Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   14

14 

 

ardınca  tələb  edilir:  ““Oxudan  sonra”  fəaliyyətindən  sonra  əsərin  ideyası 



üzərində düşünməyə sövq edilir” (səh.79). 

Bu sövqetmənin necə, hansı məzmunda işlə həyata keçirilməsi aydın olmur. 

MMV-də (səh.79) aşağıdakı tövsiyənin nə məqsədlə verildiyi, hansı “sistemdən” 

danışıldığı  da  məlum  deyildir:  “Biz  ailədə  dostlarımızı,  dostlarımız  isə  bizə  ailə 



üzvlərini qiyabi tanıdarkən onları təsvir etmək ehtiyacı yaranır. Bu zaman hər 

hansı  sistemə  (?)  əsasən  iş  aparılsa,  təsvir  daha  mükəmməl  olar”.  Göründüyü 

kimi, bu  məzmunda aparılan iş  mühüm  standartın  (1.2.4.) reallaşdığını  deməyə  əsas 

vermir. 

Bu  mühüm  standarta  ciddi  diqqət  yetirilmədiyini  bütün  mövzularda  müşahidə 

etmək  mümkündür.  Məsələn,  N.  Süleymanovun  “Birinci  cığır”  əsərinin  birinci 

yarısında  (MMV,  səh.150)  həmin  standartın  reallaşdırılması  məqsədi  qarşıya 

qoyulmuşdur.  Dərs  boyu  yalnız  oxu  üzrə  iş  aparılmış,  sonda  aşağıdakı  qeydlə 

kifayətlənilmişdir:  “Oxudan  sonra  fəaliyyəti  üzrə  iş  aparıb  şagirdləri  əsərin 



ideyası üzərində düşündürməyi unutmayın” (MMV, səh.151) . 

Şagirdlərin  “əsərin  ideyası  üzərində  düşündürülməsi”  standartın  reallaşdığını 

deməyə əsas vermir. Bu istiqamətdə aparılan işin mexanizmini açmaq vacibdir. 

2. Şifahi nitq  

2.1.1.  Öyrəndiyi  yeni  sözlərdən  bədii  nümunələrlə  bağlı  diskussiya  və 

təqdimatlarda istifadə edir. 

20. MMV-də (səh.70, 71, 120, 121, 152, 156, 170, 176 və s.) tez-tez xatırladılan 

bu  standart  üzrə  işin  necə  aparıldığı  açıqlanmır.  Birinci  dəfə  Y. Balasaqunlunun 

“Qutadqu bilik” əsəri (MMV, səh.70-73), ikinci dəfə Ə. Kürçaylının “Vətən” şeiri 

ilə  bağlı  məlumatlarda  (MMV,  səh.90)  adı  çəkilən  bu  standartın  necə  yerinə 

yetirilməsi  barədə  MMV-də  tövsiyə  olmadığı  kimi,  dərslikdə  də  sual  və  tapşırıq 

verilməmişdir.  

Sinifdənxaric oxu dərsində də (Aşıq Ələsgər “Gərəkdi”) adıçəkilən bu standart 

üzrə iş təşkil edilməmişdir (MMV, səh.120-121). 



“Kimdir  əlil”“Üç  nəfərin  imtahanı” mövzularının tədrisi zamanı standartın 

adı  çəkilsə  də  (MMV,  səh.130),  reallaşdırılması  üzrə  iş  aparılmamış,  dərslikdə 

bununla bağlı sual və tapşırıqlar verilməmişdir. “Ağıllı  uşaq” nağılında isə (MMV, 

səh.140)  başqa  bir  standartla  yanaşı  verilmiş,  lakin  reallaşdırılması  üzrə  iş 

aparılmamışdır: “Müzakirə zamanı ünsiyyət mədəniyyəti nümayiş etdirir” (2.1.1., 

2.1.2.). 




15 

 

Oxşar  vəziyyət  digər  mövzularda  da  (N.  Süleymanov  “Birinci  cığır”



N. Gəncəvi “Yaralı bir uşağın dastanı”, M. Seyidzadə “Əqrəb və Çanaqlı bağa”

Mir Cəlal “Dərsimi yaz” və s.) müşahidə olunur. 



2.1.2.  Bədii  nümunələrlə  bağlı  fikirlərini  obrazlı  sözlərdən  və  ifadələrdən 

istifadə etməklə şərh edir. 

21. Bu standartın necə reallaşdırılması barədə nə MMV-də, nə də dərslikdə heç 

bir qeyd verilməmişdir. 

2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir. 

22. Bu standartı necə reallaşdırmağın yolları barədə vəsaitdə və dərslikdə qeyd 

verilməmişdir.  Həmin  standartın  məqsədi  şagirdlərə  fərqli  fikirlərə  dözümlü 

münasibət bəsləmək və öz mövqelərini əsaslandırmaq bacarığını aşılamaqdır. Həmin 

standart  əsasında  müəyyənləşdirilmiş  məqsəd  (MMV,  səh.70)  yanlışdır:  “Nəticələri 

yoldaşları  ilə  müzakirə  edir,  onların  fikirlərindən  faydalanaraq  təqdimatında 

təkmilləşmə işləri aparır”. Standart təhrif olunub. 

23.  Həmin  standart  əsasında  müəyyənləşdirilən  təlim  məqsədi  bir  çox  hallarda 

(MMV,  səh.74,  76, 100, 102, 104, 112,  120,  128, 132, 134)  aşağıdakı  şəkildə  ifadə 

olunmuşdur: “Müzakirələrdə yoldaşlarının faydalı fikirlərindən yararlanır”. Bu, 

göründüyü kimi, standartın mahiyyətini əks etdirmir. 

3. Yazılı nitq məzmun xətti üzrə  

24.  Bu  məzmun  xətti  üzrə  müəyyənləşdirilmiş  standartların  reallaşdırılması  ilə 

əlaqədar  birinci  dəfə  Y. Balasaqunlunun  əsəri  üzrə  rəy  xarakterli  inşada  danışılır. 

Lakin  inşanın  yazılması  ilə  bağlı  təklif  edilmiş  metodik  tövsiyədən  (MMV, 

səh.72-73)  onları  reallaşdırmağın  yolları  aydın  olmur.  Məsələn,  “Mətnin  təşkili 

forması”  ifadəsi  anlaşılmır.  “Mətnin  təşkili”  hərfi  tərcümədir.  “Mətni  tərtib 

etmək”,  “mətni  yazmaq”,  “mətn  qurmaq”  yazıla  bilər.  İfadə  tərcümə  olunduğu 

kimi,  həyata  keçirilməsi  nəzərdə  tutulan  iş  də  əhəmiyyətsizdir.  Ona  aid  edilən 



“anlayışı təyin etmə forması” ilə əlaqədar verilən mürəkkəb cədvəlin 1-1,5 səhifəlik 

inşa üçün faydası yoxdur. 

25.  Yazılı  nitqlə  bağlı  standartın  (3.1.2.)  şifahi  cavablara  aid  edilməsi 

(MMV, səh.74,  76,  78,  92,  94,  102,  104

 

və  s


)  metodik baxımdan doğru deyil. Bu 

məsələ ilə bağlı şifahi cavab üçün ayrıca standart (1.2.4.) müəyyənləşdirilmişdir. 

26.  Esseyə  həsr  olunmuş  3  saat  dərs  üçün  nəzərdə  tutulan  standartların 

(MMV, səh.122-125)  reallaşdırılması  mümkün  deyildir.  Birinci  saat  üçün  (yazıya 

hazırlıq)  nəzərdə  tutulan  standartlar  (1.1.3.,  1.1.5.,  1.2.4.)  inşa  yazıya  aid  edilə 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə