Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   14

 

c) “...nümunələri seçib təqdim edilən cədvəldə yaz” (səh.52). 



d) “Vərəqi əsərdə münasib bildiyin yerə yapışdır” (səh.119). 

e) “Hadisələrin inkişaf xətti üzrə başlıqları sxemə daxil et” (səh.188) və s. 

Bütün  bu  fəaliyyətlər  təbii  olaraq  istifadəsi  5  il  üçün  nəzərdə  tutulan 

“Ədəbiyyat-6”  dərsliyinin  tirajının  böyük  bir  hissəsinin  sıradan  çıxmasına  səbəb 

olacaq.  

3. Dərsliyin quruluş prinsipinə görə hər bir dərs materialının sonunda mövzuya 

aid  bədii  mətnin  müəllifi  haqqında  “Müəlliflə  tanışlıq”  başlığı  altında  məlumat 

verilir. Lakin Yusif Balasaqunlu (səh.18), Nəriman Süleymanov (səh.103), Mir Cəlal 

(səh.123)  və  Cabir  Novruz  (səh.155)  barədə  məlumatlar  mətnlərin  ortasında 

verilmişdir  ki,  bu  da  struktur  qarmaqarışıqlığı  yaradır.  Bu  məlumatların  bəzisinin 

müəllifinin  adının  göstərilməsi,  bəzisinin  isə  göstərilməməsi  də  vahid  yanaşmanın 

olmamasını göstərir.  

4.  Dərsliyin  hər  3  hissəsində  əhatə  olunanlar  ədəbiyyat  fənn  kurikulumunda 

nəzərdə  tutulmayan  məsələlərdir.  Hər  3  hissədə  əksini  tapmış  “təsvir”,  “təhkiyə” 

ədəbiyyatşünaslıqda  bir-birindən  təcrid  edilməyən,  bədii  əsərlərdə  qovuşuq  təzahür 

edən anlayışlardır və məktəb ədəbiyyat kursunda məqsəd kimi seçilməsi doğru deyil.  

Ümumiyyətlə,  mətnşünaslıqdakı  təsvir,  nəqli,  mühakimə  və  tədqiqat  xarakterli 

mətnlər  anlayışını  bütövlükdə  bədii  ədəbiyyata  şamil  etmək  ədəbiyyatşünaslıq  elmi 

baxımından  da  doğru  deyil.  Çünki  bədii  əsərdə,  əksər  hallarda,  təsvir,  təhkiyə, 

tərənnüm  üzvi  vəhdətdə  olur,  biri  digərini  tamamlayır.  Onları  bir-birindən  təcrid 

etmək  qeyri-mümkündür.  Dərsliyin  bölmələrindən  və  məzmunundan  aydın  olur  ki, 

ədəbiyyat təliminin vəzifəsi şagirdlərə mətnşünaslıq nəzəriyyəsinin öyrədilməsi kimi 

başa  düşülmüş,  ədəbiyyat  dərslərində  tədrisi  nəzərdə  tutulan  bədii  əsərlər  üçün, 

əsasən, bu məzmunda sual və tapşırıqlar təqdim olunmuşdur. 

Dərsliyin  özündə  mənbə  kimi  göstərilmiş  kitabdakı  (M.  Paşayev,  P. Xəlilov. 

Ədəbiyyatşünaslığın  əsasları,  Bakı:  Maarif,  1988)  elmi  fikir  nəzərə  alınmamışdır: 



“Klassik söz sənətinin çox inkişaf etdiyi, parlaq nümunələr verdiyi qədim yunan 

cəmiyyətindən  indiyə  qədər  tarix  boyu  yaranan  bədii  əsərləri  şəkil  və 

məzmununa görə, əsasən, üç ədəbi növə bölürlər: epik, lirik, dramatik. 

Sənətkar  xarici  aləmi,  obyektiv  həyatı,  müşahidə  və  dərk  etdiyi  hadisələri 

söyləmə,  təhkiyə,  nəqletmə  üsulu  ilə  verir,  sanki  varlığın  sadəcə  mənzərəsini 

çəkir.  Lirikada  nə  təsvir,  nə  göstərmə  əsasdır,  tərənnüm  yolu  birinci  planda 

verilir.  Lirikada  tərənnüm,  eposda  təsvir,  dramda  göstərmə,  əyanilik  əsas  olsa 


 

da,  bunları  əsərlərdə  bir-birindən  təcrid  etmək  düzgün  olmaz...  Əsl  sənətdən 



söhbət  gedirsə,  bütün  təsvir,  tərənnüm  formalarının    iştirakını,  vəhdətini 

düşünmək lazımdır” (səh.95-96). 

Bədii əsərdə təsvir, təhkiyə, tərənnüm, “formalarının iştirakı, vəhdəti” nəzərə 

alınmadığından,  dərsliyin  hazırlanmasında  qeyri-elmi  yanaşma  əsas  götürülmüşdür. 

Bu, bədii ədəbiyyatın mahiyyətinin təhrif edilməsinə səbəb olmuşdur. 

Dərsliyin “elmi-nəzəri və metodik əsası” kimi H. Qardnerin “Müxtəlif üsullarla 

dərketmə  və  ya  müxtəlif  zəka  tipləri”  nəzəriyyəsi  və  N.S.  Valqinanın  “Mətn 

nəzəriyyəsi”  göstərilir.  Halbuki  H. Qardnerin  özü  etiraf  edir  ki,  sabit  standartlar  və 

qiymətləndirmə  meyarları  olan  təhsil  sistemlərində  mətn  nəzəriyyəsinin  tətbiqi 

məqsədəuyğun  deyildir.  H. Qardner  xüsusi  vurğulayır  ki,  “müxtəlif  üsullarla 

dərketmə  anlayışı”  sübut  olunmuş  elmi  fakt  deyil,  yalnız  ciddi  öyrənilməyə  layiq 

ideyadır. 

H. Qardner  öz  nəzəriyyəsinin  tətbiqi  imkanlarının  məhdudluğunu  qeyd  edərək 

yazır: “Xüsusi pedaqoji məqsədlərə nail olmaqdan ötrü dərketmədən necə daha yaxşı 

istifadənin  mümkünlüyünü  aydınlaşdırmaq  böyük  iş  aparılmasını  zəruri  edir.  Mən 

düşünmürəm  ki,  müxtəlif  üsullarla  dərketmə  nəzəriyyəsi  əsasında  yaradılmış  təhsil 

proqramları federal hökumətin indi apardığı tədqiqatlarla uzlaşır. Amma əminəm ki, 

yaxşı  planlaşdırılmış  eksperimentlər  müxtəlif  üsullarla  dərketmə  yanaşmasından 

hansı  hallarda  istifadə  etmək,  ondan  nə  zaman  imtina  etməyin  lazım  gəldiyini  başa 

düşməyə  kömək  edər”  (Bax:  Г. Гарднер.  Структура  разума:  теория 

множественного интеллекта. М.: Вильямс, 2007, səh.16). 

Göründüyü  kimi,  H. Qardner  öz  nəzəriyyəsinin  məktəbdə  tətbiqindən  əvvəl 

eksperimentlərlə  yoxlanılmasını  zəruri  sayır.  H.  Qardnerin  nəzəriyyəsinin 

Azərbaycan  məktəblərində  tətbiqi  “yaxşı  planlaşdırılmış  eksperimentlər”    həyata 

keçirildikdən,  uğurlu  nəticə  alındıqdan  sonra  mümkün  ola  bilər.  Hələ  öyrənilməsi, 

eksperimentlə yoxlanılması zəruri olan ideyanı ədəbiyyat fənninə tətbiq etmək cəhdi 

həm müəllimin, həm də şagirdin yerinə yetirə bilmədiyi fəaliyyəti ortaya qoymuşdur.  

Digər  müəllifin  N.S. Valqinanın  MMV-də  “elmi-nəzəri  və  metodik  əsas”  kimi 

göstərilən, əslində, kitabşünas-tələbələr üçün  nəzərdə tutulmuş “Mətn  nəzəriyyəsi” 

vəsaitində  də  dərslikdəki  təsvir  xarakterli,  nəqletmə  xarakterli,  təsvir-nəqletmə 

xarakterli  əsərlər  barədə  hökmləri  inkar  edən  fikirlər  öz  əksini  tapmışdır:  “Bədii 

mətnlərin  növ-janr  əlamətlərinə  əsaslanan  öz  tipologiyası  vardır...  Bədii  ədəbiyyat 

növlər  üzrə  klassik  bölgüyə  əsasən  nitqin  bədii  üslubunun  hakim  olduğu  nəsr, 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə