Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

18
Az sonra H.Z.Tağıyev və Dəllər qəsəbələrində yerləşən sovet aviasiyasına 
məxsus hərbi bazalardakı təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 
1992­ci ildən bu istiqamətdə islahatlara başlanılıb. Bu quru mun strukturu həmin 
il  milliləşdirilib  və  bir  qədər  sonra  Hərbi  Hava  Qüvvələri  (HHQ)  Hava  Hücu­
mundan Müdafiə Qoşunları (HHMQ) ilə birləşdirilib.
HHQ­nin aviaparkının müasir döyüş təyya rələri hesabına təkmilləşdiril məsi 
hər  il  davam  etdirilib.  NATO  standartlarına  uyğun  mərkəzi  idarəetmə  sis temi 
yaradılıb. Təyyarə və helikop terlərimiz düşmənin hava hücumu vasi tə lərinə qarşı 
müasir  avadanlıqlarla  tə min  edilib.  Pilot larımız  əsasən  Heydər  Əliyev  adına 
Azərbaycan  Ali  Hərbi  Məktəbi
ndə  hazırlanır,  Ukrayna,  Tür kiyə,  ABŞ  və  digər 
ölkə lərdə  ixtisas artırma  kursları  və  təlimlər  keçirlər.  Türkiyə  Hərbi  Hava  Qüv­
vələri ilə hər il birgə “TurAz Qartalı” taktiki­uçuş təlimləri keçi rilir. Bu birgə təlim­
lərin simvolu da hazırlanıb.
“TurAz Qartalı” birgə 
təliminin simvolu
Visla­Oder və Berlin əməliyyatlarında qəh rə­
manlıq nümunəsi sərgiləyən, Reyxstaqın sütu­
nuna “Mən bakılı Tofiqəm” yazan, Sovet Ordu­
sunda Ordu korpusu ko mandiri vəzifəsinə qədər 
yüksələn, Varşava müqaviləsi Dövlətlərinin Bir­
ləş miş Silahlı Qüvvələrinin Baş Koman danlığı­
nın Çexoslovakiyadakı nümayəndəsi olan, ge  ne ­
ral polkovnik rütbəsi alan ilk azərbaycanlı Tofiq 
Ağa hüsey nov Hava Hücumundan Müdafiə Qo­
şunla rının zabiti olub.
“TurAz Qartalı” təliminin iştirakçıları
  LAYİHƏ


19
Hərbi  Hava  Qüvvələri  –  Silahlı  Qüvvələrin  yüksək  manevrli  növü  olaraq 
düşmənin  aviasiya  birləşmə lərinin,  quru  və  dəniz  qrup laşmala rının  havadan 
məhv  edilməsini,  vacib  dövlət  və  hərbi  obyektlərin  dar madağın  olunmasını, 
Quru  Qoşunla rının  və  Hərbi  Də­
niz  Qüvvələrinın  avia siya  hima­
yəsini, hava de  santının çıxarılma­
sını,  hava  ilə  maddi  vasitə lərin 
daşınma sını,  hava  kəşfiy ya tının 
aparılmasını  və  digər  tapşırıqları 
uğurla hə  yata keçirmək imkanına 
malikdir.
Silahlanmasında  “Buk­MB”, 
S­300  “Favorit”,  “Barak­8”  və 
digər müasir sistemlər olan Hava 
Hü cumundan  Müdafiə  Qoşunla-
rımız  hava  hücu mu nun  başlan­
masının  xəbərdar  edilməsini,  öl­
kə  mizin  siyasi,  inzibati,  sənaye 
və  iqtisadi  mərkəz lərinin,  Silahlı 
Qüvvələrin  qoşun  qruplaşma la­
rının, mühüm hərbi və dövlət ob­
yektlərinin  düş mən  aviasiyası  və 
raket  zərbələ rindən  müdafiəsini 
təmin etməyə qadirdir.
Hərbi Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Hərbi Dəniz Qüvvələrinin (HDQ) 
yaradılması  və  texniki  təminatın  yaxşılaşdırılması  məqsədilə  6  sualtı  qayıq, 
müxtəlif tipli döyüş katerləri, dəniz artilleriya silahları sifariş olunmuşdu. Lakin 
Xalq Cümhuriyyəti süqut etdiyi üçün güclü hərbi donanmanın yaradılması müm­
kün olmadı.
Müstəqilliyimizi  bərpa  etdikdən  sonra  isə  26  iyul  1992­ci  ildə  HDQ  yaran­
mağa başladı.
HDQ­nin şəxsi heyəti Türkiyə və ABŞ dənizçiləri ilə birgə təlimlərdə iştirak 
edir. Zabit kadrlarının ixtisas hazırlığını yüksəltmək üçün bir sıra xarici ölkələrlə 
təcrübə  mübadilələri  aparılır,  onların  müxtəlif  tədbirlərdə  iştirakı  təmin  olunur. 
Şəxsi  heyətin  döyüş  hazırlığının  yüksəldilməsi  üçün  Xəzər  hövzəsinin  cavab­
dehlik zonasında hər il genişmiqyaslı təlimlər keçirilir.
“Barak-8” tipli hava hü  cu-
mun dan müdafiə sistemi
  LAYİHƏ


20
HDQ  Xəzər  dənizində  neft­qaz  hasilatı  rayonlarının  və  ixrac  boru 
kəmərlərinin dənizdən keçən, eləcə də sualtı his sələrin mühafizəsini təmin edir, 
dəniz akvatoriyasının dalğıc baxış larını həyata keçirir. Həmçinin Azərbaycana 
aid olan sektorda etibarlı müda fiənin təşkili, dənizdə hərbi təcavüz və terrorun 
qarşısının alınmasını təmin edir.
HDQ­nin döyüş imkanlarının daha da artırılması üçün yeni gəmilərin inşası, 
müxtəlif tipli gəmi və katerlərin modernləşdirilməsi uğurla davam etdirilir.
Gözətçi gəmisi
1.  Döyüş əməliyyatları zamanı daha çox hansı qoşun növünə üstünlük 
verilir? (Fikrinizi əsaslandırın.)
2.  Dövlətimizin ərazi bütövlüyünün qorunmasında daha çox hansı qoşun 
növü önəmli rol oynayır?
3.  Əgər hərbçi olmaq istəsəydiniz, hansı qoşun növünü seçərdiniz?
4.  Aprel  döyüşləri  zamanı  daha  çox  hansı  qoşun  növü  düşmənə  sar­
sıdıcı zərbələr endirirdi?
5.  “Dünyada gedən son müharibələrdə mühəndis və kimya təminatının 
rolu” mövzusunda təqdimat hazırlayın.
Sual və tapşırıqlar
  LAYİHƏ


21
3.  AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 
ÜMUMQOŞUN NİZAMNAMƏLƏRİNİN ÜMUMİ MÜDDƏALARI
1994­cü  il  23  sentyabr  tarixində  Azərbaycan  Respublikasının  qanunu  ilə 
təsdiq olunmuş İntizam, Qarnizon və Qaravul Xidməti, Daxili Xidmət və Mü­
dafiə  nazirinin  24  dekabr  2014­cü  il  tarixli  Qərarı  ilə  qüvvəyə  minmiş  Sıra 
Nizamnamələri Azərbaycan Respub li kası Silahlı Qüvvələrinin ümumi fəaliyyə­
ti nin təmin olunması üçün əsas rəhbəredici sənəddirlər.
Daxili qayda­qanunun saxlanılması, bölmənin silahlarının, döyüş sur sa tının, 
binalarının və əmlakının mühafizə edilməsi üçün sutkalıq naryad təyin edilir.
“Bölmələrdə səliqə-sahmanın saxlanılması” dedikdə nə başa düşürsünüz?
Daxili Xidmət Nizamnaməsi
Hərbi qulluqçular arasında növbəti naryadların sayı mümkün qədər bərabər 
bölüşdürülür.  Sutkalıq  naryada  təyin  olunanlar  təyin  olunduqları  gündən  qa­
baqkı gecə bütün məşğələlərdən və işlərdən azad edilirlər. Naryada başla maz­
dan əvvəl hazırlaşmaq və istirahət etmək (yatmaq) üçün üç saatdan az olma­
yaraq vaxt verilir. Sutkalıq naryaddan çıxanlar həmin gün işdən və məş ğələlərdən 
azad dırlar.
Bölüyün  sutkalıq  naryadına  bölük  növbətçisi  və  bölüyün  gün  növbətçiləri 
təyin olunurlar.
Bölük növbətçisi çavuşlardan və müstəsna hallarda daha hazırlıqlı əsgərlər­
dən təyin olunur. O, bölükdə daxili qayda­qanuna əməl olunmasına və günün 
nizam qaydalarının dəqiq yerinə yetirilməsinə, silahların, bölük əmlakının, əs gər­
lərin və çavuşların şəxsi əşyalarının qorunub saxlanmasına və gün növbətçilə­
rinin  düzgün  xidmət  etmələrinə  cavabdehdir.  Bölük  növbətçisi  hərbi  hissə 
növbətçi sinə və onun köməkçisinə, bölükdə daxili xidmət qaydasında isə bölük 
koman dirinə və bölük baş çavuşuna tabedir. Bölüyün gün növbətçiləri isə bir­
başa ona tabedirlər.
İntizam Nizamnaməsi
Komandir  öz  tabeliyindəki  hərbi  qulluqçulara  Azərbaycan  Respublikasının 
Konstitusi yasına  və  qanunlarına  əməl  edilməsi,  Hərbi  andın  və  hərbi  nizam­
namələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi 
işində daim nümunə olmalıdır.
Komandir  Vətənin  müdafiəsi  naminə  tabeliyindəki  hərbi  qulluqçulardan 
hərbi intizama və qayda­qanuna riayət olunmasını qətiyyətlə tələb etməlidir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə