Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

 
 
101 
 
qalanı  inşa  edən  arxitektorlar  və  daşyonanlar  haqqında  müəyyən  fikirlər 
deməyə  imkan  verir.  Belə  hesab  edirik  ki,  qalanın  müxtəlif  hissələrinin 
tikilməsinə  ayrıca  şəxslər  cavabdeh  olmuş  və  tikintidə  Urartu  qalalarında 
olduğu kimi heç bir standartlaşdırmaya ehtiyac duyulmamışdır. 
Şimal  müdafiə  divarlarının  daş  istehkamları  bəzi  yerlərdə  2  m 
yüksəkliyində  saxlanmışdır.  Lakin,  ümumiyyətlə,  onların  hündürlüyü  1-1,5 
m-dən aşağı olmuşdur. Əlavə olaraq bu istehkamların üzəri ölçüləri 40 X 40 
X  20  sm  olan  kərpic  tikinti  ilə  tamamlanmışdır.  Onlar  həm  inşa  olunmuş 
divarların  hündürlüyünü  yüksəltmiş,  həm  də  divarlar  üçün  terras  rolunu 
oynamışdır.  Divarların  daş  fasadı  arxadan  çınqılla  doldurulurdu.  Kərpic 
tikintilər  daş  təməl  üzərində  inşa  olunurdu.  Oğlanqalanın  şimal  tərəfinin 
araşdırılması göstərir ki, bu hissə kərpic terraslardan ibarət olmuş, divarların 
möhkəmliyini artıran çınqıl, daş divarlar kimi əsas tikinti materialı olmuş və 
təqribən e.ə. 800-cü ildə tikilmişdir. Terraslanmış sahənin ölçüsü təqribən 78 
X  164  m  olmuşdur.    Sitadelin  xarici  divarı  ilə  müdafiə  divarı  arasındakı 
yüksəklik  35  m  olmuşdur.  Bu  2,  42  ha  olan  sahənin  terraslaşdırılmasına, 
karxana işlərinə, böyük əhəng blokları və  milyonlarla kərpicin daşınmasına 
xeyli  işçi  qüvvəsi  cəlb  edilmişdir.  Bu  təqribən  milyonlarla  işçidən  ibarət 
böyük  işçi  qüvvəsi  tələb  edirdi.  Bu  tikinti  layihəsinin  monumentallığı  IV 
Dövr  Oğlanqala  liderlərinin  böyük  qüvvəsindən  xəbər  verir.  Tikintinin 
möhtəşəmliyi özlüyündə siyasi hakimiyyətin qüdrətini göstərir.  
Araşdırma  zamanı  şimal-şərq  tərəfdə  qapı  olduğu  zənn  edilən  bir 
boşluğa rast gəlinmişdir. Bu boşluğun eni 8, 3 m idi. IV Dövrdə burada inşa 
olunan  divar,  ehtimal  ki,  sitadelə  gedən  orijinal  qapı  olmuşdur.  Bu  divarın 
şimal  yamacın  ən  əlverişli  mövqeyində  yerləşməsi  irəli  sürülən  ehtimalı 
təsdiq  edir.  Əlavə  olaraq  demək  olar  ki,  burada  çay  daşlarından  işlənmiş 
təmələ  rastlanmamış,  çay  daşlarını  kiçik  hissələrə  bölünmüş  əhəng  daşı  ilə 
birləşdirən  başqa  bir  üsuldan  istifadə  edilmişdir.  Bu  aralıqda,  qərb  tərəfdə 
ana  qaya  üzərində  açılmış  oyuq,  böyük  ehtimalla  qapı  oxu  üçün  nəzərdə 
tutulmuşdur. Bu pilləkənli sahə, ola bilsin ki, III Dövrdə sitateldə rastlanmış 
divara bənzər tikinti zamanı doldurulmuşdur. IV Dövrün son cərgələri kiçik 
həcmli  yastı  daşlarla  işlənmiş  və  səviyyəni  düzəltmək  üşün  istifadə 
edilmişdir. Bu tikintinin üzərinə iki cərgə kərpic tikinti, ondan sonra isə üç 
cərgə  böyük  daş  bloklar  qoyulmuşdur.  Daş  blokların  əksəriyyəti  IV 
Dövrdəki  bənzərlərinə  nisbətən  çox  kiçik  idi.  Ümumiyyətlə,  yan-yana 
qoyulmuş  20-30  sm
2
  ölçülü  daşlar  pis  inşaat  texnikasından  xəbər  verirdi, 
belə ki, bu tikintidə daşların bir çoxu bloklarla uyğun deyildi. 
Ərazisi  1,2  ha  olan  sitadelin  əsas  binası  şimal  tərəfdə  yerləşir  və 
təqribən  4700  m

sahəni  əhatə  edir.  Burada  Sovet  dövründə,  1988-1989-cu 


 
 
102 
 
illərdə  və  bizim  2008-2011-ci  illərdə  apardığımız  araşdırmalar  zamanı 
binanın  1800  m
2
  sahəni  əhatən  edən  hissəsi  açılmışdır.  Radiokarbon 
analizlər göstərir ki, sitadel, əvvəlcə, təqribən e.ə. 800-cü ildə Oğlanqala IV 
dövründə  tikilmişdir.  Bu  bürclərin  və  müdafiə  istehkamlarının  yaradılması 
ilə  üst-üstə  düşür.  İstehkamların  inşasında  istifadə  edilən  tikinti  üsulları 
həmçinin sitadeldə istifadə olunmuşdur. 
Oğlanqalanın IV Dövrünə aid sarayı ölçüləri 33 X 34 m, yaxud 1122 
m

olan böyük daxili həyətin ətrafında inşa olunmuşdur. Bu demək olar ki, 
Türkiyədəki  Altıntəpə  məbədini  əhatə  edən  daxili  həyətlə  eyni  ölçüdədir. 
Daxili  həyət,  ehtimal  ki,  sitadeldə  ən  mühüm  ictimai  yerlərdən  biri 
olmuşdur.  Onun  hədsiz  dərəcədə  böyük  ölçüsü  qala  hökmdarının  güclü 
siyasi hakimiyyətini göstərir. Daxili həyətdən şərqə doğru bir neçə uzunsov, 
ensiz binalar aşkar edilmişdi.  
Biz  daxili  həyətdə  IV  Dövrə  aid,    qalanın  inzibati  funksiyaları  ilə 
bağlı olan böyük küplərin qalığına və Azərbaycanda ən qədim mixi yazı olan 
keramika  üzərindəki  kitabələrə  rast  gəldik.  Lakin  heç  bir  təsərrüfat  küpü 
bütövlükdə  aşkar  edilmədi.  Təsərrüfat  küplərinin  parçaları  bədii  cəhətdən 
olduqca yüksək səviyyəli hazırlanmışdı. Üzərində mixi yazı olan parçalar isə 
demək  olar  ki,  bu  sahənin  bütün  kontekstlərindən  aşkar  olunurdu.  Küplərin 
üzərində  fraqment  halındakı  yazılar,  şübhəsiz  ki,  onların  tutumunu 
göstərirdi.  Biz  rəqəmlərə  aid  a-q  [ar]  və  ru  kimi  bəzi  işarələri  bərpa 
olunmuşdur, ehtimal ki, onlar   aqarqi i terusi işarələrini və  həcm ölçüsünü 
bildirmişdir. 
2011-ci il mövsümündə tədqiqatlar zamanı şərqdə sitadelin IV Dövrə 
aid istehkamları aşkar olunmuşdu. Burada  müəyyən ara verilməklə divarlar 
qərbə doğru yönəlmişdi. Bu divarlar arasındakı məsafə qeyri-müntəzəm olub 
şərqə  doğru  6,5  m  –  dən  7,5  m  –  dək  genişlənirdi.  Ehtimal  ki,  bu  tikinti 
sitadelə  daxil  olan  əsas  girişin  qalığıdır.  Burada  aparılan  qazıntılar  zamanı 
daha  əvvəlki  dövrə  aid  divar  qalıqları  aşkar  olunmuşdur.  Lakin  divarların 
əksəriyyəti kobud işlənmiş standart  əhəngdaşı bloklarından inşa edilmişdir. 
Bu  tip  tikinti  texnikası  istehkamın  və  sitadelin  inşasında  izlənmişdir.  Bu 
divarda  da  ustalıqla  yonulmuş  yeddi  daş  blok  var  idi,  onların  ikisi 
standartlaşdırılmış formada olub 90 Х 60 sm və 45 Х 60 sm ölçüdə idi. Bu 
tip  daş  bloklar  Bastam,  Torpakqala,  Çavuştəpə,  Ayanis  daxil  olmaqla 
Türkiyə ərazisindəki Urartu  yaşayış yerlərində və Şimal-Qərbi İranda aşkar 
edilmişdir.  Bu  bloklar  Oğlanqalada  olduğu  kimi  inzibati  binanın  təməlinin 
inşasında  istifadə  edilmişdir.  Torpaqqalada  belə  bloklardan  inşa  edilmiş 
platforma  üzərində  Xaldinin  məbədi  inşa  olunmuşdur.  Ayanisdə  bu  tip 
texnika  sitadelin  cənub  istehkamlarının  təməlinin  inşasında  istifadə 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə