E L E K T R O N B İ Z N E S
reallaşdırılan malların təqdimatı və alıcılarla qarşılıqlı fəaliyyət prosesləri ilə
müəssisənin biznes-proseslərinin inteqrasiyasından yaranan bütöv
sistemdir.
RUSİYADA ELEKTRON TİCARƏTİN
XÜSUSİYYƏTLƏRİ
Hal-hazırda son istifadəçiyə yönəlik elektron biznes bazarında
Amerika və Avropanın iri firmalarının göstəriciləri ilə müqayisə edilə biləcək
Rusiyalı iştirakçılar yoxdur. Rusiyada orta elektron mağazasının illik
dövrüyyəsl 120-180 min dollar təşkil edir. Bununla belə, Rusiyada artım
tempi olduqca yüksəkdir.
Belə ki, eMarketer (
www.emarketer.com
) xəbər verir ki, Rusiyada
B2C (Əmtəə və xidmətlərin son İstifadəçilərinə yönəlik elektron biznes
modelidir) sektorunda elektron ticarətin həcmi 1999-cu ildə 40 mln dollar,
2000-ci ildə 65 mln dollar, 2001-ci ildə 135 mln dollar olmuşdur.
İnternet vasitəsilə ödəmələr sisteminin ləng inkişaf etməsi elektron
mağazaların fəaliyyətinin genişləndirilməsinə mənfi təsir göstərir.
Hal-hazırda ödəmələrin əsas üsulu nağd ödəmə sistemidir ki, bu da sifarişin
kuryer vasitəsilə alıcıya çatdırılması məqamında həyata keçirilir. Bu,
mağazaların işinin səmərəliliyini əhəmiyyətli dərəcədə aşağı salır, məhsul
uçotuna çəkilən xərcləri artırır, iri məbləğlərin yığılması və onların əsas
kapitala qoyuluşları hesabına intensivləşdirmənin artımına mane olur,
www.e-commerce.ru
-da verilən məlumata görə. İnternet vasitəsilə alınmış
qida məhsullarının haqqının ödənməsinin 98%-i nağd ödəmə olmuşdur. Bu
ödəmələrin heç biri bank köçürmələri şəklində də olmamışdır.
9 7
E L E K T R O N B İ Z N E S
Qərarlaşan situasiyaya baxmayaraq, son istifadəçiyə yönəlik
elektron biznesin Rusiya bazarında bütün iqtisadi fəaliyyət subyektlərinin
tədricən dərk etdiyi güclü potensial mövcuddur. Elektron mağaza vasitəsilə
aparılan ticarət alıcının sərf etdiyi vaxtı əhəmiyyətli dərəcədə ixtisar edir.
Beləliklə, alıcının real gəlirinin artması üçün ilkin şərt yaranır. İnternet
mühitindən istifadə etməklə müəssisələrin marketinq və mal yeridilişinə
nəzarət imkanları genişlənir.
Beləliklə, satıcının və alıcının xərclərinin azalması tələb və təklif
əyrilərini elə kəsişdirir ki, ya bazardakı malların həcmi artır, ya qiymət aşağı
düşür, ya da hər ikİ meyl eyni zamanda baş verir. Dövrüyyənin və real
gəlirin həcminin artması və bunun başqa məhsulların istehsalına sərf
edilməsi makroiqtisadi miqyasda istehsalın inkişafına səbəb olur.
Hal-hazırda İnternetin Rusiya seqmentində 700-800 elektron
mağaza mövcuddur ki, bunların da əksəriyyəti son illərdə yaradılmışdır.
Lakin bu mağazaların yalnız 50-si ciddi biznes kimi işləyir və yalnız 20-si
təsərrüfat fəaliyyətinin nəticələrinə görə mənfəət gətirə biləndir.
Elektron mağazalarda təqdim edilən nisbətən populyar mallara:
kitab, video, CD, DVD, kompüter və komplektləşdirici hissələr, məhsullar,
məişət malları aiddir. Kompüter assortimenti dövrüyyənin 50%-ni təşkil
edir. Halbuki, bu mal qrupu üzrə bağlanan sazişlər 10%-dən çox deyildir.
Kitab, video, CD üzrə bağlanan sazişlər 70% olmaqla, dövrüyyənin 30%-ni
təşkil edir. Malların İnternetdə mükəmməl təqdimatı son istifadəçiyə yönəlik
elektron biznesin Rusiya bazarının inkişafının əsas istiqamətlərindən biri
olmalıdır.
Rusiya elektron mağazalarındakı assortlmentin spesifikliyinin səbəbi
odur ki, şəbəkə ticarətinin indiki inkişaf
9 8
E L E K T R O N
B I Z N E S
mərhələsində alıcı, əsasən, ucuz, standart və tamamilə təsvir edildiyi kimi
olan məhsula meyl edir. Elektron mağazalarla ünsiyyət qurmaq sahəsində
təcrübə topladıqca alıcılar bir tərəfdən, daha baha məhsullara, digər
tərəfdən də gündəlik tələbat mallarına meyl etməyə başlayırlar.
Ödəmə üsuluna görə, alıcı ünvanına çatdırılma zamanı nağd ödəmə
daha geniş yayılmışdır. Bu, onlayn ödəmə sisteminin kifayət qədər inkişaf
etməməsinin nəticəsidir. Bu növ ünvana çatdırma xidməti adətən böyük
olmayan ərazidə həyata keçirilir. Böyük ərazilərdə ünvana çatdırma isə
poçtla və ya beynəlxalq yükdaşıma xidmətləri vasitəsilə reallaşdırılır.
2001-ci ildə İnternetin Rusiya bazarında elektron mağazalardan mal
almağa hazır olan tədiyyə qabiliyyətli 500 min istifadəçi mövcud idi. Buna
baxmayaraq həmin dövrdə son İstifadəçiyə yönəlik elektron biznes
infrastrukturu tam formalaşmamışdı. Belə ki, ünvana çatdırma səmərəli
deyildi, mikro ödəmələr sistemi kütləvi surətdə tətbiq tapmamışdı, alıcıların
əksəriyyəti elektron ticarət sisteminə inanmırdı.
Bazarın daha bir vacib cəhəti aydın seçilməkdə idi: elektron
mağazalar kooperasiya yolu ilə öz xərclərini minimumlaşdırmağa
başlamışdılar. Ənənəvi reklam elektron ticarət üçün tamamilə yaramaz
olmuşdu, buna görə də mağazaların tanıdılmasına sərf edilən investisiyalar
artıq bir qayda olaraq elektron reklama yönəldilirdi.
Rusiyada elektron ticarətdə yalnız piştaxta virtualdır. Çünki bu
piştaxta arxasında, adi ticarətdə olduğu kimi, real əməkdaşlar işləyir, real
anbarlar fəaliyyət göstərir, real daşımalar baş verir və s.
Ənənəvi ticarətdə işləmək təcrübəsi olan şirkət bu fəaliyyətinə əlavə
olaraq şəbəkədə işləməyə başladıqda
9 9
E L E K T R O N B İ Z N E S
kiberfəzada iqtisadi fəaliyyət göstərməklə rəqibləri üzərində üstünlük
qazanır.
ELEKTRON TİCARƏTİN ƏSAS MODELLƏRİ
Hal-hazırda İnternetin Rusiya seqmentində inkişaf tapmış, 3 əsas
elektron ticarət modeli mövcuddur:
1.
Adi mağazanın internet-nümayəndəliyi modeli;
2.
İnformasion vasitəçilik (dəllallıq) modeli;
3.
Ticarət meydançası modeli.
Birinci model gerçək mal ehtiyatına malik olan ənənəvi satıcıya
İnternet-nümayəndəlik təşkil etməyə əsaslanır. Bu, pərakəndə elektron
ticarət təşkilinin nisbətən geniş yayılmış sxemidir. Elektron ticarətin bu
modelinin aşağıdakı variantları vardır:
•
Pərakəndə ticarət mağazası və ya firma mağazaları şəbəkəsi. Bu
variant ərzaq, kitab, dəftərxana ləvazimatı və s. satışı ilə məşğul
olan mağazalara tətbiq edilir.
•
Müəyyən mal qrupları üzrə ixtisaslaşan topdan ticarət bazaları. Bu
variant kompüter, təşkilat texnikası, mobil rabitə vasitələri
satışında istifadə edilir.
•
İxtisaslaşdırılmış istehsal strukturu. Bu variant adətən nəşriyyat
bazasında fəaliyyət göstərən adi kitab mağazalarında tətbiq edilir.
Bu modelin üstün cəhəti ondadır ki, elektron ticarətin verdiyi
üstünlükdən istifadə etməklə assortimenti və qiyməti çevik idarə etmək
mümkündür. Maliyyə axınları tamamilə İnternet-mağazadan keçir. Nöqsanı
odur ki, bu model üzrə yaradılan elektron ticarət baha başa gəlir.
100
Dostları ilə paylaş: |