Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

 
 
40 
 
dörd insan skeleti aşkar olunmuşdur. Bu skeletlər istifadə olunan daş alətlərə 
əsasən  e.ə.  III-II  minilliklərə  aid  edilmişlər.  Bu  alətlər  I  Kültəpə  və  II 
Kültəpənin    dəqiq  stratiqrafik  kontekstlərindən  aşkar  olunan  daş  çəkiclərlə 
bənzərdir. 
 
            
 
 
   Şəkil 24. Kür-Araz mədəniyyətinə aid keramika (Duzdağ). 
 
Lakin 2007-ci ildə Fransız-Azərbaycan ekspedisiyasının qısamüddətli 
araşdırmaları  zamanı  yatağın  cənub  ətəklərindən  Eneolit  və  Kür-Araz 
keramikasının  aşkar  olunması  mədənin  istismarının  daha  erkən  başladığını 
ehtimal etməyə imkan verirdi. Daha əhatəli məlumat əldə etmək üçün 2008-
ci ildə sistemli araşdırmalara başlanıldı. 


 
 
41 
 
Duzdağında  aparılan  iş  Ovçulartəpəsi  yaşayış  yerinin  tədqiqi  ilə  sıx 
bağlıdır. Bu yaşayış yerində aparılan araşdırmaların əsas məqsədlərindən biri 
Son  Eneolit  və  Erkən  Tunc  dövrü  cəmiyyətlərinin  iqtisadi  və  yaşayış 
strategiyasının müəyyənləşdirilməsindən ibarət idi. 
 
          
 
 
         Şəkil  25. Dəmir dövrünə aid keramika (Duzdağ). 
 
Duzdağında  aparılan  araşdırmaların  əsas  məqsədlərindən  biri  duz 
mədənlərində  erkən  istismar  izlərini  aşkar  etmək,  tarixəqədərki  dövrün  son 
mərhələsində  duzun  çıxarılması üsullarını  müəyyən etməkdən ibarətdir. Bu 
vəzifə  mədənlərdə  işlənmə  izlərinin  bərpası,  həmçinin daş alətlərdə aşınma 


 
 
42 
 
izlərinin  tədqiq  edilməsi  ilə  mümkün  olmuşdur.  Tədqiqat  zamanı  müəyyən 
zaman  ərzində  duz  çıxarılmasını  bərpa  etmək,  əsas  texnoloji  və  istehsal 
kəsintilərinin  eyniləşdirməyinin  mümkünlüyü  araşdırılmışdır.  Beləliklə 
tədqiqatın  bir  hissəsi  istehsal  infrastrukturları  üzərində  cəmləşdirilmiş, 
onların korrelyasiyası gil qab parçaları, makro və mikro daş  alətlər əsasında 
aparılmışdır. 
İrimiqyaslı  topoqrafik  xəritələr  əldə  etmək  mümkün  olmadığından 
bütün  tapıntılar  və  arxeoloji  strukturlar  peyk  təsvirlərinin  ləkəsi  üzərində 
yerləşdirilmişdir.  Bu  təsvir  istifadəyə  yararlı  duz  laylarının  müəyyən 
edilməsində böyük köməklik göstərmişdir, belə ki duzun içərisində saxlanan 
su  infraqırmızı  diapozonda  aydın  şəkildə  görünür.  Bu  həmçinin  duz 
laylarının  az  olduğu    kolluvium  sahələri  müşahidə  etməyə,  hidroqrafik 
nümunələrin  çıxışlarını  müəyyənləşdirməyə  kömək  edir.  Araşdırmalara 
yekun  vuraraq  demək  olar  ki,  Duzdağı  başlıca  olaraq  suyun  çəkilməsi  ilə 
formalaşmış  və  bir-birindən  minimal  məsafədə  olan  duz  zonalarından 
ibarətdir. 
 
 
          
 
            
 
         Şəkil 26. Əmək alətləri (Duzdağ). 
 
Əgər  Duzdağında  olan  keramika  məmulatını,  kiçik  daş  alətləri 
araşdırmalar  zamanı  toplamaq  mümkündürsə,  böyük  daş  alətləri  toplamaq 
mümkün deyil. Onlar çox olmaqla bərabər, həmçinin ağırdır. Parçalar istisna 
olmaqla  daş  alətlərin  ən  kiçiyi  bir  kiloqramdır.  Daş  gürzlərin  ağırlığı  10 
kiloqrama  qədərdir,  lakin  onların  bəzisinin  ağırlığı  60  kiloqrama  çatır.  Bu 


 
 
43 
 
çətinliyi  aradan  qaldırmaq  üçün  hər  bir  alətin  yerindəcə  şəkili  çəkilmiş  və 
sonra bu tipologiya əsasında qeydə alınmışdır.  
  
2008-ci  ildə  Duzdağ  yatağının  ilk  araşdırılması  zamanı  əsas  məqsəd 
arxeoloji  qazıntının  yerini  müəyyən  etmək  idi.  Araşdırmalar  göstərdi  ki, 
arxeoloji  tapıntılar,  demək  olar  ki,  Duzdağ  yatağının  hər  yerində,  gil 
çöküntülərinin  üç  başlıca  səviyyəsinə  uyğun  olaraq  yayılmışdır. 
Araşdırmalar  göstərmişdir  ki,  təpənin  yalnız  ağ-yaşıl  rəngli  gil  qatları  duz-
mədən  sənayesi  üçün  əlverişlidir.  Qırmızı  zolaqlar  çöküntülərin  daha  qaba 
və  lilli  laylarındandır.  Burada  yatağı  formalaşdıran  duz  kristalları  kifayət 
miqdarda  toplanmamışdır.  Onları  mədən  sənayesinin  ənənəvi  üsulları  ilə 
istismar etmək çətindir. 
  
Arxeoloji tapıntılar Duzdağında Şimaldan Cənuba doğru 3 km-lik bir 
məsafədə  yayıldığından  qazıntının  yerini  və  həcmini  müəyyən  etmək 
olduqca əhəmiyyətli idi. Keramika parçaları və kiçik daş alətlər Duzdağdan 
kənarda, o cümlədən Cəhri Xoru adlanan hissədən də tapılmışdır. Bu ərazi, 
böyük  ehtimalla,  şaxtaçıların  içməli  suya  olan  tələbatını  ödəmək  üçün 
müvəqqəti olaraq dayandıqları yerdir. 
 
    
 
 
   Şəkil 27. Duzdağda tədqiqatlar. 
 
Mədənlərin  arxeoloji  araşdırmalarla  müəyyən  olunmuş  ölçüsünə 
uyğun  olaraq,  təpənin  müxtəlif  hissələrində,  “pəncərə”  adlandırılmış  yeddi 
sahə intensiv tədqiqat obyektinə çevrilmişdir. Pəncərələrin yerinin müəyyən 


 
 
44 
 
edilməsi  müxtəlif  kriteriyalara  –  arxeoloji  tapıntıların  toplanmasına, 
infrastruktur  istismarının  tiplərinə  [tunel,  karxana],  duz  yataqlarının 
yaxınlığı  və  müasir  baxımdan  onlar  əldə  etmək  imkanlarına  [yolların 
mövcudluğu  və  s.]  əsaslanmışdır.  Pəncərələrin  formasının  və  ölçüsünün 
müəyyən  edilməsində  mövcud  dağ  silsiləsi  və  vadilər  nəzərə  alınmaqla 
arxeoloji  tapıntıların  potensial  trayektoriyasının  izlənməsinə  əsaslanmışdır. 
Tapıntıların bəzən sürüşüb yerini dəyişməsi də nəzərə alınmışdır. Beləliklə, 
duz  mədəninin  özündə  bilavasitə  altı  pəncərə  müəyyənləşdirilmiş,  yeddinci 
pəncərəyə isə Cəhri Xorunun ətrafındakı duz təzahürləri aid edilmişdir. 
 
  
 
 
  Şəkil 28. Üyütmə daşı (Duzdağ). 
 
Toplanılan materiallar peyk  təsvirləri, yaxud havadan çəkilən rəngli 
fotorəsmlər üzərində işlənib hazırlanmışdır. 
Hər  bir  pəncərədən  götürülmüş  faktiki  arxeoloji  materiallar  –  böyük 
daş  alətlərdən  tutmuş  kiçik  keramika  parçalarınadək  [diaqnostik,  yaxud 
qeyri-diaqnostik]  bütün  tapıntılar  dəqiqliklə  GPS  vasitəsi  ilə  qeydə 
alınmışdır.  Digər  tərəfdən  seçilmiş  sahələrdən  kənarda  qalanlar  ilkin 
tədqiqata cəlb edilmişdir.  
Duzdağında  aşkar  olunan  arxeoloji  materiallar  çoxsaylı  və  müxtəlif 
formalı  olması  ilə  fərqlənir.  Onlar  Türkiyədəki  Tuzlucada  olduğu  kimi, 
yalnız  bütün  yataq  boyu  izlənən  infrastrukturlardan  ibarət  deyil  Xoy-
Duzdağına  oxşar  vəziyyətlə  təpənin  ətəyi  boyunca  yayılan  arxeoloji 
tapıntılardan  ibarətdir.  Sonuncudan  fərqli  olaraq  Naxçıvan  mədənlərindən 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə