Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   14

 

poeziya və dramaturgiya ilə təqdim olunur” (Bax: Н.С.Вальгина. “Теория текста”. 



М.: Логос, 2003, səh.92, 139). 

Deməli, standartlarda nəzərdə tutulmayan təsviri, nəqli, nəqli-təsviri xarakterli 

əsərlər  bölgüsü  doğru  deyildir.  Kurikulumda  təsviri,  nəqli,  nəqli-təsviri  xarakterli 

bədii əsərlər bölgüsü deyil, bədii yaradıcılığın mahiyyətindən çıxış edilərək ədəbi növ 

və janr bölgüsü əks olunmuşdur. 

  Məhz yanlış metodologiya və  metodika əsas götürüldüyü üçün,   milli və fənn 

kurikulumunun  tələblərini  dərslikdə  reallaşdırmaq  mümkün  olmamışdır.  Məzmun 

standartlarına dərslikdəki münasibət bunu təsdiq edir. Belə ki, standartların bir qismi, 

ümumiyyətlə, 

reallaşdırılmayıb,  digər  bir  qismi 

mətn 

texnologiyasına 



uyğunlaşdırılmaq üçün təhrif edilib, üçüncü bir qismi isə dəyişdirilib. 

  Aşağıdakı nümunələr deyilənləri təsdiq edir. 

1. Ədəbiyyat və həyat həqiqətləri 

1.1. Bədii əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir. 

1.1.2.  Heca  vəznli  şeirləri,  süjetli  bədii  nümunələri  ideya-məzmununa  uyğun 

ifadəli oxuyur. 

5.  Həmin  standart  birinci  dəfə  Y.  Balasaqunlunun  “Qutadqu  bilik  –  səadət 



gətirən  elm”  əsərində  (MMV,  səh.70)  xatırladılır,  lakin  həmin  oxunu  necə  həyata 

keçirməyin  lazım  olması  barədə  MMV-də  heç  nə  deyilmədiyi  kimi,  dərslikdə  də 

bununla bağlı sual, yaxud tapşırıq verilməmişdir. 

6. Səhifə 26. M. Rzaquluzadənin “Vurğun baxışlarla” əsəri ilə əlaqədar ikinci 

tapşırığın 3-cü bəndi belədir: “Mətndən kiçik bir abzası şərti işarələrdən istifadə 

etməklə  dəftərinə  köçür”. Ardınca üç şərti işarə verilib: səs tonunun qalxması, səs 

tonunun enməsi, fasilə. Bu tapşırığın nə məqsədlə verildiyi məlum olmur. 

7.  Səhifə  29.  B. Vahabzadənin  “Qocalar”  şeiri  ilə  bağlı  MMV-də  həmin 

standart  irəli  sürülsə  də,  dərslikdə  şagirdlərin  fəaliyyətinə  istiqamət  verən  sual  və 

tapşırıq  verilməmişdir.  MMV-dəki  cümlə  “Əsərin  ifadəli  oxusu  təşkil  edilir” 

(səh.77) 

formal 

səciyyə 


daşıyır.  Standartın  tələbinə  görə,  oxu  əsərin 

ideya-məzmununa  uyğun  olmalıdır  və  bu,  əsərin  mükəmməl  mənimsənilməsindən 

sonra reallaşa bilər. 

8.  Səhifə  32.  M.

 

Dilbazinin  “Müəllimim”  şeirinin  tədrisi  ilə  bağlı  müəllimə 



təklif  olunur  ki,  əsərlə  ilk  tanışlıq  mərhələsində  “şagirdlərin  ifadəli  oxunun 

tələblərinə  əməl  etmələrinə  diqqət  yetirsinlər”  (MMV,  səh.78).  Lakin  bu 

mərhələdə standartların tələbləri səviyyəsində ifadəli oxunu təşkil etmək olmaz. 




 

9.  Səhifə  38-40.  Ç. Aytmatovun  “Dəniz  kənarıyla  qaçan  Alabaş”    əsərinin 



tədrisi zamanı ifadəli oxu ilə bağlı standart göstərilsə də, (MMV, səh.82) onun necə, 

hansı  mərhələdə  həyata  keçirilməsi  barədə  danışılmayıb.  Dərslikdə  (səh.39)  6-cı 

abzasın  ilk  cümlələrinə  ox  işarəsini  istiqamətləndirməklə  belə  bir  qeyd  verilib: 

“Məntiqi vurğulu sözləri müəyyənləşdirməklə ifadəli oxu”. Həmin qeyd və o tipli 

digər qeydlər mətnlə ilkin tanışlıq prosesi üçün nəzərdə tutulmuşdur. Belə olan halda 

ifadəli  oxunu  MMV-də  (səh.83)  qiymətləndirmə  meyarı  kimi  təqdim  etmək  doğru 

deyil. 


10.  Səhifə  46-47. Ə. Kürçaylının “Vətən” şeirinin tədrisində də ifadəli oxunun 

tətbiqi  (MMV, səh.90)  irəli  sürülmüş, vəsaitdə bu işin  yerinə  yetirilməsi  barədə heç 

nə deyilməmiş, dərslikdə də bu istiqamətdə sual və tapşırıq verilməmişdir. Burada da 

ifadəli  oxu  yenə  səhvən  qiymətləndirmə  meyarı  kimi  nəzərdə  tutulmuşdur  (MMV, 

səh.91). 

11.  Səhifə  49.  M. Arazın “Azərbaycan  –  dünyam  mənim” şeirinin tədrisində 

ifadəli oxu üzrə məzmun standartının reallaşdırılması (MMV, səh.94) irəli sürülsə də, 

nə  vəsaitdə,  nə  də  dərslikdə  bu  barədə  heç  nə  deyilmir.  Bu  halı  eyni  ilə  H. Ziyanın 



“Qarabağda”,  A.  Dümanın  “Qafqaz  səfəri:  Bakı”,  K. Turanın  “Üç  nəfərin 

imtahanı” və “Ağıllı uşaq” nağılının tədrisində də müşahidə etmək mümkündür. 

Bu  standart  N.  Gəncəvinin  “Ovçu  ilə  itin  və    tülkünün  hekayəti”  (MMV, 

səh.148-149,  dərslikdə  isə  ümumiyyətlə,  bu  mövzuya  toxunulmayıb),  Mir  Cəlalın 

“Dərsimi  yaz”  və  Z.  Xəlilin  “Zeynalabdin”  (MMV,  səh.170-173),  İ.  Krılovun 

“Ağac”  (MMV,  səh.174-181),  “Tülkü  ilə  qurd”  (MMV,  səh.184-185), 

Ə.  Səmədlinin  “Qanlı  bənövşə”  (MMV,  səh.192-193),  “Basatın  Təpəgözü 



öldürdüyü  boy”  (MMV,  səh.208-209)  əsərlərində  də,  “Layihə”  üzrə  dərslərdə 

(MMV,  səh.226-227)  də  təlim  məqsədi  kimi  qeyd  edilir.  Lakin  nə  MMV-də,  nə  də 

dərslikdə  ifadəli  oxu  ilə  bağlı  standartın  reallaşdırılması  üçün    heç  bir  sual,  tapşırıq 

verilməmişdir. 



1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə 

ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir. 

12.  Bu  standart  ilk  dəfə  sinifdənxaric  oxu  materialı  kimi  M. Çəmənlinin 



“Qurban  bayramı”  hekayəsinin  tədrisi  zamanı  xatırladılıb  (MMV,  səh.92)  və  

təəccüblüdür ki, bir təlim məqsədi müəyyənləşdirilərək qarşısına 5 alt standart yazılıb 

(“Müxtəlif  məlumat  mənbələrindən  (kitabxana,  internet)  verilmiş  mövzuya 

uyğun bədii nümunə seçir” (1.1.2, 1.1.3, 1.2.3, 1.2.4, 3.1.2)). 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə