E L E K T R O N
B I Z N E S
texnologiyanın nəinki təkcə qlobal kompüter şəbəkələrində, həmçinin
İnternetin infrastrukturunda istifadə edilən proqram- aparat təminatı ilə
qurulmuş korporativ şəbəkələrdə tətbiqi də iqtisadi cəhətdən səmərəlidir.
İnternet texnologiyaları və prinsipləri üzərində qurulmuş korporativ
şəbəkələr "intranet" adlandırılmışdır.
İnternet/İntranet texnologiylarının bu ya digər informasiya
resurslarına əlçatanlıq üçün istifadə edilməsi aşağıdakı komponentləri
özündə birləşdirir:
•
Simvolik adlar servisi {Domain Naming System -DNS), baza xidmətlər
yığımı və vahid ünvanlaşdırma siyasəti ilə dəstəklənən //^şəbəkə;
•
Serverdə saxlanan informasiyaya müraciət etmək üçün
informasiya serveri və universal müştəri (brauzer) arasında
standart qarşılıqlı fəaliyyət protokolu (HTTP protokolu);
•
/Aşəbəkədə standart müraciət protokolu üzrə hipermətn
sənədlərini saxlayan informasiya serveri (Veb-server);
•
Mövcud proqram-aparat platforması üzərində hipermətn
sənədlərinə baxış imkanı verən İstifadəçi proqramı olan universal
müştəri (brauzer).
Universal müştəri serverdən götürdüyü sənədi mövcud aparat
vasitələrinin (Monitor, videokart) İmkanlarına və müştərinin sazlamalarına
(Məsələn, sürəti artırmaq məqsədi ilə şəkillərə baxış rejiminin söndürülməsi)
müvafiq formatlaşdırır. Serverlə əks-əlaqə yaratmaq üçün universal müştəri
(brauzer)
XÜSUSİ
proqramlaşdırma dili olan Java dilində hazırlanmış
proqramı icra edə bilməlidir.
121
E L E K T R O N
B I Z N E S
İnformasiya serverində saxlanan və müştərinin sorğusu əsasında
ötürülən sənədlər xüsusi formatda hazırlanmalıdır ki, müştərinin işlədiyi
proqram-aparat platformasından asılı olmayaraq onları yenidən yaratmaq
mümkün olsun. Belə for- matlaşdırmanın əsas ideyası ondan ibarətdir ki,
sənədin poliqrafik rəsmiləşdirilməsinin (sərlövhə, cədvəl, şəkil və s.) təsviri
sənədin mətni ilə birgə proqram əmrləri şəklində saxlanır. Sənədin təsviri
üçün xüsusi dildən, hipermətn sənədlərinin təsviri dili olan HTML (HyperText
Markup Language) dilindən istifadə edilir.
İnformasiya serveri ilə müştəri arasında qarşılıqlı fəaliyyət
imkanlarını genişləndirmək üçün aiqoritmik dillərdən və ssenarilərin təsviri
dillərindən istifadə edilir. Elektron biznes sferasında vacib tələblərdən biri
tipik prosedurların (məsələn, sifariş blankmın doldurulmasının) icrası
aiqoritmiərinin təsviri imkanının mövcudluğudur. Adətən informasiya serveri
əvvəlcədən müvafiq dillərdə hazırlanmış proqram və ya ssenarilərin icrası
üçün vasitələrə malik olur. Sənədlər informasiya serverində ya statik şəkildə
(Diskdəki fayllar və ya verilənlər bazasındakı yazılar çoxluğu şəklində), ya
da dinamik qaydada (Proqramlaşdırılmış aiqoritmiərə və sorğu
parametrlərinə müvafiq qaydada yerbəyer edilə bilər) saxlana bilər.
Elektron biznes sferası üçün xarakterik olan informasiya
texnologiyalarını anlamaqdan ötrü verilənlərin elektron emalı sistemlərinin
təkamülünü izləmək məqsədəuyğundur.
122
E L E K T R O N
B I Z N E S
VERİLƏNLƏRİN MƏNBƏLƏRİ VƏ İSTEHLAKÇILARI
Mürəkkəb təşkilati idarəetmə sistemlərinin səmərəli İdarə edilməsi
müasir avtomatlaşdırma vasitələrindən istifadə edilməsini tələb edir. Bu
məsələnin uğurlu həlli yalnız o halda mümkündür ki, informasiyanın
avtomatlaşdırılmış emalı sisteminin istifadəçilərinin hər bir kontingenti üçün
onların tələblərinə cavab verən verilənlərin emalı mühiti yaradılmış olsun.
İstənilən informasiya emalı sisteminin əsas məqsədi istifadəçilərin
informaslon tələblərinin tam və vaxtında ödənməsindən ibarətdir. İstifadəçi
öz tələbini özünə münasib dillərdən birində ifadə edir. Yalnız xırda təlimatları
anlayan texniki vasitələr geniş tətbiq tapa bilmir. Buna görə də informasiya
emalı sisteminin elə bir komponenti olmalıdır ki, istifadəçiyə münasib dillə
qarşılıqlı fəaliyyəti təmin etsin. Bundan əlavə, verilənlərin emalı proseslərinin
texnoloji təsvirinin də münasib dillə həyata keçirilməsi vasitələri olmalıdır.
İnformasiya emalı sistemlərinin proqram təminatının tərkibi və
funksiyalarının daha dərin dərk edilməsi üçün onların təkamülünün bir-neçə
mərhələsini nəzərdən keçirmək məqsədəuyğundur.
Birinci mərhələ informasiyanın avtomatlaşdırılmış işlənməsi
sistemlərinin təşəkkül tapma dövrüdür ki, bu da EHM kodlarında və ya
Assembler dilində tərtib edilən fərdi proqramlar üzrə hesablamaların
aparılmasına EHM tətbiqi ilə xarakterizə olunur. Bu mərhələdə informasion
xidmətin avtomatlaşdırılması üçün EHM tətbiqi özünü doğrultmadı. Çünki,
proqram tərtibinə və ilkin informasiyanın daxil edilməsinə çəkilən əmək və
maliyyə məsrəfləri avtomatlaşdırmadan əldə edilən qənaəti üstələyirdi. Bu
1 2 3
E L E K T R O N
B I Z N E S
mərhələnin vacibliyi onda idi ki, proqram tərtibi, ilkin informasiyanın daxil
edilməsi, emalı və təqdim edilməsi məsrəflərinin azaldılması metodlarının
İşlənib hazırlanması problemini bütün kəskinliyi ilə ortaya qoydu.
İkinci mərhələdə əməliyyat sisteminin və müvafiq transiyatorlarla
birgə yüksək səviyyəli proqramlaşdırma dillərinin yaradılması hesabına
proqramlaşdırmaya sərf edilən əmək və maliyyə məsrəflərinin əhəmiyyətli
dərəcədə azaldılması mümkün oldu. Əməliyyat sisteminin təməlinə qoyulan
ideya tez-tez rast gələn və özünü doğruldan priyomlar çoxluğunun seçilib
ayrılmasından və onların tipik prosedurlar formasında təsvirindən ibarətdir.
Müvafiq prosedurların sonrakı proqramlarda istifadə edilməsi yüksək ixtisaslı
mütəxəssislər kollektivi tərəfindən həyata keçirilirdi.
İxtiyari əməliyyat sistemi əmrlərin və parametrlərin insan üçün
münasib olan formada daxil edilməsini, hesablayıcı sistemin resurslarının
paylanmasının əlaqələndirilməsini təmin edən komponentlərə və
aparaturanın diaqnostikası, müxtəlif daşıyıcılardan verilənlərin üzünün
köçürülməsi, verilənlərin dəyişdirilməsi və bərpası və s. kimi standart
funksiyaların icrasını təmin edən proqramlara malikdir. Əməliyyat sistemi
vahid düşüncə ilə əlaqələndirilmiş müəyyən ardıcıllığa malik olan əməllərin
təsviri vasitələrinə də malikdir. Bu ardıcıllıq, adətən, əmr faylı adlandırılır.
İstənilən yüksək səviyyəli proqramlaşdırma dilinin təməlində tipik
emal vahidlərinin, yəni operandların və emalın təməl konstruksiyalarının,
daha doğrusu, operatorların təyin edilməsi ideyası dayanır. Tipik emal
vahidləri dedikdə, verilən tipləri (məsələn, tam, həqiqi, sətri və s.) nəzərdə
tutulur. Emalın təməl konstruksiyaları dedikdə, praktiki olaraq bütün
1 2 4
Dostları ilə paylaş: |