Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

32
Şəkil 1. Avtomatın “Qayışa” vəziyyətindən “Sinədə” vəziyyətinə 
keçi  rilməsi üsulları
Avtomat 
“Qayışda” vəziyyətindən sinəyə “Avtomatı sinəyə – AL” koman­
dası ilə üç saya keçirilir.
Birinci say. Sağ əli tutduğu vəziyyətdən bir qədər yuxarı çəkməli, avtomatı 
çiyindən  çıxarmalı;  sol  əllə  lülə  örtüyündən  və  lülə  yatağının  altından  tutaraq 
onu  sinədə  şaquli,  darağı  sola,  lüləsinin  ağzını  çənə  səviyyəsində  saxlamalı 
(şəkil 1, b). 
İkinci say. Sağ əllə qayışı sağa çəkməli, onun altından tutmalı, əlin bar maq ları 
yarımbükülü və özünə tərəf yönəlmiş olmalıdır. Eyni zamanda sağ dir səyi qa  yı­
şın altına keçirməli. Bu halda avtomatı diaqonal vəziyyətdə saxlamalı (şəkil 1, c).
Üçüncü  say.  Qayışı  qaldırıb  başın  üstündən  arxaya  keçirməli,  sağ  əllə 
avtomatın qundağı boyuncuğundan tutaraq sol əli tez aşağı salmalı (şəkil 1, d). 
Avtomat 
“Sinədə”  vəziyyətindən  “Qayışda”  vəziyyətinə  “Qayışa  –  AL” 
komandası ilə üç sayda keçirilir. 
Birinci  say.  Sol  əllə  avtomatı  lülə  örtüyündən  və  lülə  yatağının  altından 
tutmalı,  eyni  zamanda  avtomatı  bir  qədər  irəli  və  yuxarıya  çəkərək  sağ  qolu 
qayışın altından çıxarmalı, sağ əllə qundağın boyuncuğundan tutaraq avtomatı 
diaqonal vəziyyətdə saxlamalı (şəkil 2, a).
İkinci say. Avtomatı yuxarı qaldıraraq qayışı başın üstündən qabağa keçirməli, 
sol əllə lülə örtüyündən və lülə yatağının altından tutaraq avtomatı öz qabağında 
şaquli, darağı sola, lüləsinin ağzını çənə səviyyəsində saxlamalı (şəkil 2, b). 
  LAYİHƏ


33
Üçüncü say. Sağ əllə qayışın yuxarı his­
səsindən  tutaraq  avtomatı  sağ  çiyində 
“Qayışda” vəziyyətinə keçirməli, sol əli tez 
aşağı  salmalı  və  silahla  sıra  duruşu  vəziy­
yətini almalı.
Silah 
“Qayışda” vəziyyətindən “Arxada” 
vəziyətinə 
“Silahı  arxaya  –  AL”  ko man­
dası ilə iki sayda keçirilir. 
Birinci say.
 Sol əllə sağ çiyindən bir az 
aşağı qayışdan, sağ əllə eyni zamanda qun­
daqdan tutmalı. 
İkinci  say.
  Sağ  əllə  silahı  yuxarı  qal­
dırmalı,  sol  əllə  qayışı  başın  üstündən  sol 
çiyinə atmalı və silahı buraxaraq əlləri cəld 
yanlara endirməli (şəkil 3).
Avtomat 
“Arxada”  vəziyyətinə  ancaq 
süngü­bıçaqsız götürülür. 
Şəkil 3. Silahın “Arxada” vəziyyəti
Silah 
“Arxada” vəziyyətindən “Qayışda” vəziyyətinə “Silahı qayışa – AL” 
komandası ilə iki sayla keçirilir (şəkil 3).
Birinci  say.  Sol  əllə  sol  çiyindən  bir  az  aşağı  qayışdan,  sağ  əllə  eyni  za­
manda qundaqdan (lülədən, genağızdan) tutmalı. 
Şəkil 2. Avtomatın “Sinədə” 
vəziyyətindən “Qayışa” 
vəziyyətinə keçi  rilməsi üsulları
  LAYİHƏ


34
İkinci  say.  Sağ  əllə  silahı  qaldırmalı,  sol  əllə  qayışı  başın  üstündən  sağ 
çiyinə atmalı, qayışı sağ əllə şəkil 4. a, b­də göstərilən kimi tutmalı, sol əli cəld 
hərəkətlə yana endirməli.
Şəkil 4. Yerində əsgəri salamlaşma
Əsgəri salamlaşma, sıradan çıxma və rəisə yaxınlaşma
Silahsız  yerində  və  hərəkətdə  əsgəri  salamlaşma.  Əsgəri  salam  dəqiq 
və cəld, sıra duruşu və hərəkəti qaydalarını düzgün yerinə yetirməklə verilir.
Əsgəri  salam  verilərkən  sağ  əlin  orta  barmağının  ucunu  sağ  qaşın  sağ 
ucuna yaxınlaşdırmalı, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində 
olmalıdır. Başı rəisə tərəf döndərdikdə əlin vəziyyəti dəyişmir (şəkil 3).
Sıradan kənarda yerində əsgəri salamlaşma üçün rəisin çatmasına 5–6 addım 
qalmış ona tərəf dönmək, 
“Farağat” durmaq, rəisə baxaraq sağ əlin orta bar­
mağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırma, rəis ötüb keçəndən sonra 
əli aşağı salmaq lazımdır (şəkil 4. c, d).
Hərəkətdə əsgəri salamlaşma. Sıradan kənarda hərəkətdə rəisə yaxınlaş­
dıqda səfər addımları ilə hərəkətə davam edərək rəisə 5–6 addım qalmış başı 
ona  tərəf  döndərmək  və  eyni  zamanda  sağ  əlin  orta  barmağının  ucunu  sağ 
qaşın  sağ  ucuna  yaxınlaşdırmaq,  sol  əli  budun  yanında  hərəkətsiz  saxlamaq 
(şəkil 5), rəisi ötəndən sonra başı önə çevirərək sağ əli aşağı salmaq lazımdır.
Hərbi  qulluqçunun  əllərində  yük  (əşya)  olduqda  əsgəri  salamlaşma  üçün 
rəis  yaxınlaşdıqda  ona  tərəf  dönməli, 
“Farağat”  vəziyyətini  almalı,  rəisə  ba­
xaraq başını rəisin hərəkət istiqamətinə çevirməlidir. 
  LAYİHƏ


35
Şəkil 5. Hərəkətdə əsgəri salamlaşma
Silahla yerində əsgəri salamlaşma. Silahla sıradan kənarda yerində əsgəri 
salam silahsız yerində vəziyyəti ndəki kimi verilir (şəkil 4. a, b).
Silah 
“Arxada” vəziyyətində olduqda isə əsgəri salam silahsız salamlaşma 
qaydası ilə yerinə yetirilir.
Sıradan çıxma və rəisə yaxınlaşma. Hərbi qulluqçunun sıradan çıxması 
üçün  komanda  verilir.  Məsələn: 
“Əsgər  Məmmədli.  Sıradan  1–2–3  addım 
çıx”, yaxud “Əsgər Məmmədli. Yanıma”. Hərbi qulluqçu öz soyadını eşitdikdə 
“Mən”, sıradan çıxmaq haqqında  komandaya  (çağırışa) isə “Oldu” cavabını 
verir. 
Birinci komanda ilə hərbi qulluqçu sıra addımları ilə birinci cərgədən saya­
raq deyilən addım qədər sıradan çıxır, dayanır və üzü sıraya tərəf dönür.
İkinci  komandada  hərbi  qulluqçu  birinci  cərgədən  iki  addım  düzünə 
addımlayır və hərəkəti davam etdirərək rəisə tərəf dönür, qısaldılmış yolla səfər 
addımları ilə (rəislə hərbi qulluqçu arasında məsafə 15 addımdan çox olduqda 
– qaçaraq) rəisə 5–6 addım qalmış sıra addımlarına keçir, rəisin 2–3 addım­
lığında dayanır və məruzə edir. 
Hərbi qulluqçu ikinci cərgədən çıxdıqda o, sol əlini ön cərgədə duran hərbi 
qulluqçunun çiyninə qoyur, ön cərgədə duran bir addım irəli ataraq sağ ayağı 
ilə  bir  addım  sağa  çıxır,  sıradan  çıxan  hərbi  qulluqçunu  buraxır  və  sonra  öz 
yerini tutur. Hərbi qulluqçu qarşıdakı cərgədən çıxdıqda onun yerini arxasında 
duran hərbi qulluqçu tutur. 
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə