Dərslik komplekti ilə bağlı tqdk-ya daxil olmuş və açıq



Yüklə 173,21 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü173,21 Kb.
#2951
növüDərs


 



Respublikanın ümumtəhsil məktəblərinin 



4-cü sinifləri üçün “Həyat bilgisi” dərslik komplekti 

ilə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış yekun rəyə müəlliflərin cavabı 

 

İradlar 

Müəlliflərin cavabı 

1. Məzmunun işlənməsi baxımından 

Dərslik komplekti dərslik və müəllim üçün 

metodik  vəsaitdən  ibarətdir.  Dərslik  komplek-

tindəki  materiallar  “Təbiət  və  biz”,  “Fərd  və 



cəmiyyət”,“Mənəviyyat”“Sağlamlıq və təh-

lükəsizlik” məzmun xətləri üzrə 15 əsas və 37 

alt standartın tələblərinin reallaşdırılmasına yö-

nəlmişdir. Dərslik 2 bölmə (“Sənin cəmiyyət-

də  yerin”,  “Təbiət  və  cəmiyyət”)  üzrə  48 

mövzunu  əhatə  etməklə,  104  səhifədən  ibarət-

dir. 

Dərslik  komplektində  fənn  kurikulumun-



dakı  məzmun  standartlarının  tələbləri  əsasən 

reallaşmışdır.  Tədris  vahidlərinin  və  material-

ların sadədən mürəkkəbə doğru ardıcıllığı, fən-

daxili  və  fənlərarası  inteqrasiya,  tapşırıq  və 

çalışmalarda  yaradıcılıq,  rəngarənglik,  yaş  sə-

viyyəsinə uyğunluq əsasən nəzərə alınmışdır. 

Qeyd  etmək  lazımdır  ki,  Tələbə  Qəbulu 

üzrə  Dövlət  Komissiyası  tərəfindən  dərslik 

komplektinin  2013-cü  il  nəşrinə  dair  hazır-

lanmış  yekun  rəydə  göstərilən  irad  və  təklif-

lərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. 

Lakin  bəzi  iradlar olduğu  kimi  qalıb, əlavə və 

dəyişikliklər  zamanı  isə  yeni  səhvlərə  yol 

verilmişdir. Bunlar aşağıdakılardır: 

Məlum olduğu kimi ümumtəhsil məktəblə-

rinin  I-IV  sinifləri  üçün  fənn  kurikulumlarının 

ilk  variantında

1

,  o  cümlədən  “Həyat  bilgisi” 



kurikulumunda  son  illərdə  müəyyən  dəyişik-

liklər  edilmişdir.  Hazırda  qüvvədə  olan  fənn 

kurikulumu  isə 

http://www.kurikulum.az 

say-

tında  təqdim  edilən  variantdır.  Lakin  2015-ci 



ildə  nəşr  olunmuş  komplekt  həmin  dəyişiklər 

nəzərə  alınmadan  köhnə  variant  əsasında 

hazırlanmışdır. Bununla belə, bu variantdan da 

kənaraçıxmalar  var.  Belə  ki,  MMV-də  səhifə 



84-də  “2.1.1”  alt  standartının  (“Azərbaycan 

cəmiyyətini sadə şəkildə təsvir edir”) məzmunu 

dəyişdirilərək “Azərbaycan cəmiyyətinin iqtisa-



diyyatını  sadə  şəkildə  təsvir  edir”  kimi  veril-

mişdir.  Bu  alt  standartda  nəzərdə  tutulan  bilik 

və  bacarıqların  “Təbiət  necə  dəyişir?”  (D., 

səh.  78-79)  mövzusu  çərçivəsində  formalaşdı-

rılması  nəzərdə  tutulur.  Lakin  adından  da 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Dərslik tam tirajla çap edilərsə, MMV-yə aid 

olan bu irad nəzərə alına bilər.  

 

 



 

 

 



 


 

göründüyü  kimi  bu  mövzunun  alt  standartda 



təsbit  olunmuş  bilik  və  bacarıqlarla  heç  bir 

əlaqəsi yoxdur. 

Dərslik  komplektində  bəzi  alt  standartların 

reallaşdırılması  üçün  müvafiq  materiallar 

verilməmişdir. Məsələn: 

 

1.1.3.  “İşıq", “səs" və “enerji" anlayışlarını 

sadə şəkildə izah edir. 

MMV-də  səhifə  8-9-da  verilmiş  “Stan-

dartların  reallaşdırılması  və  inteqrasiya” 

cədvəlinə  görə  bu  alt  standartda  nəzərdə  tutu-

lan bilik və bacarıqlar 46-cı mövzunun (“Yaşıl 

iqtisadiyyat”)  tədrisi  prosesində  formalaş-

dırılmalıdır. Lakin adından da göründüyü kimi, 

həmin  mövzunun  bu  alt  standarta  heç  bir 

aidiyyatı  yoxdur.  Halbuki  bu  bilik  və  baca-

rıqlar  gələcəkdə  tədris  olunacaq  fizika  fənni 

üzrə  bəzi  təməl  anlayışların  aşılanması  ilə 

yanaşı,  həm  də  şagirdin  gündəlik  həyatda 

qarşılaşdığı  fərqli suallara cavab tapması  üçün 

mühüm  əhəmiyyət  kəsb  edir.  Onların 

reallaşdırılması  ilə  şagird  “işıq”,  “səs”  və 



“enerji” anlayışları haqqında ilkin təsəvvürlərə 

malik olur, onların təbiəti və həyati əhəmiyyəti 

barədə sadə bilgilər əldə edir. Məsələn, hər gün 

rastlaşdığı  rənglərin  işıqla  bağlı  olmasını, 

rənglərin  bəzilərinin  yaxşı,  bəzilərinin  pis  əks 

olunmasını,  səsin  necə  yaranması  və  necə 

yayılmasını,  insanın  yaşaması  və  fəaliyyəti 

üçün zəruri olan enerjinin mahiyyətini və onun 

fərqli mənbələrini öyrənir. 

 

1.2.3. Coğrafi obyektləri xəritədə göstərir. 

Bu  alt  standartın  reallaşdırılması  nəticəsin-

də  şagird  fiziki  xəritənin  Yer  səthinin  və  ya 

onun  bir  hissəsinin  şərti  işarələrin  köməyi  ilə 

kiçildilmiş  təsviri  olduğunu  anlayır.  Belə  təs-

virlərdə  (fiziki  xəritələrdə)  dağlıq  ərazilərin 

qəhvəyi,  yüksəkliklərin  sarı,  düzənliklərin  ya-

şıl,  dəniz,  göl  və  çayların  göy,  buzlaqların  ağ 

rəngdə  göstərildiyini,  siyasi  xəritələrdə  isə 

fərqli  rənglərdən  ayrı-ayrı  dövlətlərin  ərazilə-

rini  göstərməkdə  istifadə  edildiyini,  paytaxtla-

rın, böyük şəhərlərin və kiçik yaşayış məntəqə-

lərinin  adlarının  fərqli  şriftlərlə  verilməsinin 

mənasını  və  s.  öyrənir.  Gələcəkdə  coğrafiya 

fənninin  mənimsənilməsi  üçün  təməl  təşkil 

edəcək bu bacarıqların formalaşdırılmasına heç 

bir  mövzu  verilməmişdir.  MMV-dəki  “Stan-



dartların  reallaşdırılması  və  inteqrasiya” 

cədvəlində  bunun  35,  40  və  43-cü  mövzular 

çərçivəsində  formalaşdırılması  göstərilsə  də, 

həmin  mövzuların  bu  alt  standartla  əlaqəsi 

 

 

 



 

 

 



 

Təkmilləşdirilmiş variantda bu standart 

belədir: 

1.1.2. Təbii resurslardan,təbiət hadisələrindən 

(“işıq”, “səs” və “enerji”) istifadədə elmin ro-

lunu izah edir. Dərslikdə “Yaşıl iqtisadiyyat” 

mövzusunda bu alt-standartın reallaşdırılma-

sına isitiqamətlənmiş, 4-cü sinif şagirdlərinin 

yaş səviyyəsinə uyğun kifayət qədər material 

vardır. 


Rənglərlə bağlı irada gəlincə, 3-cü sinifdən 

artıq şagirdlər rənglərin işıqla bağlı olmasını 

bilirlər. Çünki 3-cü sinif dərsliyində “Səma nə 

üçün mavidir” adlı mövzu məhz bu məsələni 

işıqlandırır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

2-ci sinifdən başlayaraq Həyat bilgisi dərsliklə-



rində şagirdlərə xəritə və qlobus barədə 

məlumat verilir  (2-ci sinifdə “Yer kürəsi” 

mövzusu, 3-cü sinifdə “Materiklər” mövzusu). 

Bu dərsliyin də 75, 77, 85-ci səhifələrdə 

verilən xəritələr, “İqlim və canlılar aləmi”, 

“Ekologiya nədir?” “Aral gölünün harayı” 

mövzularının sonunda bu bacarığı inkişaf 

etdirməyə istiqamətlənmiş sual və tapşırıqlar 

vardır. 

 

 



 

 

 



 

 

 



 

 



 

yoxdur. 



 

3.2.1.  Nağıl,  film  və  tamaşa  qəhrəman-



larının  nümunəsində  mənəvi  keyfiyyətləri 

izah edir. 

Bu  alt  standart  çərçivəsində  şagirdlər 

hansısa  filmə  (Məsələn,  “Qaraca  qız”a)  və  ya 

uşaq tamaşasına (Məsələn, “Göyçək Fatma”ya) 

baxmalı,  yaxud  da  bir  nağıl  (Məsələn,  “Xeyir 

və  Şər”i)  oxuyub  oradakı  qəhrəmanların  sahib 

olduqları  mənəvi  dəyərlər  barədə  öz  fikirlərini 

ifadə etməlidirlər. “Standartların reallaşdırıl-



ması  və  inteqrasiya”  cədvəlinə  görə,  bu  alt 

standartda nəzərdə tutulmuş bilik və bacarıqlar 

6-cı (“Kitablardan öyrənirik”) və 20-ci (“İs-

lam  dininin  yayılması”)  mövzuların  tədrisi 

prosesində  formalaşdırılmalıdır.  Lakin  birinci 

mövzuda nağıl əvəzinə Rəhilə Məmmədovanın 

“Bayram zarafatı” adlı hekayəsi, ikinci mövzu-

da isə İslam dininin Şərqdə yayılması ilə bağlı 

tarixi  faktlar  verilib.  Bütün  bunların  alt  stan-

dartda təsbit edilmiş nağılfilm və tamaşa an-

layışları ilə heç bir əlaqəsi yoxdur. 

 

4.1.1.  Əsəbi  halların  və  digər  emosional 



gərginliklərin insan sağlamlığına mənfi təsirini 

izah edir. 

Şagird  bu  alt  standart  çərçivəsində  əsəbi 

hallar  və  emosional  gərginliklər  barədə  ilkin 

biliklərə  yiyələnir,  onların  insan  sağlamlığına 

mənfi  təsirinin  qarşısını  almaq  üçün  idarə 

olunmasının  əhəmiyyətini  anlayır.  Öz  emosi-

yalarını  düzgün  idarə  edə  bildiyi  halda  bunun 

nəinki  bioloji,  həm  də  sosial  faydasını 

görəcəyini  dərk  edir.  “Standartların  reallaş-



dırılması  və  inteqrasiya”  cədvəlinə  görə  bu 

alt  standartda  nəzərdə  tutulan  bilik  və  baca-

rıqlar “Yoluxucu xəstəliklər” (D., səh. 50-51) 

və  “Bədəni  necə  möhkəmləndirməli?”  (D., 

səh. 60-61) mövzuları çərçivəsində formalaşdı-

rılmalıdır. Lakin birinci mövzunun bu bacarıq-

larla əlaqəsi yoxdur, ikinci mövzunun sonunda 

qorxu hissi ilə bağlı verilmiş üç cümlə isə onun 

formalaşdırılması üçün əsas ola bilməz. 

4.3.3.  Yerli  şəraitə  uyğun  süni  yaradılmış 

ekstremal  vəziyyətlərdə  mühafizə  və  tibbi 

yardım bacarıqları nümayiş etdirir. 

 

Bu  alt  standart  çərçivəsində  şagird  heç 



olmasa,  ayrıca  bir  dərsdə  yerli  şəraitə  uyğun 

süni  yaradılmış  ekstremal  vəziyyətlərdə  həm 

özünü, həm yoldaşlarını mühafizə etmə, onlara 

ilk tibbi yardım göstərmə bacarıqlarını praktiki 

şəkildə  nümayiş  etdirməlidir.  Məsələn,  zədə-

 

 



 

 

 



 

 

Dərslikdə verilmiş “Bayram zarafatı” hekayəsi 



mənəvi keyfiyyətlər haqqındadır. Mövzunun 

sonunda şagirdlərin oradakı qəhrəmanların 



sahib olduqları mənəvi dəyərlər barədə öz 

fikirlərini ifadə etməsinə yönəlmiş sual-

tapşırıqlar verilmişdir.  

Bu hekayə həm də, mənəviyyatın 

formalaşmasında mütaliənin böyük rolu 

olmasını nəzərə çatdırır və mütaliəni təbliğ 

edir.  


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Dərslikdə “emosional gərginlik” ifadəsinin 



ayrıca izahı verilmişdir. Yorğunluq, əsəbilik, 

qorxu, həyəcan və narahatlığın orqanizmin 

müdafiə qabiliyyətini aşağı salması qeyd 

olunmuşdur. 

 

Dərslik komplekti tam tirajla nəşr olunarsa, 



MMV-yə aid iradla bağlı müvafiq düzəlişlər 

edilə bilər.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Dərslikdə !İlk tibbi yardım” adlı mövzu 




 

lənmiş  yoldaşını  hadisə  yerindən  uzaqlaşdır-



maq, ona respirator taxmaq, süni nəfəs vermək, 

yarasını sarımaq və s. “İlk tibbi yardım” (D., 

səh.  58-59)  mövzusundan  açıq-aydın  görünür 

ki,  nəzərdə  tutulan  “süni  yaradılmış  ekstremal 

vəziyyət”  sinifdən  kənarda  yaradıla  bilər.  Hə-

min  dərsə  məktəbin  mülki-müdafiə  üzrə  səla-

hiyyətli  şəxsini  və  həkimini  də  dəvət  etmək 

olardı. 


 

Dərslikdə məzmun standartlarına göstərilən 

səthi münasibət özünü mövzuların tərtibində də 

nümayiş  etdirir.  Məsələn,  “Standartların 



reallaşması  və  inteqrasiya”  cədvəlinə  görə 

“Kitabxana”  mövzusu  (D.  səh.  14-15)  1.1.1. 

(Varlıq  və  hadisələrin  mahiyyəti  haqqında 

kiçik təqdimatlar edir) alt standartında nəzərdə 

tutulmuş bilik və bacarıqların formalaşdırılma-

sı  məqsədilə  verilmişdir.  Halbuki  “Təbiət  və 

biz”  məzmun  xəttinin  birinci  istiqamətinə  aid 

olan həmin bacarıqlar fizika və kimyaya yönə-

likdir. Bundan başqa burada köhnə - artıq sıra-

dan çıxmaqda olan kataloqlar haqqında fikirlər 

qeyd  edilmişdir.  Lakin  müasir  elektron  kata-

loqları və şagirdlər üçün daha aktual olan uşaq 

kitabxanaları barədə heç bir məlumat verilmir. 

Halbuki  yalnız  Bakıda  iyirmiyə  yaxın  uşaq 

kitabxanası mövcuddur. Bu, həm də şagirdlərin 

kitabxanalara  yönləndirilməsi baxımından fay-

dalı olar bilərdi. 

verilmişdir və bu mövzuda müxtəlif 

situasiyalarda ilk yardım qaydaları şərh 

olunmuşdur. 

 

 



Rəydə də göstərildiyi kimi bu, əslində praktik 

dərsdir. Praktik dərslərə aid tövsiyələr isə 

əsasən MMV-də verilir. 

 

 



 

 

Bu mövzunun verilməsində də məqsəd elə 



şagirdlərin kitabxanalara yönləndirilməsidir. 

“müasir elektron kataloqları” na gəlincə, qeyd 

etmək istəyirik ki, paytaxtdakı 20-yə yaxın 

uşaq kitabxanasında təəssüf ki, hələlik rəydə 

göstərilən texniki imkanlar mövcud deyil. 

Bakıda yalnız F.Köçərli adına Mərkəzi Uşaq 

kitabxanasında müasir elektron kataloqlardan 

istifadə olunur, Bakının digər uşaq 

kitabxanaları və respublikanın rayon və 

kəndlərindəki uşaq kitabxanaları hələlik köhnə 

qaydalarla işləyir. 

Səhifə  12.  Səhifənin  sonunda  verilmiş 

“Papirus-qədim  dövrlərdə  yarpağından  ka-

ğız  kimi  istifadə  edilən  qamış  bitkisi”  cüm-

ləsi  düzgün  deyil.  Çünki  papirus  qamış  bitkisi 

deyil,  “Sipeyrus”  cinsindəndir.  Papirusun  yar-

pağından  deyil,  gövdəsindən  kağız  hazırlanır. 

Səhifədə  verilmiş  şəkil  də  göstərir  ki,  papi-

rusun  yarpağı  ondan  kağız  kimi  istifadə  olun-

masına imkan vermir. 

Dərslikdəki izah “Azərbaycan dilinin izahlı 

lüğəti”ndən götürülmüşdür.  

Bax: III cild, səh 572. 



Səhifə  14.  Səhifənin  sonunda  “Arxiv  - 

qədim  sənədlərin  və  yazılı  abidələrin  sax-

landığı  müəssisə”  fikri  verilmişdir.  Bu  fikir 

düzgün  deyil.  Çünki  “Milli  arxiv  fondu  haq-

qında”  Azərbaycan  Respublikası  Qanununa 

görə  “arxiv  -  arxiv  sənədlərinin  məcmusu, 

onların  komplektləşdirilməsini,  uçotunu,  mü-

hafizəsini  və  istifadəsini  həyata  keçirən  arxiv 

təşkilatları  və  ya  idarələrin,  müəssisələrin 

struktur  bölmələridir”.  Deməli,  arxivlərdə 

yalnız  qədim  sənədlər  deyil,  həm  də  müasir 

sənədlər  də  saxlanılır.  Bundan  başqa,  arxiv 

idarə  və  müəssisələrin  tərkibində  də  fəaliyyət 

göstərə bilər. 

Dərslikdəki izah “Azərbaycan dilinin izahlı 

lüğəti”ndən götürülmüşdür.  

Bax: I cild, səh 135. 

Səhifə 23. 1-ci abzasda “Dövlətin büdcəsi  Redaktor düzəlişi edildi. 



 



ölkədə  fəaliyyət  göstərən  müəssisələrin  və 



işləyən  adi  vətəndaşların  dövlətə  ödədiyi 

vergilərin hesabına formalaşır” fikri qüsurlu-

dur. Belə ki, büdcə gəlirlərinin əhəmiyyətli his-

səsini  gömrük  rüsumları  təşkil  edir.  Dərslikdə 

“adi  vətəndaş”  ifadəsi  dəfələrlə  işlənir.  Belə 

çıxır  ki,  cəmiyyət  adi  və  adi  olmayan  hansısa 

vətəndaşlar kateqoriyasına bölünür. 

Səhifə  24.  9-cu  abzasda  “Tez  xarab  olan 

ərzaq mallarının üzərində məhsulun istehsal 

edildiyi saat və tarix, saxlanma temperaturu 

və  son  istifadə  müddəti  göstərilməlidir” 

cümləsinin  “Tez  xarab  olan  ərzaq  mallarının 



üzərində məhsulun istehsal edildiyi saat və ta-

rix,  saxlanma  temperaturu,  şəraiti  və  son  isti-

fadə  müddəti  göstərilməlidir”  kimi  yazılması 

tövsiyə edilir. 

Tövsiyə nəzərə alındı. “Şərait” sözü cümləyə 

daxil edildi. 



Səhifə 27. 2-ci abzasda “Bu məqsədlə “Sı-

ğorta  haqqında”  Azərbaycan  Respublikası-

nın  Qanunu  qəbul  edilmişdir”  cümləsinin 

“Bu  məqsədlə  “Sığorta  fəaliyyəti  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul 

edilmişdir” kimi yazılması məqsədəuyğundur. 

Tövsiyə nəzərə alındı. “Fəaliyyət” sözü 

cümləyə əlavə edildi. 

Səhifə 31. 3-cü abzasda “Birləşmiş Millət-

lər  Təşkilatı  “Uşaq  Hüquqları  Konvensiyası” 

adlı sənəd də qəbul etmişdir” cümləsinin “Bir-

ləşmiş  Millətlər  Təşkilatı  “Uşaq  Hüquqları 

haqqında  Konvensiya” adlı  sənəd qəbul  etmiş-

dir” kimi yazılması məqsədəuyğundur. 

Tövsiyə nəzərə alındı. “Haqqında” sözü 

cümləyə əlavə edildi. 

Səhifə 32. Mövzunun adının “Hər şey mü-

nasibətdən  başlayır”  əvəzinə  Hər  şey  ətraf 

aləmlə münasibətdən başlayır” kimi  yazılması 

tövsiyə  edilir.  Çünki  mövzuda  ətraf  aləmlə 

münasibətdən danışılır. 

Dərslik tam tirajla nəşr olunarsa, bu tövsiyə 

nəzərə alına bilər. 

Səhifə 50. 2-ci abzasda “Məsələn, malyari-

ya və taun xəstəsini sancmış ağcaqanad sağlam 

adamı da sancarsa, xəstəliyi ona ötürər” cümlə-

si düzgün deyil. Çünki taun xəstəliyinin daşıyı-

cıları ağcaqanadlar deyil, birələrdir. 

 

İrad aradan qaldırıldı. “Taun” sözü cümlədən 



çıxarıldı. 

Səhifə 53. 1-ci abzasda “Onlar peyvəndlər, 

vaksinlər  kəşf  etdilər”  cümləsi  düzgün  deyil. 

Çünki peyvənd və vaksin eyni anlayışdır. 

İrad nəzərə alındı. “Vaksin” sözü cümlədən 

çıxarıldı. 



Səhifə  54.  1-ci  abzasda  “Onurğa  sütunu 

bir-birinə  qığırdaqla  birləşən  hissələrdən  – 

fəqərələrdən  təşkil  olunmuşdur”  cümləsi 

düzgün deyil. Çünki insanın onurğa sütununda 

fəqərələr  üç  növ  birləşmə  əmələ  gətirir:  hərə-

kətsiz (oma, büzdüm), hərəkətli (oynaq vasitə-

silə) və yarım hərəkətli-qığırdaq vasitəsilə (bo-

yun, döş və oma fəqərələri). 

Redaktor düzəlişi edildi. 

Səhifə  57.  5-ci  abzasda  qida  zəhərlənməsi 

zamanı müşahidə olunan hallar sırasında “tem-



peratur”  əvəzinə  “temperaturun  artması” 

Tövsiyə nəzərə alındı “artması” sözü mətnə 

əlavə edildi. 



 

yazılması məqsədəuyğundur. 



temperaturun artması” 

yazılmasıməqsədəuyğundur. 



Səhifə 58. 1-ci abzasda “Yod və spirt kimi 

vasitələr  mikrobları  öldürür”  cümləsində 

“yod” əvəzinə „„yod məhlulu yazılmalıdır. 

Tövsiyə nəzərə alındı “məhlulu” sözü cümləyə 

əlavə edildi. 

Səhifə  60.  Səhifənin  sonunda  “Emosional 

gərginlik – insanın həyəcan, narahatlıq, qor-

xu hisləri keçirməsi” anlayışının izahı  yarım-

çıqdır.  Belə  ki,  emosional  gərginlik  yalnız 

mənfi  deyil,  həm  də  müsbət  mahiyyət  daşıya 

bilər. 


Razı deyilik. Çünki emosionallıq gərginlik 

həddində olanda müsbət mahiyyət daşıya 

bilməz. 

Səhifə 67. 3-cü abzasda “Nasazlıq aradan 

qaldırılana qədər otaqda kibritdən, alışqan-

dan,  elektrik  cihazlarından  istifadə  etmə-

yin”  cümləsinin  “Nasazlıq  aradan  qaldırılana 

qədər  otaqda  kibritdən,  alışqandan,  elektrik 

cihazlarından istifadə etməyin və otağın işığını 

yandırmayın” kimi yazılması tövsiyə edilir. 

Tövsiyə nəzərə alındı. 

Səhifə  70.  3-cü  abzasda  “Xlor  kəskin 

boğucu  iyi  olan  göyümtül  -  sarı  qazdır” 

cümləsində  “göyümtül-sarı”  əvəzinə  „„yaşı-



lımtıl-sarı” yazılması məqsədəuyğundur. 

 

Yenə həmin səhifədə 3-cü abzasda “Orqa-

nizmdə  kəskin  ağrılar  başlayır,  quru  öskürək, 

qusma,  nəfəs  çatışmazlığı,  gözlərdə  yaşarma 

əmələ  gəlir”  cümləsinin  “Xlor  qazı  ilə 

zəhərlənmə  zamanı  orqanizmdə  kəskin  ağrılar 

başlayır,  quru  öskürək,  qusma,  nəfəs 

çatışmazlığı,  gözlərdə  yaşarma  əmələ  gəlir" 

kimi yazılması məqsədəuyğundur. 

Tövsiyə nəzərə alındı. “Göyümtül-sarı” 

əvəzinə “yaşılımtıl-sarı” yazıldı. 

 

 

 



“Xlor qazı ilə zəhərlənmə zamanı” söz 

birləşməsi mətnə əlavə edildi. 



Səhifə 74. “İqlim və canlılar aləmi” möv-

zusunun “İnsan təbiəti  dəyişir”  tədris  vahidi-

nə  daxil  edilməsinin  məntiqi  anlaşılmır.  Belə 

ki, mövzunun adından da göründüyü kimi, bu-

rada söhbət yalnız iqlim və canlılar aləmi haq-

qında  gedir.  Burada  nəinki  insanın  təbiəti  də-

yişməsi,  ümumiyyətlə,  onun  heç  bir  fəaliyyəti 

barədə danışılmır. 



Yenə həmin səhifədə 5-ci abzasda “Bura-

da, əsasən, şibyə, mamır, tozağacı və bataq-

lıq  otlarından  ibarət  bitkilər  bitir”  cümləsi-

nin “Burada, əsasən, şibyə, mamır, tozağacı və 



bataqlıq  otları  bitir"  kimi  yazılması  məqsədə-

uyğundur. Çünki şibyə bitki deyil. 

 

Yenə həmin səhifədə 5-ci abzasda “Şimal 

maralı,  şimal  tülküsü,  ağ  kəklik,  suiti,  morj 

və  başqa  heyvanlar  yaşayır”  cümləsindən 

“suiti,  morj”  ifadəsi  çıxarılmalıdır.  Çünki  bu 

heyvanlar bilavasitə tundrada yaşamır. 

Bu mövzu 1.2.2. Yerin təbii zonalarını sadə 

şəkildə təsvir edir – alt-standartının 

reallaşdırılmasına xidmət edir. 

Şagirdlər yerin təbii zonaları barədə məlumat 

almalıdırlar ki, insan fəaliyyəti nəticəsində 

təbiətdə baş verən dəyişikliklərin mahiyyətini 

başa düşsünlər. 

 

Tövsiyə nəzərə alındı müvafiq redaktor 



düzəlişləri edildi. 

Səhifə  80.  4-cü  abzasda  “Günəş  enerjisi, 

su və iqlim coğrafi təbəqədə baş verən bütün 

proseslərdə  iştirak  edir”  cümləsindən  “Gü-

nəş  enerjisi”  söz  birləşməsinin  çıxarılması 

Tövsiyə nəzərə alındı. “Günəş enerjisi” söz 

birləşməsi cümlədən çıxarıldı. 



 

tövsiyə  edilir.  Çünki  günəş  enerjisi  məfhumu 



elə  iqlimə  aiddir,  yəni  iqlimin  qeyd  olunduğu 

halda günəş enerjisinin verilməsi artıqdır. 



 

Yenə həmin səhifədə 4-cü abzasda “Məsə-

lən,  heyvanlar  ətyeyən  və  otyeyən  olmaqla 

iki yerə bölünür” cümləsi düzgün deyil. Çün-

ki  hər  şey  yeyən  heyvanlar  da  var.  Məsələn, 

ayı,  yenot,  donuz,  siçovul,  kirpi,  qarğa,  durna 

hər şey yeyənlər qrupuna aiddirlər. 



Səhifə  82.  4-cü  abzasda  “Ölkəmiz  şimal-

dan Böyük Qafqaz dağları, cənubdan Kiçik 

Qafqaz  və  Talış  dağları  ilə  əhatə  olunmuş-

dur”  cümləsinin  “Ölkəmiz  şimaldan  Böyük 

Qafqaz  dağları,  qərbdən  Kiçik  Qafqaz  və  cə-

nub-şərqdən  Talış  dağları  ilə  əhatə  olunmuş-

dur" kimi yazılması məqsədəuyğundur. 

Tövsiyə nəzərə alındı. 



Səhifə  100.  “Bir  pillə  də  ucaldıq”  möv-

zusu  düzgün  olmayaraq  “Cəmiyyətin  qlobal 



problemləri” tədris vahidinə aid edilmişdir. 

 

Yenə  həmin  səhifədə  3-cü  abzasda  “Əsas 



dinlərin peyğəmbərlərini və onların müqəd-

dəs kitablarını tanımağına, dinə sağlam mü-

nasibətinin  formalaşmasına  çalışdı”  cümlə-

sində aşağıdakı ifadə xətalarına yol verilmişdir: 

a)  Dinləri  əsas  və  əsas-qeyri  əsas  dinlərə  böl-

mək olmaz. Səmavi və səmavi olmayan dinlər 

var. 

b)  Peyğəmbərlər  (elçilər)  dinlərin  deyil,  Alla-



hın peyğəmbərləridir (elçiləridir). 

c) Müqəddəs kitablar dinlərin, peyğəmbərlərin 

deyil, Allahındır. 

 

İradla razı deyilik. Çünki dərslikdə bu mövzu 



müstəqildir və heç bir tədris vahidinə daxil 

edilməmişdir. 

 

 

Redaktor düzəlişi edildi. 



Dərsliyin rus dilində olan variantında aşağı-

dakı qüsurlara rast gəlinir: 



Səhifə  8.  3-cü  abzasda  “Благодаря  этим 

железам человек потеет” cümləsinin “Бла-

годаря  этим  железам  осуществляется 

потоотделение”  kimi  yazılması  məqsədə-

uyğundur. 

Yenə həmin səhifədə 3-cü abzasda “А по-

тение  выводит  из  организма  ненужные 

вещества, а также излишнее тепло” cüm-

ləsinin  “А  благодаря  потоотделению 



выводятся 

из 

организма 

ненужные 

вещества,  а  также  излишнее  тепло”  kimi 

yazılması məqsədəuyğundur. 

Tövsiyə nəzərə alındı. 

 

Tövsiyə nəzərə alındı. 



Səhifə  22.  1-ci  abzasda  “Знаешь,  что 

прожитие  семьи  зависит  от  еѐ  доходов” 

cümləsində 



“прожитие” 

əvəzinə 


благополучие” yazılması məqsədəuyğundur. 

Qəbul olunur, amma  – “прожитие” güzəran



dolanışıq mənasındadır. 

Səhifə  25.  5-ci  abzasda  “На  нарушите-

лей  этого  закона  подаѐтся  в  суд  и  они 

Qəbul olunur, amma bu cümlədə heç bir qüsur 

yoxdur. 



 



несут  наказание  за  причинѐнный  потре-



бителю ущерб” cümləsinin “При нарушении 

ваших прав вы можете обратиться в суд и 

виновники  будут  наказаны  за  причинѐнный 

потребителю ущерб” kimi yazılması tövsiyə 

edilir. 



Səhifə  54.  1-ci  abzasda  “В  зависимости 

от  расположения,  позвонки  подразделя-

ются  на  5  частей-шейные,  грудные, 

поясничные  крестцовые  и  копчиковые 

позвонки”  cümləsinin  “В  зависимости  от 

расположения, позвоночник подразделяется 

на 5 отделов-шейный, грудной, поясничный 

крестцовый  и  копчиковый”  kimi  yazılması 

məqsədəuyğundur. 

Qəbul olunur. 

Səhifə  55.  Çərçivənin  içərisində  ürəyə  aid 

verilmiş “При помощи сердца кровь пере-



даѐтся  венам  и  циркулирует  по  телу” 

cümləsinin При помощи сердца кровь пере-



даѐтся  кровеносным  сосудам  и  циркули-

рует  по  телу”  kimi  yazılması  məqsədəuy-

ğundur. 


 

Qəbul olunur. 



Yenə həmin səhifədə çərçivənin içərisində 

böyrəklərə aid verilmiş “Почки- выводят из 



организма  мочевину,  различные  соли, 

вредные  вещества,  излишнюю  жидкость 

и  т.д.”  cümləsində  “вредные  вещества” 

əvəzinə ядовитые вещества”, “излишнюю 



жидкость” əvəzinə “излишнюю водуyazıl-

ması tövsiyə edilir. 

Qəbul olunur. 

Səhifə 63. “Вопросы и задания” bölmə-

sində  “Что  ты  считаешь  самым  опасным 



в  правилах  пользования  мобильными 

телефонами?”  cümləsinin  “Несоблюдение 

каких  правил  может  быть  опасным 

пользования  мобильными  телефонами?” 

kimi yazılması məqsədəuyğundur. 

Cümlə anlaşıqlı deyil! 

Səhifə  69.  Sonuncu  abzasda  “Соблюдая 

эти  правила,  люди  могут  не  только  сох-

ранить  свои  жизни,  но  и  предотвратить 

дорожно-транспортные  аварии”  cümlə-

sində  “дорожно-транспортные  аварии” 

ifadəsinin  дорожнотранспортные  проис-

шествия kimi yazılması məqsədəuyğundur. 

Mənaca eynidir! Qəbul edilir. 



Səhifə  74.  2-ci  abzasda  “В  джунглях 

произрастает более  4000 пород деревьев” 

cümləsində  “пород”  əvəzinə  “видов”  yazıl-

malıdır. 

 

Yenə  həmin  səhifədə  6-cı  abzasda 



“Северный  олень,  полярная  лиса,  белая 

куропатка,  тюлень,  моржь  и  другие 

животные-обитатели  тундры”  cümləsində 

Qəbul edilir. 




 



“полярная лиса” əvəzinə “песец” yazılması 

məqsədəuyğundur. 

Səhifə  81.  1-ci  abzasda  “Азербайджанс-

кие  учѐные  вывели  различные  сорта 

пшеницы,  хлопчатника,  яблок,  граната, 

столового  винограда,  обладающих  вы-

сокой урожайностью” cümləsində “яблок” 

əvəzinə “яблонь” yazılmalıdır. 

Qəbul olunur. 

Səhifə 

83. 

1-ci 


abzasda 

“Здесь 

произрастают 

гирканский 

инжир, 

гирканский  тополь,  кавказская  хурма, 

шѐлковая  акация,  самшит  и  другие 

редкие  породы”  cümləsinə  “железного 

дерева” ifadəsi əlavə edilməlidir. 

Qəbul edilir. 



Səhifə  84.  1-ci  abzasda  “Люди  безжа-

лостно  истребляют  животных  ради  их 

мяса,  шкуры,  меха,  рогов,  клыков, 

бивней”  cümləsində  “клыков,  бивней” 

əvəzinə “зубов” yazılmalıdır. 

 

Yenə  həmin  səhifədə  1-ci  abzasda  “Они 

убивают  барсов  и  гепардов  из  -за  их 

красивого  меха  ,  кайманов  -  ради  дорог 

ой кожи, носорогов, слонов - из-за бивней 

и клыков” cümləsində “бивней и клыков” 

əvəzinə “рогов и зубов” yazılmalıdır. 

 

Yenə həmin səhifədə sonuncu abzasda “К 



ним  относятся  муфлон,  барс,  пятнистый 

олень,  горный  тур,  джейран,  косуля,  куро-

патка,  лебедь,  турач,  фазан  и  др.”  Cüm-

ləsində  “барс”  əvəzinə  “леопард”,  “горный 

тур”  əvəzinə  “безоаровый  козел”  yazılması 

məqsədəuyğundur. 

Qəbul edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Qəbul edilmir.  Безоаровый козел” uşaqlar 

üçün çətin qavranılar. 

Səhifə  85.  2-ci  abzasda  “А  в  Загатальс-

ком  заповеднике  охраняются  такие  жи-

вотные,  как  дагестанский  лось,  олень, 

косуля,  кабан,  бурый  медведь,  лесной 

рысь, белка и др.”  cümləsində “дагестанс-

кий  лось”  əvəzinə  “дагестанский  тур”, 

“лесной  рысь”  əvəzinə  “лесной  кот” 

yazılmalıdır. 

Qəbul olunur. 

2. Dil və yazı üslubu baxımından 

Dərslikdəki  təlim  materialları  dil  və  yazı 

üslubu  baxımından  şagirdlərin  yaş  səviyyəsinə 

əsasən  uyğundur.  Dil  qaydalarına  əsasən  əməl 

edilmişdir. 

 

Bununla  yanaşı,  müəyyən  qüsurlara  rast 



gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə  7.  Hacı  Zeynalabdin  Tağıyev  haq-

qında verilən əlavə məlumatda “Azərbaycanın 



neft  milyonçularından  biri  olan  Hacı  Zey-

nalabdin  Tağıyev  özü  savadsız  idi”  cüm-

 

 



 

 

 



 

 

Tövsiyə nəzərə alındı. 




 

10 


ləsində “savadsız idi” ifadəsinin əvəzinə “təh-

sil almamışdı” yazılması məqsədəuyğundur. 

Səhifə  15.  Sonuncu  abzasda  “Bitki  və 

heyvan  bəsləmək,  rəsm  çəkmək,  ilk  tibbi 

yardım  göstərmək,  düzgün  qidalanmaq  və 

başqa  mövzularda  nə  isə  öyrənmək  istəsən, 

kitabxanaya  müraciət  et”  cümləsində  “bitki 

və  heyvan  bəsləmək”  əvəzinə  “bitkilərə 

qulluq  etmək  və  heyvan  bəsləmək"  yazılması 

məqsədəuyğundur. 

 

Yenə  həmin  səhifədə  sonuncu  abzasda 

“Yadında  saxla  ki,  çoxlu  kitab  oxuyan 

insanın  söz  ehtiyatı  zənginləşir”  cümləsinin 

Yadında  saxla  ki,  çoxlu  kitab  oxuyan  insanın 



söz  ehtiyatı  zənginləşir  və  dünyagörüşü  artır” 

kimi verilməsi tövsiyə edilir. 

Tövsiyə nəzərə alındı. 

 

 



 

 

 



 

 

 



Tövsiyə nəzərə alındı. 

Səhifə  25.  3-cü  abzasda  “Satılan  malın 

pulu  ödənilərkən,  alıcıya  malın  satıldığını 

təsdiq  edən  kassa  çeki  verilməlidir”  cümlə-

sində  “çeki”  sözünün  “qəbzi”  sözü  ilə  əvəz 

edilməsi məqsədəuyğundur. 

“Çek” sözü həm Azərbaycan dilinin 

orfoqrafiya lüğətinə (Bakı, Şərq-Qərb 2013. 

səh. 131), həm də “Azərbycan dilinin izahlı 

lüğəti”nə (I cild səh. 455) daxil edilmişdir. 

Səhifə  33.  1-ci  abzasda  “Tum  qabıqları, 

dondurma,  konfet  kağızı,  ilə  ictimai  nəqliy-

yatı,  küçəni,  parkı  zibilləyirlər”  cümləsində 

“konfet kağızı” söz birləşməsindən sonra ver-

gül işarəsi qoyulmamalıdır. 



 

Yenə həmin səhifədə 2-ci abzasda “Çünki 

dünyada və cəmiyyətdə hər bir şey bir-biri 

ilə əlaqəlidir” cümləsində “dünyada” əvəzinə 

“təbiətdə” yazılması 

Korrektor düzəlişi edildi. 

 

 

 



 

 

Redaktor düzəlişi edildi. 



Səhifə  54.  3-cü  abzasda  “Məktəbdə  dərs 

başlayır və sən hər bir dərsdə 45 dəqiqə par-

tada  əyləşməli  olursan”  cümləsində  “parta-

da” əvəzinə “parta arxasında” yazılması tövsi-

yə edilir. 

Tövsiyə nəzərə alındı. 

Səhifə  74.  2-ci  abzasda  “Cəngəlliklərdə 

4000  mindən  çox  ağac  növü  vardır”  cümlə-

sinin “Cəngəlliklərdə 4000-dən çox ağac növü 



vardır” kimi yazılması məqsədəuyğundur. 

Korrektor düzəlişi edildi. 



Səhifə  77.  2-ci  abzasda  “İnsanların 

qidasının əhəmiyyətli hissəsini balıq və balıq 

məhsulları  təşkil  edir”  cümləsində  “balıq  və 

balıq məhsulları” əvəzinə “balıq və digər dəniz 



məhsulları” yazılması məqsədəuyğundur. 

Tövsiyə nəzərə alındı. 



Səhifə  84.  1-ci  abzasda  “Əgər  yaxşı 

qorunmasa,  bir  neçə  ildən  sonra  böyük 

panda,  oranqutanq  meymunu,  Afrika  fili, 

Amerika  bizonu,  qara  kərgədan  və  sair 

heyvanlar  da  yer  üzündən  silinə  bilər” 

cümləsində  “oranqutanq  meymunu”  ifadəsi 

oranqutan meymunu‟" kimi yazılmalıdır. 

Bu heyvanın adı lüğətlərdə (“Azərbaycan 

dilinin orfoqrafik lüğəti”ndə səh. 519; 

“Azərbaycan dilinin izahlı lüğəti”ndə III cild. 

Səh. 526) oranqutanqdır

3. Dizayn və bədii tərtibat baxımından 



 

11 


Səhifə  12.  Səhifənin  sonunda  “Gil  lövhə” 

adı ilə təqdim olunan şəkil Krit

 

adasında tapıl-



mış  məşhur  “Fest  diski”dir.  Bu  şəklin  əvəzinə 

dərslik kimi istifadə olunan Şumer gil lövhələ-

rindən birinin verilməsi tövsiyə edilir. 

“Fest diski”də elə bişmiş gil lövhədir. 



Səhifə 19. Şəklin altında verilmiş “Müasir 

dövrün monarxları - kral və kraliçalar” ifa-

dəsi düzgün deyil. Çünki şəkildəkilərin hamısı 

monarx  deyil.  Buradakı  monarxlardan  biri  qa-

dın  (Böyük  Britaniya), biri kişidir (Qətər əmi-

ri).  Yəni  Britaniyanın  kralı  yoxdur,  şəkildəki 

sadəcə  olaraq  kraliçanın  həyat  yoldaşıdır,  kral 

deyil.Monarxların adlarının fərqli olması (əmir, 

sultan, imperator, şah və s.) barədə də mövzuda 

əlavə məlumat verilməsi tövsiyə edilir. 

Şəkilaltı sözdə redaktor düzəlişi edildi. 



Səhifə  22.  “Dövlət  büdcəsinin  formalaş-

ma  mənbələri”  şəklində  soldan  ikinci  şəklin 

əvəzinə  vergi  yığılmasını  əks  etdirən  şəklin 

verilməsi məqsədəuyğundur. 

“Dövlət büdcəsinin xərclənmə istiqamətləri” 

adlanan qrup şəkillər də, mövzuya tam 

uyğundur. 



Səhifə 71. Səhifənin sonunda “Nüvə partlayı-

şı”  adı  ilə  verilmiş  şəkil  düzgün  deyil.  Çünki 

nüvə  partlayışı  bir  qayda  olaraq  göbələk  for-

malı olur. 

Dərslikdə verilmiş şəkil də nüvə partlayışını 

əks etdirir. Lakin tövsiyə nəzərə alındı. 

Səhifə  75.  Azərbaycan  Respublikasının  fiziki 

xəritəsində ölkənin üçüncü böyük şəhəri Sum-

qayıtın  adının  kiçik  şriftlərlə  verilməsi  xəritə 

tərtibinin qəbul edilmiş prinsipləri baxımından 

düzgün deyil. Burada həmçinin Mingəçevir və 

Yevlax  şəhərlərinin  adlarının  Sumqayıt  şəhə-

rinin  adından  daha  böyük  şriftlə  verilməsinin 

məntiqi anlaşılmır. 

Xəritədə düzəliş edildi. 

Səhifə  77.  “Faydalı  qazıntılar”  xəritəsin-

də Sumqayıt şəhərinin adı Mingəçevir, Yevlax 

və  Şəki  şəhərlərinin  adından  daha  kiçik  şriftlə 

verilmişdir. 

Xəritədə düzəliş edildi. 

Səhifə  85.  “Azərbaycan  Respublikasın-

dakı  milli  parklar”  xəritəsində  8  milli  park 

qeyd  edilmişdir.  Halbuki  Azərbaycan  Respub-

likasında  9  milli  park  var.  Xəritədə  Samur-

Yalama Milli Parkı göstərilməmişdir. 

Dərslik komplekti hazırlanarkən bu Milli park 

hələ yaradılmamışdı.  

Samur-Yalama Milli parkı xəritəyə əlavə 

edildi. 


Səhifə  92.  Ozon  qatını  əks  etdirən  şəkildə 

Yer  kürəsinin  kosmosdan  görünüşü  düzgün 

verilməmişdir.  Burada  Şimali  Amerika  və 

Cənubi  Amerika  materiklərinin  yerləşməsində 

və  konfiqurasiyasında  yanlışlıq  vardır.  Şəklin 

yenidən işlənilməsi tövsiyə edilir. 

Bu şəkil Yer kürəsinin kosmosdan görünüşünü 

əks etdirmir. Şəklin məqsədi Ozon qatı 

barəsində təsəvvür yaratmaqdır.   

Səhifə  95.  “Səhralaşmanın  səbəbləri” 

şəklində torpaqların həddindən artıq becərilmə-

sini  özündə  əks  etdirən  şəklin  də  verilməsi 

məqsədəuyğundur. 

Bu amilin konkret hansı şəkillə təqdim 

olunmasına dair tövsiyə verilsəydi, yaxşı 

olardı. 

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

Dərslik  komplektində  verilmiş  ev  tapşırıq-

larının  statistik  göstəriciləri  və  məzmunu  nə 

pedaqoji baxımdan, nə də təhsilin humanistləş-

 



 

12 


dirilməsi  nöqteyi-nəzərindən  məqbuldur.  Belə 

ki, burada şagirdlərə tədris ili ərzində 12 esse, 



11 inşa, rəy, məqalə yazmaq, təqdimat və 

1  məktub  hazırlamaq,  12  cədvəl  çəkib  doldur-

maq və çoxlu sayda digər ev tapşırıqları veril-

mişdir.  Bundan  başqa,  tədrisin  planlaşdırılma-

sına  görə  ilboyu  5  layihə-təqdimatın  reallaşdı-

rılması  nəzərdə  tutulur  (Bax:  MMV,  səh.  3). 

Halbuki yazı vərdişlərinin inkişaf etdirilməsinə 

bilavasitə “məsul olan” Azərbaycan dili dərsli-

yində şagirdlərə il ərzində cəmi 4 mətn tərtibi, 

2  məruzə  və  2  təqdimat  hazırlamaq  tapşırığı 

nəzərdə  tutulur.  Dərslikdəki  sualların  böyük 

əksəriyyəti  bərpaedici  və  bir  çox  hallarda  da 

şagirdin  cavabını  hələ  əvvəlki  siniflərdə 

dəfələrlə verdiyi suallardır (“Nə üçün insanlar 

təhsil  almalıdırlar?”,  “Kitabxana  nədir?”

“Büdcə nədir?”“İstehsal nədir?”“İstehlak 

nədir?”,  “Sığorta  nə  deməkdir?”,  “Komp-

yuter  insanlara  nə  üçün  lazımdır?”  və  s.). 

Şagirdi  müstəqil  tədqiqata  yönəldən,  onun 

tənqidi təfəkkürünü inkişaf etdirən suallar 

isə yox dərəcəsindədir. Halbuki müasir dərsliyi 

fərqləndirən  başlıca  xüsusiyyətlərdən  biri  də 

məhz  budur.  Dərslikdəki  bəzi  mövzulardakı 

(məs,  42,  45,  47,  55)  sualların  əksəriyyəti 

düşündürücü deyil, sadə suallardır. 



Səhifə 81. “Sual və tapşırıqlar” bölməsin-

də 3-cü sualın “Təbii komponentlər arasında 



əlaqələrin  qurulması  nəyə  səbəb  ola  bilər?” 

cümləsinin  “Təbii komponentlər arasında əla-



qələrin pozulması nəyə səbəb ola  bilər?" kimi 

yazılması məqsədəuyğundur. 

 

 

5. “Müəllim üçün metodik vəsait”in (MMV) məzmununun

 

işlənməsi baxımından 

 

Müəllim üçün metodik vəsait 120 səhifədən 

ibarətdir.  Burada  “İzahat  vərəqi”,  “Qiymət-

ləndirmə  vasitələrinə  aid  nümunələr”

“Mövzular”,  “Standartların  reallaşması  və 

inteqrasiya”,  həmçinin  bölmələr  üzrə  kiçik 

summativ qiymətləndirmə, I və II yarımil üçün 

böyük  summativ  qiymətləndirmə  verilmişdir. 

MMV-də  illik  və  gündəlik  planlaşdırmaya  aid 

nümunələr, “Mündəricat” verilməmişdir. 

“Dərsliklərin  qiymətləndirilməsi  meyar-

ları”nın  2.1.5-ci  bəndi  “dərs  zamanı  əlavə 

vəsaitlərə  (elektron  resurslar,  əyani  vəsaitlər, 

xəritələr,  sxemlər  və  s.)  istiqamətləndirmə” 

tələbi qoyur. Lakin MMV-də əlavə vəsait kimi 

göstərilən “internet”, “xəritə”, “ensiklopediya” 

və  s.  kimi  resurslar  ümumi  sözlər  olaraq  heç 

bir konkret ünvanı bildirmir. Səhifə 70-də hətta 

müəllimlər də resurslara aid edilmişdir. 

 



 

13 


“Dərsliklərin  qiymətləndirilməsi  meyar-

ları”nın 5.1-ci bəndi müəllim üçün vəsaitlərdə 

“Mənbələrin  və  resursların  təqdimolunma  sə-

viyyəsi” ilə bağlı tələblər qoyur. Lakin vəsaitdə 

heç  bir  mənbə  göstərilməmişdir.  Ona  görə  də 

dərslik və vəsait hazırlanarkən hansı mənbələrə 

əsaslandırıldığı məlum olmur. 



“Dərsliklərin  qiymətləndirilməsi  meyar-

ları”nın  5-ci  bəndi  müəllim  üçün  vəsaitlərdə 

müəllimlər  üçün  əlavə  materialların  verilməsi 

tələbini  qoyur.  Lakin  vəsaitdə  əlavə  material 

verilməmişdir. 



Səhifə 27. Dövlət büdcəsinə dair verilmiş sxem 

tam deyil. Belə ki, büdcə anlayışı özündə xərc-

lərlə yanaşı gəlirləri (daxilolmaları) də nəzərdə 

tutur. Bu isə sxemdə nəzərdə tutulmamışdır. 

 

Yenə  həmin  səhifədə  Venn  diaqramı  ilə 

bağlı sxemdə dairələrin biri yarımçıq verilmiş-

dir.  Belə  olan  halda  diaqramın  mahiyyəti  itir. 

Bu  səhv  səhifə  44,  45  və  57-də  də  təkrarlan-

mışdır. 

 

Səhifə  47.  “Məlumatın  mübadiləsi  və 



müzakirəsi”  hissəsində  “İslam  dinini  yara-

dan  şəxsiyyət  haqqında  biz  nə  öyrəndik?” 

sualı  qüsurludur.  Çünki  möminlərə  görə  din 

Allaha  məxsusdur,  onu  hansısa  şəxsiyyət 

yaratmamışdır. 

 

Səhifə  74.  Səhifənin  sonunda  cədvəldə 

“Polis  dəyənəyi”  ifadəsinin  “Yol  hərəkəti 

nizamlayıcısının  çubuğu”  kimi  yazılması  töv-

siyə edilir. 

 

Yenə həmin səhifədə “Motivasiya” hissə-

sində  və  səhifənin  sonunda  verilmiş  cədvəldə 



“svetofor” sözünün işıqfor” ilə əvəz edilməsi 

məqsədəuyğundur. 

 

Səhifə  111.  “Sənin  hüquqların  bölməsi 

üzrə KSQ”də 4-cü tapşırığa görə şagird dövlət 

büdcəsinə  gəlir  gətirən  mənbələri  müəyyən 

etməlidir.  Burada  doğru  cavab  olaraq  iki  va-

riant (və c) verilmişdir. 

 

Səhifə  112.  “Sənin  hüquqların  bölməsi 

üzrə KSQ”də 9-cu tapşırığın (“İstehlakçı hü-

ququnun  istehlakçı  üçün  faydası  nədir?”) 

düzgün cavabı  kimi  “bu hüquq istehlakçının 



sağlamlığını ona ziyan vuran mallardan qo-

ruyur”  fikri  təqdim  olunmuşdur.  Halbuki  is-

tehlakçı hüququ yalnız sağlamlıqla bağlı deyil, 

məsələn, istehlakçı  zay  malı  (ayaqqabı,  paltar, 

məişət əşyası və s.) satıcıya və  ya istehsalçıya 

qaytarmaq  (maddi  ziyan)  hüququna  da  malik-

dir və s. 

 

Səhifə 113. “Sənin mənəviyyatın bölməsi 

 



 

14 


üzrə  KSQ”də  10-cu  tapşırığın  cavabında  (c) 

bəndində)  “Namaz  qıldıqda  Məkkə  tərəfə 



dua  etmək”  fikri  düzgün  ifadə  olunmamışdır. 

Belə  ki,  dualar  bir  qayda  olaraq  namazdan 

sonra  edilir.  Namaz  qılınarkən  isə  Qurandan 

ayələr oxunur. 

 

Səhifə  114.  “Birinci  yarımil  üçün 

BSQ”də  8-ci  tapşırığa  verilmiş  cavabların  hər 

üçü  doğrudur.  Belə  ki,  mövhumat  həm 

müsəlmanların  inkişafına  mane  olur,  həm 

onların  arasında  mübahisələrə  səbəb  olur, 

həm də dini sadələşdirir. 

 

 



Document Outline

  • bookmark0
  • bookmark3
  • bookmark4
  • bookmark5
  • bookmark6
  • bookmark7

Yüklə 173,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə