Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

22
Hər  bir  komandir  Nizamnamə  ilə  ona  verilən  hüquqlar  çərçivəsində  tabe­
liyində  olan  hərbi  qulluqçuları  ağlabatan  təşəbbüslərinə,  səylərinə,  rəşadətlə­
rinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir.
Hərbi intizamın möhkəm olmasında manqa komandirinin rolu nədən ibarətdir?
Manqa komandirinin və taqım komandiri müavininin təşəkkür elan etmək 
və özləri tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək hüquq­
ları vardır.
Komandirlər tabeçiliyində olan ayrı­ayrı hərbi qulluqçulara və bölmənin bütün 
şəxsi heyətinə həvəsləndirmələr tətbiq edə bilərlər. 
Müddətli xidmət dövründə həvəsləndirmə məqsədilə əsgərlərə, matroslara 
və çavuşlara bir dəfə qısamüddətli məzuniyyət verilir.
Əlaçı  döş  nişanı  ilə  yalnız  iki  tədris  dövrü  müddətində  fasiləsiz  əlaçı  olan 
əsgərlər, matroslar və çavuşlar təltif edilirlər.
Hərbi  qulluqçuların  həvəsləndirilməsi  barədə  əmrin  elan  olunması  zamanı 
onlara,  adətən,  mükafatlar  da  təqdim  edilir,  həmçinin  hərbi  qulluqçu nun  öz 
hərbi borcunu nümunəvi yerinə yetirməsi barədə yaşadığı yerə, yaxud əvvəlki 
iş yerinə göndərilən məktubun mətni oxunur.
Hərbi qulluqçunun adının hissə 
Fəxri kitabına yazıldığı elan edildikdə ona 
bu barədə hissə komandirinin qol çəkdiyi tərifnamə təqdim edilir.
Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir ona 
vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
Komandir  öz  tabeçiliyində  olan  nalayiq  hərəkət  etmiş  hərbi  qulluqçuya, 
onun fikrincə, daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
Əsgərlərin  və  matrosların  nalayiq 
hərəkətləri  –  bölüklərin,  batareya la­
rın, taborların və bunlara müvafiq böl­
mə lərin şəxsi heyətlərinin yığıncaq la­
rında,  çavuşların  nalayiq  hərəkətləri 
isə  ta  borların,  divizionların  və  bunlara  mü  vafiq  bölmələrin  çavuşlarının  yığın­
caqlarında müzakirə edilir.
Qarnizon və Qarovul xidməti Nizamnaməsi
Qarnizon  yaşayış  məntəqəsində  və  ya  ondan  kənarda  yerləşən  hərbi 
hissələr, hərbi məktəblər və müəssisələrdən təşkil edilir. 
Sizcə, qarnizon və qarovul xidməti təşkil olunmazsa, nə baş verər?
Hər bir qarnizonda qarnizon və qarovul xidmətləri təşkil edilir.
Eyni nalayiq hərəkətə görə bir neçə 
cəza vermək və bila vasitə təqsirkarın 
əvəzinə bütün şəxsi heyəti cəzalan­
dırmaq qadağandır.
  LAYİHƏ


23
Qarnizon  xidməti  qarnizonun  şəxsi  heyəti  arasında  yüksək  hərbi  intizamı 
təmin  etmək,  qoşunların  gündəlik  həyat  və  hazırlığı  üçün  lazımi  şərait  yarat­
maq, onların iştirakı ilə qarnizon tədbirlərini həyata keçirmək məqsədi daşıyır.
Qarnizonun sərhədləri onun bütün şəxsi heyətinə yaxşı məlum olmalıdır.
Hər  bir  qarnizonda  hərbi  qulluqçular  arasında  qayda­qanunu  və  yüksək 
hərbi  intizamı  saxlamaq  üçün  ictimai  yerlərdə,  vağzallarda,  limanlarda  hava 
limanlarında  patrullar  təyin  edilirlər.  Patrul  heyətinə  intizamlı,  tələbkar,  yaxşı 
sıra hazırlığı olan, fiziki cəhətdən sağlam və nümunəvi xidmət edən hərbi qul­
luqçular təyin olunurlar.
Patrul, patrul rəisindən və iki­üç patrul nəfərindən ibarətdir.
Patrulun şəxsi heyətinin sol qolunda üzərində ağ boya ilə 
“PATRUL” sözü 
yazılmış qırmızı materialdan sarğı olur.
Qarovul xidmətini yerinə yetirmək üçün qarovullar təyin edilir. Qarnizon və 
daxili qarovulları olur. Qarnizon qarovulu özünün mühafizə bölmələri olmayan 
ümumqarnizon  əhəmiyyətli  obyektləri,  birbirinə  yaxın  məsafədə  yerləşən  bir 
neçə hərbi hissənin, daxili qarovul isə bir hərbi hissənin byektlərini mühafizə və 
müdafiə etmək üçün təyin edilir.
Qarovulun  tərki binə  daxil  olan  şəxslər  nalayiq  hərə kət  etdikdə  onlara 
inzibati cəza qaro vul növbəsindən və ya onlar başqa hərbi qulluqçularla 
əvəz edildikdən sonra verilir.
Silahlar postlara getməzdən əvvəl 
və qarovul otağına qayı dan kimi qaro­
vul  otağının  qarşısında  xüsusi  hazır­
lanmış və işıqlandırılmış yerdə, qaro­
vul  rəisinin  və  ya  onun  köməkçisinin 
(dəyişdiricilərin)  koman daları  ilə  və 
onların bilavasitə nəzarəti altında dol­
durulur və boşaldılır. 
Saatdarların dəyişilməsi
Saatdarlar hər iki saatdan bir, cüt, yaxud tək saatların başlanğıcında də ­
yişilirlər.  Havanın  temperaturu  –20°C  və  daha  aşağı  şaxtada,  kölgədə 
+30°C və ondan yuxarı olduqda saatdarlar bir saatdan bir dəyişilirlər.
Növbə saatdara 10–15 addımlığa qədər yaxınlaşdıqda dəyişdirici 
“Növbə – 
DAYAN”  komandası  verir  və  qarovul  nəfərlərinin  birinə  posta  və  onun  giriş 
yerlərinə nəzarət etməyi əmr edir. Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə 
Hərbi and qəbul etməmiş, gənc əsgə­
rin hazırlıq proqramını mənimsəmə­
miş, xəstələnmiş, barələrində təhqi­
qat aparılan və intizam cəzası çək mək 
üçün hərbi qulluqçuların qarovula 
təyin olunmaları qadağandır.
  LAYİHƏ


24
tərəf durur və müstəqil surətdə avtomatı 
“Qayışa” vəziyyətinə alır. Dəyişdirici 
saatdara 
“FARAĞAT”,  qarovul  nəfərinə  “Əsgər  Vəliyev,  posta  addımla  – 
MARŞ” komandası verir. Saatdar bir addım sağa çəkilir, qarovul nəfəri saatdara 
yaxınlaşır və üzü saatdara tərəf onun yerində dayanır. Dəyişdiricinin 
“Saatdar, 
postu təhvil ver” komandası ilə saatdar və qarovul nəfəri başlarını bir­birinə 
tərəf  çevirirlər.  Saatdar  postunun  nömrəsini  deyir,  postlar  tabelinə  əsasən 
bütün  mühafizə  edilənləri  sadalayır  və  eyni  zamanda  növbə  çəkərkən  post 
yaxınlığında gör düklərini söyləyir. Sonra dəyişdiricinin 
“Qarovul nəfəri, postu 
qəbul et” komandası ilə qarovul nəfəri dəyişdiricinin iştirakı ilə mühafizə olu­
nan  obyekti  dolanaraq  saxlancların,  anbarların  pəncərə  və  divarlarının  sazlı­
ğını, maşınların, döyüş texnikasının sayını yoxlamağa borcludur.
Postun təhvil­təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qaro­
vul nəfəri mühafizə olunan obyektin əks tərəfinə üzlərini tutaraq dayanır və növbə 
ilə  məlumat  verirlər,  məsələn: 
“Yoldaş  çavuş.  Əsgər  Quliyev  filan  nöm rəli 
postu təhvil verdi”“Yoldaş çavuş. Əsgər Vəliyev filan nömrəli postu qə­
bul etdi”
Saatdarların xidmətini posta gizlin yolla yaxınlaşmaq, saatdardan silahı almağa 
cəhd etmək vasitəsilə və baş  qa üsullarla yoxlamaq qadağandır.
Saatdarın dəyişilməsi
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə