Dərslik layiHƏ 4 MÜNDƏRİcat


,62х54 mm­lik UP­7,62 tipli universal



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə53/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

198
7,62х54 mm­lik UP­7,62 tipli universal və TP­7,62 tipli tank pulemyot­
ları düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq 
üçün nəzərdə tutulub. 
7,62х54 mm­lik UP­7,62 tipli pulemyotdan atəş ikiayaqdan və ya müxtəlif 
konstruksiyalı  üçayaqlıdan,  döyüş  maşınlarında  quraşdırılan  dəzgahlardan 
aparıla bilər. Pulemyota müxtəlif növ optik, gecə kollimator tipli nişangahları 
bərkitmək mümkündür.
Elektrik  tətiklə  dəstləşdirilmiş  7,62 х 54  mm­lik  TP­7,62  tipli  pulemyot 
müxtəlif növ döyüş maşınlarında quraşdırılır.
Atəş  zamanı  patronlar  pulemyotun  qəbuledicisinə  tutumu  100,  200  və 
250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri 
müxtəlif tutumlu patron qutulara yığılır.
Pulemyotlardan  atəş  aparmaq  üçün  7,62 х 54  mm­lik  adi,  izburaxan, 
zirehdələn­yandırıcı,  yandırıcı­hədəfgöstərici  gülləli  və  boş  tüfəng  patronla­
rın dan istifadə olunur.
Pulemyotların əsas taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətin adı
UP­7,62 
TP­7,62
Nişangah məsafəsi, m
1500 
1500–2200
Düzünə atış məsafəsi (hündürlüyü 50 sm olan 
hədəfə), m
420 
440 
Güllənin başlanğıc sürəti, m/san
825 
855
Çapı, mm
7,62 
× 
54
Pulemyotun uzunluğumm
1173 
1098
Atış tezliyi, atış/dəq.
650–750
700–800 
Döyüş atış tezliyi, atış/dəq.
250
Pulemyotun çəkisi, kq
7,8 
10,5
Pulemyotların tətbiq edildiyi temperatur 
diapazonu, °C
±50
  LAYİHƏ


199
7,62x51 mm­lik çaplı snayper tüfəngi ST­308 “Yalquzaq” snay perin fərdi 
silahı  olaraq  1000  m­ə  qədər  məsafələrdə  müxtəlif  növ  görünən,  hərə kət 
edən, açıq və maskalanmış tək hədəfləri məhv etmək üçün nəzərdə tutulub. 
Snayper tüfəngi qeyri­avtomatik silahdır. Məmulatın doldurulması, atəşin 
açılması,  atəşdən  sonra  gilizin  çıxarılması  və  yeni  patronun  lülənin  patron 
yuvasına ötürülməsi atıcı tərəfindən əl ilə yerinə yetirilir.
Snayper  tüfənginin  hədəfə  tuşlanması  optik  və  mexaniki  nişangahla 
tətbiq olunur. Atışın dəqiq yerinə yetirilməsi üçün snayper tüfəngi tətiyə dü­
şən qüvvə və tətiyin gedişi tənzimlənən tətik mexanizminə, yanağının hün­
dürlüyü və uzunluğu tənzimlənən qundağa, hündürlüyü tənzimlənən ikiayağa 
və qundaqda bərkidilən əlavə dayağa malikdir. 
Snayper tüfəngi müxtəlif istismar şəraitində havanın 93–97% nisbi rütu­
bətliliyində, ətraf mühitin ±50°C temperaturunda, yağış, toz və qar şəraitində 
etibarlı işləyir. O, müxtəlif sıxlığa malik olan səthlərdən uzanaraq, oturaq və 
dizüstü atəş vəziyyətlərindən, xüsusi hazırlanmış səngər, yarım səngər və ya 
atəş üçün əlverişli mövqelərdən atış aparmağa imkan verir.
Snayper tüfənginin əsas taktiki-texniki xüsusiyyətləri
Texniki xassələr
Parametrlər
Çapı, mm
7,62 × 51
Optik nişangahla nişanalma məsafəsi, m
1000
Döyüş atəş tezliyi
atış/dəq.
8–10
Güllənin başlanğıc sürəti, ms
­1
790±15
Snayper tüfənginin boş maqazinlə çəkisi, kq
7
Snayper tüfənginin yığılmış qundaqla uzunluğu, mm
953,5
Məmulatın açılmış qundaqla uzunluğu, mm
1174,5
Lülənin uzunluğu, mm
660
Qundağın tənzimlənmə uzunluğu, mm
75
Maqazinin tutumu, patron
10
  LAYİHƏ


200
40x46  mm­lik  piyada  əleyhinə  əl  qumbaraatanı  RBG  40  mm/6M11 
düşmə nin açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində, çökək­
liklərdə, dərələrdə və s. yerlərdə yerləşən canlı qüvvəni məhv etmək və yün­
gül zirehli hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.
Qumbaraatanın hədəfə tuşlanması kollimator tipli nişangahla yerinə yetirilir.
Qumbaraatan  müxtəlif  istismar  şəraitində  havanın  ±50°C  temperatu­
runda, yağış, toz və qar şəraitində eti barlı işləyir.
Qumbaraatandan atəş aparmaq üçün qəlpəli, kumulyativ­qəlpəli, tüstübu­
raxan və işıqlandırıcı paraşütlu qumbaralı atəş yığımlarından istifadə olunur.
Qumbaraatandan atəş aparmaq üçün bütün növ 40 x 46 mm­lik qumbara­
atan atəş yığımlarından istifadə olunur.
Qumbaraatanın əsas taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətin adı
Parametri
Çapı, mm
40 
× 
46
Atış məsafəsi, m
1600
Qumbaranın başlanğıc sürəti, m/san
76
Lülənin uzunluğu, mm
300
Patron yuvasının uzunluğu, mm
140
Uzunluğu, mm:
953,5
 qundağı açıq vəziyyətdəmm
800
 qundağı bağlı vəziyyətdə, mm
725
Atəş tezliyi, atış/dəq.
4–6
Qumbaraatanın nişangahsız boş vəziyyətdə kütləsi, kq
5,9
  LAYİHƏ


201
120 mm­lik MİNAATAN “SƏFİYAR” asma trayektoriya ilə atəş açan topdur: 
–  açıq  ərazidə,  səngərlərdə,  yüksəkliklərin  arxa  tərəflərində,  çökəklik­
lərdə, dərələrdə və səhra tipli istehkam qurğularında yerləşən canlı qüvvəni 
və  atəş  vasitələrini  məhv  etmək,  məftil  maneələri  dağıtmaq  və  atəş 
vasitələrini susdurmaq;
– qoşunları düşmən atəşindən və müşahidəsindən qorumaq üçün tüstü 
pərdələri yaratmaq;
– ərazini işıqlandırmaq üçün nəzərdə tutulub.
Minaatandan  atəş  aparmaq  üçün  120  mm­lik  qəlpəli­fuqaslı,  yan dırıcı, 
tüstüburaxan  və  işıqlandırıcı  minalı  atəş  yığımlarından  istifadə  olunur.  On ­
dan  atəş  aparmaq  üçün  NATO  standartına  uyğun  hamar  lüləli  mina atan lar 
üçün nəzərdə tutulmuş bütün növ 120 mm­lik mina lardan isti fadə etmək olar.
Minaatanın əsas taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətin adı
Parametri
Çapı, mm
120
Minanın maksimal başlanğıc sürəti, m/san
325
Qəlpəli­fuqaslı mina ilə atış məsafəsi:
 maksimal, m
7100
 minimal, m
450 m­dən çox olmayaraq
İkiayağın yerini dəyişməklə borunun tuşlama 
bucaqları
 şaquli
45 – 85°
 üfüqi
360°
Minaatanın döyüş vəziyyətinə keçirilmə müddəti
3 dəq.­dən çox olmayaraq
Tuşlamanı düzəltmədən maksimal atış tezliyi, atış/dəq.
10
Minaatanın döyüş vəziyyətində (optik nişangahsız) 
çəkisi, kq
210
Qəlpəli­fuqaslı minanın çəkisi, kq
16,1
Heyət, nəfər
5
  LAYİHƏ


202
MARAQLIDIR
Amerika desantları təyyarədən tullanarkən nə qışqırırlar?
Ceronimo adlı hindli bir qrup cəsur döyüşçü 
ilə XIX əsrin ikinci yarısında Amerika və Meksika 
orduları  üçün  daimi  problemə  çevrilmişdir.  O, 
cəsurluğu  və  ələkeç məzliyi  ilə  məşhurlaşmışdı. 
1939­cu ildə Ceronimo haqqında çəkilmiş filmin 
qəhrəmanı  təqibdən  qurtarmaq  üçün  öz  adını 
ucadan qışqıraraq sərt uçurumdan çaya tullanır. 
Filmə  baxan  Amerika  desantları  təyyarədən 
tullanarkən  uğur  üçün  “Cero nimo”  qışqırmağı 
qərara alırlar. Bu ənənə bu günə qədər qorunub 
saxlanılır.
Snayper
“Snayper”  termini  Britaniya 
mənşəlidir. Kiçik cüllüt quşu in gi­
liscə “Snipe” adlanır. Ba  taq lıq əra­
ziyə  uyğun  ka muflyaj  rəngi,  kiçik 
ölçüsü  və  mürəkkəb  uçuş  trayek­
toriyası  onu  ovlamağı  çox  çətin­
ləş dirir. Bu quşu adi ov tüfəngi ilə 
ovlamağı bacaran ov çuları “Snay­
per” adlandırırdılar.
Müharibəyə hansı avtomobilin adı verilib?
1986–1987­ci  illərdə  Çad  və  Liviya 
arasındakı dar sərhəd zolağı üzərində nəzarəti 
ələ  keçirmək  uğrunda  baş  verən  silahlı 
münaqişədə  Çad  qoşunları  texniki  cəhətdən 
daha  zəif  təchiz  olunmuşdu.  Amma  sonda 
qələbə  qazandılar.  Fransanın  Çada  pulem­
yotlar və tank əleyhinə raket komplektləri ilə 
təchiz  edilmiş  400  ədəd  “Toyota”  markalı 
yolsuzluq  avtomobili  hədiyyə  etməsi  bu 
  LAYİHƏ


203
müharibədə  qələbənin  əsas  həlledici  amillərindən  biri  hesab  olunur.  Bu  silahlı 
münaqişə tarixə “Toyota War” kimi düşüb. Bu, avtomobil markası ilə adlandırılan 
yeganə silahlı münaqişədir.
Yalnız qadınlardan ibarət birləşmə 
nə vaxt və harada mövcud olmuşdur?
Amazonkalar  haqqında  əfsanə  hamıya  məlumdur. 
Amma  Daqomeya  Qərbi  Afrika  krallığında  yalnız  qa­
dınlardan ibarət həqiqi hərbi birləşmə mövcud olmuşdur. 
“Daqomeya amazonkaları” sıralarına əsasən davranışına 
görə  krala  şikayət  olunan  qadın  və  qızlar  daxil  edi­
lirdilər.
Könüllü  döyüşçü  olmaq  istəyənlər  də  az  olmurdu. 
Bu  birləşmələr  Afrikanın  müstəmləkə  edilməsi  zamanı 
Fransa­Daqomeya  müharibələrində  mühüm  rol  oyna­
mışdır.  Başlanğıcda  fransız  əsgərlər  amazonkalara  atəş 
açmaqdan imtina etdiklərinə görə çoxlu itki verirmişlər, 
amma sonra onları tamamilə məhv ediblər.
Rusiyada ilk tankları niyə “Лохань” (ləyən) adlandırırdılar?
İlk  tankları  cəbhəyə  göndərərkən  ingilis  əks­kəşfiyyatı  şayiə  yayır  ki,  Rusiya 
hökuməti  İngiltərədə  içməli  su  üçün  çənlər  sifariş  verib.  Tanklar  dəmir  yolu  ilə 
sistern  adı  altında  göndərilirdi.  (İlk  tankların  ölçü  və  forması  bu  versiyaya  tam 
uyğun  idi).  İngiliscə  “Tank”  –  “Çən,  sistern”  mənası  verdiyi  üçün  bu  texnika 
“Tank” adlandırıldı. 
Rusiyada isə ilk əvvəl tankı “Лохань” – “Ləyən” adlandırırdılar. 
  LAYİHƏ


204
İkinci Dünya müharibəsində traktorların 
döyüş texnikası kimi istifadəsi
İkinci Dünya Müharibəsinin əvvəllərində sovet ordusunda tank çatışmazlığı 
kəskin  şəkildə  özünü  göstərirdi.  Bununla  əlaqədar  olaraq  fövqəladə  hallarda 
traktorları  tank  kimi  təchiz  etmək  haqqında  qərar  qəbul  edildi.  Odessanın 
müdafiəsi zamanı Rumıniya hissələrinə qarşı 20 belə “tank” döyüşə atıldı. Əsas 
məqsəd  qarşı  tərəfdə  psixoloji  təsir  yaratmaqdan  ibarət  idi.  Döyüşlər  trak tor­
ların  işıqları  və  quraşdırılmış  sirenalarla  gecə  vaxtı  keçirilirdi.  Bunu  görən 
rumınlar qaçmağa başladılar. Traktorların üzərinə iri çaplı topun maketi quraş­
dırıldığına görə əsgərlər bu “tankı” НИ­1 (На испуг) adlandırdılar.
  LAYİHƏ


205
Molotov kokteyli necə yaranıb?
Sovet­Fin müharibəsi vaxtı SSRİ­nin Xarici işlər naziri Molotov bil dirirdi ki, 
Sovet  Ordusu  bomba  deyil,  ac  fin  xalqı  üçün  ərzaq  bağlamaları  atır.  Finlər  bu 
bombalara  “Mo lotovun  çörək  səbətləri”  deyirdilər.  Onlar  so vet  tanklarına  qarşı 
istifadə  etdikləri  yan dırıcı  məhlullu  qurğuları  əvvəllər  “Molotov  üçün  kokteyl”, 
sonralar isə sadəcə olaraq, “Molotov kok teyli” adlandırdılar. 
  LAYİHƏ


206
İZAHLI LÜĞƏT
РКГ­3 – ручная кумулятивная граната (Kumulyativ əl qumbarası)
ПКС – пулемет Калашникова станковый (dəzgahlı Kalaşnikov plemyotu)
Крупнокалиберный пулемёт НСВ­12,7 – İri çaplı НСВ­12,7 pulemyotu öz adını müəllif­
lərin – Q.İ.Nikitinin, Y.M.Sokolovun və V.İ.Volkovun soyadlarının birinci həriflərindən alıb 
MPT 76 – Milli piyada tüfəngi
ПМН – противопехотная мина нажимная (piyada əleyhinə basılma təsirli mina)
ПФМ­1 – противопехотная фугасная мина (piyada əleyhinə fuqas mina)
ПОМЗ­2 – Противопехотная осколочная мина заграждения (piyada əleyhinə əraziyə bər ki­
dilən qəlpəli dairəvi məhvedici təsirli mina)
ОЗМ­72 – осколочная заградительная мина (qəlpəli, dairəvi məhvedici təsirli mina.)
MON­50 (MOH­50) – mina осколочнайа направленного действийа (qəlpəli, istiqamətləndi­
rilmiş təsirli mina)
ТМ­57, ТМ­62М – противотанковая мина (tank əleyhinə mina)
ТМК­2 – мина противотанковая противоднищевая (tank əleyhinə dib əleyhinə kumulyativ 
mina)
ТМ­83 – противотанковая противобортовая мина (tank əleyhinə bort əleyhinə mina)
NATO – (ing. North Atlantic Treaty Organization, Şimali Atlantika Müqaviləsi Təşkilatı
kréyser :[holl] – qüvvətli silahları olan çox sürətli hərb gəmisi
“Smerç” (BM­30) – reaktiv yaylım atəşi sistemidir
TOC­1 – тяжёлая огнемётная система (ağır odsaçan sistemi)
ТММ­6 – тяжелый механизированный мост (ağır mexanizə körpü (mexanikləşdirilmiş)
БМП – боевая машина пехоты (piyadanın döyüş maşını)
БТР – бронетранспортёр (zirehli tranportyor)
КПВТ  –  крупнокалиберный  пулемет  Владимирова  танковый  (Vladimirovun  iriçaplı  tank 
pulemyotu)
ПКТ – пулемет Калашникова танковый (Kalaşnikovun tank pulemyotu)
Revolver – ingilis dilindəki relvolve sözündən götürülüb, mənası fırlatmaq
Sumbata  –  şüşəni,  metalı,  daşı  cilalamaq  və  yaxud  parıldatmaq  üçün  hazırlanmış  halda 
istifadə edilən mineral
Koordinatometr – 
Hermetik – 
  LAYİHƏ


207
İstifadə olunmuş ədəbiyyat
1.  A.M.Məmmədov, C.S.Əkbərov, Ə.M.Talıbov, E.Q.Həşimov. İlkin tibbi yardım (dərs vəsaiti). 
Bakı, 2014.
2.  A.Məmmədov. Atəş hazırlığı. I hissə. Bakı, AAHM nəşriyyatı, 2005.
3.  Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, 2005.
4.  “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan 
Res publikasının Qanunu. Bakı, 19 iyul 2004­cü il.
5.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  Daxili  Xidmət  Nizamnaməsi.  Bakı,  23  sen­
tyabr 1994­cü il. 
6.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi. Bakı, 23 sentyabr 
1994­cü il. 
7.  Azərbaycan  Respublikası  Silahlı  qüvvvələrində  işlədilən  hərbi  şərti  işarələr  haqqında 
təlimnamə. Bakı, 2001.
8.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  Qarnizon  və  Qarovul  Xidmətləri 
Nizamnaməsi. Bakı, 23  sentyabr 1994­cü il. 
9.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi. Bakı, 24 dekabr 2014­cü 
il.
10.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  emblemi haqqında Əsasna mənin təsdiq 
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı, 14 may 1999­cu il.
11.  “Azərbaycan  Respublikasında  hərbi  xidmətə  çağırışın  əsasları  haqqında”  Azər baycan 
Res publi kasının Qanunu. Bakı, 10 iyun 1992­ci il.
12.  Azərbaycan Respublikasının Hərbi doktrinası. Bakı, 8 iyun 2010­cu il. 
13.  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 12 noyabr 1995­ci il.
14.  “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respub likasının 
Qanunu. Bakı, 9 oktyabr 1991­ci il.
15.  “Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında” 
Azərbaycan Respublikasının Qanunu. Bakı, 4 noyabr 1997­ci.
16.  “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan 
Res publikasının Qanunu. Bakı, 11 may 2010­cu il. 
17.  “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 9 aprel 2002­ci il. 
18.  Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi. Bakı, 29 may 1998­ci il. 
19.  Heydər  Əliyev  adına Azərbaycan Ali  Hərbi  Məktəbi  hərbi  mühəndis  kafedrası  mühəndis 
maneələri (I  hissə), Bakı, 2017.
20.  Herodot. Tarix. Bakı, 1998.
21.  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbay can Res­
publikasının Qanunu. Bakı, 3 oktyabr 1997­ci il. 
22.  “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Res publikasının 
Qanunu. Bakı, 20 may 1997­ci il. 
23.  “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 25 de­
kabr 1991­ci il. 
  LAYİHƏ


208
24.  “Hərbi  vəzifə  və  hərbi  xidmət  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu.  Bakı, 
23 dekabr 2011­ci il. 
25.  “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 6 yanvar 1994­
cü il.
26.  Q.Qeybullayev. Azər baycanın toponimiyası. Bakı, 2004.
27.  Q.Məmişzadə. Radiasiya və kimyəvi kəşfiyyat cihazları. Bakı, 2017.
28.  Quru Qoşunlarının döyüş fəaliyyəti. III hissə (Taqım, manqa, tank). Bakı, 2016. 
29.  “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 26 noyabr 1993­cü il. 
30.  R.F.Əkbərov, R.F.Əkbərova. İlk tibbi yardım. Bakı, “Mütərcim”, 2010.
31.  Военная топография. Москва, 1990.
32.  А.Б.Жук. Стрелковое оружие. Москва военное издательство, 1992.
33.  http://alfaed.ru/interesnye­fakty­ob­armii­v­mirovoj­istorii.html/
34.  http://muzey­factov.ru/tag/army
35.  https://herbvesen.jimdo.com/
36.  https://herbirehberler.blogspot.com/
  LAYİHƏ

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə