Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   53

25
Məlumat verdikdən sonra dəyişdi ricinin 
“Əsgər Quliyev, postdan addımla 
– MARŞ” komandası ilə dəyişilmiş qarovul nəfəri növbənin arxasında dayanır. 
Saatdar isə dəyişdiricidən göstəriş aldıqdan sonra postda vəzifəsini yerinə 
yetirməyə  başlayır.  Bundan  sonra  dəyişdirici 
“Növbə,  ardımca  addımla   
MARŞ” komandası verir və növbəni o biri posta aparır.
Sıra Nizamnaməsi
Komandirin düzülüşqabağı və sırada vəzifələri:

  
düzülüşün  yerini,  vaxtını,  qaydasını,  geyim  formasını,  silahın  növünü 
və s.;

  
sırada  bölməsinin  şəxsi  heyətinin,  onların  silahlarının  və  s. mövcudlu­
ğunu bilmək və yox lamaq; 

  
hərbi  geyim  formasının  səliqəli  olmasını,  saçın  qısa  və  səliqəli  qırxıl­
masını yoxlamaq

  
sırada nizam­intizamın saxlanmasına nəzarət etmək və şəxsi heyətdən 
sırada vəzifə borclarını dəqiq yerinə yetirmələrini tələb etmək; 

 
komanda verərkən 
“Farağat” vəziyyətini almaq; 

  
hərəkət  vaxtı  təyin  edilmiş  məsafənin  saxlanılmasına  nəzarət  etmək 
və s.
1.  Bölük növbətçisinin çavuşlardan və müstəsna hallarda daha hazır lıqlı 
əsgərlərdən təyin olunmasının səbəbini izah edin.
2.  Tabeliklərində  olanların  yanında  komandirlərə  intizam  cəzası  elan 
edilməsi nəyə görə qadağandır?
3.  Sizcə,  sutkalıq  naryadın  tərkibinə  daxil  olan  şəxslərə  xidmət  vaxtı 
törətdikləri nalayiq hərəkətlərə görə intizam cəzaları naryad qurtarandan, 
yaxud onlar dəyişdirildikdən sonra verilməsinin səbəbi nədir?
4.  Manqa  komandiri  və  taqım  komandiri  müavini  rolunda  tabeçilikdə 
olanlara  həvəsləndirmə  və  intizam  cəzalarının  elan  edilməsini  praktiki 
yerinə yetirin.
5.  Eyni nalayiq hərəkət etmiş iki hərbi qulluqçuya müxtəlif cəza verilə 
bilərmi? Fikrinizi əsaslandırın.
6.  Saatdarların dəyişilməsini praktiki olaraq yerinə yetirin.
Sual və tapşırıqlar
  LAYİHƏ


26
4.  AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 
DAXİLİ XİDMƏT NİZAMNAMƏSİ
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!”
Heydər Əliyev
Hərbi hissəyə yeni gələn əsgərin xidmətini necə təsəvvür edirsiniz?
Hərbi hissəyə yeni gələn şəxsi heyət 14 gün ərzində ayrıca binada yerləş­
dirilir. Bu müddət ərzində tibbi müayinədən keçir, peyvənd edilir, onlara geyim, 
ayaqqabı verilir və əyinlərinə uyğunlaşdırılır. Şəxsi heyətlə məşğələlər keçirilir.
Çağırışçıların  şəxsi  əşyaları,  paltar  və  ayaqqabıları  qablaşdırılır,  hərbi 
hissə tərəfindən onlar verdikləri ünvanlara poçtla pulsuz göndərilir.
Hərbi qulluqçuların yerləşdirilməsi
Müddətli xidmət hərbi qulluqçuları kazarmalarda yerləşdirilirlər. Hər bir bölü­
yün yerləşdirilməsi üçün aşa ğıdakılar nəzərdə tutulur:

  
ictimai­siyasi və mədəni­maarif işləri otağı;

 
şəxsi heyətin yataq otağı;

 
bölüyün dəftərxana otağı;

 
silah saxlama otağı;

 
silah təmizləmə otağı (yeri);

  
bölüyün əmlakını və hərbi qulluq çu ların şəxsi əşyalarını saxlama otağı;

 
yuyunma otağı;

  
papiros çəkmə və ayaqqabı təmiz ləmə otağı (yeri);

 
məişət xidməti otağı;

  
paltar və ayaqqabı qurutma otağı (yeri).
Şəxsi  heyətin  yataq  otaqlarında  yerləşdirilməsi  üçün  hər  bir  hərbi  qulluq­
çuya  2,5–4  m
2
  hesabı  ilə  sahə  ayrılır.  Bununla  bərabər,  hər  bir  nəfərə  düşən 
havanın həcmi 9–12  m
3
­dən az olmamalıdır.
Çarpayılar divardan 50 sm aralı, düz xətt boyunca yerləşdirilməlidir. Yataq 
otaqlarında çarpayıların yerləşdirilməsi bir və ya iki yaruslu ola bilər.
Çarpayının  yanındakı  dolabçada  tualet  ləvazimatları,  yaxalıqlar,  cib  dəs­
mal ları, kitab­dəftər və digər xırda şəxsi istifadə əşyaları saxlanılır. 
Kazarmada  yerləşdirilən  hərbi  qulluqçuların  yatağı  adyal,  döşəkağı,  balış­
üzü, balış və döşəklərdən ibarət olmalıdır. Yataqlar eyni qaydada yığılmalıdır.
  LAYİHƏ


27
Yuyunma otağı
İctimai-siyasi və mədəni-maarif işləri otağı
Şəxsi heyətin yataq otağı
Hərbi  qulluqçu  yatanda  gündəlik 
geyim  və  qayışını  səliqə  ilə  büküb 
kətil  üstünə,  ayaqqabısını  isə  çarpa­
yının ayaq tərəfində yerə qoyur. 
Bölmələrdə olan atıcı silah və döyüş sursatı pəncərələrinə dəmir barmaqlıq 
vurulmuş ayrıca otaqda saxlanılır. 
Əlüzyuyanlar hər beş­yeddi nəfərə bir kran və hər bölüyə, ən azı, axar suyu 
olan iki ayaq vannası hesabı ilə qoyulur. 
Ge  yimlər  yalnız  camaşırxa nada, 
ya  xud  bu  məqsədlə  ayrılmış  otaq­
larda (yerlərdə) yuyulur.
Papiros çəkməyə xüsusi ayrılmış və hazırlanmış otaqlarda (yerlərdə) icazə 
verilir.
Məişət xidməti otağı paltar ütüləmək üçün stollarla, güzgülərlə təchiz edilir.
Yatağa geyimli, ayaq qabılı otur maq 
və uzan maq qadağandır!
Geyimləri kazarmada yumaq və onun 
yaxınlığında qurutmaq qadağandır!
  LAYİHƏ


28
Hərbi qulluqçuların sağlamlığının qorunması
Hər  bir  hərbi  qulluqçu  şəxsi  və  ictimai  gigiyena  qaydalarına  ciddi  riayət 
etməli və öz orqanizmini gündəlik möhkəmləndirməlidir.
Şəxsi gigiyena qaydalarına aşağıdakılar daxildir:

  
səhərlər  əl­üzün  yuyulması,  dişlərin  təmizlənməsi,  bədənin  qurşaqdan 
yuxarı soyuq su ilə silinməsi;

  
hər qida qəbulundan qabaq əllərin yuyulması;

  
yatmazdan qabaq əl­üzün, ayaqların yuyulması və dişlərin təmizlənməsi;

  
üzün və başın vaxtında qırxılması, dırnaqların tutulması;

  
hamamda  müntəzəm  çimmə,  alt  və  yataq  dəyişəyinin,  corabların  dəyi­
şilməsi;

  
hərbi geyimin, ayaqqabının və yata ğın təmiz saxlanılması.
İctimai gigiyena qaydaları isə bunlardan ibarətdir: 

  
yataq  otaqlarında,  tualetlərdə  və 
digər  ümumi  istifadə  otaqlarında 
təmizliyin saxlanılması; 

  
otaqların  havasının  müntəzəm 
surətdə dəyişdirilməsi;

  
ictimai  yerlərdə,  həmçinin  hərbi  hissənin  yerləşdiyi  ərazidə  təmizliyin  sax­
lanılması.
Vaxtın bölüşdürülməsi və gündəlik nizam qaydaları
Hərbi hissələrdə günün nizam qaydaları müəyyən edilir.
Günün nizam qaydalarında səhər gimnastikası, səhər baxışı, 6 saatlıq təd­
ris məşğələləri, qida qəbulu, silah lara, döyüş texnikasına qulluqetmə, müstəqil 
hazırlıq, tərbiyə işi, hərbi qulluqçu ların şəxsi tələbatı, axşam gəzintisi və yox­
lanışı, 8 saatlıq yuxu üçün vaxt nəzərdə tutulur.
Qida qəbuletmələri arasındakı vaxt 7 saatdan çox olmur. Qida qəbulun dan sonra 
30 dəqiqə ərzində məşğələ və iş aparılmır.
Məşğələlərdən azad vaxtlarda və istirahət günlərində şəxsi heyətlə kütləvi 
tədbirlər, mədəni­maarif işləri, idman oyunları və yarışları keçirilir.
Yuxudandurma, səhər baxışı və axşam yoxlanışı
Səhər 
“Qalx” siqnalına 10 dəqiqə qalmış bölük növbətçisi taqım komandiri 
müavinlərini  və  bölüyün  baş  çavuşunu, 
“Qalx”  siqnalı  ilə  isə  bütün  bölüyü 
yuxu dan qaldırır. Sonra səhər gimnastikası, otaqların və ərazinin təmizlənməsi, 
yataqların yığılması, yuyunma və səhər baxışı keçirilir.
Hərbi qulluqçu öz xəstəliyini 
gizlətməməlidir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə