Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
  1   2   3   4   5   6   7   8   9   ...   60


 
 

 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NAXÇIVAN BÖLMƏSİ 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ 
NAXÇIVAN UNİVERSİTETİ 
 
 
 
 
 
 
 
 
 
VƏLİ BAXŞƏLİYEV, FİZZƏ QULİYEVA 
 
 
 
 
 
 
NAXÇIVANIN TARİXİ ABİDƏLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-Nurlan-2017 


 
 

 
          Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur. 
 
 
 
 
 
 
 
     Elmi redaktor:                               Abbas Seyidov  
                                                              tarix üzrə elmlər doktoru,  professor  
     Rəyçilər:                                         Arif Məmmədov 
                                                              tarix üzrə elmlər doktoru, professor  
                                                             Gülnarə Qəmbərova  
                                                             memarlıq üzrə fəlsəfə doktoru  
 
 
 
 
İSBN 
 
 
 
 
Vəli Baxşəliyev, Fizzə Quliyeva. Naxçıvanın tarixi abidələri. Bakı: Nurlan, 
2017, 212 s. 
 
 
 
Dərslikdə  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  yerləşən  tarix  və 
mədəniyyət  abidələrindən  bəhs  edilmişdir.  Dərslikdə  e.ə.VII  minillikdən 
başlayaraq  Naxçıvanda  yaranan  qədim  yaşayış  yerləri  və  memarlıq  abidələri 
haqqında  məlumat  verilmişdir.  Dərslik  tədqiqatçılar,  müəllimlər  və  Universitet 
tələbələri üçün nəzərdə tutulmuşdur. 
 
 
                                                
                                                                                                                    
                                                   

 Vəli Baxşəliyev, Fizzə Quliyeva 


 
 

 
MÜNDƏRİCAT 
 
 
Giriş.................................................................................................................4 
I FƏSİL. Naxçıvanın qədim abidələri...........................................................10 
II FƏSİL. Dəmir dövrü abidələri...................................................................89 
III FƏSİL. Naxçıvan Erkən Orta əsr abidələri............................................122 
IV FƏSİL. Naxçıvanin IX-XV əsr abidələri...............................................140 
V FƏSİL. Naxçıvanın XVI-XVIII əsr abidələri..........................................183 
VI FƏSİL. XIX əsrin tarix-memarlıq abidələri...........................................198 
Nəticə...........................................................................................................212 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

 
GİRİŞ 
 
Naxçıvanın  ərazisinin  əlverişli  təbii-coğrafi  şəraiti  burada  insanların 
qədim  dövrdən  məskunlaşmasına  imkan  yaratmışdır.  Naxçıvanın  qədim 
tarixinin  tədqiqində  arxeoloji  abidələr  mühüm  yer  tutur.  Bu  abidələr  hələ 
XIX əsrin 70-ci illərindən tədqiqatçıların diqqətini cəlb etmişdir. O, dövrdən 
keçən  müddət  ərzində  Naxçıvanda  xeyli  arxeoloji  abidə  aşkar  olunmuşdur. 
Azərbaycan  öz  müstəqilliyinə  qovuşduqdan  sonra  abidələrimizin  tədqiqi, 
qeydə  alınması  və  qorunması  sahəsində  xeyli  işlər  görülmüşdür.  Naxçıvan 
MR  Ali  Məclisinin  sədri  Vasif  Talıbovun  “Naxçıvan  Muxtar  Respublikası 
ərazisindəki  tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və  pasportlaşması 
işinin təşkili haqqında” 2005-ci il 6 dekabr sərəncamından sonra bu sahəyə 
diqqət  daha  da  artırılmışdır.  AMEA  Naxçıvan  Bölməsi  əməkdaşlarının 
Naxçıvan Dövlət Universiteti əməkdaşları ilə birlikdə apardığı məqsədyönlü 
tədqiqatlar  nəticəsində  Muxtar  Respublika  ərazisində  1200-dən  artıq    tarix 
və  mədəniyyət abidəsi qeydə alınmışdır ki, onların  da əksəriyyəti arxeoloji 
abidədir.  Arxeoloji  abidələr  Naxçıvanın  qədim  və  Orta  əsr  tarixinin 
öyrənilməsi  üçün  dəyərli  mənbədir.  Bu  abidələr  Naxçıvanın  qədim  tarixini 
Daş  dövründən  başlayaraq  izləməyə  imkan  verir.  Muxtar  respublika 
ərazisində  qədim  Daş  dövrünə  aid    bir  neçə  daş  alət  və  nukleuslar  vardır. 
Belə tapıntılar Ovçulartəpəsindən və Şahtaxtı ərazisindən aşkar olunmuşdur. 
Naxçıvanda  Daş  dövrünün  geniş  tədqiqatlarla  öyrənilmiş  abidəsi  Qazma 
mağarasıdır.  
Daş  dövrünün  sonrakı  mərhələsi  kifayət  qədər  tədqiq  edilməmişdir. 
Babək rayonunda  yerləşən I Kültəpə abidəsinin alt təbəqəsi Neolit dövrünə 
aid  edilmişdir.  2011-ci  ildə  aparılan  araşdırmalar  zamanı  Sədərək  yaşayış 
yerindən  Neolit  dövrünə  aid  daş  toxa  aşkar  olunmuşdur.    Naxçıvanda 
istehsal  təsərrüfatının formalaşması və inkişafı, qədim mədəniyyətlərimizin 
Şərq ölkələri ilə əlaqələrinin öyrənilməsi üçün  Neolit və Eneolit abidələrinin 
tədqiqinin  olduqca  mühüm  əhəmiyyəti  vardır.  İndiyədək  arxeoloji 
qazıntılarla  yalnız  I  Kültəpə  abidəsində  Neolit  dövrünün  sonu  və  erkən 
Eneolit  mədəniyyətinə  aid  maddi-mədəniyyət  qalıqları  öyrənilmişdir.  Sirab 
ərazisində  aparılan  araşdırmalar  zamanı  xeyli  Eneolit  abidəsinin  aşkar 
olunması bu dövrə aid abidələrin Naxçıvanda geniş yayıldığını göstərdi. Onu 
da  qeyd  etmək  lazımdır  ki,  Cənubi  Qafqazda  qədim  əkinçilik 
mədəniyyətlərinin öyrənilməsi məhz Naxçıvan Kültəpəsindən başlamışdır.  
Neolit  və  Eneolit  dövrü  abidələri  arasında  I  Kültəpə,  Ovçulartəpəsi, 
Yeni  yol,  Şorsu,  Zirincli  və  Uçan  Ağılda  geniş  qazıntılarla  öyrənilmişdir. 
Araşdırmalar  e.ə.VI-IV  minilliklərdə  Naxçıvanda  məkunlaşan  qədim 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə