeyd edildiyi kimi, tələb olunan sistemlərin, 
proqram  əlavələrinin  və  təşkilatdaxili  instrumentlərin,  xarici  informasiya 
mənbələri və cəlb edilmiş partnyorlarla qarşılıqlı fəaliyyəti həyata keçirən 
interfeys standartlarının birmənalılığını və səmərəliliyini təsvir edir. Yüksək 
dərəcədə standartlaşdırma biznesin avtomatlaşdırılmış sistemi üçün lazım 
olan  texniki  müşayiəti  sadələşdirir  və  ucuzlaşdırır.  Bununla  yanaşı,  çox 
hallarda  elektron  biznes  təşkilatın  mövcud  informasiya  infrastrukturuna 
əsaslanan ənənəvi biznesin genişləndirilməsi kimi mövcud olur. Odur ki, 
texnoloji həll hazırlanarkən bu cəhət nəzərə alınmalıdır. 
Texnoloji həll təsvir edilərkən aşağıdakılar təyin edilməlidir: 
3 6  


E L E K T R O N   B İ Z N E S  

 
Sistemin arxitekturası; 

 
İstifadə edilən proqram-aparat platformaları və instrumentləri; 

 
Müştərilərin sistemin informasiyasına əlçatanlığı vasitələri. 
Texnoloji  həllin  nisbətən  ən  mürəkkəb  hissəsi  sistemin 
arxitekturasıdır.  Arxitektura  həlli  müəssisənin  kiberfəzada  bütün  sonrakı 
iqtisadi fəaliyyətinin texniki təməlini yaratmaq arzusu ilə mövcud verilənlər 
bazası  və  İnformasiya  texnologiyalarının  İnteqrasiya  edilməsi  zərurətinin 
ağlabtan kompromisi olmalıdır. 
Məsələnin mürəkkəbliyi orasındadır ki, avtomatlaşdırma sahəsində 
mövcud olan texniki həllər, bir qayda olaraq, qapalı idi və açıq informasiya 
infrastrukturlarına çıxışı yox idi. İnternetdə təmsil olunmağa yönəlik həllərə 
keçilməsi yaradılan sistemin etibarlılığı və təhlükəsizliyinin təmin edilməsi 
sahəsində prinsipcə tamamilə yeni həll səviyyəsi tələb edir. Bundan əlavə, 
təklif  edilən  arxitektura  həlli  həm  də  İnternet  şəbəkəsinin  standartlarına 
uyğun olmalıdır. Buna görə də sistemin xarici istifadəçiləri üçün nəzərdə 
tutulan  informasiyanın  daxili  informasiya  resursları  formatlarından 
informasiya  serverlərinin  standart  formatlarına  transformasiya  edilməsi 
şəffaf, yəni istifadəçinin nəzərinə çarpmayan şəkildə həyata keçirilməlidir. 
İstifadə  edilən  proqram-aparat  platformaları  və  instrumentləri 
texnoloji amillərlə  deyil,  əsasən  iqtisadi  amillərlə  təyin  edilir.  Hal-hazırda 
elektron biznesin müşayiət edilməsi üçün proqram-aparat platformalarının 
geniş spektri mövcuddur. 
3 7  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə