Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

E L E K T R O N
  B I Z N E S
 
KREDİT VƏ DEBET ÖDƏMƏ SİSTEMLƏRİ 
Bütün  elektron  ödəmə  sistemlərini  iki  iri  sinfə  bölmək  olar:  kredit 
ödəmə sistemləri\/ə debet ödəmə sistemləri. 
Kredit ödəmə sistemləri 
kredit kartından istifadə 
üzərində qurulmuş sistem nəzərdə tutulur. Bu sistem alqı-satqı iştirakçıları 
arasında  elektron  hesablaşmalar  və  bu  məqsədlə  xəbər  mübadiləsinin 
şifrlənməsi, rəqəmsal imza kimi təhlükəsizlik tədbirləri həyata keçirir. Bütün 
kredit sistemləri müştərinin kredit qabiliyyətinin, yaxud emitent-bank və ya 
başqa səlahiyyətli təşkilat tərəfindən verilmiş ödəmə vəsaitinin yararlılığının 
təsdiqini tələb edir. Dünya bazarında yaxşı tanınmış kredit ödəmə sistemləri 
sırasında  CyberCast,  CheckFree,  Open  Market,  First  Virtual  kimi  sistemləri 
göstərmək olar. Visa və MasterCard şirkətləri tərəfindən İnternetdə ödəmələr 
üçün  təklif  edilmiş  SET  standartından  istifadə  edilməsi  xüsusi  əhəmiyyət 
daşıyır. 
Debet ödəmə sistemləri dedikdə, çeklərin və nağd ödəmələrin elektron 
ekvivalentindən  istifadəyə  əsaslanan  sistemlər  nəzərdə  tutulur.  Dünya 
bazarında  yaxşı  tanınmış  debet  ödəmə  sistemləri  sırasında  DigiCash, 
NetCash,  NetChex,  NetBiii  kimi  sistemləri  göstərmək  olar.  Rəqəmsal 
nağdlardan  istifadəyə  əsaslanan  debet  ödəmə  sistemləri  maliyyə 
strukturları  tərəfindən  vəkil  edilmişlərin  təsdiqini  tələb  etmir.  Debet 
sistemləri nisbətən ucuz olduğuna görə mikroödənişlər üçün münasibdir. 
Debet  ödəmə  sistemindən  istifadə  edilməsinin  əsas  problemi  etibarlı, 
inanılmış  maliyyə  mühitinin,  xüsusən,  nəzarətdənkənar  nağd  elektron 
emissiyaların qeyri- mümkünlüyünə əminlik yaradılmasıdır. 
161 


E L E K T R O N
  B I Z N E S
 
Qeyd edək ki, elektron ödəmə sistemi İnternet infrastrukturundan 
istifadə edilməklə bank hesablarının idarə edilməsi (elektron bankinq və ya 
İnternet-bankinq) kimi bank servisinin tərkib hissəsi deyildir. Servisin bu 
növü  bankın  ənənəvi  xidmətidir  ki,  bu  da  müştəriyə  öz  hesabını  idarə 
etməyi asanlaşdıran yeni forma təklifidir. 
162 


E L E K T R O N
  B I Z N E S
 
MIKROPROSESSORLU VƏ PLASTIK 
KARTLAR 
Plastik  və  ya  maqnit  kartları  ənənəvi  iqtisadiyyatda  geniş  istifadə 
edilən ödəmə vasitəsidir. Kartla ödəmə texnologiyası bir-neçə 10 illik tarixə 
malikdir. Kartlar debet və kredit olmaqla 2 növdür. Debet kartları ödəyicinin 
hesabından məbləği dərhal silir. Kredit kartları isə ay ərzində alınmış mallara 
görə bir çeklə ödəmə etməyə imkan verir. 
Plastik  kart  -  mal  və  xidmətlərə  görə  istifadəçiyə  nğdsız  ödəmələr 
etməyə  və  ödəmə  sisteminin  iştirakçıları  olan  bank  şöbələrindən  və 
bankomatlardan nağd pul götürməyə imkan verən fərdiləşdirilmiş ödəmə 
vasitəsidir. 
Kartı  qəbul  edən  ticarət  müəssisəsi  və  bank  şöbəsi  kart  xidməti 
məntəqələri  şəbəkəsi  əmələ  gətirir.  Plastik  kartla  satışın  və  nağd  pulun 
alınmasının xüsusiyyəti odur ki, bu əməliyyatlar borca həyata keçirilir. Çünki 
mallar  və  nağd  pullar  müştəriyə  dərhal təqdim  edilsə  də,  bunların  haqqı 
müəyyən müddətdən sonra ödənir. Plastik kart kartlarla ödəmələrə görə 
öhdəliklər bu kartı buraxan emitent-bankın üzərinə düşür. Buna görə də 
kartlar bütün fəaliyyət dövründə bankın mülkiyyətində qalır, kart sahibləri 
isə  yalnız  ondan  istifadə  edirlər.  Emitent-bankın  zəmanətlərinin  xarakteri 
müştəriyə təqdim edilən kartın sinfindən və ödəmə ixtiyarından asılıdır. 
Kart müştəriyə verilərkən fərdiləşdirilir. Fərdiləşdirmə dedikdə, plastik 
karta kartı və onun sahibini identifikasiya edən məlumatın, həmçinin kartın 
ödəməqablliyyətlnin və veriləcək naqd pulun məbləğinin yoxlanmasını icra 
edən proqramın daxil edilməsi başa düşülür. 
163 


E L E K T R O N
  B I Z N E S
 
QEY!>, Plastik kartların dünya tarixində hesab edilir ki, ilk plastik 
kartlar  1950-ci  ildə  Nyu-York  şəhərində  olan  restoranların  birində 
Hamllton Credit Corporation maliyyə şirkətinin rəhbəri Frenk Maknamari 
və  həmin  şirkətin  hüquqşünası  Ralf  Şnayder  ilə  iri  amerika 
univermaqlarından birinin banisinin nəvəsi Alfred Bulminqdeyl arasında 
olan  nahar  görüşdən  sonra  yaranmışdır.  Belə  ki,  stol  arxasında  olan 
söhbətlərin  nəticəsində  Diners  Club  kartı  meydana  gəlmişdir.  Bəzi 
tədqiqatçılar  belə  hesab  edirlər  ki,  həmin  dostlara  ödəmə  kartlarını 
buraxmaq ideyası verilmişdir. Lakin, tarix bu fikrə birmənalı yanaşmır. 
Bir  versiyaya  görə  kart  hər  hansı  bir  amerikalının  smaqlan  idi.  O,  öz 
tanışlarına  onun  bankdakı  hesabından  müəyyən  faizlə  istifadə  etmək 
imkanını vermək üçün bunu etmişdir. Digər versiyaya görə plastik kart 
yapon  müəssisələrinin  ixtirasıdır.  İkinci  dünya  müharibəsi  bitdikdən 
sonra Yaponiya iqtisadi böhran vəziyyətində idi. Bu zaman ilk əvvəllər öz 
əməkdaşlarına "qəbzlər" verilirdi. Hansı ki, bunun vasitəsilə də İnsanlar 
gələcək  əmək  haqqı  hesabına  müəyyən  mağazalardan  məhsul  və 
ərzaqları əldə edə bilirdilər. Sonralar isə həmin qəbzlər karton kartlarla 
əvəz  olundu.  Bütün  bunlarla  belə  əminliklə  qed  etmək  olar  ki,  məhz 
Diners Club (DC) kartları ilk kütləvi ödəmə kartı olublar. 
164 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə