Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   14

20 

 

Dərs  üçün  7  məqsəd  müəyyənləşdirildiyi  halda,  5  qiymətləndirmə  meyarının 



verilməsi  anlaşılmazdır.  Artıq  qeyd  edildiyi  kimi,  ifadəli  oxu,  təsvir  vasitələrinin 

müəyyənləşdirilməsi  ilə  bağlı  təlim  məqsədləri  qoyulsa  da,  nə  onların  necə  yerinə 

yetirildiyi, nə də qiymətləndirmə meyarları öz əksini tapmamışdır (MMV, səh.77). 

Mövzu  ilə  bağlı  verilən  şəkil  qüsurlu  olduğu  kimi  (səh.29),  müəlliflə  tanışlıq 

məqsədilə verilən məlumat da şagirdlərin səviyyəsinə uyğun deyildir. 

40.  M.


 

Dilbazinin  “Müəllimim”  şeirinin  tədrisi  üçün  təklif  olunmuş  metodik 

tövsiyə  də  məqbul  sayıla  bilməz.  Məsələn,  insanın  xarici  görkəmi  ilə  bağlı 

məlumatlar (səh.32-33), cədvəl 11 (səh.36) və s. insanın zahiri görkəminin təsviri ilə 

bağlı  təlimat-tapşırıqlar  milli  kurikulumun,  ədəbiyyatşünaslıq  elminin  mahiyyətinə 

uyğun  deyildir,    xarici  mənbələrdən    tərcümədir.  Dərslikdə  verilmiş  nümunələr  nə 

elmi,  nə  də  pedaqoji  baxımdan  məqsədəuyğun  deyildir.  Məsələn,  “Toxunarkən  – 

insana  toxunanda  nə  hiss  edildiyi  barədə  danışılır.  Təsvir  edilən  insanın 

dərisinin  kobud,  ya  zərif  olduğu,  əl  verib  görüşəndə  qarşıdakı  insanın    əlinin  

möhkəm,  ya  ehtiyatla  sıxdığı  qeyd  edilir”  və  s.  (səh.32-33).  Cümlə  üslub 

baxımından qüsurludur. 

41. Səhifə 35-də tapşırıq 2-də deyilir: “Cədvəl 11-də verilən  şərtlərə  əsasən 

müəllimin xarici görkəminin necə təsvir edildiyini araşdır”. Tapşırığa görə, şagird 

müəllimin boyu, çəkisi, dərisi, qoxusu, səsinin nəyin səsinə bənzəməsi və s. sualları 

araşdırmalıdır. Tapşırıq etik baxımdan  da məqsədəuyğun deyildir. 

42.


 

Səhifə  43-də  “Bədii  əsərdən  verilmiş  parçanı  oxu.  30  və  36-cı 

səhifələrdəki  9  və  11-ci  cədvəllərə  əsasən  insanı  ictimai  varlıq  kimi  və  fiziki 

göstəricilərinə  görə  təsvir  et”.  Burada  söhbətin  ümumiyyətlə  insan  adlanan 

varlıqdan, yoxsa, bədii parçadakı obrazlardan getdiyi məlum deyil. 

43.  Səhifə 45-də A. Şaiq haqqında yazılır: “O, bütün  əsərlərində  (?) xalqları 

dostluğa,  əmin-amanlığa  çağırırdı”.  Fikir  doğru  deyil.  Yazıçı  fərqli  mövzularda 

əsərlər yaratmışdır. 

44.  Ə. Kürçaylının  “Vətən”,  M. Arazın  “Azərbaycan  –  dünyam  mənim” 

şeirləri  də  təsviri  xarakterli  mətn  adlandırılır.  Əslində,  bu  lirik  şeirlərdə  dərslikdə 

qeyd olunduğu kimi, hislərin təsviri deyil, daha çox tərənnüm əksini tapmışdır. 

45.  Səhifə  47-də şagirdlərə ünvanlanmış suala (“Sən  Vətəndən  nə  istərdin?”

cavab vermək mümkün deyildir.  

46. Səhifə 48-də Ə. Kürçaylı haqqında məlumatda S. Vurğunun dilindən verilən 



“Mən bilirəm bu müsəlman balasıdır, getsə, gəlməyəcək” sözləri dərsliyə verilən 


21 

 

tələblərə  (milli,  dini,  irqi  ayrı-seçkiliyin  olmaması)  uyğun  gəlmir.  S.  Vurğunun  bu 



sözləri  hansı  niyyətlə  deməsindən  asılı  olmayaraq,  şagirdlərdə  mənfi  assosiasiya 

yaradır. 

47. Səhifə 49-da “Azərbaycan – mayası nur, qayəsi nur ki,  

Hər  daşından  alov  dilli ox ola bilər.” –  misraları ilə  əlaqədar  şagirdlərə  verilən 

sual (Bu ifadələr reallığa nə dərəcədə uyğundur? ) qüsurludur. Mübaliğənin rolunun 

aydınlaşdırılması üçün təklif edilən sualın bu şəkildə verilməsi doğru deyildir.  

48.  Səhifə  50-də  M. Arazın  “Azərbaycan  -  dünyam  mənim”  şeirində  “qızıl” 

sözü “üç rəng” sözü ilə əvəzlənmişdir: 

“Babaların boz çöllərə bənzər muradı 

Qızıl bayraq dalğasından rəng almadımı?” - misraları 

“Babaların boz çöllərə bənzər muradı 



Üçrəng bayraq dalğasından yaz almadımı?”  

şəklinə salınmışdır. Əsəri təhrif etmək yol verilməzdir. Başqa nümunə seçilməli 

idi. 

49.  Səhifə 51-də verilən bədii sual, mübaliğə və bədii ifadə vasitələri haqqında 



nəzəri  məlumat  səthidir.  Nümunə  göstərilmir,  bədii  sualın  adi,  qrammatik  sualdan 

fərqi izah edilmir.  

50. Səhifə 51-də tapşırıq 3-də yazılır: “Cədvəldən istifadə etməklə bədii təsvir 

vasitələri  ilə  bədii  ifadə  vasitələrini  qarşılaşdır.  Onlar  arasında  (?)  oxşar  və 

fərqli cəhətləri müəyyənləşdir. Nəticələrini yoldaşının nəticələri ilə müqayisə et”

Lakin məlum olur ki, şagirdlər hələ bədii ifadə vasitələri haqqında məlumat almayıb. 

Belə  ki, bu  tapşırıqdan  sonra  bədii  ifadə vasitələri haqqında məlumat  verilir. Ancaq 

nəzəri 


məlumat 

verildikdən 

sonra 

da 


nümunə 

göstərilmir. 

Dərslikdə 

“qarşılaşdırma”“müqayisə” sözlərinin mənası da təhrif olunmuşdur.  

51. Səhifə 53-də M. Araz haqqında məlumatın indiki zamanda verilməsi düzgün 

deyil. 

52. Bu mövzunun öyrədilməsi prosesində şagirdlərə dolaşıq, tapmaca xarakterli 



suallarla  müraciət  olunmuşdur.    “Azərbaycan  dünyasından  dünyaya  baxsan,  nə 

görərsən?”,  “Bu  bənddə  şair  “biz”  sözünü  kimə,  yaxud  nəyə  bənzədir?” 

suallarını şagird necə başa düşsün, nə cür cavab versin? 

53.  Səhifə  55-56.  H. Ziyanın  dərsliyə  daxil  edilmiş  8  bəndlik  “Qarabağda” 

şeiri, müəllif haqqında verilən mübaliğəli, təmtəraqlı məlumat uğurlu deyildir. Çünki 



“Qarabağda”  şeiri  bədii  cəhətdən  zəifdir,  əsərdə  poetik  xətalar  da  var  (bütün 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə