Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 
202 
 
 
 
Zәncirvari nüvә reaksiyasının baş vermәsinin zәruri şәrtlәri. Zəncirvarı nüvə 
reaksiyasının mövcud olmasının iki zəruri şərt ödənməlidir: 
1. Zəncirvarı reaksiyası zamanı neytronların artma әmsalı vahidə bərabər vəya 
ondan böyük olmalıdır. 
 Hәr hansı nәsildә olan neytronlar sayının ondan әvvәlki nәsil neytronlar sayına 
nisbәti neytronların artma әmsalı (k) adlanır: 
ә

Deməli, zәncirvarı nüvә reaksiyasının getmәsi üçün neytronların artma әmsalı 
1 olmalıdır. Əgər 
1 olarsa, bölünmə yaradan neytronların sayı getdikcə artar və 
idarə olunmayan – partlayışa səbəb olan zəncirvarı nüvə reaksiyası baş verər. Əgər 
1 olarsa, bölünmə yaradan neytronların sayı getdikcə azalar və reaksiya sönər. 
Əgər k=1 olarsa, bölünmə yaradan neytronların sayı dəyişməz qalar və idarəolunan 
zəncirvarı nüvə reaksiyası baş verər.  
2. Uranın kütləsi müəyyən minimal miqdarda – böhran kütlәsi qədər olmalıdır. 
Böhran kütləsi neytronların uran nüvələri ilə toqquşma imkanı yaradır, zəncirvarı 
reaksiyanın  baş  verməsini  təmin  edir.  Bu  kütlədən  kiçik  olduqda  neytronlar  uran 
nüvəsi ilə toqquşa bilmir. 
 Zәncirvarı nüvә reaksiyasının getmәsi üçün tәlәb olunan әn kiçik uran kütlәsi 
böhran kütlә adlanır.  
Böhran kütlə uran 
 izotopu üçün 48 kq, plutonium 
 izotopu üçün isə 
10 kq -dır.  
(a) 
LAYİHƏ


 
 

203 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

Atom bombası. Atom bombasının partladılması zəncirvarı nüvə reaksiyası sayə-
sində baş tutur. Orada bu reaksiyanın həyata keçirilməsinin ən sadə üsulu tətbiq edi-
lir. Bu məqsədlə hər birinin kütləsi böhran kütləsindən cüzi kiçik olan iki ağır nüvə 
maddəsindən  istifadə  edilir  (
b
):  birincisi,  uran-235  izotopundan  hazırlanan  metal 
kapsul, ikincisi, bu kapsulun daxilində yerləşdirilən plutonium-239 maddəsi. Böhran 
kütlələri az olduğundan onların hər bi-
rində ayrı-ayrılıqda zəncirvarı reaksiya 
getmir.  Lakin  bombanın  daxilində  ya-
radılan  kiçik  partlayış  bu  iki  maddəni 
birləşdirir, sürətli idarəolunmaz zəncir-
varı reaksiya, nüvə partlayışı baş verir. 
Partlayış  zamanı  temperatur  dərhal 
milyonlarla  dərəcəyə  yüksəlir,  metal 
uran  kapsulu  və  bütün  maddələr  bir 
anda  buxara  çevrilir.  Qaynar  plazma 
sürətlə genişlənirək qarşısına çıxan hər 
şeyi yandırır və dağıdır.   
 
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Verilən məsələnin şərti və izahlı həlli ilə tanış olduqdan sonra onun həllini tamamlayın.
 
Məsələ. Atom bombası partladıqda 48 kq uran -235 izotopunun zəncirvarı reaksisından 
nə qədər enerji ayrılar?  
İzahlı  həlli.  Uran  üçün  xüsusi  rabitə  enerjisi 
7,6
,  bölünən  orta  qrup  nüvə 
qəlpələrinin xüsusi rabitə enerjisi 
ö . ü .
8,5
  təşkil edir (bax: §4.9). Bu enerjilər 
arasındakı fərq: 
8,5
7,6
0,9

Hər bölünmə prosesində 236 nuklon iştirak etdiyindən bir uran 
 nüvəsinin bölünmə-
sindən ayrılan enerjinin miqdarı:
0,9
· 236
200

Kütləsi 1 kq olan uran -235 izotopu
N = 
, ·
2,6 · 10  sayda 
nüvədən ibarətdir. Bu nüvələrin bölünməsindən ayrılan ümumi enerjinin miqdarı:  
200 · 2,6 · 10
5,2 · 10
8,3 · 10

Təyin edin: atom bombası partladıqda 48 kq uran-235 izotopunun zəncirvarı reaksiya-
sından nə qədər enerji ayrılar?
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Zəncirvarı nüvə reaksiyası ... 
2. Neytronların artma əmsalı – ... 
3. Böhran kütlə – ... 
4. Atom bombası ... 
Nә öyrәndiniz 
(b) 
LAYİHƏ


 
 
204 
 
 
 
 
 
 
1. Hansı reaksiya zəncirvarı nüvə reaksiyası adlanır?  
2. Zəncirvarı nüvə reaksiyasının baş verməsi üçün zəruri şərtlər hansılardır? 
3. Atom bombasında hansı nüvə reaksiyası tətbiq edilir? 
4. Atom bombası ilk dəfə harada tətbiq olunmuş və  nə ilə nəticələnmişdir? 
 
 
 
 
 
 
1.  Hansı  qüvvәlәrin  hesabına  uran  nüvәsinin  bölünmәsindәn  alınan  nüvә  qәlpәlәri 
böyük sürәtlә bir-birindәn uzaqlaşır? 
2.  Zәrrәciklә  toqquşması  nәticәsindә uran nüvәsi  iki  qәlpәyә bölündü, bu  zaman 3 yeni 
neytron vә 
-şüalanması baş verdi: 
?
3

Uran nüvәsi hansı zәrrәciklә toqquşmuşdur? 
3. Hansı müddәa doğrudur? 
1- Uran nüvəsinin bölünməsi zamanı iki yeni nüvə qəlpəsi yaranır. 
2- Uran nüvəsinin bölünməsi zamanı külli miqdarda enerji ayrılır. 
3- Uran nüvəsinin bölünməsi zamanı yeni nəsil neytronlar yaranır. 
4- Uran nüvəsi protonlarla qarşılıqlı təsirdən asanlıqla bölünür. 
5- Uran nüvəsi neytronlarla qarşılıqlı təsirdən asanlıqla bölünür. 
A) 1, 2, 3 və 4      
B) 1, 2, 3 və 5       
C) 1, 3, 5     
D) 1, 2, 3, 4 və 5    
E) 1, 2, 5  
 
4. Hansı reaksiya nüvәnin zәncirvarı bölünmә reaksiyası kimi istifadә oluna bilәr? Nә 
üçün? 
1- 
İ
.       
2- 
4  
3- 
6  
5.  Atom  bombası  partladıqda  10  kq  plutonium  -239  izotopunun  zәncirvarı  reak-
siyasından nә qәdәr enerji ayrılar? 
 
 
 
 
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
Çalışma
 
4.6
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə