Dərslik layiHƏ 4 MÜNDƏRİcat


Böyük qayıdışın başlanğıcı



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

14
Böyük qayıdışın başlanğıcı
2016­cı  ilin  aprel  döyüşlərində  ordumuzun  qazandığı  uğurlar  mühüm  hadisə 
kimi hərb tariximizə yazıldı. Ordumuzun bölmələri qarşılarına qoyulan döyüş tapşı­
rıqlarını qısa müddətdə uğurla yerinə yetirməklə cəbhə xəttinin konfiqu rasiyasını və 
psixoloji  üstünlüyü  xeyrimizə  dəyişdi.  Füzuli  istiqamətində  el  arasında  “Lələtəpə” 
adlandırılan  Lələilahi  dağının  ələ  keçirilməsilə  həmvətənlərimizin  Cocuq  Mərcanlı 
ya şayış məntəqəsinə qayıdışı təmin olundu. Horadiz şəhəri və ətraf kəndlər düş­
mənin hətta artilleriyası üçün əlçatmaz oldu. Araz boyu ərazilər və Cəbrayıl rayonu 
istiqamətində magistral yol qəhrəman əsgərlərimizin nəzarətinə keçdi. 
Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi mövqelərimizi relyefə görə 
düşmənlə  eyni  səviyyədə,  bəzi  yerlərdə  isə  daha  yüksəklikdə  qurmaqla  cəbhə 
xəttini xeyrimizə dəyişdi. Talış kəndindən cənubda geniş ərazilər ordumuzun nəza­
rəti altına keçdi. Tapqaraqoyunlu kəndi düşmənin atəşindən mühafizə olundu. Bu 
istiqamətdə ordumuzun irimiqyaslı hücumu üçün əlverişli şərait yarandı.
1.  Əcdadlarımızın hərbi ənənələri haqqında təqdimat hazırlayın.
2.  Qafqaz İslam Ordusu barədə danışın.
3.  Cümhuriyyət generalları barədə təqdimat hazırlayın.
4.  Sizcə, Azərbaycan Ordusunun qüdrətli nizami orduya çevrilməsində 
əsas amillər nələrdir?
5.  Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları haqqında təqdimat hazır layın.
6.  Aprel döyüşləri sizdə hansı ümidləri yaradır?
Sual və tapşırıqlar
  LAYİHƏ


15
2.  AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 
QOŞUN NÖVLƏRİ
Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini həmişə yüksək səviyyədə saxlamaq 
üçün  onlar  ən  müasir  silah  və  texnika  ilə  təchiz  olunur.  Bunun  sayəsində 
ordumuzun döyüş taktikası əsaslı şəkildə dəyişib.
Sizcə, müasir silah və texnika döyüş taktikasına necə təsir göstərir?
Quru Qoşunları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ən çoxsaylı 
qoşun  növüdür.  İstənilən  silahlı  münaqişədə  (müharibədə)  əsas  yük  onların 
üzərinə düşür. Bu qoşunlar Azərbaycan Respublikasının suverenliyi, müstəqil­
liyi,  ərazi  bütövlüyü  və  bölünməzliyinin  müdafiəsi  üçün  təyin  olunub.  Təşkilati 
olaraq taqımlar, bölüklər, taborlar, briqadalar, ordu korpusları və əlahiddə ordu­
dan ibarət olub Müdafiə Nazirliyinə tabedir.
Silahlı Qüvvələrin döyüş texnikalarının təkmilləşdirilməsi Quru Qoşunlarının 
əsas zərbə gücü olan tank qoşunlarında da özünü əks etdirir. Ordumuz böyük 
döyüş  imkanlarına  malik  olan  T­90С  markalı  tanklarla  təchiz  olunur,  mövcud 
T­72 markalı tanklar yeni atış, qorunma sistemləri və gecəgörmə cihazları ilə 
təkmilləşdirilib.  Bu  da  onların  gecə  və  gündüz,  həmçinin  mürəkkəb  şəraitdə 
döyüş aparma qabiliyyətini dəfələrlə artırıb.
Quru  Qoşunlarının  əsas  atəş  gücünü  təşkil  edən  Raket-Artilleriya  Qoşun-
larının hissə və bölmələri düşmənə raket zərbələri, eləcə də artilleriya atəşləri 
ilə zərərvurma imkanına malikdir.
TOС-1A tipli odsaçan
  LAYİHƏ


16
Raket  qoşunlarının  adi  ra  ketlər dən  başqa,  kütləvi  qır ğın  silahları  tətbiq 
etmək  imkanı  da  var.  Ordu  sıra larında  mövcud  olan  bu  növ  silahlara  “Toçka” 
taktiki raket sistemlərini, TOС­1A odsaçan, 220  mm­lik “Uraqan” və 300 mm­lik 
“Смерч” reaktiv­artilleriya qur ğularını mi sal gətirmək olar.
Artilleriya  qoşunları  reaktiv,  tank  əleyhinə  artilleriya,  tank  əleyhinə  raket 
kompleksləri, minaatan, artilleriya kəşfiyyatı hissə və bölmələrindən iba rətdir.
300  mm­lik  reaktiv­artilleriya  qurğusu  “Смерч”  20–90  km  məsafədə  70  hek tar 
ərazini  tam  atımla  məhv  etmə  imkanına  malikdir.  Bu  qurğunun  800  kiloqramlıq 
qəlpəli­fuqaslı mərmisi hər biri 96 hazır ağır qəlpə daşıyan 72 döyüş elementindən 
ibarətdir, düşmənin çoxlu sayda canlı qüvvəsini, yüngül zirehli hədəflərini məhv etmə 
imkanına malikdir.
Quru  Qoşunlarının  şəxsi  heyəti  yüksək  peşəkar  hazırlığı,  mənəvi­psixoloji 
vəziyyəti,  müasir  silah  və  döyüş  texnikalarının  geniş  imkanları  sayəsində  ilin 
hər bir fəslində, sutkanın istənilən vaxtında, mürəkkəb şəraitdə və çətin keçilən 
ərazilərdə qarşıya qoyulan bütün döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetir­
məyə qadirdir. 2016­cı il aprel döyüşlərində düşmənin illərlə hazırladığı müdafiə 
sisteminin,  dərinlikdə  olan  komanda  məntəqələrinin  və  ehtiyat  qüv vələrinin 
darmadağın edilməsi bunun bariz nümunəsidir.
Raket­Artilleriya  Qoşunlarının  tərkibində  olan 
tank əleyhinə bölmələrin 
“Spayk” markalı tank 
əleyhinə raket komp leksləri ilə təchiz olunması 
düşmən  hədəfinin  görünmə yən  mövqelərdə 
gizlənməsinə  baxmayaraq,  onu  peyk  və  ya 
uçan  pilotsuz  aparatın  köməyi  ilə  məhv 
etməyə imkan verir.
Mühəndis qoşunları. Müx tə lif mühəndis sursatlarının və onla rın tətbiqi üçün 
vasitələrin tək mil ləşdirilməsi müasir şəraitdə mina­partlayış maneələrinin qu rul­
ması üzrə mühəndis qo  şunla rının imkanlarını 4–5 dəfə artırıb. Mühəndis ma  ne­
ələri və dağıntı lardan keçid lərin açılması üçün nəzər  də tutulan yeni mühəndis­
istehkam  maşınları,  körpü lər,  elə cə  də  digər  istehkam  texnikaları  mühəndis 
qoşun larının imkanlarını müqayisəedilməz dərəcədə genişləndirir.
  LAYİHƏ


17
TММ-6
Hərbi Hava Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində hərbi hava qüvvələrinin təş ki linin 
zəruriliyini nəzərə alan Hərbi Nazirlik hərbi təyyarəçi peşəsinə yiyələnmək üçün 
9 nəfər zabiti Gürcüstana ezam etmiş, milli kadrların hazırlanması üçün 1920­ci 
ildə  Azərbaycanda  Hərbi  Təyyarəçilər  Məktəbi  açmışdı.  Aviasiya  mək təbində 
tədrisin yüksək səviyyədə təşkili məqsədi ilə İngiltərədən və İtaliyadan təcrübəli 
mütəxəssislər dəvət olunmuşdu. Lakin gənc respublika mızın süqutu bütün sa­
hələr kimi hərbi­hava qüvvələrinin möhkəmləndirilməsini də yarımçıq qoydu.
Azərbaycanın  ikinci  müstəqilliyi  dövründə  –  1992­ci  il  aprelin  8­də  baş 
leytenant  Vaqif  Qurbanov  keçmiş  Sovet  Ordusunun  Sitalçay  aerodromundan 
“Su­25” döyüş təyyarəsini Azərbaycan Ordusuna gətirib. Bununla da, Azərbay­
can Hərbi Hava Qüvvələrinin arsenalına ilk qırıcı təyyarə qəbul olunub.
Azərbaycanın 
Milli Qəhrəmanı 
Vaqif Qurbanov
Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk qırıcı təyyarəsi
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə