Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 186,18 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix15.03.2018
ölçüsü186,18 Kb.
#32381
növüDərs
  1   2   3   4   5   6   7


 

 

 


 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

8-ci sinifləri üçün “Ümumi tarix” dərslik komplekti  

 

 

Müəlliflər:  Yaqub Mahmudlu 

                                               Sabir Ağayev 

            Tofiq Nəcəfli 

 

                       Amənə Kərbəlayeva      

                  Sevil Bəhrəmova        

                  Güntəkin Nəcəfli 

 

 

Bakı: Aspoliqraf, 2015. 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış

 

 

YEKUN RƏY 

 

 

Babək Xubyarov



 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 



3  bölmə  (“XVII-XVIII  əsrlərdə  Şərqdə  nələr  baş  verdi?”,  “Türk  dünyası  və 

Qafqaz  xalqları  XVII-XVIII  əsrlərdə”,  “Avropa  və  Amerika”),  26  (11+15) 

paraqraf, 128 səhifədən  ibarətdir.  Həmçinin  dərslikdə  “Kitabın  içindəkilər”,  “Əziz 



məktəblilər!”  başlığı  altında  giriş,  paraqraflar  üzrə  motivasiya,  açar  sözlər,  sual  və 

tapşırıqlar,  illüstrativ  materiallar,  lüğət  və    “İnternetdən  istifadə  üçün”  başlığı  ilə 

resurslar  verilmişdir.  Dərslik  komplektində  verilmiş  materiallar  “Tarixi  zaman”

“Tarixi məkan”“Dövlət”“Şəxsiyyət”“Mədəniyyət” məzmun xətləri üzrə 5 əsas 

və 12 alt standartın reallaşdırılmasına yönəlmişdir. 

Dərslikdə standartların tələbi, əsasən, yerinə yetirilmiş, həmçinin verilmiş təlim 

materiallarında faktların elmiliyi, dəqiqliyi, etibarlılığı, əsasən, gözlənilmişdir. 

Dərslik  komplektində  reallaşdırılması  nəzərdə  tutulan  alt  standartların  say 

nisbəti cədvəldə öz əksini tapmışdır:  

Alt standartlar 

Say 


1.1.1. Oxşar tarixi faktların baş verdiyi zamandan irəli gələn fərqli cəhətlərini izah edir. 

1.1.2. Oxşar proses və hadisələri əlaqələndirən sinxron cədvəllər tərtib edir. 



1.1.3. Hadisə, təzahür və proseslər arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirən xronoloji 

cədvəllər tərtib edir. 

2.1.1.  Feodal  münasibətlərinin  dağılması  və  kapitalist  münasibətlərinin  yaranmasını,  dünyada 



baş vermiş iqtisadi, sosial dəyişiklikləri məkanla əlaqədə izah edir. 

2.1.2. Dövlətlərin və xalqların həyatında baş verən ərazi dəyişikliklərini xəritə və sxemlərdəki 



məlumatlar əsasında kontur xəritələrə köçürür. 

3.1.1.  Dövlətlərin  (İngiltərə,  Fransa,  Rusiya,  ABŞ,  Osmanlı,  İran,  Çin,  Hindistan,  Mərkəzi 



Asiyanın  türk  dövlətləri,  Qazaxıstan,  Krım,  Sibir,  Volqaboyu,  Qafqaz  xalqları)  yaranmasını, 

idarəçilik formalarını, siyasi, sosial-iqtisadi münasibətlərini təhlil edir. 

12 



 

3.1.2. Yeni tipli dövlətlərin qeyri-bərabər inkişafına aid esse yazır. 



4.1.1.  Tarixi  şəxsiyyətləri  (Oliver  Kromvel,  Maksimilian  Robespyer,  I  Pyotr,  II  Yekaterina, 

Corc  Vaşinqton,  Benjamin  Franklin,  Köprülü  Mehmet  paşa,  III  Səlim,  Nadir  şah,  Ağa 

Məhəmməd şah Qacar) müqayisə edir. 

4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl hazırlayır. 



5.1.1. Şərq və Qərbdə intibah mədəniyyətinin xüsusiyyətlərini izah edir. 

5.1.2. Elmi kəşf və ixtiraların dünya mədəniyyətinin inkişafına təsirini izah edir. 



5.1.3. Dünya mədəniyyətinin nailiyyətlərinə dair cədvəlvə qrafiklər hazırlayır. 

 

Dərslik  XVII-XVIII  əsrlər  tarixini  əhatə  edir.  26  paraqrafdan  15-i  Şərq,  11-i 



Qərb ölkələri və xalqlarına aiddir. Bu dərslikdə faktoloji informasiya yükü bir qədər 

azalmışdır. Əksər paraqrafların adı uğurlu seçilmişdir. İllik tədris yükü 34 saat üçün 

nəzərdə tutulan dərslik formal olaraq 17, faktiki isə 26 paraqrafdan ibarətdir. Bunun 

səbəbi 8, 11, 13, 14, 15 və 16-cı paraqrafların hissələrə ayrılmasıdır. 

Paraqrafların həcm nisbəti qeyri-mütənasibdir. Məsələn, 7-ci paraqraf 3, 1-ci və 

3-cü  paraqraflar  4,  2-ci,  4-cü  və  6-cı  paraqraflar  5,  5-ci  paraqraf  isə  6  səhifədən 

ibarətdir.  Tarixi  faktların  mövzular  üzrə  paylanmasında  da  uyğunsuzluqlar  var. 

Məsələn, əsr, il, ay və gün formasında § 15.1-də 3 xronoloji fakt, 10 müxtəlif yer və 

şəxs adı verilmişdir. Müvafiq olaraq bu rəqəmlər § 1-də 13 və 28, § 7-də 6 və 19, § 

12-də  20  və  29,  §  17-də  13  və  40-dır.  Bu,  tədris  vahidlərinin  və  materiallarının 

sadədən mürəkkəbə prinsipi ilə üst-üstə düşmür. 

8-ci  sinifdə  tədris  edilən  “Ümumi  tarix”  dərsliyindəki  hadisələr  1800-cü  ilə 

qədər,  “Azərbaycan  tarixi”  dərsliyindəki  hadisələr  isə  1828-ci  ilə  qədər  olan  dövrə 

aiddir. 


Təqdim  olunan  mövzularda  fəndaxili  və  fənlərarası  inteqrasiyaya,  davamlı 

inkişaf  konsepsiyasına  uyğun  dəyərlərin  (ətraf  mühitə  qayğıkeş  münasibət,  təbii 

sərvətlərdən səmərəli istifadə) təbliğinə, gender bərabərliyinə az diqqət yetirilmişdir. 

Cəmi 5 (səh.48, 63, 77, 84 və 117)  illüstrasiyada qadınlar təsvir olunmuşdur. Səhifə 



84-də  portreti  verilmiş  kraliça  Anna  haqqında  isə  paraqrafda  heç  nə  yazılmamışdır. 

§13,  §13.2  və  §16.2-də  verilmiş  bir  neçə  cümlə  istisna  olmaqla,  dərsliyin  digər 

hissələrində  XVII-XVIII  əsrlərdə  qadınların  sosial  və  məişət  həyatını  əks  etdirən 

məlumat verilməmişdir. 




Yüklə 186,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə