Dərslik komplekti Müəlliflər: Mütəllim Abbasov



Yüklə 107,66 Kb.

tarix27.02.2018
ölçüsü107,66 Kb.
növüDərslik


 

 



 



 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

  7-ci sinifləri üçün “Kimya” dərslik komplekti 

 

 

Müəlliflər: Mütəllim Abbasov 

Vaqif Abbasov 

Nasim Abışov 

Vəli Əliyev 

Akif Əliyev 

 

Bakı: Aspoliqraf, 2014. 

 

 



Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 



 

YEKUN   RƏY 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:



 

1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. 



Dərslik 96 səhifədən ibarət olub, 5 fəsil üzrə (“İlk kimyəvi anlayışlar”, “Fiziki 

və kimyəvi hadisələr. Kimyəvi tənliklər”, “Oksigen. Hava. Yanma”, “Hidrogen”, 

“Su.  Məhlullar”)  26  mövzunu  əhatə  edir.  Burada  hər  mövzu  üzrə  “Bilik  və 

bacarıqların  yoxlanılması  üçün  sual  və  tapşırıqlar”,  “Praktik  məşğələlər”

“Laboratoriya təcrübələri” verilmişdir. 

Dərslikdə verilmiş materiallar “Maddə və maddi aləm”“Kimyəvi hadisələr”



“Eksperiment və modelləşdirmə”“Kimya və həyat” məzmun xətləri üzrə 10 əsas 

və 14 alt standartın reallaşdırılmasına yönəlmişdir. 

Dərsliyin  məzmunu  və  quruluşu  fənn  haqqında  ilkin  bilikləri  əldə  edən 

şagirdlərdə  kimya  üzrə  bilik  və  bacarıqların  formalaşmasına,  onların  kimyəvi 

maddələr, hadisələr və qanunauyğunluqları mənimsəməsinə yönəlmişdir. Mövzularda 

faktların elmiliyi, dəqiqliyi, etibarlılığı, eləcə də material seçimində didaktik tələblər 

tam  olaraq  gözlənilmişdir.  Fəndaxili  və  fənlərarası  inteqrasiyanın  nəzərə  alınması 

şagirdlərin  dünyagörüşünün  formalaşmasını  təmin  edir.  Dərslikdəki  materialların 

ətraflı  izah  olunması,  kimyəvi  reaksiyaların  təcrübələrə,  şəkillərə,  sxemlərə, 

cədvəllərə istinad etməsi şagirdlərdə müstəqil təlimə imkan yaradır. 

Qeyd  etmək  lazımdır  ki,  Təhsil  Nazirliyinin  rəsmi  müraciətinə  əsasən  dərslik 

komplektinin  qiymətləndirilməsi  ilə  bağlı  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası 

tərəfindən  hazırlanmış  rəydə  göstərilən    irad  və  təkliflərin  xeyli    hissəsi  bu  nəşrdə 

nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı 

isə yeni səhvlərə yol verilmişdir.  Bunlar aşağıdakılardır: 

“Ümumtəhsil  sistemində  dərslik  siyasəti”  sənədinin  3.2-ci  maddəsi  dərsliklərin 

birmənalı  olaraq  kurikuluma  uyğun  olması  şərtini  qoyur.  Bu  dərslikdə  isə  kurikulum 

sənədinə əsasən kimya fənni üzrə  ümumtəhsil məktəblərinin heç bir sinfində nəzərdə 




 

tutulmayan  alt  standartların  daxil  edilməsi  və  bu  alt  standartlara  aid  mövzuların 



verilməsi dərslik komplektinin strukturunda çox ciddi qüsurlar yaradır. 

1.2.2. İlk kimyəvi anlayışlar və onların əlaqələrini şərh edir. 

Bu  alt  standartın  “Kimyəvi  element.  İzotoplar”,  “Nisbi  molekul  kütləsi. 



Kimyəvi  formullara  görə  hesablamalar”  mövzuları  ilə  reallaşdırılması  nəzərdə 

tutulub.  Əslində  isə  “Kimyəvi  element.  İzotoplar”  mövzusunda  1.2.1.  Atomum 



tərkibini, atom  molekul təlimini izah  edir  alt standartı, “Kimyəvi  formullara  görə 

hesablamalar”,  “Maddə  miqdarı.  Molyar  kütlə”  mövzularında  isə  1.3.1. 

Maddələrin formuluna əsasən sadə hesablamalar aparır” və 2.2.2.  Sadə reaksiya 



tənliklərinə  görə  hesablamalar  aparır  alt  standartlarının  reallaşdırılması  tələb 

olunur. 


1.3.2. Məhlullar və həllolmaya aid sadə hesablamalar aparır. 

Bu  alt  standartın  məqsədi  məhlulların  qatılığına  aid  sadə  hesablama  aparmaq, 

həll olan maddənin məhlulda kütlə payı, həllolma əmsalı və məhlulun molyar qatılığı 

haqqında  şagirdlərdə  müəyyən  təsəvvürlər  yaratmaqdır.  Lakin  7-ci  sinfin  alt 

standartlarında bu anlayışların izah edilməsi nəzərdə tutulmamışdır. Bu sinifdə yalnız 

məhlulların  hazırlanmasını  3.1.1.  Sadə  kimyəvi  təcrübələr,  müşahidələr  aparır”  alt 

standartı  ilə  həyata  keçirmək  nəzərdə  tutulmuşdur.  Burada    məqsəd  sadəcə  məhlul 

haqqında  şagirdlərdə  təsəvvür  yaratmaqdır.  Müxtəlif  qatılıqlı  məhlulların 

hazırlanması isə 8-ci sinfin alt standartlarında nəzərdə tutulmuşdur. 

4.1.2. Maddələrin tətbiqinə aid təqdimatlar edir. 

Bu  alt  standartın  reallaşdırılması  “Ozon.  Oksigenin  tətbiqi  və  təbiətdə 



dövranı”    “Hidrogenin  kimyəvi  xassələri  və  tətbiqi”  mövzularında  həyata 

keçirilmişdir. Lakin fənn kurikulumuna görə qeyri metalların tətbiqinə dair biliklərin 

öyrənilməsi 9-cu sinifdə nəzərdə tutulmuşdur. 

Deməli,  1.2.2.,  1.3.2.,  4.1.2.  alt  standartları,  ümumiyyətlə,  kimya  fənn 

kurikulumunda  nəzərdə  tutulmadığına  görə,  bu  alt  standartların  və  bununla  bağlı 

mövzuların dərslik komplektinə daxil edilməsi düzgün hesab edilmir. 

Dərslik  komplektinə  alt  standartlarda  nəzərdə  tutulmayan  mövzuların  daxil 

edilməsi  də  məqsədəuyğun  deyil.  Belə  ki,  “Ozon.  Oksigenin  tətbiqi  və  təbiətdə 



dövranı”,  “Kimyəvi  reaksiyaların  istilik  effekti.  Entalpiya”,  “Termokimyəvi 

tənliklərə  görə  hesablamalar.  Termokimyəvi  tənliyin  tərtibi”,  “Yanma. 

Yanacağın  səmərəli  yandırılması”  mövzularının  tədrisi  7-ci  sinifdə  nəzərdə 

tutulmamışdır. 




 

Dərslikdə digər qüsurlar da vardır. Bunlar aşağıdakılardır: 



Səhifə  5.  2-ci  abzasda  qeyd  edilmiş  “Hazırda  təbii  və  süni  surətdə  alınan 

maddələrin  on  beş  milyondan  çox  növü  məlumdur”  fikri  “Hazırda təbii və süni 

surətdə alınan maddələrin iyirmi milyondan çox növü məlumdur”  kimi verilməlidir. 

Səhifə  8.  3-cü  abzasda  “maddə”nin  tərifinin  (“Fiziki  cisimlər  nədən 

ibarətdirsə,  onlar  maddə  adlanır  və  ya  nisbi  sükunət  kütləsinə  malik  olan 

materiya  növünə  maddə  deyilir”)  dəyişdirilməsi  tövsiyə  edilir.  Çünki  “Fizika” 

fənnindən  “Nisbilik  Nəzəriyyəsi”  hələ  tədris  edilmədiyindən  bu  tərifdəki  “nisbi 



sükunət kütləsi” ifadəsi şagirdlərə tam aydın deyil. 

Səhifə  9.  6-cı  abzasda  “Hər  hansı  bərk  maddəni  qızdırdıqda  onun  aqreqat 

halının  dəyişməsi  qrafiki:  (şəkil  1,  b)”  ifadəsinin  daha  aydın  yazılması  tövsiyə 

edilir. 


Yenə  həmin  səhifədə  12-ci  abzasın  2-ci  cümləsində  “maddə”  sözü  artıq 

olduğundan, çıxarılması tövsiyə edilir. 



Səhifə  10    11.    Eynicinsli  qarışıqların  ayrılma  üsullarının  izahında  ardıcıllıq 

pozulmuşdur. 



Səhifə 11. 4 və 5-ci abzas müvafiq olaraq distillə və buxarlandırma üsullarından 

sonra verilməlidir. 



Səhifə  14.  “Praktik  məşğələ  1”-in  6-cı  bəndinə  “Sulfat  turşusundan  başqa 

digər  turşuların  üzərinə  su  əlavə  etmək  olar  cümləsinin  əlavə  olunması  tövsiyə 

edilir. 


Səhifə 21. 3-cü abzasda “Atom – kimyəvi elementin bütün xassələrini özündə 

saxlayan  ən  kiçik  hissəcikdir”  tərifi  səhifə  23-də  element  anlayışının  izahından 

sonra verilməlidir. Çünki şagirdlər hələ “kimyəvi element” anlayışı ilə tanış deyil. 



Səhifə  22.  “Maddələrin  tərkibi  və  quruluşu.  Molekullar  və  atomlar” 

mövzusunun  sonunda  “elektron  vermə  prosesi  (oksidləşmə)”  və  “elektron  alma 



prosesi  (reduksiya)”,  həmçinin  “Bilik  və  bacarıqların  yoxlanılması”  blokunda 

10-cu tapşırıqda kalsium izotopu verilmişdir. Lakin bu anlayışlar şagirdlərə hələ tanış 

deyil. 

Səhifə  25.  3-cü  abzasın  sonuncu  cümləsində  “Nikel”  elementinin  latınca  adı 

yanlış  olaraq  “Nikelium”  kimi  yazılmışdır.  Elementin  latınca  adı  “Niccolum”  kimi 

yazılmalıdır. 



 



Səhifə  27.  “Cədvəl  3”-də  hidrogen  elementinin  latınca  adı  “Hidrogenium” 

əvəzinə

  “Hydrogenium”  kimi,  yod  elementinin  latınca  adı  “Yodum”  əvəzinə 



İodum” kimi verilməlidir.

 

Səhifə 28. 1-ci abzasdan sonra qeyd edilmiş “m



a

 ifadəsinin “m” kimi verilməsi 

məqsədəuyğundur. 



Səhifə  29.  “Cədvəl  4”-də  verilmiş  “kq-la”  və  “a.k.v.  ilə”  ifadələri  artıq 

olduğundan, çıxarılması tövsiyə edilir. 



Səhifə  31.  4-cü  abzasda  qeyd  edilmiş  tərifdə  “Eyni  növ  atomlardan”  ifadəsi 

Molekulları eyni növ atomlardan” kimi verilməlidir. 



Səhifə 33. 1-ci abzasda “Kimyəvi elementlər təbiətdə eyni cür yayılmamışdır. 

Yer qabığının kütləcə təqribən yarısını oksigen (49,13%), ondan başqa silisium 

(25,7%),  alüminium  (7,3%),  dəmir  (4,7%),  natrium  (2,4%),  kalium  (2,4%), 

kalsium  (3,25%),  maqnezium  (2,25%),  hidrogen  (1,0%)  qalan  elementlər  isə 

ümumilikdə  1,87%  təşkil  edir”  fikirləri  artıq  məlumat  olduğundan  çıxarılması 

tövsiyə edilir. 



Yenə həmin səhifədə 2-ci abzasın sonunda qeyd olunmuş “Yer qabığına yaxın 

təbəqələrdə  həcmcə  78%  azot,  21%  oksigen,  1%  digər  qazlar  olur”  cümləsinin 

Atmosferdə həcmcə 78% azot, 21% oksigen, 1% digər qazlar olur” kimi yazılması 

tövsiyə edilir. 

Səhifə  37.  “Cədvəl  6”-da  civənin  “Sabit  valentli  elementlər”  içərisində 

verilməsi  doğru  deyil.  Həmçinin  “Cədvəl  7”-də  xromun  IV  valentli  olmasını 

çıxarmaq tövsiyə edilir. 

Səhifə  42.  “Maddə  miqdarı.  Molyar  kütlə”  mövzusu  çətin  yazılmışdır.  Bu  

materialın 

şagirdlərin  yaş  səviyyəsi  nəzərə  alınmaqla  sadələşdirilməsi 

məqsədəuyğundur. 



Səhifə  45. “Məsələ 4”-də “neçə qram kükürd elementi var” ifadəsinin “neçə 

qram  kükürd  var”  kimi  yazılması  məqsədəuyğundur.  Həmçinin  burada 

A



r

(O)=16q/mol”  verilməlidir. 

Səhifə  48.  Mövzunun  sonunda  “Hər  hansı  qaza  molyar  kütləsi  böyük  olan 

qaz  əlavə  etdikdə  sıxlıq  artar,  molyar  kütləsi  kiçik  olan  qaz  əlavə  etdikdə  isə 

sıxlıq  azalar”  cümləsində  hansı  qazın  sıxlığının  artması,  hansı  qazın  sıxlığının 

azalması aydın deyil. 




 



Səhifə  49.  2-ci  abzasda  “Fiziki  hadisələr  zamanı  maddənin  yalnız:  aqreqat 



halı,  forması,  ölçüsü,  həcmi,  təzyiqi,  temperaturu,  sürəti  və  s.  dəyişir” 

cümləsindən “sürəti” sözünün çıxarılması tövsiyə edilir. 



Səhifə  51.  3-cü  abzasda  “Yadda  saxlamaq  lazımdır  ki,  sərbəst  oksigen  (O

2



iştirak  edən  bütün  kimyəvi  reaksiyalarda  əvvəlcə  onun  atomlarının  sayı 

bərabərləşdirilməlidir”  fikri  doğru  deyil.  Belə  ki,  bütün  reaksiyaların 

əmsallaşdırılması bu qaydaya uyğun aparılmır.  



Səhifə 53. İlk abzas artıq məlumat  olduğuna görə çıxarılması tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  3-cü  abzasda  “Maddə  kütləsinin  saxlanması 

qanununun  qəbulu  maddələrin  yox  olması  və  ya  heçdən  yaranması  kimi 

fikirlərin  (“flogiston”çuların  və  dindarların  qəbul  etdiyi)  əsassız  olduğunu 

sübuta yetirdi” cümləsi artıq məlumat olduğuna görə çıxarılması məqsədəuyğundur. 

Səhifə 54. 1-ci abzasın 5-ci cümləsində “53,5” deyil, “53,3”  verilməlidir. 

Səhifə  55.  Antuan  Lavuazye  haqqında  verilmiş  məlumatda  “flogiston 

nəzəriyyəsinin  yalan  olduğunu  əsaslandırmışdır”  fikri  artıq  məlumat  olduğuna 

görə çıxarılması tövsiyə edilir. 



Yenə  həmin  səhifədə  “Cədvəl  9”-da  “ozon”un  rəngi  “Rəngsiz”  deyil,  “Açıq 

mavi” kimi verilməlidir. 

Səhifə 59. Sonuncu reaksiya tənliyinin yeri düzgün deyil.  

Səhifə  60.  7-ci  abzasdakı  “Maddələrin  oksigenlə  qarşılıqlı  təsir 

reaksiyalarına  oksidləşmə  reaksiyaları  deyilir”  cümləsi  qüsurludur.  Çünki 

oksidləşmə reaksiyaları yalnız maddələrin oksigenlə qarşılıqlı təsir reaksiyaları deyil. 

Cümlənin 

Maddələrin  oksigenlə  qarşılıqlı  təsir  reaksiyaları  oksidləşmə 



reaksiyalarına aiddir” kimi verilməsi məqsədəuyğundur.  

Səhifə  60  və  61.  “Oksigenin  kimyəvi  xassələri”  mövzusunun  sonuncu 

abzasında  verilmiş  məlumat  şagird  üçün  artıq  məlumat  olduğuna  görə  çıxarılması 

tövsiyə edilir.  

Səhifə  63.  Fotosintez reaksiyasının tənliyi təkrar verilmişdir  (bu tənlik səh. 57-

də də qeyd edilib). 



Səhifə  66.  “Kimyəvi  reaksiyaların  istilik  effekti.  Entalpiya”  mövzusu  çox 

çətin  dildə  yazılmışdır.  Mövzunun  sadələşdirilməsi  və  şagirdlərin  yaş  səviyyəsinə 

uyğunlaşdırılması  məqsədəuyğundur.  Həmçinin  mövzunun  izahında  3-cü  abzasdan 

sonra ekzotermik reaksiyalara aid 8, 5-ci abzasdan sonra isə endotermik reaksiyalara 




 

aid  6  reaksiya  misal  göstərilmişdir.  Bu  qədər  çox  reaksiya  nümunələrinin  verilməsi 



süni çətinlik yaranmasına səbəb olur. 

Səhifə  67.  Sonuncu  abzasda  “Hər  hansı  atomdan  elektron  qoparılması 

endotermik, atoma elektron birləşməsi prosesi isə ekzotermikdir” cümləsi həmişə 

özünü  doğrultmur.  Çünki  bütün  hallarda  atoma  elektron  birləşməsi  prosesi 

ekzotermik olmur. 

Səhifə  68.  “Termokimyəvi  tənliklərə  görə  hesablamalar.  Termokimyəvi 

tənliyin  tərtibi”  mövzusu  çox  çətin  dildə  yazılıb  və  şagirdlərin  yaş  səviyyəsinə 

uyğun deyil. 



Səhifə  69.  “Rabitə  enerjisinə  görə  reaksiyanın  istilik  effektinin 

(entalpiyasının) hesablanması”  yarımbaşlığının şagirdlərin rabitə və rabitə enerjisi 

haqqında məlumatı olmadığına görə çıxarılması tövsiyə edilir. 



Səhifə 72. “Yanma. Yanacaqların səmərəli yandırılması” mövzusunun adı ilə 

məzmunu  uyğun  deyil.  Belə  ki,  mövzunun  əsas  hissəsi  atmosferin  çirklənməsi 

haqqındadır.  

Səhifə  75.  2-ci  abzasdakı  “Həmçinin  bütün  üzvi  birləşmələrin  tərkibində 

hidrogen elementi vardır” cümləsi doğru deyil. Çünki tərkibində hidrogen elementi 

olmayan üzvi maddələr də vardır.  



Səhifə  77.  Metanın  parçalanmasından  asetilenin  alınması  reaksiyasının 

çıxarılması tövsiyə edilir. Bu reaksiyanı şagirdlər yuxarı siniflərdə öyrənəcəklər. 



Səhifə  78.  “Hidrogen  kimyəvi  element  və  bəsit  maddə  kimi.  Hidrogenin 

alınması”  mövzusunun  sonunda  qeyd  edilmiş  “6.  Koks  qazının  və  neft  emalı 

qazlarının – 196ºC-dək soyudulmasından. Bu zaman hidrogendən başqa bütün 

qazlar  maye  hala  keçir” məlumatının çıxarılması tövsiyə edilir. Çünki bu məlumat 

şagirdlərin yaş səviyyəsinə uyğun deyil. 



Səhifə  79.  Sonuncu  abzasda  oksidləşmə  və  reduksiya  prosesləri  haqqında  olan 

məlumat  şagirdlərin  yaş  səviyyəsinə  uyğun  olmadığına  görə  çıxarılması 

məqsədəuyğundur. Bu irad səhifə 80-də birinci abzasa da aiddir. 

Səhifə  82.  7-ci  abzasda  qeyd  olunmuş  “Gedən  prosesə  sönməmiş  əhəngin 

(CaO)  söndürülməsi  reaksiyası  deyilir,  alınan  maddə  kalsium-hidroksid 

(sönmüş əhəng) adlanır” cümləsi şagirdlərin yaş səviyyəsinə uyğun olmadığına görə 

çıxarılması tövsiyə edilir. 




 



Səhifə  87.  7-ci  abzasda  “Lakin  ifrat  doymuş  məhlullar  çox  davamsız  olur. 



Xarici  təsirdən  dərhal  dağılaraq  doymuş  məhlula  çevrilir”  fikri  mübahisəli 

olduğundan, çıxarılması tövsiyə edilir. 



Səhifə 92. “Məhlulların qatılığının ifadəsi. Həll olmuş maddənin kütlə payı” 

mövzusunda  “Məsələ  6”-nın  şərti  və  həlli  səhv  verilmişdir.  Çünki  həllolma  əmsalı 

sabit temperaturda sabit kəmiyyətdir. Eyni temperaturda həllolma əmsalının  müxtəlif 

qiymətlərini hesablamaq olmaz. 



Səhifə  93.  “Məsələ  1”-in  şərti  korrekt  deyil.  Belə  ki,  tapşırıqda  qeyd  edildiyi 

kimi  nisbi  molekul  kütləsi  “46  q/mol”,  məhlulunun  sıxlığı  isə  “1,3  q/mol”  olan 

maddə  mövcud  deyil.  Tapşırıq  reallığı  əks  etdirmədiyindən  dəyişdirilməsi  tövsiyə 

edilir. 


Səhifə 94. Mövzunun sonuncu cümləsi tamamlanmamışdır (“Məhlulların həcm 

nisbəti 

2

1

V

V

=

1

son

son

2

C

C

C

C



).

 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 



aşağıdakılardır: 

Səhifə  11.  5-ci  və  6-cı  abzasların  yeri  dərsliyin  Azərbaycan  dilində  olan 

variantından  fərqli  verilmişdir.  Abzasların  yeri  dərsliyin  Azərbaycan  dilində  olan 

variantına uyğunlaşdırılmalıdır. 

Yenə  həmin  səhifədə  dərsliyin  Azərbaycan  dilində  olan  variantında  səhifə 

11-də  qeyd  edilmiş  6-cı  abzas  (“Qazların  mayedə  eynicinsli  qarışığını 

buxarlandırma  üsulu  ilə  ayırırlar.  Qarışığı  qızdırdıqda,  ilk  növbədə,  həll  olan 

qaz ayrılır”) dərsliyin rus dilində olan variantında əks olunmamışdır. 

 

2. Dil və yazı üslubu baxımından 



 

Dərslikdə  dil  qaydalarına  əsasən  əməl  olunmuş,  yeni  söz  və  terminlərin  izahı 

verilmişdir ki, bu da şagirdlərdə verilmiş kimyəvi anlayışları daha yaxşı dərk etməyə, 

öyrəndikləri bilik və bacarıqları tətbiq etməyə imkan yaradır. 

Bununla yanaşı, müəyyən qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır: 

Bəzi  mövzularda  cümlələr  həddən  artıq  uzundur  ki,  bu  da  şagirdlərin  fikri 

qavramasında çətinlik yarada bilər. Məsələn, səhifə  7-də 4-cü abzasın 3-cü cümləsi 

20,  4-cü  cümləsi  28  sözdən,  səhifə  8-də  7-ci  abzasın  2-ci  cümləsi  24,  8-ci  abzasın 

2-ci cümləsi 50 sözdən ibarətdir. 



 

10 


Səhifə 8. 4-cü abzasda “Məsələn, müxtəlif qablar hazırlamaq üçün şüşədən, 

eyni formada boru hazırlamaq üçün misdən və ya təkcə şüşədən istifadə etmək 

olar” cümləsi aydın ifadə edilməmişdir. 

Səhifə  12.  “Bilik  və  bacarıqların  yoxlanılması” blokunda 4-cü tapşırığın “ç” 

bəndinin sonunda sual işarəsi artıqdır. 



Səhifə 15  və 16. “Kimya laboratoriyası avadanlıqları”nda “Kimya stəkanı” 

əvəzinə “Kimyəvi stəkan”, “silindrlər” (səh. 16) əvəzinə “silindr” verilməlidir. İradın 

birinci hissəsi səhifə 18-də 4-cü abzasa da aiddir. 

Səhifə  18.  3-cü  abzasın  1-ci  cümləsində  “CO

2

  və  “H

2

O”  mötərizə  içərisində 

yazılmalıdır.  



Səhifə  21.  1-ci  abzasın  2-ci  cümləsində  qeyd  edilmiş  “əhəng  daşı”  ifadəsi 

əhəngdaşı” kimi verilməlidir. 



Səhifə    45. Düsturların qarşısında yazılmış  “(1)”“(2)”“(3)”“(4)” nömrələri 

artıqdır. 



Səhifə  58,  59,  60,  66    78.  Reaksiya  tənliklərində  =”  əvəzinə  “→”  işarəsi 

yazılmalıdır. 



Səhifə  62.  9-cu  abzasın  2-ci  cümləsində  “oksigen  balışı”  ifadəsinin  “oksigen 

yastığı” ilə əvəz olunması tövsiyə edilir. 

Səhifə  66.  “Kimyəvi  reaksiyaların  istilik  effekti.  Entalpiya”  mövzusunda 

3-cü  abzasda  “+Q”,  5-ci  abzasda  “-Q”  ifadələrinin  mötərizəsiz  yazılması  tövsiyə 

edilir. 

Səhifə 71. “Bilik və bacarıqların yoxlanılması” blokunda 7-ci tapşırıqda sətrin 

sonunda “=” işarəsi qoyulmalıdır. 



Səhifə 78. “Bilik və bacarıqların yoxlanılması” blokunda 10-cu tapşırıqda “A. 

Lavuaze” ifadəsi “ALavuazye kimi yazılmalıdır. 

Səhifə  86.  “Cədvəl  10”-da  “Sönmüş-əhəng”  ifadəsi  “Sönmüş  əhəng”  kimi 

verilməlidir.  



Səhifə  88.  “Şəkil  23”-ün  şəkilaltı  yazısında  qeyd  edilmiş  “Bərk  maddələrin” 

ifadəsinin “bərk maddənin” kimi verilməsi məqsədəuyğundur. 



Səhifə  95. 9-cu  tapşırıqda  cədvəldə qeyd  edilmiş  “x” hərfinin  böyük  yazılması 

tövsiyə edilir. 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 




 

11 


Səhifə 

2.  “Рецензенты:”  hissəsində  qeyd  olunmuş  “Института 

каталитической и неорганической химии” cümləsi “Института Катализа и 

Неорганической Химии” kimi verilməlidir. 

Səhifə  5.  Sondan  2-ci  abzasda  “структуру”  sözünün  “строение”  kimi 

yazılması  məqsədəuyğundur. 



Səhifə  10.  8-ci  abzasda  “-это  разложение  смесей”  ifadəsinin  “-это 

разделение смесей” kimi verilməsi məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  9-cu  abzasdakı  “на  различие”  ifadəsi  “на  различии” 

kimi verilməlidir. 



Yenə  həmin  səhifədə  “а)”  və  “б)”  bəndlərində  və  13-cü  abzasda 

“расщепляются” sözünün “разделяют” kimi verilməsi tövsiyə edilir. 

Səhifə 11. 3-cü abzasın sonunda mötərizədə yazılmış “газойл” sözü “газойль” 

kimi verilməlidir. 



Yenə  həmin  səhifədə  8-ci  abzasın  1-ci  cümləsinin  sonunda  dərsliyin 

Azərbaycan dilində olan variantına uyğun olaraq “(рис. 3)” ifadəsi qeyd edilməlidir. 



Səhifə  31.  5-ci  cədvəldə  “Производные  простые  вещества”  ifadəsinin 

Образуемые простые вещества kimi verilməsi məqsədəuyğun hesab edilir. 



Yenə  həmin  səhifədə  5-ci  cədvəldə  “фюллерен”  sözü  “фуллерен”, 

“Кристаллические,  пластические” sözləri  “Кристаллическая, пластическая”, 

“Кристаллические,  аморфные”  sözləri  “Кристаллическая,  аморфная”, 

“Белые, красные, черные” sözləri “Белый, красный, черный” kimi verilməlidir. 

Səhifə  62.  8-ci  abzasın  sonunda  “+2600  kC”  ifadəsinin  “+2600  кДж  kimi 

yazılması məqsədəuyğundur. 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Üz  qabığının  tərtibatı  ilə  dərsliyin  məzmunu  bir-birini  tamamlamalı,  verilmiş 

şəkil  və  illüstrasiyalar  şagirdlərdə  fənn  haqqında  ilkin  təsəvvürlər  yaratmalıdır.  Bu 

meyara  görə  üz  qabığının  tərtibatı  dərsliyin  məzmununu  özündə  əks  etdirir.  Üz 

qabığının ön hissəsində verilmiş şəkillər kimya elminin təcrübi elm olduğunu sübut 

edir. Lakin “Ca(OH)



2

 və “H

2

SO

4

 maddələrinin şəkillərin üst hissəsində yazılması 

düzgün hesab edilmir. Burada KMnO

-ın rəngi bənövşəyi  olmalıdır.



 Dərslikdə rəsm 

və  illüstrasiyaların  orijinallığı  müəyyən  qədər  təmin  edilmiş,  lakin  mətnə  görə 

şəkillərin uyğun yerləşdirilməsi bəzi yerlərdə gözlənilməmişdir. 



 

12 


Üz  qabığının  arxa  tərəfində  “D.İ.  Mendeleyevin  kimyəvi  elementlərin  dövri 

sistemi”nin  verilməsi  dərsliyin  məzmununu  bilavasitə  özündə  əks  etdirir.  Lakin 

cədvəldə bəzi qüsurlar var. Onlar aşağıdakılardır: 



- “

1

H” elementinin latınca adı “Hidrogenim” deyil, “Hydrogenium” ;  

- “

4

Be” elementinin latınca adı “Berillium” deyil, “Beryllium” ;  

- “

9

F” elementinin latınca adı “Ftorum” deyil, “Fluorum” ; 

- “

17

Cl” elementinin latınca adı “Cşlorum” deyil, “Chlorum”; 

- “

99

Es” elementinin latınca adı “Eynşteynium” deyil,“Einstenium” ; 

-  

101

Md”  elementinin  Azərbaycan  dilində  adı  “Mendeleyevum”  deyil, 

Mendelevium” kimi  yazılmalıdır. 

Həmçinin  səhifə  23-də  “Kimyəvi  element.  İzotoplar”  mövzusunun  1-ci 

abzasında  “Hazırda  110  kimyəvi  element  məlumdur”  fikri  qeyd  olunsa  da,  bu 

cədvəldə “109” element göstərilmişdir. 

Dərslik boyu mövzuların adı ilə izahı arasında məsafə çox az verilmişdir. 

Bütün  mövzuların  sonunda  təqdim  edilmiş  “Bilik  və  bacarıqlarınızın 

yoxlanılması”  blokunda  tapşırıqlar  eyni  formada,  ard-arda,  aralarında  məsafə 

qoyulmadan qeyd edildiyi üçün qarışıqlıq yaradır və oxucunu yorur. 



Səhifə 8. Maddələrin xassələrinin sxem şəklində göstərilməsi təklif edilir. 

Səhifə  10.  Distillə  haqqında  məlumatın  daha  asan  qavranılması  üçün  “distillə 

aparatı”nın təsvirinin verilməsi tövsiyə edilir. 

Səhifə 11. “Şəkil 2”-də ayırıcı qıfda neftlə suyun rəngi eyni verilmişdir. 

Səhifə 14. “Şəkil 5”-də verilmiş “Elektrik qızdırıcısı”nın təsviri aydın deyil. 

Səhifə 15. Dərsliyin rus dilində olan variantında “Оборудование химической 

лаборатории”  hissəsində  qeyd  olunmuş  “ерш  для  мыта”  ifadəsinin  “ѐрш  для 

мытья” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  15    16.  “Kimya  laboratoriyası  avadanlıqları”  blokunda  təqdim 

olunmuş “Asbest tor”un təsvirində torun orta hissəsi boş görünür. Ümumiyyətlə, bu 

blokda təqdim olunmuş şəkillərin daha keyfiyyətli formada verilməsi tövsiyə edilir. 

Səhifə  17.   7, 8 və 9-cu şəkillər  qarışıqların ayrılma üsullarına aid olduğundan, 

səhifə  10    11-də yerləşdirilməli və onlara istinadlar verilməlidir. Həmçinin süzmə 

üsuluna aid şəkil həm səhifə 12-də, həm də səhifə 17-də verilmişdir. 



Səhifə  19.  “Şəkil  12”-də  su  molekulunun  modeli  iki  dəfə  verilib.  Bu 

modellərdən  birinin  çıxarılması,  həmçinin  əvvəlcə  “Hidrogen”  və  “Oksigen”  daha 

sonra “Su” molekulunun modelinin verilməsi tövsiyə edilir. 



 

13 


Səhifə  32.  “Şəkil  15”-də  suyun  elektrolizi  zamanı  alınan  oksigen  və  hidrogen 

qazlarının həcmi səhv olaraq bərabər göstərilmişdir. 



Səhifə  33.  “Sxem  3”-də  qrafalarda  verilmiş  təriflər  artıq  olduğundan 

çıxarılmalıdır. 



Səhifə  46.  “Avoqadro  qanunu.  Qazların  molyar  həcmi”  mövzusunun  1-ci 

abzasında 



“Avoqadro 

qanunu”nun 

tərifinin 

qırmızı 

şriftlə 


verilməsi 

məqsədəuyğundur. 



Səhifə  60.  3-cü  abzasda  qeyd  edilmiş  “Birləşmə  reaksiyaları”nın  tərifinin 

səhifənin əvvəlində verilməsi məqsədəuyğundur. 



Səhifə  64.  “Məsələ  1”-in  həllində  qeyd  edilmiş  

q

  

88

12

44

24

x





  ifadəsi 

tənasübün altında verilməlidir. 



Səhifə 70. Mövzuda yarımbaşlıqların qırmızı deyil, qara şriftlə verilməsi tövsiyə 

edilir. 


Səhifə  76.  “Şəkil  22,b”də    “Kipp  aparatı”  üçün  təqdim  edilmiş  4  şəkildən 

birinin verilməsi məqsədəuyğundur. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə  tapşırıqların  mövzularla  uyğunluğu,  elmiliyi,  sadədən  mürəkkəbə 

prinsipi  gözlənilmişdir.  Bununla  yanaşı,  müəyyən    qüsurlar  da  var.  Bunlar 

aşağıdakılardır: 

Bəzi  mövzularda  nəzəri  məlumatlarla  praktik  tapşırıqlar  arasında  mütənasiblik 

gözlənilməmişdir. Belə ki, bir qisim mövzuların sonunda 14, 17 tapşırıq (səh. 13, 95) 

verildiyi  halda,  bəzilərində  3,  4  tapşırıq  (səh.  58,  63,  66,  89)  verilmiş,  həmçinin 

qapalı,  açıq  və  yarımaçıq  tipli  tapşırıqların  say  mütənasibliyi  prinsipinə  əməl 

edilməmişdir. 

Səhifə  14.  “Praktiki  məşğələ  1”-in  6-cı  bəndində  “Turşunu  su  ilə 

durulaşdırdıqda,  həmişə  aşağıdakı  qaydanı  yadda  saxlayın:  turşunu  nazik 

axınla yavaşca qarışdırmaq şərti ilə suya (əksinə yox) tökmək lazımdır” cümləsi 

verilmişdir. Lakin bu qayda bütün turşulara aid deyil. 



Səhifə  71.  “Bilik  və  bacarıqların  yoxlanılması”nda  9-cu  tapşırıqda  “kC” 

əvəzinə “kkal yazılmalıdır. 




 

14 


Səhifə 83. “Bilik və bacarıqların yoxlanılması”nda 7-ci tapşırığın “ç” və “d” 

bəndlərində  eyni  reaksiyalar  verilmişdir.  Bəndlərdən  birinin  dəyişdirilməsi  tövsiyə 

edilir. 

Səhifə  94.  “Bilik  və  bacarıqların  yoxlanılması”  blokunda  4-cü  tapşırıqda 

məhlulun  kütləsini  (“200  qram”)  vermək  artıqdır.  Yalnız  həllolma  əmsalının 

qiymətinə görə məhlulun faizlə qatılığını hesablamaq mümkündür. 

Səhifə 95. “Bilik və bacarıqların yoxlanılması” blokunda 14-cü tapşırıq səhifə 

93-də  qeyd  edilmiş  “Məsələ  1”  ilə  məzmunca  eynidir.  Tapşırığın  dəyişdirilməsi 

məqsədəuyğundur. 



 

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından 

 

Müəllim  üçün  metodik  vəsait  88  səhifədən  ibarətdir.  Burada    “Giriş”,  “VII 



sinifdə  standartların  reallaşdırılması  və  inteqrasiyası  cədvəli”,  “Kimya  fənn 

kurikulumunun  təlim  strategiyaları”,  “Təlim  prosesində  şagird  fəaliyyəti  və 

nailiyyətlərinin  qiymətləndirilməsinə  dair  tövsiyələr”,  “Tədris  materiallarının 

illik planlaşdırılması nümunəsi” verilmişdir. Vəsaitdə həmçinin dərs mövzularının 

tədrisi  metodikası,  kiçik  və  böyük  summativ  qiymətləndirmə  nümunələri  də  təqdim 

edilmişdir. 

Vəsaitdə  verilmiş  kiçik  və  böyük  summativ  qiymətləndirmə  nümunələri  yalnız 

qapalı  test  tapşırıqlarından  ibarətdir.  Bu  nümunələrə    yeni  qiymətləndirmə 

vasitələrinə dair tapşırıqların da əlavə edilməsi tövsiyə edilir. 

Metodik  vəsaitin  rus  dilində  olan  variantında  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 



Səhifə 

2. 

“Рецензенты:”  hissəsində  qeyd  olunmuş  “Института 

каталитической  и  неорганической  химии”  cümləsinin  “Института 

Катализа и Неорганической Химии” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  52.  4-cü  abzasın  1-ci  cümləsində  “-окисями”  sozü  “-оксиды”  kimi 

verilməlidir. 



Yenə həmin səhifədə 5-ci abzasda “Окиси” sözü “Оксиды” kimi verilməlidir. 

Səhifə  70.  9-cu  tapşırığın  6-cı  bəndindəki  “Получение  окисей”  ifadəsinin 

Получение оксидов” kimi verilməsi məqsədəuyğundur. 



 

: monitoring -> level7 -> PDF
monitoring -> Dərslik komplekti ilə bağlı tqdk-ya daxil olmuş və açıq
monitoring -> Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifl əri üçün “İnformatika” dərsliyi
monitoring -> Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər
monitoring -> Microsoft Word monitoring focal points az doc
monitoring -> Pluralizm mediów w krajach członkowskich ue 2007: pluralizm mediów w krajach członkowskich ue
monitoring -> Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış
PDF -> Respublikanın ümumtəhsil məktəblərinin 7- ci sinifləri üçün “Fizika” dərsliyi
PDF -> Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifl əri üçün “Orta əsrlər tarixi” dərsliyi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə