Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Bu standart təhrif edilmiş şəkildə A. Dümanın əsəri ilə bağlı xatırladılmış, lakin 



reallaşdırma  mexanizmi  barədə  konkret  sual  və  tapşırıq,  eləcə  də,  plan  tərtibi 

haqqında məlumat verilməmişdir. 

Həmin  standartın  esse  yazıda  (“essenin  planını  tərtib  edir”)  xatırladılması 

(MMV, səh.122) standartın  təhrif edilməsidir. 

Standartın təhrif edilməsi dərslik boyu müşahidə edilir. Ayrı-ayrı mövzular üzrə 

müəyyənləşdirilmiş  məqsədlərdən  bunu  görmək  mümkündür:  “Əsərin  hissələrinə 



başlıq verir, planını tərtib edir, onların ardıcıllığını (?) müəyyən edir” (səh. 158, 

160, 168 və s.). 

Həmin  standartın  eynilə  məqsəd  kimi  yazılması  (MMV,  səh.182)  doğru 

olmadığı kimi reallaşdırılması yollarının şərhi də doğru deyil. 

Bu  standart  Mir  Cəlalın  “Dərsimi  yaz”  və  Z.  Xəlilin  “Zeynalabdin”  əsərləri 

üzrə dərslərdə təlim  məqsədi kimi qeyd edilir. Lakin nə MMV-də (səh.170-173), nə 

də  dərslikdə  (səh.120-130)  nağıletmə  ilə  bağlı  standartın  reallaşdırılması  üçün    heç 

bir sual, tapşırıq verilməmişdir. 

Standart  “Çahargah  əfsanəsi”  üzrə  dərsdə  təlim  məqsədi  kimi  qeyd  edilir. 

Lakin  nə  MMV-də  (səh.182-183),  nə  də  dərslikdə  (səh.134-136)  plan  tərtibi  və  

məzmunun  nağıl  edilməsi  (yığcam,  geniş,  yaradıcı)  ilə  bağlı  standartın 

reallaşdırılması  üçün  heç  bir  sual,  tapşırıq  verilməmişdir.  Plan  tərtibi  əvəzinə 

standartın  tələblərindən  kənara  çıxaraq,  əsərin  “ardıcıllığını,  problemi,  onun  necə 

həll edildiyini müəyyənləşdirmək” tapşırığı verilir. Şifahi nağıletmə əvəzinə cədvəl 

çəkib “nəqli təşkil etmək”lə bağlı yazılı tapşırıq verilir. 

 “Tülkü  ilə  qurd” təmsili üzrə dərsdə də bu standart  təlim  məqsədi kimi qeyd 

edilir.  Lakin  nə  MMV-də  (səh.184-185),  nə  də  dərslikdə  plan  tərtibi,  nağıletmə  ilə 

bağlı standartın reallaşdırılması üçün heç bir sual, tapşırıq verilməmişdir. 

Bu standartın “Nəqli essenin yazısına hazırlıq” üzrə dərsdə təlim məqsədi kimi 

qeyd edilməsi doğru deyil  (MMV, səh.190). Çünki 1.1.3. standartı yazı işinin deyil, 

süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayrılması, 

planının  tərtib edilməsini nəzərdə tutur. 

1.1.4.  Bədii  nümunələrin  (əfsanə,  nağıl,  təmsil,  hekayə)  janr  xüsusiyyətlərini 

müəyyənləşdirir

13.  Bu  standartın    da  reallaşdırılması  təmin  edilməmişdir.  MMV-nin  46-48-ci 

səhifələrində verilmiş “Standartların reallaşdırma  cədvəli”nə görə, bu alt standart 

18, 30, 36, 38, 40 və 49-cu dərslərdə formalaşdırmalıdır. 




10 

 

   -  18-ci  dərsin  mövzusu  Aşıq  Ələsgərin  “Gərəkdir”  qoşması  olduğuna  görə  bu 



alt standarta heç bir aidiyyəti yoxdur. Standartda qoşma janrı ilə bağlı tələb yoxdur və 

standart təhrif edilib. Qoşma janrına şamil edilməklə məzmunu dəyişdirilib. 

- 36-cı dərsin mövzusu “Xan sarayı” əsəridir. Lakin nə dərslikdə (səh.117-119), 

nə  də  MMV-də  (səh.168-169)  əsərin  janr  xüsusiyyətlərinin  müəyyənləşdirilməsi  ilə 

bağlı heç bir sual, tapşırıq və fəaliyyət verilməmişdir. 

-  38-ci  dərsin  mövzusu  İvan  Krılovun  “Ağac”  təmsilidir.  Dərslikdə  (səh.133)  

təmsil  haqında  belə  bir  məlumat  verilib:  “Təmsil  –  tənqidi-satirik  mövzularda 

yazılmış  təsviri  əsərlərə  deyilir”.  Lakin  bu  izah  doğru  deyil  və  janrın  əsas 

xüsusiyyətlərini  əhatə  etmir.  Belə  ki,  təmsildə  insanların  xüsusiyyətləri  heyvanların, 

bitkilərin  və  digər  varlıqların  dilindən  oxuculara  çatdırılır.  Təmsil  haqqında  daha 

ətraflı  məlumatın  MMV-nin  sonundakı  lüğətdə  (səh.235)  verilməsinin  məntiqi 

anlaşılmır.  Çünki  bu  izaha  ehtiyacı  olan  müəllim  deyil,  şagirddir.  Janrın 

xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı MMV-də (səh.150-151) heç bir sual, 

tapşırıq və fəaliyyət yoxdur. 

-  40-cı  dərsin  mövzusu  “Tülkü  ilə  qurd”  təmsilidir.  Lakin  nə  dərslikdə 

(səh.216-217),  nə  də  MMV-də  (səh.184-185)  əsərin  janr  xüsusiyyətlərinin 

müəyyənləşdirilməsi ilə bağlı heç bir sual, tapşırıq və fəaliyyət verilməmişdir. 

-  49-cu  dərsin  mövzusu  “Koroğlu”  dastanından  “Düratın  itməyi”  boyudur. 

Dərsliyin  168-ci  səhifəsində  dastan  barədə  məlumat  verilib.  Lakin  MMV-də 

(səh.200-205)  əsərin  janr  xüsusiyyətləri  ilə  bağlı  sual,  tapşırıq  və  fəaliyyət 

verilməmişdir. 

Deməli,  alt  standartda  sadalanan  janrlardan  üçünün  (əfsanə,  nağıl,  hekayə

xüsusiyyətlərinin müəyyənləşdirilməsi haqqında heç bir məlumat və fəaliyyət yoxdur. 

Şagirdin  təmsil  və  dastanın  janr  xüsusiyyətlərini  müəyyənləşdirmə  bacarığının 

formalaşdırılması  ilə  bağlı  resurslar  isə  kifayət  deyil.  Bu,  1.1.4  alt  standartının 

reallaşdığını deməyə əsas vermir. 

Bu standart N.Süleymanovun “Birinci cığır” hekayəsində (MMV, səh.150-151),  



“Tülkü ilə qurd” təmsili üzrə dərsdə (MMV, səh.184-185)  təlim məqsədi kimi qeyd 

edilir. Lakin nə MMV-də, nə də dərslikdə bu standartın reallaşdırılması ilə bağlı heç 

bir sual və tapşırıq

 

 verilməmişdir. 



1.1.5.  Heca  vəznli  şeirlərdə,  süjetli  bədii  nümunələrdə  bədii  təsvir  və  ifadə 

vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir. 


11 

 

Bu  standart  N.Gəncəvinin  “Ovçu  ilə  itin  və  tülkünün  hekayəti”  (MMV, 



səh.148-149;  dərslikdə  isə  ümumiyyətlə,  bu  mövzuya  toxunulmayıb),  Ə.Səmədlinin 

“Qanlı  bənövşə”  (MMV,  səh.192-193)  əsərlərində  təlim  məqsədi  kimi  qeyd  edilir. 

Lakin nə MMV-də, nə də dərslikdə bu standartın reallaşdırılması ilə bağlı heç bir sual, 

tapşırıq

 

 verilməmişdir. 



1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, 

bədii sual) rolunu aydınlaşdırır. 

14.  Bu  standartlardan  birincisi  (1.1.5.),  demək  olar,  bütün  mövzularda,  ikincisi 

(1.2.3.)  doqquz  mövzuda  xatırladılıb.  Standartlar  xatırladılsa  da,  (M. Arazın 

“Azərbaycan  –  dünyam  mənim”  və  H. Ziyanın  “Qarabağda”  əsərlərinin  tədrisi 

istisna olmaqla) tövsiyə verilməmişdir. Məhz bu səbəbdəndir ki, bədii təsvir və ifadə 

vasitələrinin əsərin təsir gücünün artmasındakı rolu şagird üçün qaranlıq qalır. 

Bədii  təsvir  və  ifadə  vasitələrinin  rolunun  aydınlaşdırılması  məqsəd  kimi 

göstərilsə də, əsərdə nümunə verilməmişdir (MMV, səh.102). Yaxud məqsəddə bədii 

ifadə  vasitələrinin  müəyyənləşdirilməsi,  rolunun  aydınlaşdırılması  göstərilsə  də 

(MMV, səh.120),  dərslikdəki  tapşırıqlarda  və  meyar  cədvəlində  bu,  öz  əksini 

tapmamışdır. 

Bu  standart  N.Gəncəvinin  “Ovçu  ilə  itin  və  tülkünün  hekayəti”  (MMV, 

səh.148-149;  dərslikdə  isə  ümumiyyətlə,  bu  mövzuya  toxunulmayıb),  Ə.Səmədlinin 



“Qanlı  bənövşə”  (MMV,  səh.192-193)  əsərlərində,    C.Novruzun  “Mən  bizim 

anaları  Günəşə  tən  tuturam”  şeiri    və  “Anan  rəhmi”  əfsanəsi  (MMV, 

səh.202-205),  “Düratın  itməyi”  qolu  (MMV,  səh.200-205),  “Basatın  Təpəgözü 



öldürdüyü  boy”  (MMV,  səh.208-209),  “Layihə”  (MMV,  səh.226-227)    üzrə  

dərslərdə  təlim  məqsədi kimi qeyd edilir. Lakin nə MMV-də, nə də dərslikdə bədii 

təsvir  və  ifadə  vasitələrinin  rolunun  aydınlaşdırılması  ilə  bağlı  heç  bir  sual,  tapşırıq 

verilməmişdir. 



1.2.1.  Bədii  nümunələri  (əfsanə,  nağıl,  dastan,  təmsil,  hekayə)  janr 

xüsusiyyətləri baxımından müqayisə edir. 

15.  Bu  standart  iki  yerdə  (K. Turanın  “Üç  nəfərin  imtahanı”  əsərində  və 



“Ağıllı uşaq” nağılında) xatırladılsa da, onun reallaşdırıldığını deməyə əsas yoxdur. 

“Üç nəfərin imtahanı” əsərinin tədrisi ilə bağlı materialda (MMV, səh.128-131) bu 

barədə danışılmır. Dərslikdə isə (səh.85) belə bir sual qoyulur: “Bu əsərdə sən hansı 



janrlara məxsus xüsusiyyətləri müşahidə etdin?”. Bu sual şagird üçün mücərrəddir 

və onu qeyri-müəyyən istiqamətə yönəldir. 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə