Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə35/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   31   32   33   34   35   36   37   38   ...   60

 
 
112 
 
Postəhəməni  kontekstlərini  nəzərə  alsaq,  ehtimal  ki,  sütun  barabanları  bir-
birinin üzərinə qoyulmuş və kapitellər onların üst qismini tamamlamışdır. 
 
  
   
 
 
   Şəkil 73. Başqala (Kəngərli rayonu). 
 
Qazıntı  zamanı  digər  elementlərin  aşkar  olunmaması  Farsdan 
kənardakı  Əhəməni  mərkəzlərində,  satraplıqların  və  inzibati  əyalətlərin 
mərkəzində  daş  əsaslar  üzərində  ağac  və  kərpic  sütunlardan  istifadə 
edildiyini  göstərir.  III  Dövrün  təməlindən  və  sütunların  altındakı  kül 
laylarından götürülən kömürün radiokarbon analizi göstərir ki, bu tikintilərin 
ehtimal  olunan  tarixi  e.  ə.  4  –  3-cü  əsrlərdir.  Binanın  bərpası  iki  tarixi 
dövrdən birinə, ya Əhəməni imperiyasının son 50 ilinə, ya da post Əhəməni 
dövrünə,  Selevkidlərin  onların  imperiyasını  özlərinə  birləşdirdiyi  dövrə 
aiddir.  Belə  olduğu  halda  layihənin  yarımçıq  qalmasının  səbəbi  ya  III 
Daranın  ölümü  və  Əhəməni  imperiyasının  dağılması,  ya  da    Makedoniyalı 
İsgəndərin imperiyasının süqutu ilə  bağlı olmuşdur.  İkincisi, bu, 4-cü əsrin 
sonunda  imperiyanın  dağılmasından  sonrakı  qarışıq  onilliklərdə  burada 
Midiya-Atropatena  dövlətinin  yaranması  ilə  bağlı  ola  bilər.  Oğlanqala 
sitadelinin  çoxsaylı  özünəməxsus  xüsusiyyətlərini  nəzərə  alaraq  bu  binanın 
tikintisini ikinci dövrə aid etmək olar. Oğlanqala Qafqazda farsların birbaşa 
olduqları  Qaracəmilli,  Qumbati  və  Bencamindən  əsaslı  şəkildə  fərqlənir. 
Oğlanqalada  hakimiyyətin  simvollarından  biri  kimi  böyük  sütunlu  salon 
mövcuddur.  O  tamamilə  yerli  stildə  inşa  olunmuşdur.  Onun  tikilməsini 


 
 
113 
 
sifariş edən şəxs yerli əhaliyə məxsus olmuş, Şərur düzənliyini və ola bilsin 
ki, daha böyük əraziləri öz hakimiyyəti altında birləşdirmək istəmişdir. Ola 
bilsin ki, onun hakimiyyəti uzun sürməmiş, buna görə də tikinti proyekti və 
ərazinin  gözəl  peyzajı  tərk  edilmişdir.  Bu  binada  tapılan  çoxsaylı  ox 
ucluqları  və  sapand  daşları  bu  dövrün  güclü  dağıntıya  məruz  qaldığını 
göstərir. Əhəməni imperiyası dağıldıqdan sonra onun Qafqazda güclü təsiri 
Qərbi  Gürcüstanda  Kolxidanın  və  Vanın  qazıntılarından  məlumdur.  Ola 
bilsin ki, bənzər hadisə Oğlanqalada da olmuşdur. 
 
II Dövrdə sitadelin tikintisi ilə bağlı əsas dəlillərdən biri də III Dövr 
sarayının xarabalıqlarında qazılmış 30-dan artıq çuxurdur. Onların qeyri-adi 
tapıntıları  ziyafətlərin  keçirilməsi  və  başqa  ictimai  hadisələrdən  xəbər 
verərək  göstərir  ki,  sarayın  bu  monumental  binası  tərk  edildikdən  təqribən 
yüz illər sonra bura Oğlanqala sakinlərinin gündəlik gəldikləri yerlərdən biri 
olmuşdur. Təpənin digər yerlərində aparılan geofiziki analizlər təqribən e. ə. 
100  və  bizim  eranın  100-cü  ilini  göstərmişdir.  Bu  dövrdə  Oğlanqala,  ola 
bilsin,  Strabonun  Qafqazda  Olane  adı  ilə  xatırladığı  möhkəmləndirilmiş 
şəhər olmuşdur.  
Qərb divarı boyunca aparılan təmizləmə işləri zamanı Oğlanqalanın II 
Dövrünə aid küp qəbirlərlə rast gəlinmişdir. Burada qəbirlərin olması təsdiq 
edir ki, tikinti və bərpa işlərindən sonra onlar öz funksiyasını itirmişdir. Bu 
qəbirlərdə  cinsi  məlum  olmayan  və  pis  saxlanmış  yaşlı  adam    skeleti 
qalıqlarının  bir  hissəsi  aşkar  edildi.  Lakin  küp  qəbirin  qərb  tərəfində  aşkar 
olunan iki qulplu küpə bilavasitə Oğlanqalanın yerli insanlarına aid idi. Bu 
adam  Roma  imperiyasından  gətirildiyi  zənn  edilən  olduqca  zəngin 
avadanlıqla dəfn edilmişdi. Əvvəlcə qəbirdən imperator Avqustun portretini 
göstərən  dörd  gümüş  sikkə  tapıldı.  Lakin  sikkələr  paslanmış  və  bir  qədər 
dağılmışdı. Buna baxmayaraq onların eyni tipli olduğu və üzərində iki kitabə 
olduğu aydın seçilirdi. Sikkələrin üz tərəfində dəfnə yarpağından tac qoyan 
Avqustun  sağ  tərəfdən  şəkili  var  idi.    Onun  kənarında  “CAESAR 
AVGVSTVS DIVI F PATER PATRIAE.” sözləri yazılmışdı. Sikkənin arxa 
tərəfində  Sezarın  Qayus  və  Lusiusunun  iki  təsviri  verilmişdir.  Şəkil  üz 
tərəfdən  arxasında  nizələr  olan  qalxana  söykənmiş  vəziyyətdə  təsvir 
edilmişdir.  Kənarda  isə  “VGVSTI  F  COS  DESIG  PRINC  IVVENT,  C  L 
CAESARES” 
kitabəsi 
yazılmışdır. 
Sikkələrin 
üçü 
numizmatik 
araşdırmalardan  yaxşı  məlumdur  və  ehtimal  ki,  e.ə.  2-ci  il  və  bizim  eranın 
12-ci ilində kəsilmişdir. Diğər sikkələr isə daha kiçik diapozona malik olub 
e. ə. 2-ci il, bizim eranın 4-cü ili ilə tarixlənir. Bundan başqa dəfn edilənin 
bir  tunc  və  dörd  qaşlı    üzüyü  var  idi.  Onların  üzərində  inək  və  medalyon 
təsviri  var  idi.  Bundan  başqa  qəbir  inventarına  yuvarlaq  şəkilli  şüşə  flakon 


 
 
114 
 
və bu tip flakona aid parçalar da daxil idi. Bunlarla bərabər Finikiya mənşəli 
şirli muncuq da aşkar edilmişdir.   
  
Eramızdan  əvvəl  I,  bizim  eranın  II  əslərinə  aid  mənbələrdə 
Naxçıvanla bağlı kifayət qədər  məlumat  yoxdur. Həmin dövrdə Atropatena 
Parfiya və Romanın döyüş meydanına çevrilmişdi. Ölkəmizin ərazisi yadelli 
işğalçılar  tərəfindən  qarət  və  talanlara  məruz  qalırdı.  Şəraitdən  asılı  olaraq 
Atropatenada gah parfiyalıların, gah da romalıların mövqeyi güclənirdi. Əldə 
olan  faktlar  bu  dövrün  hadisələri  haqqında  məlumat  əldə  etməyə  imkan 
verir.  Şahbuz  rayonunun  Ağbulaq  kəndində  aşkar  olunan  küp  qəbirdən 
tapılmış  Arşaki  [Parfiya]  hökmdarı  I  Qotarza  aid  mis  sikkə,  Naxçıvan 
yaxınlığındakı  Urud  [Orod-Arşaki  hökmdarı  –  V.B.]  toponimi    Arşakilərin 
təsirini  əks  etdirir.  Tassit  Cənubi  Qafqazda  baş  verən  hadisələrdən  bəhs 
edərkən  Parfiya  hökmdarı  Orodla  albanlar,  iberlər  və  sarmatların  birləşmiş 
qüvvələri arasında olan döyüşdən bəhs etmişdir. 
Oğlanqaladan  aşkar  olunan  Roma  sikkələri  hələlik  geniş  nəticələr 
çıxarmaq  üçün  kifayət  deyil,  lakin  bu  tapıntılar  ən  azından  Roma  ilə 
əlaqələrin olduğunu, pul dövriyyəsinin inkişaf etdiyini təsdiq edir.  
Bu  dövrdə  Azərbaycana,  o  cümlədən  Naxçıvana  masaget,  sarmat  və 
alanların  yürüşləri  başlayır.  Kəngərli  rayonunun  Böyükdüz  kəndi 
yaxınlığındakı  daş  qutu  qəbirləri  tədqiqatçılar  sarmat-alan  yürüşləri  ilə 
bağlamışlar.  Onların  fikrinə  görə  bu  qəbirlərin  avadanlığı  sarmat-alanlar 
üçün  xarakterikdir.  Bu  qəbirlər  e.ə.  I,  bizim  eranın  I-III  əsrlərinə  aid 
edilmişdir.  Ümumiyyətlə,  bu  tayfalar  tarixi  ədəbiyyatda  massaget-alan  və 
massaget-sarmat  tayfaları  da  adlandırılmış,  Maskutlar  çarlığı  ilə 
bağlanmışdır.  Bizim  eranın  I  əsrində  sarmat-alanlar  Atropatenaya  hücum 
etmiş,  Cənubi  Qafqaz  ölkələrində  dağıntı törətmiş və  böyük qənimətlə geri 
qayıtmışlar. 
Araşdırmalar 
Böyükdüz 
qəbirlərinin 
sarmat-alanların 
müttəfiqləri ilə bağlı olduğunu göstərir. Mənbələr  alan tayfalarının Şimalda 
yaşayan dağlıları ittifaqa cəlb edərək Cənubi Qafqaza hücum etdiyini təsdiq 
edir.  Gürcü  mənbələrində  bu  dağlılar  paçanik  [peçeneq-  V.B.],  ciq,  durzuk 
və  digər  adlarla  xatırlanır.  Son  zamanlar  Böyükdüz  qəbirlərinin  bənzərləri 
Şahbuz rayonunun Biçənək, Culfa rayonunun Göynük kəndi yaxınlığındada 
aşkar  edilmişdir.  Araşdırmalar  Biçənək  oykoniminin  peçeneq  tayfaları  ilə 
bağlı olduğunu göstərmişdir. 
Bu dövrdə utilərin də Naxçıvanda yaşaması arxeoloji faktlarla təsdiq 
olunur. Azərbaycanın böyük tayfalarından biri olan utilər haqqında məlumat 
verən  antik  müəlliflər  onların  Araz  çayı  boyunda    müqlərin  qonşuluğunda, 
Atropatenanın  sərhəddində  yaşadığını  göstərirlər.  İqrar  Əliyev  bunları 
Qafqaz  Albaniyasının  Otena  vilayətində  yaşayan  utilərlə  eyniləşdirir.  


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə