Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

11
Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüv­
vələri zərərsizləşdirmək üçün 1918­ci il iyunun 26­sı Azərbaycan Milli Ordusu­
nun  yaradılması  haqqında  qərar  qəbul  edərək  nizami  ordu  quruculuğuna 
başladı. Yaradılan ilk kabinədə Azərbaycan höku mətinin Hərbi naziri vəzifəsinə 
general Xosrov bəy Sultanov təyin edildi. 
Çar Rusiyası dövründə «Дикая дивизия» (“Vəhşi diviziya”) adlanan keçmiş 
Tatar  Süvari  Alayının  əsgərlərindən  formalaşdırılmış  Müsəlman  korpusunun 
əsasında  5000  nəfər  şəxsi  heyəti  olan  “Əlahiddə  Azərbaycan  korpusu”  yara­
dıldı. 1918­ci ilin iyul ayının 11­də Milli Orduya çağırış haqqında əmr verildi və 
24–29 yaşlı kişi cinsli vətəndaşlar səfərbər edildi. Həmin ilin dekabr ayının 26­da 
tam artille riya generalı Səməd bəy Sadıq bəy oğlu Mehmandarov Hərbi nazir və ­
zi fəsinə gətirildi. O, xalqa müraciət edərək bildirdi ki, ölkəmizin bütün vətəndaş­
ları – istər kasıb, istərsə də dövlətli – eyni şəkildə hərbi qulluq göstərməlidir.
Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Osmanlı  imperiyası  arasında  bağlanmış 
Batum  müqaviləsi nin  fayda larını  və  Azərbaycandakı  türk  hərbi  qüvvələrinin  Tür­
kiyəyə qayıtmasını şərtləndirən Mudros müqaviləsini necə şərh edərdiniz?
Milli hərbi kadrların hazırlanması məqsədilə Hərbiyyə, İstehkamçılar, Hərbi 
dəmiryolçular  və Hərbi feldşerlər məktəbləri yaradıldı. Əsgər və zabitlər üçün 
rütbələr tətbiq edildi. Qısa müddət ərzində Azər baycan Xalq Cümhuriyyəti artıq 
30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət nizami orduya malik idi.
Ordu quruculuğundakı uğurların əsas səbəbi onun milli dəyərlərə söykən­
məsi idi.
1­ci piyada 
diviziyası
Hərbi nazirin dəftərxanası
Azərbaycan ordusunun qərargahı
Təchizat idarəsi
Hərbi nazir
1­ci Cavanşir 
piyada alayı
2­ci Zaqatala 
piyada alayı
3­cü Gəncə 
piyada alayı
4­cü Quba 
piyada alayı
5­ci Bakı 
piyada alayı
6­cı Göyçay 
piyada alayı
7­ci Şirvan 
piyada alayı
Topçu 
briqadası
Zirehli
qatarlar
Təyyarə 
dəstəsi
Süvari 
diviziyası
1­ci Tatar 
süvari alayı
1­ci Qarabağ 
süvari alayı
3­cü Şəki 
süvari alayı
Zirehli avto­
mobillər
tağımı
8­ci Ağdaş 
piyada alayı
2­ci piyada 
diviziyası
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun quruluşu
  LAYİHƏ


12
Döyüş yolu
Qafqaz  İslam  Ordusu  1918­ci  ilin  iyununda  Bakı  Sovetinin  bolşevik­
daşnaklardan ibarət qoşununu Göyçay ətrafında darmadağın edərək Bakı isti­
qa mətində  azadlıq  yürüşünə  başladı.  İyulun  20­də  Şamaxı,  sentyabrın  15­də 
isə Bakı azad edildi.
1919­cu ildə Lənkəran bölgəsindəki rus hərbi dəstələri general Həbib bəy 
Səlimovun rəhbərlik etdiyi qüvvələrə təslim oldu. 
1920­ci  ilin  martında  ermənilər  Qarabağı  Azərbaycandan  qoparmaq  üçün 
Əsgəran keçidini bağlayaraq Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Milli 
Ordumuzun Birinci Piyada Diviziyası düşməni darmadağın edərək özünün yük­
sək döyüş qabiliyyətini göstərdi. 
1920­ci il aprelin 28­də Azərbaycan Xalq Cumhuriyyəti Sovet Rusiyası tərə­
findən işğal edildi və Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. 
Azərbaycanın qəhrəman oğulları İkinci Dünya müharibəsi illərində də böyük 
əzmkarlıq  göstərdilər.  Onlar  SSRİ­nin  77,  223,  396,  402  və  416­cı  milli  atıcı 
diviziyalarının tərkibində vuruşurdular.

  İkinci  Dünya  müharibəsi  zamanı  Berlinə  ilk  da xil 
olan  azərbaycan lılar dan  ibarət  416­cı  Taqan roq 
diviziya sının  hərbi  qulluqçuları  Məmmədov  və  Əh ­
mədzadə  leytenant  Rəşid  Məci dovun  rəhbərliyi  ilə 
1945­ci il may ayının 2­də Qələbə Bayra ğını Berlinin 
simvolu olan Brandenburq qapılarının üzə rinə sanc­
mışlar.  Reyxstaqın  alınmasında  göstər diyi  rəşadətə 
görə diviziyanın digər döyüşçüsü Yusif Sadıqov isə 
Sovet İttifaqı Qəhrəmanı adına layiq gö rül müşdür.

  
“Türkmən ulduzu”
1900­cü  ildə  Şuşada  anadan  olmuş  Yaqub  Allahqulu  oğlu 
Quliyev  Böyük  Vətən  müharibəsi  illərində  general­mayor  ali 
hərbi  rütbəsi  alan  ilk  azərbaycanlı  olmuşdur.  O  bu  ali  hərbi 
rütbəyə 1942­ci il fevralın 11­də layiq görülüb. Dördüncü süvari 
korpusunun  komandir  müavini  general  Quliyev  1942­ci  il 
dekabrın 22­də feldmarşal Paülüsun qoşunlarını mühasirədən 
qurtarmaq  üçün  hücuma  keçən  general­feldmarşal  Erix  fon 
Manşteynin  “Don”  qruplaşması  ilə  döyüşdə  qəhrəmancasına 
həlak olmuşdur. 
Türkmənistanın  Mərv  şəhər  parkında  ona  bürünc  heykəl 
qoyulub  və  adına  küçə  var.  Bu  qəhrəman  azərbaycanlını 
qəlbən sevən türkmən xalqı ona “Bizim ulduzumuz”, “Türkmən ulduzu”  kimi fəxri adlar 
veriblər. Gənc əsgərlər onun abidəsi önündə Hərbi And içirlər. Onun adı türkmən xalqı 
üçün cəsarət rəmzidir.
  LAYİHƏ


13
İkinci Dünya müharibəsi illərində 123 nəfər Azərbaycan vətəndaşına “Sovet 
İttifaqı Qəhrəmanı” adı verildi. Hətta onların arasında həmin fəxri ada iki dəfə 
layiq görülənlər də oldu. Bu isə həmvətənlərimizin hərb işindəki peşəkarlığının 
bariz nümunəsi idi.
Azərbaycanın ikinci dövlət müstəqilliyi
1991­ci  ildə  dövlət  müstəqilliyini  bərpa  edən  Azərbaycan  Respublikası  öz 
suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün Milli Ordu quruculuğuna başladı.
Müstəqilliyimizin  ilk illərində, tarix boyu olduğu kimi, bu dəfə də ermənilər 
ölkəmizə qarşı ərazi iddialarına əl atdı. Nəticədə, Dağlıq Qarabağda bəzi rayon 
və kəndlərimiz mənfur qonşularımız tərəfindən işğal edildi. Lakin 1992­ci il iyu­
nun  12­də  ordumuz  genişmiqyaslı  uğurlu  hücum  əməliyyatı  həyata  keçirərək 
Əsgəran rayonunun şimal və cənubunda bəzi yaşayış məntəqələrində nəzarəti 
ələ keçirdi. 
1994­cü ildə hərb tariximizə “Horadiz əməliyyatı” kimi daxil olan bu döyüşdə 
müdafiə nazirliyinin N saylı hərbi hissəsi, Sərhəd Qoşunlarının, Daxili Qoşun la­
rın və Xüsusi Təyinatlı Milis Dəstələrinin bir neçə bölüyündən ibarət qoşun larımız 
Horadiz qəsəbəsinə daxil olmaqla xeyli yaşayış məntəqəsini işğaldan azad etdi.
Dünyada ordusu olmayan 15­ə yaxın ölkə var. Bunlar əsasən cırtdan dövlətlərdir. 
Vatikan  İtaliya  ordusu  tərəfindən  müdafiə  olunur.  Polis  fəaliyyətini  isə  XVI  əsrdən 
etibarən İsveçrə qvardiyaçıları həyata keçirir. 
San­Marino  da  İtaliya  ordusunun  xidmətindən  yararlanır.  Lixtenşteyni  İsveçrə, 
Mona konu  isə  Fransa  hərbçiləri  qoruyur.  Bəzi  böyük  ölkələr  öz  kiçik  qonşularını 
birlikdə müdafiə edirlər. Məsələn, Andorranın suverenliyinin keşiyində faransızlar və 
italyanlar dururlar. Kosta­Rikada ordu Konstitusiya ilə, ümumiyyətlə, qadağan edilib. 
İslandiyada  silahlı  qüvvələr  var,  amma  orada  ancaq  amerikalılar  xidmət  edirlər. 
Haitidə  son  10  ildə  ordu  olmayıb,  amma  2005­ci  ildəki  növbəti  hərbi  çevrilişdən 
sonra müxalifətin lideri ordunun bərpasının vacibliyini bəyan edib.
Ordumuzun gün­gündən gücləndiyini və uğurlu döyüş əməliyyatları apardı­
ğını  görən  ermənilər  1994­cü  ilin  may  ayında  atəşkəs  razılaşmasına  nail 
oldular.
Atəşkəsdən  sonra  ordu  quruculuğunda  yeni  mərhələ  başladı.  Ordumuzun 
maddi­texniki bazası möhkəmləndirildi. Milli kadrların hazırlanmasına dair əhə­
miyyətli  qərarlar  qəbul  edildi  və  ordunun  müdafiə  qüdrətinin  artırılması  isti­
qamə tində vacib addımlar atıldı. NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı 
çər çivəsində  əməkdaşlıq  başlandı.  Bunun  nəticəsidir  ki,  Azərbaycan  Sülh mə­
ramlı Qüvvələri Kosovo, Əfqanıstan və İraqda beynəlxalq əməliy yatlarda iştirak 
edir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə