Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   14

16 

 

bilməz.  Digər  standartlar  (3.1.1.,  3.2.1.,  3.1.3.)  yazıya  hazırlıq  mərhələsində, 



ümumiyyətlə,  reallaşdırılmır.  Bu  nöqsan  inşa  yazılar  üçün  nəzərdə  tutulmuş  digər 

mövzularda da özünü göstərir. 

27.  Kurikulumun  tələbləri  dərsliyə  daxil  edilmiş  əsərlərin  seçilməsində  də 

nəzərə alınmamışdır. 

Ədəbiyyat fənn kurikulumu milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət 

nümunələri  vasitəsilə  məktəblilərdə  sözə,  söz  sənətinə  həssas,  bədii-emosional 

münasibətin  formalaşdırılmasını  mühüm  vəzifə  kimi  qarşıya  qoymuşdur.  Dərsliyə 

daxil  edilmiş  nümunələrin  əksəriyyəti  bu  tələbə  cavab  vermir.  Belə  ki,  klassik  və 

müasir ədəbiyyatımızın tanınmış nümayəndələrinin ideya-bədii cəhətdən  mükəmməl, 

şagirdlərin yaş və bilik səviyyəsinə uyğun əsərlərinə çox az müraciət olunmuşdur. 

28.  Bir  sıra  müəlliflərin  uzun  illər  məktəb  təcrübəsində  uğur  qazanmış 

əsərlərinin  əvəzinə  “yenilik”  xatirinə  bədii  cəhətdən  zəif  əsərlərinin  üzərində 

dayanılmışdır. Dərsliyə daxil edilmiş əsərlərin bir qismi (məsələn, “Qutadqu bilik”

“Dəniz  kənarıyla  qaçan  Alabaş”) şagirdlərin qavrama səviyyəsinə uyğun deyildir. 

Digər bir qismi (“Elm tükənməz xəzinədir”“Şah Abbas və iki vəzir”)  kiçik yaşlı 

məktəblilərin (6-10 yaş) qavrama səviyyəsinə uyğundur. 

Dərsliyə  daxil  edilmiş  materialların  bəziləri  olduqca  aşağı  səviyyəli  və  bəsitdir. 

Məsələn:  “Çahargah  əfsanəsi”  (səh.134-136)  bədii  dəyəri  olmayan,  yarımçıq  bir 

mətndir. Akademik müzakirədən keçməmiş, pasportlaşdırılmamış halda 1974-cü ildə 

Gəncədə  Kənd  Təsərrüfatı  İnstitutunun  “Kadr  uğrunda”  qəzetində  şifahi  xalq 

ədəbiyyatı nümunəsi kimi dərc olunmuşdur.  

Dərsliyin  85-ci  səhifəsində  “Üç  nəfərin  imtahanı”  adlı  hekayənin  müəllifi 

Kamal  Turan  şagirdlərə  belə  təqdim  olunur:  “Azərbaycan  oxucuları  tərəfindən 



maraqla oxunan müasir türk yazıçısı...”. Halbuki bu şəxs yazıçı deyil. Türkiyədə 

yeganə  bədii  kitabı  –  “Gül  kokulu  hikayeler”  olan  müəllifin  şagirdlərə  “maraqla 

oxunan müasir türk yazıçısı” kimi təqdim olunması, əsərinin dərsliyə daxil edilməsi, 

dünya şöhrətli türk yazıçılarına müraciət edilməməsi məqsədəuyğun deyildir. Bu həm 

də şagirdlərdə türk ədəbiyyatı haqqında fikir formalaşdırır. 

Kurikulumda  nəzərdə  tutulmasa  da,  dərsliyə  memuar  ədəbiyyatı  nümunəsi 

(A. Düma  “Qafqaz  səfəri”),  eləcə  də,  publisistik  səciyyəli  əsərlər  (“Kimdir  əlil”

“Hamının günəşi”) daxil edilmişdir. Dərsliyə eyni müəllifin bir neçə əsərinin daxil 

edilməsi də elmi-metodik baxımdan doğru deyildir. 




17 

 

29.  Öyrənilməsinə  ayrıca  saat  ayrılmayan  “Giriş”  nə  elmi,  nə  də  metodik 



cəhətdən  uğurlu  hesab  edilə  bilməz.  Əslində,  “Giriş”də  “Bədii  ədəbiyyat  nədir, 

onun  məqsəd  və  vəzifələri,  mahiyyəti  nədən  ibarətdir?”  sualına  cavab  verilməli 

idi.  Lakin  iki  səhifəlik  “Giriş”də  6-cı  sinif  şagirdlərinin  anlamaqda  çətinlik 

çəkdikləri  yarıelmi,  yarıpublisistik  məlumatlar  verilir.  Qeyd  edilir  ki,  “ötən  dərs  ili 

boyu təsviri və nəqli xarakterli mətnlərlə - bədii nümunələrlə tanış oldun, onları 

bir-birindən fərqləndirməyi öyrəndin... Ötən il araşdırdığın  təsviri və nəqletmə 

xarakterli  bədii  nümunələrlə  yanaşı,  bu  il  həm  də  təsviri-nəqli  xarakterli  (?) 

bədii  əsərləri  də  oxuyacaq,  onları    bütün  incəlikləri  baxımından  tədqiq 

edəcəksən...  Dərslikdə  verilmiş  müxtəlif  xarakterli  (təsviri, nəqli, nəqli  –  təsviri 

?)  bədii  nümunələrin  quruluşunu,  elementlərini  müəyyənləşdirəcək  və  onları 

qarşılaşdıracaqsan” (səh.

 

6). 



30. 5-ci sinfin ədəbiyyat kurikulumunda şagirdin  təsviri və nəqli xarakterli bədii 

mətnləri fərqləndirməsi ilə bağlı standart yoxdur. Deməli, məzmun standartının tələbi 

- bədii əsərlərin janr baxımından fərqləndirilməsi əvəzinə tədris ilində təsvir və nəqli 

xarakterli  mətnlərin  fərqləndirilməsi  üzrə  iş  aparılmışdır.  6-cı  sinifdə  isə  bu  işin 

davam  etdirilməsi  -  təsviri,  nəqli,  nəqli-təsviri  xarakterli  mətnlərin  fərqləndirilməsi 

üzrə işin aparılması nəzərdə tutulub. 

31.  Dərsliyin  əvvəlində  janrı  göstərilmədən  Rəşid  bəy  Əfəndiyevin  “Elm 

tükənməz  xəzinədir”,  “Şah  Abbas  və  iki  vəzir”  adlı  əsərləri  daxil  edilmişdir. 

Şagirdlərə tövsiyə olunmuşdur ki, mətnləri oxuyub hər mətnə aid 10 test tapşırığına 

cavab versinlər və bəyəndikləri  mövzulardan birini seçib  1.  “Bildiklərimin  köməyi 

ilə    çətin  vəziyyətdən  necə    çıxdım”  (nəqli  esse);  2.  “Elmin,  biliyin  insan 

həyatında rolu” (təsviri esse) işləsinlər. 

Tədrisinə 1 saat vaxt ayrılmış bu iki mətnin hansı standartlarla tədris olunmasına 

aid MMV-də  heç bir qeyd verilməmişdir. 

Nümunələrin hər ikisi (birinci mətn 12, ikinci mətn 18 cümlədən ibarətdir)  6-cı 

sinfin  deyil,  ibtidai  sinif  şagirdlərinin  (III  –  IV  siniflər)  yaş  və  bilik  səviyyəsinə 

uyğundur. 

32.  Məzmun  standartlarında  nəzərdə  tutulmasa  da,  dərslikdə  “Müəlliflə 

tanışlıq” mətnləri verilmişdir. Həmin mətnlərin birində (dərslik, səh.12) belə deyilir: 

“Rəşid bəy yazdığı dərslikləri böyük zəhmət bahasına İstanbulda çap etdirirdi”

Bu  fikirlə  razılaşmaq  olmaz.  “Uşaq  bağçası”  və  “Bəsirətül-ətfal”  R. Əfəndiyevin  

yazdığı dərsliklərdir. Birinci dərslik ilk dəfə 1898-ci ildə  İstanbulda nəşr olunsa da, 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə