Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    protonun  kütləsindən  böyük  olan  və  elektrik  cəhətdən  neytral  ikinci  zərrəcik  də  olmalıdır.  Neytronun kәşfi



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə60/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

 
 
182 
 
protonun  kütləsindən  böyük  olan  və  elektrik  cəhətdən  neytral  ikinci  zərrəcik  də 
olmalıdır. 
Neytronun kәşfi.  1932-ci  ildə  berillium  elementinin  atomu  ilə 
-zərrəciklərin 
qarşılıqlı təsirini öyrənərkən yeni şüalanma aşkar edildi (
a
).  
 
 
 
Berillium şüalanması adlandırılan bu şüalar böyük enerjiyə və nüfuzetmə qabiliy-
yətinə malik olub, elektrik və maqnit sahələrində heç bir təsirə məruz qalmır. İngilis 
fiziki Ceyms Çedvik berillium şüalanmasının bu xassəsinə görə onun elektroneytral 
zərrəciklər selindən ibarət olduğunu müəyyən edir. Beləliklə, nüvənin tərkibinə daxil 
olan yeni zərrəcik – neytron (yəni, elektroneytraldır) kəşf edilir. O, hərfi ilə işarə 
olunur.  
Neytronun kütləsi təqribən protonun kütləsinə bərabərdir: m

= 1,6749

10
–27
 kq. 
Nüvәnin kütlә vә yük әdәdi. Neytronun kəşfindən dərhal sonra – 1932-ci ildə rus 
alimi Dmitri İvanenko və alman alimi Verner Heyzenberq nüvәnin proton-neytron 
modelini təklif etdilər. Bu modelə görə: 
 Atomun nüvәsi – proton vә neytronlardan ibarәt dayanıqlı әlaqәli sistemdir. 
Nüvәdәki proton vә neytronlar birlikdә nuklonlar adlanır. 
Bəs nüvənin dayanıqlığını nə təmin edir? Eyniadlı yüklü zərrəciklər nüvədə necə 
dayanıqlı qala bilir?  
Heyzenberq bu sualı nuklonlar arasında qeyri- elektrik təbiətli güclü nüvә qüvvәlә-
rinin mövcud olması ilə izah etdi. 
 Nüvә qüvvәlәri – zәrrәciklәri (proton vә neytronları) nüvәdә saxlayan qüvvәlә-
rә deyilir. 
Nüvə qüvvələri qeyri-elektrik təbiətli olub yaxınatəsir xarakterlidir. Belə ki, nüvə 
qüvvələrinin təsir radiusu nüvənin ölçüsü qədərdir: 
10
-dir. Nüvə qüvvələri 
bu məsafədə qiymətcə eyni işarəli yükə malik protonlar arasındakı itələmə xarakterli 
Kulon qüvvələrindən 1000 dəfələrlə böyükdür. 
 Nüvәnin kütlә әdәdi – nüvәdәki nuklonların ümumi sayına bәrabәrdir. O,  
hәrfi ilә işarә edilir. 
Kütlә әdәdi (A) = protonların sayı (Z) + neytronların sayı (N): 
A=Z+N. 
Bu ifadədən ixtiyari elementin nüvəsindəki neytronların sayı asanlıqla müəyyən 
edilə bilər:  
N=A – Z. 
Kütlə ədədi kimyəvi elementin yuxarı indeksində yazılır. 
(a)
LAYİHƏ


 
 

183 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 Nüvәnin yük әdәdi – nüvәdә olan protonların sayıdır. O, Z hərfi ilə işarə edilir 
və elementin aşağı indeksində yazılır.  
Beləliklə, ixtiyari kimyəvi element 
 şəklində ifadə edilə bilər. Burada X- kim-
yəvi elementin simvoludur. Məsələn, oksigen nüvəsi üçün kütlə ədədi A=16, yük 
ədədi isə Z=8 olduğuna görə belə yazılır: 
.  
Proton  kütlə  ədədi  1  atom  kütlə  vahidinə  (
1  . . .
1,6605 · 10
),  yük 
ədədi isə 1 elementar yük vahidinə bərabər olduğuna görə,   simvolu ilə işarə edilir. 
Neytron 
  simvolu  ilə  işarə  edilir:  kütlə  ədədi  1  a.k.v.,  yükü  isə  sıfıra  bərabər 
olduğundan. 
 
 
 
 
 
 
1. Hansı zərrəcik proton adlandırılır? 
2. Nə üçün nüvənin ikinci zərrəciyi neytron adlandırılır? 
3. Kimyəvi elementin nüvəsindəki neytronların sayını necə müəyyən etmək olar? 
4. Nə üçün müsbət yüklü protonlar arasında mövcud olan itələmə xarakterli Kulon qüvvələri 
onları bir-birindən uzaqlaşdırıb nüvəni dağıtmır? 
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Atomun nüvəsi –... 
2. Nuklon – ... 
3. Nüvənin kütlə ədədi –... 
4.Nüvənin yük ədədi –... 
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
Kimyəvi elementin simvolunun “oxunması”.
Məsələ
İki kimyəvi elementin simvoluna görə bu elementlərin uyğun xarakteristikalarını 
təyin edin: 
 
 Protonlarının sayı –… 
 Neytronlarının sayı –… 
 Elektronlarının sayı –... 
 Nüvənin yükü:
· 1,66 · 10

 Kütlə ədədi –... 
 Protonlarının sayı –… 
 Neytronlarının sayı –… 
 Elektronlarının sayı –... 
 Nüvənin yükü:
· 1,66 · 10

 Kütlə ədədi –... 
 
 
Araşdırma
2
LAYİHƏ


 
 
184 
 
 İ
ZOTOPLAR
 
 
 
 
 
 
 
İzotoplar. Eyni kimyəvi xassəyə malik olan və elementlərin dövri sistemində ey-
ni xanada yerləşən, lakin nüvələrinin kütlə ədədləri fərqli olan kimyəvi elementlər –
izotoplar adlandırılır. Təbiət elə qurulmuşdur ki, eyni bir kimyəvi element iki və ya 
daha çox izotop şəklində mövcud ola bilər. İzotoplar bir-birindən yalnız nüvələrin-
dəki neytronların sayına görə fərqlənir. Neytronlar elementin kimyəvi xassəsinə heç 
bir təsir göstərmədiyindən eyni elementin bütün izotoplarının kimyəvi xassələri eyni 
olur. Məsələn, hidrogenin üç izotopu mövcuddur: 
1
1
(protium) izotopunun nüvəsi 
yalnız 1 protondan ibarətdir. Onun nüvəsində neytron yoxdur.
2
1
(deyterium) izo-
topunun nüvəsi bir proton və bir neytrondan ibarətdir.  
3
1
(tritium) izotopunun nüvəsi 1 proton və iki neytrondan təşkil olunmuşdur 
(
a
).  Lakin  nüvəsində  neytronlarının  sayı  müxtəlif  olan  izotoplar  müxtəlif  fiziki 
xassəyə malikdir. Məsələn, ağır su – deyterium ilə oksigen birləşməsi  (
 və ya 
4.5 
 
Eşidəndə ki, arxeoloqlar Qəbələnin qədim 
məzarlığından 50 000 il yaşı olan insan 
sümükləri aşkar ediblər, fikrimizdən keçən 
ilk sual belə olur: 
 
 Görəsən, alimlər qədim 
tapıntıların yaşını belə 
dəqiqliklə necə təyin edirlər? 
 
Qədim tapıntının yaşını təyin etməkdə tarixçilərə kömək edək.
İşin gedişi:  
Verilən mətni diqqətlə oxuduqdan sonra arxeoloji qazıntıdan tapılan insan sümüklərinin 
yaşını özünüz təyin edə biləcəksiniz. 
Bir çox arxeoloji tapıntıların dəqiq yaşı radiokarbon üsulu ilə təyin edilir. Bu metod üzvi 
maddələrdə olan radioaktiv karbon C–14 izotopunun miqdarının təyininə əsaslanır. Bütün 
canlı  orqanizmlər  (insan,  heyvan,  bitki  orqanizmləri)  həyatda  yaşadıqları  müddətdə 
atmosferdən  eyni  miqdar  adi  karbonla  yanaşı  radiokarbon  C–14  izotopunu  da  qəbul 
edir.Öldükdən  sonra  orqanizmdə  toplanmış    radiokarbonun  dağılması  prosesi  başlayır. 
Əgər 5000 il əvvəl kəsilmiş ağacı müasir ağacla müqayisə etsək, məlum olar ki, qədim 
ağacda radiokarbon C–14-ün miqdarı tam 2 dəfə azdır. Beləliklə, radiokarbon C–14 üsulu 
ilə karbon tərkibli maddələrin 70 000 – 100 000 ilə qədərki yaşını təyin etmək olar”.   
Məsələ. 
Arxeoloqlar  qazıntılar  nəticəsində  qədim  məzarlıqdan  insan  sümükləri  aşkar 
etdilər. Tapıntının laborator analizi zamanı müəyyən olundu ki, qədim sümüyün tərkibində 
radiokarbon  C–14  izotopunun  miqdarı,  müasir  insan  orqanizmində  olan  radiokarbonun 
miqdarından 8 dəfə azdır. Tapıntının yaşını təyin edin. 
Nəticəni müzakirə edin: 
İzotop nədir? O, adi kimyəvi elementdən nə ilə fərqlənir? 
Radioaktiv izotop nədir?
 
 
Araşdırma
1
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə