Dərslik komplekti Müəlliflər: Mirzəli Murquzov



Yüklə 153,74 Kb.

tarix11.07.2018
ölçüsü153,74 Kb.
növüDərs


 

 

 

 

Respublikanın ümumtəhsil məktəblərinin 

6-cı sinifləri üçün “Fizika” dərslik komplekti 

 

 

 

Müəlliflər: Mirzəli Murquzov 

Rasim Abdurazaqov 

  Rövşən Əliyev 

 

 

Bakı: Bakı Nəşr, 2013. 

 

 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 



 

Yekun



 

rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından; 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından. 

 

1.

 

Məzmunun işlənməsi baxımından

 

 

Dərslik  komplekti  dərslik  və  müəllim  üçün  metodik  vəsaitdən  ibarət  olmaqla, 



yeni  təhsil  proqramına  (kurikulum)  əsasən  hazırlanmış  ilk  komplektdir.  Dərslik  4 

tədris vahidi üzrə (“Fizika nəyi öyrənir”“Materiya”“Maddə və onun xassələri”



“Qarşılıqlı  təsirlər  və  hərəkətlər”)  25  mövzunu  əhatə  etmişdir.  Dərslikdə  hər  bir 

mövzu  üzrə  “Maraqoyatma”,  “Araşdırma”“İzahlar”“Bilirsinizmi”,  “Mühüm 



bacarıqlar”“Bu  maraqlıdır”“Öyrəndiklərinizi  tətbiq  edin”“Nə öyrəndiniz”

“Açar  sözlər”,  “Öyrəndiklərinizi  yoxlayın”,  “Layihə”,  “Ümumiləşdirici 

tapşırıqlar”  kimi  təlim  materialları  verilmişdir.  Dərsliyin  sonunda  “Əlavələr” 

bölməsində verilmiş cədvəllər şagirdlərə tapşırıqları həll etməkdə köməklik göstərən 

bir vasitədir. 

Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  edilmiş  tədris 

planına əsasən fənnin tədrisinə həftədə 1 saat olmaqla, 32 saat vaxt ayrılmışdır. Bura 

həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük 

summativ qiymətləndirməyə ayrılan vaxt da daxildir. 

Dərslikdə  verilmiş  materiallarla  yeni  təhsil  proqramına  (kurikulum)  əsasən  3 

məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılması nəzərdə tutulmuşdur. 

Materiallar  elmilik,  mövzular  üzrə  məqsədlərin  dəqiqliyi,  fəndaxili  və 

fənlərarası inteqrasiya mövcudluğu, fizika sahəsində şagirdlərin dünyagörüşünün, söz 

ehtiyatının  və  nitq  mədəniyyətinin  formalaşması  baxımından  standartların 

reallaşdırılmasına  yönəlmişdir.  Burada  tapşırıqların  mövzularla  uyğunluğu,  elmiliyi, 

sadədən-mürəkkəbə  prinsipinin  gözlənilməsi,  dil  və  ifadə  tərzi  şagirdlərin  yaş 

səviyyəsinə uyğunluğu baxımından təqdirəlayiqdir. 

Bununla  belə,  dərslikdə  müəyyən  qüsurlar,  dəqiqləşməyə  ehtiyacı  olan 

məqamlar vardır: 



 

Səhifə  8-də  1-ci  abzasda  verilmiş  cümlələr  səhifə  13-də  “Bilirsinizmi?” 

bölməsində  təkrarlanmışdır.  Təkrarçılığa  yol  verilməməsi  üçün  bu  rubrikanın 

çıxarılması təklif olunur. 



Səhifə 10-da verilmiş “Təbiətdəki bütün canlı və cansız varlıqlar (obyektlər) 

fiziki  cisim  və  ya  cisim  adlanır”  cümləsinin  “Təbiətdəki  bütün  canlı  və  cansız 

əşyalar  fiziki  cisim  və  ya  cisim  adlanır”  kimi  verilməsi  məsləhətdir.  Çünki  heç  də 

bütün  varlıqlar  cisim  deyil.  Məsələn,  sahə  varlıqdır,  ancaq  cisim  deyil.  Bu  təklif 



səhifə 39-a da aid edilir. 

Səhifə  12-də  dərsliyin  rus  dilində  olan  variantında  verilmiş  “İşıq  hadisələri” 

fikrinin  tərcüməsi  Azərbaycan  dilində  olan  variant  ilə  üst-üstə  düşmür.  Buradan 



“günəş şüalarının havadakı su damcılarından sınaraq 7 rəngə ayrılması” ifadəsi 

çıxarılarsa və ya rus dilinə tərcümə olunarsa hər iki variantda fikir eyni olar. 



Səhifə  16-da  sonuncu  cümlənin  “Reaktiv  hərəkət-qaz,  buxar  və  s.-nin 

yaratdığı  təsirə  əsaslanan  hərəkətdir”  deyil,  “Reaktiv  hərəkət-cisimdən  bir  hissə 

müəyyən sürətlə ayrılaraq hərəkət etdiyi zaman onun qalan hissəsinin əks istiqamətdə 

hərəkət  almasıdır”  kimi  verilməsi  məqsədəuyğundur

Çünki  qaz,  buxar  və  s.-nin 



yaratdığı təsirə əsaslanan hərəkət reaktiv olmaya da bilər. 

Səhifə 18-də  “Araşdırma  1” bölməsində  “Xətkeşin  yerədüşmə  qanunu”nun 

yazılışı  doğru  hesab  edilmir.  Burada  bir  neçə  əşyanın  yerə  düşməsinin  şəkilini 

vermək və “Cisimlərin yerə düşməsi hadisəsi” yazmaq daha düzgün olar. 

Səhifə  20-də  “Bilirsinizmi”  bölməsində  “İngilis  fiziki  Ceyms  Maksvellin 

formalaşdırdığı  “Elektromaqnit  sahə”  nəzəriyyəsi  klassik  mexanikanın 

tətbiqolunma sərhədlərini müəyyən etdi” cümləsinin “İngilis fiziki Ceyms Maksvell 

Elektromaqnit  sahə  nəzəriyyəsini  vermişdir”  kimi  verilməsi  məsləhətdir. 

Ümumiyyətlə,  6-cı  sinif  dərsliyində  məşhur  fiziklərin  kəşf  etdikləri  mürəkkəb 

nəzəriyyələrin  adının  verilməsinə  ehtiyac  duyulmur.  Sadəcə  bu  alimlərin  fizikanın 

inkişafında  böyük  xidmətlərinin  olduğunun  qeyd  edilməsi  kifayətdir.  Çünki  həmin 

nəzəriyyələrin  adlarının  açıqlanması  6-cı  sinif  şagirdlərinin  yaş  səviyyəsinə  uyğun 

deyil. 

Səhifə  23-də  sonuncu  abzasda  verilmiş  “Uzunluğun  vahidi  metr,  kütlənin 

vahidi  kiloqram  və  zamanın  vahidi  saniyə  –  metrik  hesablama sistemini  əmələ 

gətirdi”  cümləsindən  “və  zamanın  vahidi  saniyə”  ifadəsinin  çıxarılması  tövsiyə 

edilir. Çünki saniyə metrik hesablama sisteminə aid deyil. 




 

Səhifə  38-də  “Nə  öyrəndiniz”  bölməsində  “hadisələr  və”  ifadəsinin 

çıxarılması təklif edilir. Materiyanın tərifinin “Kainatda mövcud olan bütün varlıqlar 

materiya  adlanır”  kimi  ifadə  olunması  məqsədəuyğundur.  Çünki  hadisə  materiya 

deyil, materiyanın xassəsidir. 



Səhifə  42-də  3-cü abzasda verilmiş “Proton  və elektronların  mühüm  xassəsi 

onların  elektrik  yüklərinə  malik  olmalarıdır”  cümləsindən  sonra  “Proton  və 

elektronun  elektrik  yükləri  qiymətcə  bərabər,  işarəcə  əksdir”  cümləsinin  verilməsi, 

daha yaxşı olar. Həmin abzasın sonunda “Atom bütövlükdə elektrik yükünə malik 



deyildir,  çünki  onu  təşkil  edən  müsbət  yüklü  protonların  sayı  mənfi  yüklü 

elektronların sayına bərabərdir” cümləsi verildiyindən təklif edilən cümlənin əlavə 

olunması məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  son  abzasda  verilmiş  cümlənin  “Atomdan  elektron 

ayrılması və ya özünə əlavə elektron birləşdirməsi nəticəsində yaranan zərrəcik 

ion  adlanır”  deyil,  “Özünə  elektron  birləşdirən  və  elektron  itirən  atomlar  ion 

adlanır”  kimi  verilməsi  daha  düzgün  olar  və  şagirdlər  tərəfindən  daha  yaxşı  başa 

düşülər.  



Səhifə  45-də  mövzunun  axırıncı  abzasında  verilmiş  “Maddələr  dörd  halda 

mövcuddur.  Bunlar  maddənin  aqreqat  hallarıdır:  bərk,  maye,  qaz  və  plazma” 

fikrinin  səhifə  48-də  üç  müddəadan  sonra  verilməsi  daha  yaxşı  olar.  Çünki  bu 

anlayışlar növbəti mövzuda (“Maddənin aqreqat halları”) öyrənilir. 

Səhifə 49-da “Nə öyrəndiniz” bölməsində son cümlədə “mühit” deyil, “qabın 

bütün həcmi” verilərsə, daha yaxşı olar.  

Yenə  həmin  səhifədə  “Öyrəndiklərinizi  yoxlayın”  bölməsində  1-ci  sualın 

“Hansı  maddənin  molekullarını  görmək  olur?”  kimi  verilməsi  düzgün  deyil. 

Çünki heç bir molekulu gözlə görmək  mümkün deyil. Sual “Maddənin molekullarını 



görmək olarmı?” kimi verilərsə, daha düzgün olar.

 

Səhifə  52-də  mövzu  ilə  bağlı  izahda  “Maddələrdə  baş  verən  bəzi  fiziki 



hadisələr  molekullararası  boşluqların  olması  ilə  izah  edilir”  cümləsinin 

Maddələrdə  baş  verən  bəzi  fiziki  hadisələr  molekullararası  boşluqların  olması  və 



molekulların hərəkəti  ilə  izah  edilir”  kimi  verilməsi  və  müvafiq  olaraq  səhifə  54-də 

“Açar sözlər”ə “Molekulların hərəkəti” ifadəsinin də əlavə edilməsi məsləhətdir. 

Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  son  abzasda  verilmiş 

“Однако  молекулы  твердых  тел  не  могут  свободно  поменять  свое  место, 

поэтому  между  твердыми  телами  диффузия  протекает  очень  медленно” 


 

cümləsinin  Однако,  молекулы  твердых тел  не  могут  свободно  поменять  свое 



место,  поэтому диффузия  в твердых телах протекает  очень  медленно  kimi 

verilməsi məsləhətdir. 



Səhifə  53-də  5-ci  sətirdə  verilmiş  “Deməli,  diffuziyanın  sürəti  maddənin 

quruluşundan  asılıdır”  cümləsi  dərsliyin  rus  dilində  olan  variantında  öz  əksini 

tapmır.  Məhz  bu  səbəbdən  səhifə  54-də  “Açar  sözlər”də dərsliyin  Azərbaycan  və 

rus dilində olan variantları arasında fərq yaranır. Verilmiş cümlə dərsliyin rus dilində 

olan  variantına  əlavə  olunarsa,  “Açar  sözlər”ə  “Строение  вещество”  sözünün, 



“Nə öyrəndiniz” bölməsinin sonuna isə “и ___” əlavə olunması məqsədəuyğundur. 

Səhifə  54-də dərsliyin rus dilində olan variantında “Araşdırma  2” bölməsinin 

ikinci  bəndində  verilmiş  “Прижмите  ватные  шарики  друг  к  другу  и 



подумайте  над  наблюдаемым  явлением”  cümləsinin  “Прижмите  ватные 

шарики друг к другу kimi verilməsi tövsiyə edilir. 

Səhifə  54-də  dərsliyin  rus  dilində  olan  variantında  3-cü  sualın  “Можно  ли 

стакан  чечевицы  ссыпать  в  чашу,  заполненную  горохом,  не  пересыпав 

крупу  через  край?”  kimi  deyil,  “Можно  ли  манного  крупу  ссыпать  в  чашу, 

заполненную горохом, не пересыпав?” kimi verilməsi tövsiyə edilir. 

Səhifə  54    57-də  dərsliyin  rus  dilində  olan  variantında  verilmiş 

“Öyrəndiklərinizi yoxlayın” bölməsində yanlış fikirlərlə yanaşı düzgün fikirlərin də 

verilməsi, uyğun olaraq 2-ci (səhifə 54) və 3-cü (səhifə 57) sualların isə “Найдите и 



преобразуйте  ошибочные  утверждения  в  истинные”  kimi  verilməsi 

məqsədəuyğundur. 



Səhifə  61-də  birinci  abzasda  verilmiş  “Kütlə  cismin  ağırlıq  dərəcəsini  ifadə 

edir. Cismin  ağırlığı ondakı  maddənin  miqdarından  asılıdır.  Belə ki,  cisimdəki 

maddənin miqdarı  nə  qədər  çox olarsa,  o  daha ağır  olar” fikrinin “Kütlə cismin 

ağırlıq  dərəcəsini  ifadə  edir.  Məsələn,  içərisi  dolu  olan  arabacığı  yerindən 

tərpətmək, boş arabacığı tərpətməkdən daha çətindir. Çünki dolu arabacığın kütləsi 

boş arabacığın kütləsindən daha böyükdür” ilə əvəz edilməsi məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “Tərəzilərdə  cismin  kütləsi  iridium  və  platin 

maddələrinin  ərintisindən  hazırlanmış  nümunənin-etalonun  kütləsi  ilə 

müqayisə  edilir”  cümləsinin  bu  şəkildə  verilməsi  bütün  çəki  daşlarının  iridium  və 

platindən  hazırlanması  fikrini  yaradır.  Bu  fikirin  “Kütlə  vahidi  olaraq  platin  və 



iridium  ərintisindən  hazırlanmış  etalon qəbul  edilmişdir. Bu  etalonun  kütləsi  1  kq-


 

dır. Həmin etalon Fransanın Sevr şəhərində saxlanılır (a). Tərəzilərdə cismin kütləsi 



bu etalonun sürətləri ilə müqayisə edilir kimi ifadə olunması məsləhətdir. 

Səhifə  63-də  “Öyrəndiklərinizi  yoxlayın”  bölməsində  verilmiş  “Müxtəlif 

cisimlərin  ağırlığı  onların  həcmlərinin  böyük,  yaxud  kiçikliyindən  asılıdırmı?” 

sualının  birmənalı  cavabı  yoxdur.  Yəni  müxtəlif  cisimlərin  ağırlığı  onların 

həcmlərinin böyük və ya kiçik olmasından asılı ola və ya olmaya da bilər. 

Səhifə  68-də  dərsliyin  rus  dilində  olan  variantında  verilmiş  “Температура–

физическая  величина,  которая  количественно  определяет  степени 

нагревания  (или  охлаждения)  тел”  cümləsinin  “Температура–физическая 

величина,  определяюшая  степень  нагретости  тела”  kimi  verilməsi 

məqsədəuyğundur. 



Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  axırdan  ikinci  abzasda 

verilmiş  “Наиболее  часто  используемых  принцип  действия  термометров 



основан  на  свойстве  теплового  расширения  жидкостей”  cümləsinin 

Принцип  действия  наиболее  часто  используемых  термометров  основан  на 



свойстве теплового расширения жидкостей” ilə əvəz edilməsi məsləhətdir. 

Səhifə  69-da  ilk  termometr  şkalasının  Selsi  tərəfindən  təklif  edilməsi  mətndə 

verildiyindən,  Anders  Selsi  ilə  bağlı  şəkilaltı  yazıda  təkrar  məlumatın  yer  alması 

məqsədəuyğun hesab edilmir. 

Səhifə  70-də  “Araşdırma  2”  bölməsində  verilən  tapşırığın  ev  şəraitində 

aparılması  məsləhət  görülmür.  Çünki  evdə  olan  termometrlərlə  isti  suyun 

temperaturunu ölçmək mümkün deyil. 

Səhifə  71-də  “Məsələlər”  bölməsində  4-cü  tapşırığı  həll  etmək  üçün  havanın 

sıxlığının (

3

1, 29


kq

m



verilməsi tövsiyə edilir.

 

 

Səhifə  72-də  2-ci tapşırığın c bəndində “Su  yeganə  maddədir  ki,  təbiətdə  üç 



halda  mövcuddur:  buz  ...  ,  buxar  ...  və  su  isə  onun  ...  halıdır” cümləsinin  “Su 

təbiətdə  üç  halda  mövcuddur:  buz  ...  ,  buxar  ...  və  su  isə  onun  ...  halıdır”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  75-də  1-ci  abzasda  verilmiş  “Məsələn,  yüksəklikdən  sürüşən  xizəkçi 

Yerin  cazibəsi  nəticəsində  sürətlənir,  lakin  qarın  səthinə  sürtünməsi  onu 

dayandırır”  cümləsinin  “Məsələn,  yüksəklikdən  sürüşən  xizəkçi  Yerin  cazibəsi 

nəticəsində sürətlənir, lakin qarın səthinə sürtünməsi onun sürətini azaldır” ilə əvəz 

edilməsi məqsədəuyğundur. 




 

Yenə  həmin  səhifədə “Araşdırma  2” bölməsində  verilmiş  oyunun  və  şəkilin 

mahiyyəti aydın deyil. 

Səhifə  77-də  şagirdlərin  qravitasiya  haqda  bilgiləri  olmadığı  halda,  ikinci 

abzasda “Artıq  bilirsiniz  ki,  kütləyə  malik  cisimlər  ətrafında  qravitasiya  sahəsi 



mövcuddur”  cümləsi  verilmişdir.  Həmin  abzasda  “kütləyə  malik  cisimlər” 

ifadəsinin “cisimlər” kimi verilməsi məsləhətdir. Çünki kütləyə malik olmayan cisim 

mövcud deyil. 

Səhifə 81-də  verilmiş “Öz  ətrafında  maqnit  sahəsi  yaradan  cisimlər  maqnit 

adlanır”  cümləsinin  “Uzun  müddət  maqnit  xassəsini  özündə  saxlayan  cisimlər 

maqnit  adlanır”  ilə  əvəz  edilməsi  məsələhətdir.  Çünki  heç  də  öz  ətrafında  maqnit 

sahəsi yaradan bütün cisimlər maqnit hesab edilə bilməz. Məsələn, cərəyanlı naqil öz 

ətrafında maqnit sahəsi yaradır, lakin maqnit deyildir.  

Yenə  həmin  səhifədə  axırdan  ikinci  abzasda  3-cü  (“Dəmir  filizi  təbii 

maqnitdir”)  cümlənin  çıxarılması,  “Fizika  laboratoriyalarında  süni  hazırlanmış 

maqnitlərdən  istifadə  edilir” cümləsinin  isə  “Təbiətdə  sabit  maqnitlər  mövcuddur. 

Bəzi  maddələrdə  maqnit  xassəsi  yaratmaq  mümkündür  (məsələn,  dəmir). 

Laboratoriyalarda  həmin  maqnitləşmiş  cisimlərdən  istifadə  edilir”  kimi  verilməsi 

məsləhətdir. 



Yenə  həmin  səhifədə  sonuncu  abzasda  “Maqnitlərin  uc  hissələri  maqnit 

qütbləri  adlanır”  cümləsinin  “Maqnit  xassələri  güclü  olan  hissələr  maqnitin 

qütbləridir”  kimi  verilməsi  məqsədəuyğundur.  Çünki  kürə  şəkilində  də  maqnitlər 

olur. 


Səhifə 86-da mövzu “İstilik hərəkəti” adlandırılmışdır, mövzunun adına uyğun 

olaraq  mətndə  atom-molekulların  istilik  hərəkəti  (məsələn,  Broun  hərəkəti  və  ya 

diffuziya)  haqqında  yazılmalı  olduğu  halda,  istilikvermənin  növü  olan  konveksiya 

haqqında  izah  verilmişdir.  Həmin  paraqrafda  konveksiyanın  izahı  düzgün 

verilməmişdir. 

Səhifədə 89-da mövzu başlığının “Elektrik hərəkəti. Elektrik cərəyanı” deyil, 

Elektrik  yüklərinin hərəkəti.  Elektrik  cərəyanı”  kimi  verilməsi  tövsiyə  edilir.  Çünki 

fizikada  “elektrik  hərəkəti”  termini  deyil,  “elektrik  yüklərinin  hərəkəti”  termini 

mövcuddur.  




 

2. Dil və yazı üslubu baxımından 



 

Dərslikdə  verilmiş  təlim  materialları  əsasən  dil  və  yazı  üslubu  baxımından 

şagirdlərin  yaş  səviyyəsinə  uyğundur  və  sadə  şəkildə  yazılmışdır.  Yeni  termin  və 

sözlər  izahı  ilə  verilmişdir.  Bununla  yanaşı,  dərslikdə  bəzi  qüsurlara  da  rast  gəlinir. 

Bunlar aşağıdakılardır: 

Səhifə  10-da  4-cü  abzasda  verilmiş  “Ən  sadə  hadisələr  belə,  məsələn, 

budaqdan  qopan  almanın  yerə  düşmə  hadisəsində  çoxlu  sayda  təbiət  obyekti 

iştirak  edir:  ağac,  budaq,  yarpaq,  hava,  Yer  kürəsi”  cümləsindən  “yarpaq” 

sözünün  çıxarılması  məsləhətdir.  Çünki  almanın  yerə  düşmə  hadisəsində  yarpaq 

iştirak etmir. 

Səhifə 13-də dərsliyin  rus  dilində  olan  variantında  “Araşdırma  3” bölməsinin  

3-cü  bəndində  “Заставьте  посуду  вращаться”  deyil,  “Приведите  сосуд  в 



емкости вращательное” kimi verilməsi məqəsədəuyğundur. 

Səhifə  14-də  dərsliyin  Azərbaycan  dilində  olan  variantındakı  “Açar  sözlər”in 

rus  dilinə  “Mexaniki  hadisələr”–“Механические  явления”,  “İşıq  hadisəsi”

Световые  явления”,  “İstilik  hadisəsi”–“Тепловые  явления”,  “Səs  hadisəsi”

Звуковые явления” kimi tərcümə olunması tövsiyə edilir. 



Səhifə  22-də  3-cü  abzasda  verilmiş  “Qısa  uzunluqları  ölçmək  üçün  baş 

barmağın  oynağının  uzunluğundan–“düym”dən  istifadə  olunur”  cümləsinin 

Qısa  uzunluqları  ölçmək  üçün  baş  barmağının  ucundan  birinci  oynağa  qədər 



məsafədən–düymdən istifadə olunur” kimi verilməsi məsləhətdir 

Yenə  həmin  səhifədə  4-cü  abzasda  “Uzun  məsafələr”  ifadəsinin  “Böyük 

məsafələr” ilə əvəz edilməsi məqsədəuyğundur. 

Səhifə  23-də  mətnin  3-cü  abzasında  “və  s.”  ifasəsinin  verilməməsi  tövsiyə 

edilir. 


Səhifə  25-də  “Nə  öyrəndiniz”  bölməsində  verilmiş  birinci  cümlənin  “Uyğun 

ölçünü  xarakterizə  edən  ____  və  onun  ____  müəyyənləşdirmək  lazımdır”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  27-də  “Araşdırma  2”də  “Nəticəni  müzakirə  edin”  bölməsində  1-ci 

sualın  “Xətkeşlə  ölçülən  uzunluq  hansı  vahidlə  ifadə  olunur?”  kimi  verilməsi  daha 

doğru olar. 

Həmin  səhifədən  başlayaraq  dərsliyin  rus  dilində  olan  variantında  işlədilmiş 

“цена одного деления” ifadəsinin “цена деления” ilə əvəz edilməsi məsləhətdir. 



 

Səhifə  34-də  1-ci  sualın  qoyuluşunun  düzgün  olması  üçün  bir  neçə  fiziki 

olmayan hadisələrin sadalanması məsləhətdir. 

Yenə  həmin  səhifədə  4-cü bənddə  verilmiş  “yalan” sözünün  “yanlış” sözü  ilə 

əvəz edilməsi məqəsədəuyğundur. 



Səhifə 37-də ikinci abzasda 1-ci cümlənin “Hərəkət təbiətdə... deyil, “Hərəkət 

kainatda...”, beşinci abzasda isə 2-ci cümlənin “Fiziki sahənin  bir  neçə  növü  təyin 

olunmuşdur”  deyil,  “Fiziki  sahənin  bir  neçə  növü  mövcuddur”  kimi  verilməsi 

məsləhətdir. 



Səhifə  38-də dərsliyin rus dilində olan  variantında “Araşdırma  2” bölməsində 

verilmiş  “Большой  водоворот”  ifadəsinin  “Большой  круговорот  воды  в 



природе” kimi yazılması tövsiyə olunur. 

Səhifə  39-da  sonuncu  abzasda  verilmiş  “bütün  varlıqlar”  ifadəsinin  “bütün 

obyektlər”  kimi,  “Cisim  maddələrin  müəyyən  şəkil  verilmiş  halıdır,  məsələn...” 

cümləsinin  isə  “Cisim maddələrin  müəyyən  forma  verilmiş  halıdır, məsələn...  kimi 

verilməsi məqsədəuyğundur. 

Səhifə  40-da  birinci  abzasda  verilmiş  “Deməli,  cisimlər  maddədən  təşkil 

olunmuşdur”  cümləsinin  “Deməli,  cisimlər  maddələrdən  təşkil  olunmuşdur  kimi, 

“Oxşar maddələr də müəyyən adla qruplaşdırılır;  məsələn, yuxarıda sadalanan 

maddələr  metal  adlanır”  cümləsinin  isə  Bir  çox  fiziki  xassələri  oxşar  olan 

maddələr  də  müəyyən  adla  qruplaşdırılır;  məsələn,  yuxarıda  sadalanan  maddələr 

metallardır”  kimi  verilməsi  məsləhətdir.  Çünki  “metal  adlanır”  ifadəsi  metallara 

tərif verilmiş kimi səslənir. Sadəcə onların metal olduqlarını bildirmək kifayətdir. 



Yenə  həmin  səhifədə  “Nə  öyrəndiniz”  bölməsində  “calı”  sözü  “canlı”  kimi 

verilməlidir. 



Yenə  həmin  səhifədə  “Nə  öyrəndiniz”  bölməsində  1-ci  cümlədə  verilmiş 

“elektrondan” sözünün “elektronlardan” kimi verilməsi məsləhətdir. 

Səhifə  51-də  dərsliyin  rus  dilində  olan  variantında  mövzu  başlığının 

“Измеряемые  свойства  вещества:  объем  и  его  измерение”  deyil, 

Измеряемые свойства тела” kimi verilməsi məqsədəuyğundur. Eyni təklif səhifə 



58-ə də aid edilir. 

Səhifə  52-də  sonuncu  abzasda  “Ətir  şüşəsinin  qapağını  açdıqda  onun 

molekullarının  öz-özünə  hava  molekullarına  qarışması  nəticəsində  qoxu  bütün 

otağa yayılır” cümləsinin “Ətir şüşəsinin qapağını açdıqda onun molekullarının öz-


10 

 

özünə  hava  molekullarına qarışması nəticəsində  ətrin  iyi  bütün  otağa  yayılır”  kimi 

verilməsi tövsiyə edilir. 

Yenə  həmin  səhifədə sonuncu cümlənin “Lakin  bərk  cisimlərin  molekulları 

yerlərini  sərbəst  dəyişə  bilmədiklərindən  onlar  arasında  diffuziya  çox  ləng 

gedir”  deyil,  “Lakin  bərk  cisimlərin  molekulları  yerlərini  demək  olar  ki,  sərbəst 

dəyişə  bilmədiklərindən  onlar  arasında  diffuziya  çox  ləng  gedir”  kimi  verilməsi 

məsləhətdir. 



Səhifə  55-də  “Araşdırma  1”  bölməsində  “Halqanı  yuxarı  qaldırıb 

kürəcikdən  keçirməyə  çalışın”  cümləsinin  “Halqanı  yuxarı  qaldırıb  kürəciyi 

halqadan keçirməyə çalışın” kimi verilməsi  daha yaxşı olar. 

Səhifə  56-da  birinci  abzasda  “Cismi  qızdırdıqda  onu  təşkil  edən 

molekulların  sürəti  və  ara  məsafələri  artır-cisim  genişlənir”  cümləsinin  “Cismi 

qızdırdıqda  onu  təşkil  edən  əksər  molekulların  sürəti  və  ara  məsafələri  artır-cisim 

genişlənir” kimi verilməsi məqsədəuyğundur. 

Yenə həmin səhifədə üçüncü abzasda verilmiş “Qazların istidən genişlənməsi 

bərk  cisimlərin  genişlənməsindən  təqribən  1000  dəfə  böyükdür”  cümləsində 

“təqribən 1000 dəfə böyükdür” ifədəsinin “çox böyükdür” ilə əvəz edilməsi tövsiyə 

edilir. 


Səhifə  58-də  dərsliyin  rus  dilində  olan  variantında  1-ci  sualın  “Почему  при 

выпечке  торта  используется  прозрачная  посуда  с  делениями”  deyil, 

Почему при подготовке  теста для  выпечки  торта используется прозрачная 



посуда с делениями” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  59-da  dərsliyin  rus  dilində  olan  variantında  cədvəldə  birinci  sütunun 

başlığının “Цена деления” kimi verilməsi məsləhətdir. 



Səhifə 60, 61, 63,  65, 66-da dərsliyin  rus  dilində  olan  variantında  verilmiş  “в 

системе СИ” ifadəsindən “системе” sözünün çıxarılması daha düzgün olar. 

Səhifə  60-da  birinci  abzasda  verilmiş  “Nəticədə  menzurkadakı  mayenin 

səviyyəsi  ona  batırılan  cismin  həcmi  qədər  qalxır”  cümləsinin  “Nəticədə 

menzurkadakı mayenin həcmi ona batırılan cismin həcmi qədər artar” kimi verilməsi 

məqsədəuyğundur. Çünki səviyyə həcm deyil, hündürlükdür. 



Yenə  həmin  səhifədə  “Öyrəndiklərinizi  tətbiq  edin”  bölməsində  2-ci 

tapşırığın  “Suyun  səviyyəsi  neçə  ml  qalxdı”  deyil,  “Suyun  həcmi  neçə  milli  litr 



artdı” kimi verilməsi məsləhətdir.

 



11 

 

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Öyrəndiklərinizi tətbiq 



edin”  bölməsində  “Вычислите  средний  объем  одной  горошины”  cümləsinin 

Вычисление среднего объема одной горошины” ilə əvəz edilməsi tövsiyə edilir. 



Səhifə  63-də  “Bu  maraqlıdır”  bölməsinin  son  cümləsində  verilmiş  “dəfə 

ağırdır”  ifədəsinin  “dəfə  çoxdur”  ilə  əvəz  olunması  tövsiyə  edilir.  40  000  000  000 

(qırx milyard) ədədinin yazılış formasının sətirdən-sətirə keçirilməsi düzgün deyil. 



Yenə həmin səhifədə “Araşdırma 2” bölməsində сədvəlin 3-cü sütununda “Su 

dolu  stəkanın  kütləsi”  ifadəsinin  “Su  ilə  dolu  stəkanın  kütləsi”  ilə,  sonda  verilmiş 

sualda  isə  “adi  tərəzi”  ifadəsinin  “tərəzi”  ilə  əvəz  edilməsi,  “Öyrəndiklərinizi 



yoxlayın”  bölməsində  2-ci  sualda  qarşısında  ədəd  olmadığına  görə  “kq”  ifadəsinin 

kiloqram” kimi verilməsi məqsədəuyğundur. 



Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  “Öyrəndiklərinizi 

yoxlayın”  bölməsində  2-ci  sualda  “Переведите  его  массу  в  килограммы” 

ifadəsinin “Выразите его массу в килограммах” kimi verilməsi tövsiyə edilir. 



Səhifə  65-də  mövzu  başlığının  və  səhifə  51-də  16-cı bəndin  “Sıxlıq  və  onun 

təyin  edilməsi”  kimi  verilməsi  düzgün  deyil.  Çünki  sıxlıq  çox  məna  kəsb  edir, 

məsələn, cərəyan sıxlığı, maddənin sıxlığı, enerji sıxlığı, əhalinin sıxlığı və s. Burada 

məhz  maddənin  sıxlığı  nəzərdə  tutulduğundan  mövzu  başlığının “Maddənin  sıxlığı” 

kimi verilməsi məsləhətdir. 



Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  “Araşdırma  1” 

bölməsindən  sonrakı  abzasda  “Масса,  приходящася  на  единицу  обьема, 



называется  плотностью  вещества”  cümləsinin  “Масса  единицы  обьема 

называется плотностью вещества” kimi verilməsi məsləhətdir. 

Səhifə  66-da  “Öyrəndiklərinizi  yoxlayın” bölməsində  verilmiş  məsələnin  ilk 

cümləsində  “metal”  yazıldığı  üçün  sonrakı  cümlələrdə  “maddə”  sözünün  “metal” 

ilə əvəz edilməsi məqsədəuyğundur. 

Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  “Araşdırma  2” 

bölməsinin  üçüncü  bəndində  və  səhifə  67-də  “4-cü  addım”-da  “плотности” 

sözünün “плотностей” kimi verilməsi tövsiyə edilir. 

Səhifə  67-də  “5-ci  addım”-da  “Cavabın  tam  verilməsi” cümləsinin  “Cavab” 

ilə əvəz edilməsi məsələhətdir. 



Səhifə 69-da 3-cü abzasın sonuda “Termometr şkalası” ifadəsinin “temperatur 

şkalası” kimi verilməsi məqsədəuyğundur. 


12 

 

Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  3-cü  abzasın  sonuncu 

cümlələrində  “помещается” sözünün  “помещают”  kimi,  “отмечается” sözünün 

isə “отмечают” kimi verilməsi məsləhətdir. 



Səhifə  70-də  dərsliyin  rus dilində  olan  variantında  “Araşdırma  2” bölməsində 

son  cümlədə,  “Nə  öyrəndiniz”  bölməsində  ikinci  cümlədə  verilmiş  “принцип 



работы” ifadəsinin “принцип действия” ilə əvəz olunması məqsədəuyğundur. 

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Açar sözlər”də verilmiş 

“градуирование” sözü “проградуирована” kimi verilərsə daha yaxşı olar. 

Səhifə  71-də  dərsliyin  rus  dilində  olan  variantında  1-ci  tapşırıqda  verilmiş 

“жидкости” sözünün “жидкостей” ilə əvəz edilməsi məsləhətdir. 

Səhifə  72-də  dərsliyin  rus  dilində  olan  variantında  “Ümumiləşdirici 

tapşırıqlar” bölməsində verilmiş cədvəlin “Tətbiq olunan əməliyyat” sütununun  ilk 

sətrindəki  ifadənin “Ставят в мoрoзильную камеру холодильника” kimi verilməsi 

məsləhətdir. 

Həmin  səhifədə  2-ci  tapşırığın  b  bəndində  verilmiş  “Между  молекулами 

тела  имеются  …,  поэтому  возникает  …”  cümləsinin  “Между  молекулами 

тела  имеются  …  и  они  движутся,  поэтому  возникает  …”  ilə,  d  bəndində 

verilmiş  cümlədə  “вещества”  sözünün  “жидкости  ilə,  4-cü  tapşırıqda  verilmiş 

cümlədə “жемчуга” sözünün “жемчужины” ilə əvəz edilməsi, 5-ci tapşırıqdan isə 

“Расплавив, их смешали” cümləsinin çıxarılması məsləhətdir. Ümumiyyətlə, 5-ci 

tapşırıq  6-cı  sinif  şagirdləri  üçün  çox  çətindir.  Verilmiş  tapşırığın  çətinlik  dərəcəsi 

şagirdlərin yaş səviyyəsinə uyğun olan tapşırıqla əvəz edilməsi tövsiyə olunur. 

Səhifə 75-də  “Nə  öyrəndiniz” bölməsində  “Onlar  cisimlərin  bir-birinə__  və 

toxunma  olmadan  yaranır” cümləsinin  “Onlar  cisimlərin  bir-birinə__  olmaqla  və 

toxunma olmadan yaranır” kimi verilməsi məqsədəuyğundur. 

Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  1-ci  sətirdə  verilmiş 

“воздействие”  sözünün  “действие”  ilə  əvəz  olunması,  “они”  sözünün  isə 

cümlədən çıxarılması məqsədəuyğundur. 



Həmin  səhifədə  dərsliyin  rus  dilində  olan  variantında  “Öyrəndiklərinizi 

yoxlayın”  bölməsində  3-cü  sualın  “Какие  тела  взаимодействуют при  нанесение 

удара по резиновой груше”?” kimi verilməsi məsləhətdir. 

Səhifə  87-də  “Bu  maraqlıdır”  bölməsində  “Dənizlərin  hərəkəti”  ifadəsinin 

dırnaq işarəsi içərisində verilməsi məsləhətdir. 




13 

 

Səhifə  92-də



 

“Araşdırma  1”  bölməsində  “Hansı  cisim  daha  enerjilidir?” 

sualının  “Hansı  halda  kürəciyin  enerjisi  daha  çoxdur?”  kimi  verilməsi  məsləhətdir. 

Çünki burada söhbət yalnız bir cisimdən-kürəcikdən gedir. 

Səhifə  93-də

 

“Araşdırma  2”  bölməsində  “Spiralı  hərəkət  etdirən  nədir?” 

sualının “Spiral nə üçün hərəkət edir?” kimi verilməsi tövsiyə edilir. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin tərtibatı, burada verilmiş  ilüstrasiyalar və sxemlər dərsliyin  məzmunu 



ilə  uyğunluq  təşkil  edir.  İstifadə  edilən  şriftlər  müvafiq  yaş  qurupuna  uyğundur. 

Bununla yanaşı, dərslikdə müəyyən qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır: 

Dərsliyin rus dilində olan variantında “Elmi redaktor” göstərilməmişdir. 

Səhifə 12, 16, 26, 28, 30, 31, 37, 46, 47, 53, 75, 78 və s.-də dərslikdə verilmiş 

bir sıra illüstrasiyalar aydın deyil. 



Səhifə  6-da  “Bilirsinizmi”  bölməsi  “Bilirsinizmi?”  kimi  verilərsə,  daha  yaxşı 

olar. Çünki digər mövzularda bu bölmənin adında sual işarəsi verilmişdir. 



Yenə  həmin  səhifədə  “Öyrəndiklərinizi  yoxlayın”  bölməsində  verilmiş 

sonuncu  cümlədə  “biliklərə  dəyər  vermək”  ifadəsinin  “bilikləri  qiymətləndirmək” 

kimi verilməsi məsləhətdir. 

Səhifə 10-da dərsliyin rus dilində olan variantında Nizami Gəncəvidən verilmiş 

misraların altında “Nizami Gəncəvi” yazılması məsləhətdir. 



Səhifə  17-də  “Layihə”  bölməsində  verilmiş  şəkildə  kölgə  düzgün 

çəkilməmişdir. Belə ki, yanan şam, oğlanın başının kənarları və kölgənin kənarları bir 

düz xətt üzərində olmalı idi. 

Səhifə 22-də  verilmiş şəkildə 1 dirsəyin 6 ovuca bərabər olduğu göstərilmişdir. 

Lakin şəkildə 7 bölgü verilmişdir. 



Səhifə 29-da termometrin bölgüləri düzgün göstərilməmişdir. 

Səhifə  30-da  da  həm  termometrin,  həm  də  üçüncü  xətkeşin  bölgüləri  düzgün 

göstərilməmişdir.  



Səhifə 34-də sonuncu sxemdə soldan ortadakı düzbucaqlının içərisi dərsliyin rus 

dilində  olan  variantında  rəngli  göstərilmişdir.  Dərsliyin  Azərbaycan  dilində  olan 

variantında da onun rəngli verilməsi məsləhətdir. 

Səhifə 36-da “Araşdırma  1”  bölməsində  verilmiş  cədvəldə  “Göy gurultusu” 

və  “Dondurma”  sözləri  qarşısındakı  xanalarda  “+”  işarəsinin  verilməməsi 

məsləhətdir.  Çünki  şagird  verilmiş  obyektləri  necə  müəyyən  etməyin  mümkün 



14 

 

olduğunu özü təyin etməlidir. Dərsliyin rus dilində olan variantında isə düzgün olaraq 



yalnız “Книга” obyekti qarşısındakı xanalar doldurulmuşdur. 

Səhifə 40-da sonda verilmiş sxemdə “qar” sözünün “qar dənəciyi” ilə, dərsliyin 

rus  dilində  olan  variantında  isə  “дерево”  sözünün  “деревесина”  ilə  əvəz  edilməsi 

məqsədəuyğundur. 

Həmin  səhifədə  “Nə  öyrəndiniz”  bölməsində  “Açar  sözlər”də  “тело”  sözü 

verildiyindən,  “кольцо-это  тело”  ifadəsinin  “кольцо-это  __”  kimi  yazı lması 

tövsiyə edilir. 

Səhifə 41-də “Bəzi  maddələrin atom  modelləri”nin şəklində kölgəli kürələrlə 

təsvirə  ehtiyac  yoxdur.  Çünki  növbəti  səhifədə  atomun  modeli  daha  düzgün 

verilmişdir. 

Səhifə  52-də  “Araşdırma  1”  bölməsində  verilmiş  hər  üç  menzurkada  200 

bölgüsünün  göstərilməsi,  3-cü  menzurkada  isə  maye  səviyyəsinin  200  bölgüsündən 

bir qədər aşağıda (190 ml-də) olmasının bilinməsi məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  son  sətirdə  “bərk  cisimlərin  molekulları  yerlərini 

sərbəst  dəyişə  bilmədiklərindən”  ifadəsinin  “bərk  cisimlərin  molekulları  yerlərini 

demək olar ki, sərbəst dəyişə bilmədiklərindən” kimi verilməsi məsləhətdir. 

Səhifə  59-da  “Araşdırma  1”  bölməsində  verilmiş  cədvəldə  dərsliyin 

Azərbaycan  və  rus  dilində  olan  variantları  arasında  fərq  mövcuddur.  Belə  ki, 

dərsliyin  Azərbaycan  dilində  olan  variantında  “Cisim”  başlığı  və  cismin  adı 

(“Qaşıq”) verildiyi halda dərsliyin rus dilində olan variantında buna təsadüf edilmir. 

Yenə həmin səhifədə şəkilə əsasən menzurkaya salınmış qaşığın həcmi 50  ml-

dir. Bu həcm hətta xörək qaşığı üçün də çox böyük həcmdir. Onu bir xeyli (reallığa 

uyğun) kiçiltmək lazımdır. 

Səhifə  60-da  dərsliyin  rus dilində  olan  variantında  kubun  tillərinin  “a” olduğu 

verilsə də, dərsliyin Azərbaycan dilində olan variantında bu öz əksini tapmır.  



Səhifə  63-də  “Bu  maraqlıdır”  bölməsində  balina  ilə  ağcaqanadın 

müqayisəsinin şəkildəki kimi veriməsi məqsədəuyğun hesab edilmir. 



Səhifə  65-də  “Araşdırma  1”  bölməsində  təchizat  kimi  “tərəfləri  1  sm  olan 

plastilin  və  penoplast  kub”  verilsə  də, şəkildə  plastilin  və  penoplast  paralelepiped 

formasındadır.  Həmçinin,  “Penoplast”  sözünün  “taxta  tircik”  kimi  verilməsi 

məsləhətdir. 



15 

 

Səhifə 81-də dərsliyin rus dilində olan variantı üzrə “Araşdırma 1” bölməsində 

sonuncu  iki  sualın  Azərbaycan  dilindəki  varianta  uyğun  olaraq  yerini  dəyişmək 

məqsədəuyğundur. 



Səhifə  83-də  şəkildə  velosipedçinin  hərəkət  istiqaməti  aydın  deyil. 

Velosipedçinin biristiqamətli hərəkətinin təsvir edilməsi tövsiyə edilir. 



Səhifə 91-də şəkildə verilmiş naqildən axan cərəyanın istiqamətinə uyğun olaraq 

kompasın  əqrəbinin  vəziyyəti  düzgün  göstərilməmişdir.  Kompasın  əqrəbinin 

vəziyyətini  müəyyən  etmək üçün batareyanın qütbləri aydın olmalı (yəni “+” və “–” 

qütbü),  buna  əsasən  cərəyanın  istiqaməti  müəyyənləşdirilməli  və  cərəyanın 

istiqamətinə görə maqnit əqrəbinin vəziyyəti təyin olunmalıdır.

 

Səhifə  95-də  “Ümumilləşdirici  tapşırıqlar”  bölməsində  2-ci  tapşırıq  korrekt 

verilməmişdir.  3-cü  tapşırığın  a  bəndində  isə  verilmiş  “Fiziki  sahə”  cavabı  doğru 

cavab  kimi  şagirdlər  tərəfindən  qəbul  edilə  bilər.  Çünki  qravitasiya  sahəsi  də  fiziki 

sahəsinin bir növüdür. Odur ki, “Fiziki sahə” cavabı “Elektromaqnit sahəsi” ilə əvəz 

olunarsa, doğru cavab məhz e bəndi, “qravitasiya sahəsi” olur. 



 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdəki  tapşırıqlar  əsas  etibarı  ilə  mövzulara  uyğun  verilmiş,  burada 



biliklərin  tətbiqini  tələb  edən,  məntiqi  düçüncəyə  və  idraki  bacarıqların 

formalaşmasına  yönəlmiş  tapşırıqlar  üstünlük  təşkil  etmişdir.  Burada  fiziki  hadisə, 

anlayış,  model  və  kəmiyyətlərin,  fiziki  qanunların  dərk  edilməsi  və  mahiyyətinin 

mənimsənilməsinə yönəlmiş keyfiyyət, hesablama  xarakterli,  müxtəlif tip və çətinlik 

səviyyələrində olan məsələ və tapşırıqların yer alması təqdirəlayiqdir. 

Bununla  yanaşı, dəslikdə  verilən  tapşırıqlarda  bir  sıra  qüsurlara  da  rast  gəlinir. 

Bunlar aşağıdakılardır: 

Səhifə  18-də  sxemdə  hadisə,  problem-sual,  fərziyyə  öyrənmə  metodları  ilə 

qarışdırılmışdır. 



Səhifə 39-da  “Maraqoyatma”  mövzunu  tam  əhatə  etmir.  Mövzu  “Maddə  və 

cisim” olduğu  üçün  “Maraqoyatma”nın  aşağıdakı  kimi  verilməsi  daha  yaxşı  olar: 

Eyni  bir  qaşığı  misdən,  qızıldan,  poladdan  hazırlamaq  mümkündür.  Bəzən  də 



gümüşdən saat, qab-qacaq, bilərzik hazırlanır. 

 



Bunlardan hansılar eyni cisimdir? 

 



Bunlardan hansılar eyni maddədir? 


16 

 



 

Cisimlər maddələrdən nə ilə fərqlənir?  

Səhifə  47-də  “Maraqoyatma”  mövzunu  tam  əhatə  etmir.  Burada  verilmiş 

şəkillər  şagirdlərə  nə  öyrənəcəyini  düşünməyə  vadar  etmir.  Həmin  şəkillər  



səhifə 45-dəki “Suyun təbiətdə üç halı” şəkli  ilə əvəz edilərsə, mövzuya daha uyğun 

olar.  “Maraqoyatma”nın  “Fizikada  təbiət  hadisələrini  yalnız  müşahidə  və  təsvir 



etmək  deyil,  həmçinin  onları  izah  etmək  də  lazımdır.  Məsələn,  suyun  soyuq havada 

donaraq  buza,  qaynadıqda  buxara  çevrildiyini  müşahidə  etmisiniz”  kimi  verilməsi 

məqsədəuyğundur. Suallar isə aşağıdakı kimi verilərsə daha yaxşı olar: 



Nə üçün suyu dondurduqda buza, qaynatdıqda buxara çevrilir? 



Nə  üçün  çaydandakı  çayı  armudu  stəkana  tökdükdə  dərhal  onun  formasını 



alır? 



Qənd  parçasını  stəkana  atsaq,  onun  stəkanın  formasını  almamasına  səbəb 



nədir? 



Su buxarı formasını saxlaya bilirmi? 



Səhifə  51-də  3-cü  tədris  vahidində  maddənin  xassələri  ilə  onun  ölçülə  bilən 

kəmiyyətləri  qarışdırılmışdır.  Maddənin  sıxlığı,  istidən  genişlənməsi  və  s.  onun 

xassələridir. Ancaq həcm, kütlə, temperatur onun ölçülə bilən kəmiyyətləridir. 

Yenə  həmin  səhifədə  “Diffuziya”  mövzusunun  verilməsi  elmi-metodiki 

uyğunluq  baxımından  düzgün  deyil.  “Diffuziya”  4-cü  tədris  vahidində,  “İstilik 



hərəkəti” mövzusunda verilərsə, daha düzgün olar. 

Səhifə  57-də  “Öyrəndiklərinizi  yoxlayın”  bölməsində  verilmiş  “Nə  üçün 

tarzən isti otaqda tarın simlərini dartaraq onu tez-tez kökləməli olur?” sualının 

mətni aydın deyil. 



Səhifə 76-da “Araşdırma  1” bölməsinin  mövzu  ilə,  yəni  qravitasiya  qarşılıqlı 

təsirlə  və  ya  Günəş  sistemi  ilə  qətiyyən  uyğunluğu  yoxdur.  Bu  araşdırmanın 

dərslikdən çıxarılması məsləhətdir. 

Səhifə 78-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş tapşırığa əsasən 

planetləri ölçülərinə görə dairəvi sxemdə sıralamaq mümkün deyil. 



Yenə  həmin  səhifədə  “Layihə”  bölməsinin  sonunda  verilmiş  “...“Günəş 

sisteminin  möcüzələri”  adlı  elmi  məqalə  yazın”  cümləsinin  “...Günəş  sisteminin 

möcüzələri 

mövzusunda  yazı  işini  yerinə  yetirin”  ilə  əvəz  edilməsi 

məqsədəuyğundur. 

 



17 

 

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) 



məzmununun işlənməsi baxımından 

Müəllim  üçün  metodik  vəsaitdə  dərslik  və  MMV-dən  istifadə  qaydaları,  tədris 

vahidləri,  bölmələr  üzrə  struktur,  standartlatın  şərhi,  tövsiyə  olunan  iş  planının 

verilməsi  müsbət  haldır.  Mövzular  üzrə  alt-standartların  və  qiymətləndirmə 

meyarlarının verilməsi təqdirəlayiqdir. Bununla yanaşı, MMV-də müəyyən qüsurlara 

da rəst gəlinir. Bunlar aşağıdakılardır: 

MMV-də  verilmiş  qiymətləndirmələrdə  zəif  və  orta  səviyyə  arasında  fərqin 

nədən  ibarət  olduğu  aydın deyil.  Zəif  səviyyədə  olan  şagirdlərin  göstəricisinin  daha 

üstün olması hiss olunur. 

MMV-də  müəllimə  kömək  məqsədi  ilə  dərslikdə  verilən  sualların  cavabları, 

təcrübələrin  izahları  ətraflı  verilərsə  daha  yaxşı olar.  Bəzi  hallarda  “müəyyən  fiziki 

hadisələrə aid özünüzdən misallar çəkin” yazılmışdır. Həmin nümunələrin vəsaitdə 

verilməsi daha yaxşı olar. 



Səhifə 3-də “Maraqoyatma”da “Verilən suallar əvvəllər qazanılmış biliklərə 

əsaslanır  və  şagirdləri  aktiv  fəaliyyətə  cəlb  etməyi  nəzərdə  tutur”  cümləsinin 

Verilən  suallar  əvvəllər  qazanılmış  biliklərə  əsaslanır,  şagirdləri  nə  öyrənəcəyini 



düşünməyə  sövq  edir  və  onları  aktiv  fəaliyyətə  cəlb  etməyi  nəzərdə  tutur”  kimi 

verilməsi daha məqsədəuyğundur. 



Səhifə  6-da  sxemin  sonuncu  tədris  vahidinin  24-cü  mövzusunda  “Elektrik 

hərəkəti: elektrik cərəyanı” əvəzinə “Elektrik hadisəsi: elektrik cərəyanı” verilməsi 

tövsiyə edilir. 



Səhifə  7-də  2-ci  məzmun  xəttində  (yuxarıdan  7-ci  sətir  və  18-ci  sətir) 

“qarşılıqlı təsir” əvəzinə “qarşılıqlı təsirlər” verilməsi məsləhətdir. 

Səhifə 32-də  5-ci  tapşırıqda  verilmiş  “Düyməciyin  boyu  nə  qədərdir?”  sualı 

Bir  düymün  uzunluğu  nə qədərdir?”  kimi  verilməsi  şagirdlər  tərəfindən  daha  başa 

düşülən  olar.  Çünki  “düyməcik”  dedikdə  şagirdlərin  onu  düym  kimi  başa  düşmələri 

demək olar ki, mümkünsüzdür. 



Yenə həmin səhifədə 4-cü tapşırığın cavabları içərisində doğru cavab yoxdur. 

Yenə  həmin  səhifədə  8-ci  tapşırıqda  verilmiş  təsvirdəki  dairə  şəkillərinin 

kvadrat  şəkilləri  ilə  əvəz  edilməsi  məsləhətdir.  Çünki  dairələrin  bucaqlarla 

kəsişməsindən alınan fiqurlar üçbucaq deyil, sektor olur. 

Səhifə  44-də göstərilmiş misalda 2-ci bənddə “Molekullar  arasında  qarşılıqlı 

cazibə  qüvvələri  daha  böyükdür”  fikri  əvəzinə  “Molekullar  arasında  qarşılıqlı 



18 

 

cazibə  qüvvələri  itələmə  qüvvələrindən  daha  da  böyükdür”,  3-cü  bənddə 



“Molekullar  arasında  itələmə  qarşılıqlı  qüvvələri  daha  böyükdür”  fikri  əvəzinə 

Molekullar  arasında  itələmə  qarşılıqlı  qüvvələri  cazibə  qüvvələrindən  daha  da 



böyükdür”  verilməsi daha məqsədəuyğun olar. 

Yenə həmin səhifədə göstərilmiş misalda səhifə 47-də 8-ci test tapşırığında “C” 

distraktoru heç bir məna kəsb etmir. Bu isə testologiyaya ziddir. 



Səhifə 50, 52, 54, 56, 58, 60, 65, 67, 71, 75, 77 və s.-də “Qiymətləndirmə və 

ya  refleksiya” bölməsində  qiymətləndirmə  meyarı  kimi  “Məsələ  həlletmə”  ifadəsi 

işlənilsə  də,  həmin  mövzular  ilə  bağlı  nə  dərslikdə,  nə  də  MMV-də  məsələlər 

verilməmişdir. 

Səhifə 51-də son abzasda “D” bəndi verilməmişdir. 

Səhifə 61-də  1-ci sual MMV-nin Azərbaycan və rus dilində olan  variantlarında 

fərqli  verilmişdir.  Azərbaycan  dilində  olan  variantda  “Hansı  hadisə  zamanı 



diffuziya baş vermişdir?” kimi, rus dilində olan variantda isə “В каких явлениях 

диффузия  не  происходит?”  kimi  verilmişdir.  Bu  fərqin  aradan  qaldırılması 

məsləhətdir. 



Səhifə  62-də  MMV-nin  Azərbaycan  dilində  olan  variantında  8-ci  sual  test 

şəklində  (cavablarla),  rus  dilində  olan  variantında  isə  (səhifə  61)  sual  şəklində 

(cavabsız) verilmişdir. 

Həmin  səhifədə  MMV-nin  rus  dilində  olan  varintında  9-cu  sualda  maddələrin 

sıxlıqları verilməmişdir. 



Yenə  həmin  səhifədə  şəkildə  çəki  daşlarının  və  menzurkanın  ölçüləri  aydın 

deyil. 


Səhifə 66-da MMV-nin Azərbaycan və rus dilində olan variantları arasında fərq 

mövcuddur.  Belə  ki,  Azərbaycan  dilində  olan  variantda  “D”  bəndi  qeyd 

olunmamışdır. 

Yenə  həmin  səhifədə  d) bəndində  verilmiş  “nəhəng  kütlə”  ifadəsinin  “böyük 

kütlə” ilə əvəz edilməsi məqsədəuyğundur.  

Yenə  həmin  səhifədə  MMV-nin  Azərbaycan  dilində  olan  variantında  axırıncı 

abzasda cizgi  filminin adı “Quantum  Ray”, rus dilində olan variantda  isə “Cosmic 



Quantum  Ray”  kimi  verilmişdir.  Bu  cizgi  filminə  məktəblilərin  böyük 

əksəriyyətinin baxması mümkün deyil. 



Səhifə  72-də  şəkildə  “D”,  “E”,  “G”  bəndləri  göstərilsə  də,  mətndə 

verilməmişdir.  




19 

 

Səhifə  76-da  “B”  bəndində  ikinci  abzasın  sonuncu  cümləsində  verilmiş 



“lampanı  işıqlandırdığını  müəyyən  etdilər”  ifadəsinin  “lampanın  közərdiyini 

müəyyən etdilər” ilə əvəz edilməsi məsləhətdir. 

Səhifə 80-də 1-ci çalışmanın şərti korrekt deyil. Bu səbəbdən verilmiş tapşırığın 

birmənalı cavabı yoxdur. 



Səhifə  81-də  7-ci  sualda  1-ci  şəkildə  hansı  enerji  növlərinin  çevrilməsinin  baş 

verdiyi aydın deyil. 



Səhifə  82-də  hava  şarı  şəklinin  əvəzinə  istənilən  bir  cismin  lampa  ilə 

qızdırılması ilə bağlı şəklin verilməsi məsləhətdir. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə