Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

E L E K T R O N   B İ Z N E S  
İkinci modei informasion vasitəçilik modelidir. Bu modeldən istifadə 
edən  satıcılar  elə  bir  mal  ehtiyatına  malik  olmurlar.  Biznes  potensial 
malgöndərənlərlə bağlanan müqavilələrə əsasən qurulur. Bu halda İnternet 
yalnız malların təqdim edildiyi vitrin kimi istifadə edilir. Malın haqqı nağd 
ödənir.  Mövcud  olan  elektron  ödəmə  sistemlərindən,  bir  qayda  olaraq, 
istifadə edilmir. İkinci modellə işləyən Rusiyalı satıcılar içərisində ən çoxu 
kompüter və onun komplektləşdiricl hissələrini satan mağazalardır. 
Bu modelin üstün cəhəti ucuz başa gəlməsidir. Nöqsanı isə odur ki, 
mötəbər  işgüzar  partnyorlar  üçün  adətən  qəbuledilməz  sayılan  möhtəkir 
biznes təşkili modelidir. Alıcı aldığı malı adətən çox gec alır. Sifariş natamam 
ola bilir. Xidmət ya heç göstərilmir, ya da keyfiyyətsiz göstərilir. 
Üçüncü 
modei 
əhəmiyyətli 
ənənəvi 
təməli 
olmayan 
İnternet-univermaqlar  üçün  xarakterikdir.  Məsələn, 
www.tora.ru
  və 
www.webmarket.ru
 bu modeldən İstifadə edir. Bu model çoxsaylı malların 
malgöndərənləri  ilə  sazişləri  olan  və  geniş  axtarış  imkanları  təklif  edən 
ticarət meydançası kimi qurulmuşdur. Meydança iştirakçısı olan mağazalar 
virtual  ticarət  yerinə  görə  icarə  haqqı  ödəyirlər.  Alıcıların  ödəmələrindən 
komission  yığımları  edirlər.  Əsas  maliyyə  axınları, birinci  modeldən  fərqli 
olaraq, malgöndərənlərdən və mal sahiblərindən keçir. 
Bu modelin üstün cəhəti odur ki, nisbətən çox da baha və mürəkkəb 
deyildir. İnformasion və axtarış funksiyalarının keyfiyyətli təşkili müraciət 
edənlərin axınını gücləndirir. Gündəlik alıcı axını son dərəcə güclü olmadıqda 
bu sistem imti- nasız işləyir. 
101 


E L E K T R O N
  B I Z N E S
 
Modeiln  nöqsanı  odur  ki,  sifarişin  ləng  (3-5  gün)  çatdırılması  ilə 
əlaqədar  olaraq  logistikanın  təşkilinin  səmərəliliyi  məhduddur.  Əgər  alıcı 
müxtəlif firmaların göndərdiyi malları sifariş verirsə, çatdırma mddəti uzanır 
və bu modelin cəlbediciliyi şübhə altına düşür. 
Alıcıların  və  malgöndərənlərln  sayı  müəyyən  adət  edilmiş  həddi 
aşdıqda nəzərəçarpacaq çaşqınlıq vəziyyəti yaranır və bunun nəticəsində 
xərclər sürətlə artır. 
Rusiyada elektron ticarətə mane olan amillərdən vacibləri: ərazinin 
genişliyi,  əhali  sıxlığının  aşağı  olması,  rabitə  infrastrukturunun  az  inkişaf 
etməsi, nağdsız alqı-satqıya əhalinin etibar etməməsidir. 
QEYD:  Azərbaycanın  Hk  elektron  ticarət  portah  olan 
www.b2b.az
 
saytının İstifadəçilərinin sayı 14 minə yaxındır. 
İqtisadiyyatın  müxtəlif  sahələrində  yeni  və  qabaqcıl 
informasiya texnologiyalarının tətbiqi modern və çevik idarəetmənin 
təmin  edilməsi,  şəffaflığın  daha  da  artırılması  baxımından  xüsusi 
əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatın müxtəlif 
sahələrində, 

cümlədən 
sahibkarlıq 
sahəsində 
müasir 
texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və bu istiqamətdə bir 
sıra tədbirlər həyata keçirir. 
Sahibkarların,  xüsusilə  də  kənd  təsərrüfatı  məhsulları 
istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes 
əlaqələrinin  genişləndirilməsi,  mal  və  xidmətlərin  elektron  qaydada 
alqı-satqısının  təşkili  məqsədilə  İqtisadi  İnkişaf  Nazirliyi  tərəfindən 
elektron ticarət portalı ~ 
www.b2b.az
 yaradılmışdır. Almaniyanın 
102 


E L E K T R O N
  B I Z N E S
 
GIZ təşkilatının dəstəyi iiə yaradılmış portalın məqsədi yerli sahibkarlar 
tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə 
məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes 
əlaqələrin qurulmasına dəstək göstərməkdir. 
İndiyədək  portalın  xidmətindən  ümumilikdə  14  minə  yaxın 
istifadəçi  yararlanmışdır.  Portala  müraciət  edənlər  arasında  Rusiya, 
ABŞ,  Türkiyə,  Çin,  Ukrayna,  Almaniya,  Qazaxıstan,  Hindistan,
 
Belarus, 
Böyük Britaniya, 
İndoneziya,  Fransa,  İtaliya,  BƏƏ,  İspaniya,  Yunanıstan,  Cənubi 
Koreya, Danimarka, Macarıstan, Niderland və s. kimi ölkələrdən olan 
istifadəçilər də var. 2012-ci ildə portala qida sənayesi, inşaat, logistika, 
İKT, təhsil, ticarət, sənaye və xidmət sektorlarında fəaliyyət göstərən 
sahibkarlıq  subyektləri  tərəfindən  bir  sıra  ticarət  təklifləri 
yerləşdirilmişdir. 
www.b2b.az
  saytı  "business  to  buslness"  modeli  əsasında 
qurulmuşdur. 
Fəaliyyət 
sahəsindən asılı 
olmayaraq  bütün  sahibkarlar  portalın  xidmətlərindən  istifadə  edə 
bilərlər.  Bunun  üçün  portalın  qeydiyyat  bölməsindəki  formanı 
dolduraraq  qeydiyyatdan  keçmək  kifayətdir.  Portaldan  istifadə 
pulsuzdur.  Sayt  sahibkarların  məhsulları  və  onların  göstərdikləri 
xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta 
sahibkarların  ticarət  əlaqələrinin  genişləndirməsinə  imkan  yaradır. 
Elektron ticarət portalı İstifadəçilərə məlumat dəstəyi də göstərir. Belə 
ki,  portalda  müxtəlif  təhlil  və  informasiya  xarakterli  materiallar  da 
yerləşdirilir. 
103 


E L E K T R O N
  B I Z N E S
 
 
Antuan Jomini 
QEYD: Loqistika tədarükçldən istehlakçıya (alıcıya) məhsulların və 
xidmətin  rasional  hərəkət  etmə  prosesinin  təşkilini,  məhsulun, 
əmtəənin, xidmətin tədavül (dövr etmə) mühitində fəfliyyətini, əmtəə 
ehtiyatlarının idarə edilməsini 
104 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə