Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə27/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

103
Qılıncla tankların üzərinə hücum
Xeyr, bu bir əfsanə deyil. Suvarilərin 
tankların üzərinə hücumu 1 sentyabr 
1939­cu  ildə  Vermaxtın  “Polşa  kam­
pa niyası” zamanı Kroyantama yaxınlı­
ğın  da baş vermişdir. Almanların tank 
korpusunun  hücumunun  qarşısını  al­
maq  üçün  polşalı  suvarilər  qılınc  və 
nizələrlə  tankların  üzərinə  atılmışlar. 
Suvarilər bu döyüşdə çoxlu itki ver sə­
lər də, almanların hücumunu müvəq­
qəti də olsa, dayandıra biliblər.
Tank  səngərə  yaxınlaşdıqda  əsgər 
onun  25–30  m  məsafəyə  qədər  yaxın­
laşmasını  gözləyir,  ölü  zonadan  tank 
əleyhinə qumbaranı tanka atır. Bu zaman 
tank  vurul mazsa  və  hərəkəti  davam 
etdirərsə,  əsgər  səngərin  dibinə  yatır. 
Tank keçən kimi cəld qalxır və onu zəif 
yerlərindən məhv edir. Vurulmuş tankın 
heyəti  tankı  tərk  etməyə  cəhd  göstə­
rərsə, avtomatın atəşi ilə məhv edilir.
1.  Tankların I Dünya müharibəsində tətbiqi haqqında təqdimat hazırlayın.
2.  Müşahidə cihazlarını əlaltı vasitə ilə örtdükdə tankın “kor” olmasını 
necə başa düşürsünüz? 
3.  Tanklarla  mübarizədə  motoatıcı  taqımın  tərkibində  hansı  vəzifədə 
olmaq istərdiniz? Fikrinizi əsaslandırın.
4.  Sizcə,  РКГ­3  kumulyativ  əl  qumbarasının  partlama  anında  əmələ 
gələn zərbə dalğasından necə qorunmaq olar? 
5.  Tank  vurulmayıbsa  və  hərəkəti  davam  etdirirsə,  hərbçi  səngərin 
dibinə yatır, tank keçən kimi cəld qalxır və onu zəif yerlərindən məhv edir. 
Onun “kor” edilərək ələ keçirilməsi barədə nə düşünürsünüz?
6.  Tankçı qəhrəmanlar haqqında təqdimat hazırlayın.
7.  Tankların  inkişafını  və  onlarla  mübarizəni  fizika  fənnindən  öy­
rəndiyiniz hansı qanunla müqayisə edərdiniz? (Fikrinizi əsaslandırın.)
Sual və tapşırıqlar
  LAYİHƏ


104
Hərbi topoqrafiya
19. TOPOQRAFİK XƏRİTƏLƏRİN OXUNMASI
Yer səthinin xəritə və planlarının meydana gəlməsinin tarixi çox qə  dimdir. 
Yer  səthində  kəşfiyyatın  aparılması,  döyüş  əməliyyatlarının  plan laşdırılması 
və idarə olunmasını topoqrafik xəritələrsiz təsəvvür etmək mümkün deyil. Bu 
xəritələrdə  Yerin  fiziki  səthi  və  orada  olan  bütün  obyektlər  eyni  dərəcədə 
təsvir edilir. Təsvirin mükəmməlliyi, dolğunluğu xəritənin miqyasından asılıdır.
Sizcə, döyüş əməliyyatlarının planlaşdırılmasında topoqrafik xəri tələrin rolu 
nədən ibarətdir? 
Böyük miqyaslı xəritə lər 
əsasən Yer səthi nin mü ­
kəmməl öyrənilmə sində, 
dəqiq hesablama və ölçmə 
işlərinin apa rılmasında, 
artilleriyada atəş hazırlı­
ğında, hərbi mühəndis 
qurğularının həcminin 
öyrənilmə sin  də, hərbi 
tapşırıqla rın yerinə yeti­
rilməsində tət  biq edilir.
Orta miqyaslı topoq­
ra fik xəritələr əsa­
sən hərbi marşlarda, 
düş mənin izlənmə­
sində, yer səthində 
səmtlən mədə tətbiq 
edilir.
Kiçik miqyaslı 
topoq ra fik xəritələr 
hərbi qə rar gahlarda, 
aviasiyanın havada 
səmtlənmə sin də və 
digər xüsusi 
məsələlərin həllində 
is  tifadə edilir.
Taktiki xəritələr
Böyük miqyaslı – 
1:25000, 1:50000
Əməliyyat xəritələri
Orta miqyaslı –
1:100000, 1:200000
Strateji xəritələr
Kiçik miqyaslı – 
1:500000, 1:1000000
Hərbi əməliyyatlarda tətbiq edilən xəritələr 
miqyasına görə aşağıdakı qruplara bölünür:
  LAYİHƏ


105
Topoqrafik xəritələrin məzmunu
Topoqrafik xəritələrin məzmununa təbii və sosial­iqtisadi elementlər aiddir. 
Təbii  elementlərə  һidroqrafiya  obyektləri,  relyef,  bitki  örtüyü  və  qrunt;  sosial­
iqtisadi elementlərə isə yaşayış məntəqələri, yollar və rabitə vasitələri, siyasi­
inzibati elementlər, iqtisadi və mədəni obyektlər aiddir.
Hidroqrafik  obyektlərə
  dənizlər,  göllər,  su  anbarları,  çaylar,  kanallar,  su 
quyuları  və  bulaqlar  aiddir.  Topoqrafik  xəritələrdə  bu  obyektlər  mavi  və  göy 
rəngin müxtəlif tonları (çalarları ilə) təsvir olunur. Topoqrafik xəritələrdə çayların 
bir  sıra  göstəriciləri,  çayın  eni,  keçidlər  (dərinliyi  ilə),  çayın  dibində  qruntun 
xüsusiyyəti və s. şərti işarələrlə, yazılarla təsvir olunur.
Relyeflə һidroqrafiya
 arasında bilavasitə əlaqə və qarşılıqlı asılılıq vardır. 
Ona  görə  də  topoqrafik  xəritələrin  tərtibi  zamanı  göstərilən  əlaqə  və  asılılıq 
nəzərdən qaçmamalıdır.
Bitki  örtüyünə
  һəm  təbii  (meşələr,  kolluqlar,  örüşlər,  çəmənliklər,  bataq­
lıqlar və s.), һəm də mədəni (bağlar, tarlalar, üzümlüklər və s.) aiddir.
Qrunta
  qumluqlar,  çınqıllıqlar,  gilli  və  daşlı  sətһlər,  iri  monolit  süxur ların 
sətһə çıxdığı saһələr, şoranlıqlar və s. aiddir.
Topoqrafik xəritələrin şərti işarələri
Topoqrafik xəritələrin şərti işarələri ayrı­ayrı miqyaslar üzrə xüsusi kitablar 
şəklində nəşr olunur. 
Topoqrafik plan və xəritələrin şərti işarələri çoxdur, miqyasdan asılı olaraq 
onların sayı dəyişir. Məsələn, 1:10000, 1:25000, 1:50000 və 1:100000 miq yaslı 
topoqrafik xəritələrdə 350­yə qədər qrafik şərti işarə və 400­dən çox ixtisar edil­
miş izaһedici yazılar tətbiq edilir. Şərti işarələri yadda saxlamaq, bir­birindən fərq­
ləndirmək, onların köməyi ilə xəritə və planları oxumaq o qədər də çətin deyil. 
Topoqrafik şərti işarələr konturlu (saһəvi), xətti, miqyassız və izaһedici olur.
Konturlu  (saһəvi)  şərti  işarələr
  forma  və  ölçüləri  xəritənin  miqyasına 
əsasən göstərilə bilən  obyektləri təsvir etmək üçün işlədilir. Bu işarələr xəritə 
üzrə  müəyyən  saһəni  tutduğuna  görə  bəzən  sahəvi  şərti  işarə  də  adlanırlar. 
Meşə,  bağ,  pambıq  tarlası,  çəmənlik,  göl  və  s.  kimi  obyektlərin  xəritədə  kon­
turları təsvir olunur, sonra isə konturların daxilinə işarələr düzülür. Bu işarələr 
bəzən təsvir edilən obyekti (qamışlıq, üzümlük və s.) xatırladır, bəzən isə sadə 
һəndəsi formada (məsələn, kolluqları təsvir edən kiçik dairəciklər, daşları təsvir 
edən üçbucaqlar və s.) olur. 
Xətti şərti işarələr
 yer sətһində ensiz, dar zolaq şəklində uzanan müxtəlif 
obyektləri (yolları, çayları, kanalları və s.) və xətləri (zonanın, rayo nun sərһəd­
ləri  və  s.)  təsvir  etmək  üçün  işlədilir.  Zolaq  şəkilli  obyektlərin  eni  xəritənin 
miqyasından asılı olaraq bəzən miqyas üzrə, bəzən isə miqyassız təsvir olunur.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə