Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

 
 
108 
 
Məlum  оlduğu  kimi,  аyаqlаrı  qаrnınа  qаtlаnmış  hеyvаn  fiqurlаrı 
qədim  Şərq  incəsənəti  üçün  xаrаktеrikdir.  Bu  tip  kеçi  təsvirlərinə  Rаs-
Sаmrа,  Qеzеr  və  Аğаеvlərdən  tаpılmış  möhürlər  üzərində  rаstlаnır.  Lаkin 
bizim  nümunə  müəyyən  оxşаrlıqlаrа  bаxmаyаrаq,  оnlаrdаn  tаmаmilə 
fərqlənir. Burаdа kеçinin аyаqlаrının bükülməsi Mаnnа-Skif incəsənəti üçün 
xаrаktеrik fоrmа аlmışdır. Еhtimаl ki, möhür Mаnnа və Skiflərlə bаğlı оlаn 
hökmdаrа  аid  оlmuşdur.  Hər  iki  tаpıntını  tipоlоji  bənzərlərinə  əsаsən  е.  ə. 
VIII-VII əsrlərə аid еtmək оlаr. 
 
 
 
 
 
 
Şəkil 69. Fərhad evi qaya məzarı. 
 
    
Naxçıvan Antik dövr abidələri.  Makedoniyalı İsgəndərin ölümü və 
Makedoniya 
imperiyasının 
parçalanmasından 
sonra 
Azərbaycanın 
cənubunda  Atropatena,  şimalında  isə  Albaniya  dövləti  yarandı.  Naxçıvanın 
bu  dövrə  aid  tarixinə  aid  yazılı  mənbələr  yoxdur.  Naxçıvan  şəhəri 
yaxınlığındakı  Əliabad  kəndi  ərazisindəki  küp  qəbirlərin  birində 
Makedoniyalı İsgəndərə aid gümüş sikkənin  aşkar olunması Naxçıvanın bu 
imperiya  ilə  əlaqələrinin  olduğundan  xəbər  verir.  Bu  abidənin  maddi-
mədəniyyət  nümunələri  ilə  Qafqaz  Albaniyasının  mədəniyyəti  arasında 


 
 
109 
 
müəyyən bənzərlik vardır. Bu dövrdə Naxçıvan ərazisində küp qəbirlərə və 
daş qutulara rast gəlinir. Naxçıvanda Antik dövrə aid Albantəpə, Qoşatəpə, 
Axura  Kültəpəsi,  Qalacıq,  Meydantəpə  yaşayış  yerləri  və  qəbir  abidələri 
qeydə alınmışdır. 
 
 
 
Şəkil 70. İkinci Qız qalası (Şərur). 
 
Bu  dövrün  geniş  tədqiq  olunan  abidəsi  Oğlanqaladır.  Oğlanqaladan 
aşkar  olunan  maddi-mədəniyyət  nümunələri,  xüsusilə  sütunlar,  sütun 
altlıqları və keramika Atropatenanın mədəniyyəti üçün xarakterikdir. 
Əldə  olunan  dəlillər  e.  ə.  400-250  –ci  illərdə  Oğlanqala  sitadelinin 
yenidən  məskunlaşdırıldığını,  III  Dövr  memarlarının  saray  binasını  bərpa 
etmək  istədiyini  göstərir.  III  Dövrün  sarayı  həmin  ərazini  əhatə  edirdi  və 
əvvəlki  dövrlərdəki  strukturların  düzəldiməsi  ilə  inşa  edilmişdi.  Onun 
düzgün  formada  inşa  edilmiş  bəzi  divarları  IV  Dövr  arxitekturasını  bərpa 
etmişdi,  lakin  daxili  həyətin  şimal,  cənub  və  şərq  divarları  III  Dövrdə 
yenidən  istifadə  olunmuş,  yaxud  yenidən  inşa  edilmişdi.  Ümumiyyətlə,  III 
Dövr sarayının binaları çoxsaylı və kiçik həcmlidir. III Dövrün daş hörgüləri 
özündən  əvvəlki  IV  Dövrdəkindən  daha  az  möhtəşəmdir.  III  Dövr 
divarlarının  bənnaları  gil  məhlulu  ilə  bərkidilmiş,  yonulmamış  kiçik 
daşlardan istifadə etmişlər. Divarların düzəldilməsi üçün kiçik daşlardan da 
istifadə  edilməmişdir  və  divarlar  IV  Dövrdəkilərə  nisbətən  ensizdir. 


 
 
110 
 
Divarların eni 1 və 2 metrlər arasında dəyişir, tikintinin əksər hissələrində isə 
1  metrdir.  Stratiqrafik  dəlillər  göstərir  ki,  III  Dövr  arxitektorları  inşaat 
apararkən  IV  Dövrə  aid  maddi  qalıqları  dağıtmışlar.  Onlar  IV  Dövr 
bənnalarının  inşa  etdiyi  sahəni  doldurmuş  və  III  Dövrün  kərpic  teretuarları 
birbaşa  ana  qaya  üzərində  deyil  torpağın  üzərində  inşa  olunmuşdur.  Lakin 
daş  hörgülər  əvvəlki  kimi  möhtəşəm  deyildilər  və  əlimizdə  olan  faktlar 
onların tamamlanmış hissələrinin çox gözəl görünüşə malik olduğunu təsdiq 
edir.  Bu  binanın  müxtəlif  yerlərində,  xüsusilə  III  Dövrün  qərb  və  şərq 
hissələrində yonulmuş daşlardan istifadənin əlamətləri qalmışdır. Yonulmuş 
daşlar  əvvəlki  dövrdə  olduğu  kimi  Qaratəpə  dağının  əsasını  təşkil  edən  və 
arxitekturada  geniş  istifadə  edilən  mərmərləşmiş  əhəngdaşından  deyil, 
tuflaşmış əhəngdaşından və qum daşından hazırlanmışdır. 
 
     
  
 
    Şəkil 71. Qırmızıdaş qalası (Kəngərli rayonu). 
 
Bu binanın ən böyük qismi əvvəlki daxili həyətin yerində yerləşən iri 
otaqdan ibarətdir. III Dövrə aid bu otaq IV dövrdəki bənzərinə nisbətən daha 
kiçik  olub  ölçüsü  27  Х  33  m-dir.  Bəzi  faktlar,  xüsusilə  bu  otağın  şimal 
tərəfində cəmləşən 29 ədəddən ibarət tikinti materialı göstərir ki, III Dövrün 
arxitektorları  əvvəlki  daxili  həyətin  yerində  sütunlu  salon  tikməyi 
planlaşdırmışdılar.  Bu  faktlar  sütun  barabanları,  sütun  altlıqları,  kapitel  və 
kvadratşəkilli  postamentlərdən  ibarətdir.  Bu  tkinti  materiallarının  heç  biri 
sonadək işlənib tamamlanmamışdır. Qaldırılabilən sütun barabanlarının heç 


 
 
111 
 
biri  tam  işlənməmiş,  son  istifadə  üçün  cilanmamış  və  bədii  formaya 
salınmamışdır. Bu sahədə aşkar edilən sütun altlıqları və sütun barabanları, 
sahənin  hər  tərəfinə  yayılsa  da,  Əhəməni  apadanalarına  bənzər  həyətlərin 
yaradılması  üçün  kifayət  deyil.  Onların  başa  çatmamış  formasını  nəzərə 
alaraq  demək  olar  ki,  dövlət  binanın  böyük  hissəsinin  tikintisini  başa 
çatdırmamışdır.  Buna  görə  də  sütun  altlıqları  və  barabanların  bu  geniş 
sahədə necə istifadə edildiyini söyləmək çətindir. 
 
 
 
Şəkil 72. Aza qalası. 
 
Sütunlu  salonlar  Yaxın  Şərq  abidələrindən  yaxşı  məlumdur.  Şərqi 
Türkiyədə  və  Qafqazda  bu  tip  bir  neçə  saray  qazılıb  aşkar  edilmişdir. 
Oğlanqalanın salonu Altıntəpə və Erebuninin salonlarından kiçikdir, ehtimal 
ki,  onlar  satraplıq  mərkəzi  olmuşlar.  Lakin  onların  forması  və  həcmi 
bənzərdir. Oğlanqala sütunlarının birbaşa bənzərlərinin tapılmaması çətinlik 
törətsə  də,  onların  başa  çatmamış  forması,  xüsusilə  zəng  tipli  sütun 
altlıqlarını Qaracəmilli, Sarıtəpə, Qumbati və Bencaminin qazıntıları zamanı 
aşkar  edilmiş  nümunələrlə  müqayisə  etmək  olar.  Sütunların  digər 
elementləri,  xüsusilə  yonulmamış  gövdə,  hədsiz  dərəcədə  kiçik  olan 
barabanlar  öz  yaxın  bənzərlərini  İran  [Nahavənd]  və  Əfqanıstan  [Yunan-
Baktriya,  Ay-Xenum]  Selevkidlərinin  2-ci  əsrə  aid  kontekstlərində  tapır. 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə