Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə14/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

 
 
45 
 
yalnız  keramika  parçaları  deyil,  həmçinin  kiçik  və  böyük  daş  alətər  aşkar 
olunmuşdur.  Təsadüfi  olaraq  tapılan  mis  və  dəmir  qalıqlarına  da 
rastlanmışdır. 
Mədən  sənayesinin  ən  maraqlı  infrastrukturları  ehtimal  ki,  qədim 
tunellər  olmuşdur.  Onlar  duz  yatağının  ağ-yaşıl  rəngli  laylarında 
səpələnmişdir. Havadan çəkilmiş rəsmlərdən göründüyü kimi bu tunellər duz 
yatağının  ortasında  bir-birinin  yaxınlığında  qazılmışdır.  İndiyədək  qeydə 
alınan tunellərin hamısı dağılmışdır, lakin onlardan biri saxlanmışdır. Onun 
uzunluğu  4  m,  eni  1,10  m-dir.  Tunelin  içərisindən  heç  bir  tapıntı  əldə 
edilməmişdir, belə ki tunelin döşəməsi qalın çınqıl qatı ilə örtülmüşdü. Digər 
mühüm tapıntı tunelin girişində qayada sütunun yonulması idi. Bu tunel də 
dağılaraq sütunun kapitelinədək çınqılla dolmuşdu, lakin maraqlıdır ki, o da 
müasir  şaxtaya  aparan  əsas  dəhlizdən  kənarda  yerləşən  digər  sütulara 
bənzəyirdi.  Kür-Araz  dövrünə  aid  keramika  parçalarına  əsasən  onları  eyni 
dövrlə  tarixləndirsək,  demək  olar  ki, biz  Son  Eneolit və Erkən  Tunc dövrü 
ilə üst-üstə düşən mədən sənayesinin şəbəkəsi ilə rastlaşmışıq.  
 
  
 
 
  Şəkil 29. Əmək alətləri (Duzdağ). 
 
Araşdırmalar zamanı 1-ci Pəncərədə iki yerdə açıq mədən izləri qeydə 
alınmışdır,  onların  birindən  Orta  əsrlərə  aid  keramika  nümunələri  aşkar 
olunmuşdur.  2007-ci  ildə  bizim  apardığımız  araşdırmalar  zamanı  öyrənilən 
ikinci  belə  emal  sahəsi  təpənin  cənub  yamacında  yerləşirdi,  lakin  ən 


 
 
46 
 
maraqlısı  2010-cu  ilin  araşdırmaları  zamanı  4-ci  Pəncərədə  aşkar  olunan 
karxana  idi.  Aşkar  olunan  minlərlə  Orta  əsr  keramikası  içərisində  XII-XIII 
əsrlərlə aid yaşıl rəngli şirli keramika, naxışlanmış kasalar da var idi.  
 
      
 
 
      Şəkil 30. Əmək alətlərinin hazırlanması (Duzdağ). 
 
Duzdağda  aparılan  araşdırmaların  əsas  məqsədlərindən  biri 
infrastrukturların  istismar  tarixinin  müəyyənləşdirilməsi  olmuşdur.  Bu, 
arxeoloji  tapıntılar,  tunellər  və  karxanalar  arasındakı  korrelyasiyanın 
incəliklə öyrənilməsini tələb edir.  
Duzdağından  aşkar  olunmuş  tapıntılar  arasında  geniş  funksional  və 
morfoloji  diapozona  malik  olan  böyük  daş  alətlər  xüsusilə  diqqətçəkicidir. 
Mikro daş alətlər onlara nisbətən daha azdır. Onlar başlıca olaraq obsidianın 
qəlpələnməsi  zamanı  meydana  gələn  parçalardan  ibarətdir.  Kiçik  bıçaqvari 


 
 
47 
 
alətlər azdır. 2011-ci ilin mövsümündə 7-ci Pəncərədən daha təkmil obsidian 
tiyəsi  tapılmış,  lakin  hələlik  analiz  olunmamışdır.  Çaxmaqdaşı  alətlər 
olduqca məhdud miqdardadır. 
Duzdağ mədənlərində duzun çıxarılması və ilkin emalı üçün minlərlə 
böyük daş alətlərdən istifadə edilmişdir. Formasına, həcminə və daş cinsinə 
görə  fərqlənən  bu  alətlər  duz  çıxarılan  zonalarda  toplanmış  keramika  ilə 
birlikdə  rastlanmışdır.  Bu  alətlərin  GPS-lə  sistematik  qeydiyyatı  2008-ci 
ildən  başlamışdır.  2011-ci  ildə  duz  mədəninin  müxtəlif  hissələrindən  əldə 
edilən  [Pəncərə  1  –  7  ]  səkkiz  yüzdən  artıq  alət  qeydə  alınaraq  bilavasitə 
ərazidə  və  laboratoriyada  tədqiq  edilmişdir.  Duzdağ  mədənində  duzun 
istismarı  və  emalında  bu  alətlərin  dəqiq  funksiyasını  müəyyən  etmək  üçün 
onlar tam texnoloji analiz edilərək alətlərdəki işlənmə izləri araşdırılmışdır. 
İlkin araşdırmalar göstərir ki, bu alətlərin əksəriyyəti çay daşlarından, 
ola  bilsin  ki,  Duzdağın  üzərində  yerləşən  allyuvial  yataqların 
çöküntülərindən  hazırlanmışdır.  Toplanan  materialların  80  faizi  daş 
çəkiclərdir.  Onların  xammalı  müxtlif  mənbələrdən  götürülmüşdür.  Qumlu 
çaydaşı,  qranit  və  bazalt,  ehtimal  ki,  Duzdağı  təpəsinin  səthində  saxlanan 
allyuvial  yataqlardan,  ya  da  Naxçıvançaydan  gətirilmişdir.  Lakin  müəyyən 
tip  çəkiclərin  istehsalı  üçün  dolorit  və  qabbro  ailəsinə  məxsus  daş  cinsləri 
istifadə  edilmişdir.  Bu  tip  daş  cinsləri  göstərir  ki,  mədənçiləri  xammalla 
təmin etmək üçün müəyyən təşkilati işlər görülmüşdür. Belə ki, bu daşların 
ən  yaxın  geoloji  mənbələri  Şahbuz  rayonundan  iyirmi  kilometr  şimalda 
yerləşir.  
Çəkiclərin  funksional  xüsusiyyəti  göstərir  ki,  müxtəlif  dövrlərdə  daş 
duzun çıxarılmasında fərqli üsullardan istifadə edilmişdir. Bəzi çəkiclər sadə 
çay  daşlarıdır,  onlar  işlənmədən  birbaşa  istifadə  edilmişdir.  Bəzilərinin  hər 
iki üzündə sadə işlənmə izləri vardır. Lakin onların əksəriyyətinin uc, yan və 
üz  tərəflərində  dərin  batıq  zolaqlardan  ibarət  əyri  və  düz  xətlərin  müxtəlif 
konbinasiyasına rast gəlinir. Bu sadə və mürəkkəbləşdirilmiş kombinasiyalar 
onların insan əlinə  adaptasiyası ilə bağlı olmuşdur. Bəzən  onlarla  kiloqram 
ağırlığında olan ağır daş alətlər əldə tutmaq üçün əlverişli deyil. Ona görə bu 
tip alətlərin baş tərəfində olan üfiqi və şaquli batıq xətlər, büyük ehtimalla, 
ip bağlamaq üçün nəzərdə tutulmuşdur.  
Çəkiclərdən  istifadə  üsullarının  müxtəlifliyi  və  onların  təkrar 
istifadəsi  də  işin  təşkilində  müxtəlif  üsullardan  istifadə  olunduğunu  təsdiq 
edir.  Dolerit  və  qabbro  cinsli  daşlardan  hazırlanan  alətlər  I  Kültəpə  və  II 
Kültəpə  yaşayış  yerlərinin  Kür-Araz  mədəniyyətinə  aid  təbəqəsindən  aşkar 
edilmişdir.  Onlar  ustalıqla  hazırlanaraq  cilalanmış  və  uca  doğru 
ensizləşdirilmişdir. Çıxarma zonaları ilə parallel yerləşən iş yerlərində qalan 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə