Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə40/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

 
 
124 
 
kəndlilərin  onlardan  asılılığını  gücləndirirdi.  İran  şahlarının  və  Alban 
hökmdarlarının  yeritdiyi  siyasət  kəndlilərin  təbəqələşməsini  sürətləndirdi. 
Kəndlilərin istismar olunmasının əsas forması vergi və mükəlləfiyyətlər idi. 
Kənd  icmalarında  təbəqələşmə  və  onların  bir  qisminin  feodallardan  asılı 
vəziyyətə  düşməsi    IV-VII  yüzilliklər  boyu  davam  etmişdir.  Bununla  belə 
qeyd  etməliyik  ki,  icma  torpaqlarının  mövcud  olması  ilə  bağlı  məlumat 
azdır.  Belə  ki,  “Alban  tarixi”nin  müəllifi,  yuxarıda  qeyd  etdiyimiz  kimi, 
Aranı  düzənliklərin  və  dağlarının  sahibi  kimi  təqdim  edir.  Ehtimal  ki, 
otlaqlardan istifadə edən maldar qəbilələr hökmdar xəzinəsinə vergilər verir 
və  müəyyən  mükəlləfiyyətlər  icra  edirdilər.  Həmin  mənbədə  ölkədə  güclü 
təbəqələşmənin  olmasına  işarə  edən  məlumatlar  da  vardır. Alban  hökmdarı 
Mömin  Vaçaqan  müqəddəslərin  şərəfinə  böyük  ehsan  verdikdən  sonra 
kasıblara sədəqə və yemək paylayır.  
 
 
 
Şəkil 76. Şahbuzqala (Şapurqala). 
 
Feodalizm dövrünün əsas sinifləri feodallar və asılı kəndlilər idi. Bu 
iki  sinfin  formalaşması  bir-biri  ilə  bağlı  idi.  Feodalların  formalaşması  iki 
yolla  gedirdi.  Bir  tərəfdən  azad  icmalar  arasında  təbəqələşmə  nəticəsində 
varlıların yeni qruplaşmaları yaranır və adlı sanlı əyanlarla birləşərək feodal 
sinfinin əsasını təşkil edirdi. Digər tərəfdən isə vilayət hakimləri vəzifələrini 
irsiləşdirərək  atadan  oğula  vermək  hüququ  alırdılar.  Sünik  hakiminin  öz 


 
 
125 
 
mülklərini  oğlanları  Qor  və  Qazan  arasında  bölməsi  haqqında  “Alban 
tarixi”ndə  olan  məlumatlar  bu  baxımdan  diqqətəlayiqdir.  Feodalizmin 
inkişafı ilə feodallar arasında  da təbəqələşmə gedirdi. Onlar arasında  üstün 
mövqe tutan vilayətin, yaxud əyalətin hakimləri idi. Əlincə və Qoxtan daxil 
olmaqla  Sünikdə  [mərkəzi  Naxçıvan]  on  iki  vilayət  olduğunu  nəzərə  alsaq 
artıq  feodal  iyerarxiyasının  olduğunu  deyə  bilərik.  Sasanilərin  zamanında 
feodal iyerarxiyası rütbə cədvəli ilə müəyyənləşdirilmişdi. “Alban tarixi”ndə 
verilən  məlumatlar  göstərir  ki,  rütbə  cədvəli  tərtib  edilərkən  feodalların 
keçmiş əsl-nəcabəti də nəzərə alınırdı. Vilayət hakimləri hökmdarın yanında 
rütbələrinə görə otururdu. Sünik hakiminə uyğun yer verlimədiyi üçün onlar 
Sasani hökmdarlarından incimiş və üsyan etmişdilər. 
Erkən Orta əsrlərdə Albaniya və Atropatenada irsi [dastakert] və şərti 
torpaq  mülkiyyəti  [xostak]  mövcud  olmuş,  şərti  torpaq  mülkiyyətinin  irsi 
mülkiyyətə  çevrilməsi  prosesi  getmişdir.  Dastakertin  sahibi  hökmdar  və  iri 
feodallar,  xostakın  sahibi  isə  xırda  zadəganlar  [azatlar]  idilər.  Naxçıvanda 
vilayət  hakiminin  şəxsində  irsi  mülkiyyət  daha  üstün  yer  tutmuşdur.  İstər 
Albaniya  və  Atropatenanın,  istərsə  də  böyük  imperiyaların  tərkibində 
Naxçıvanın  müstəqil  siyasət  yeritməsi  bununla  bağlı  olmuşdur.  Feodal 
torpaq sahibliyinin formalarından biri də dini torpaqlar idi. Dini torpaqlar və 
məbədlərə məxsus torpaqlar toxunulmaz idi və inanca görə Tanrı tərəfindən 
qorunurdu. Sünik vilayətində baş verən üsyan zamanı feodalların öz qiymətli 
əşyalarını Şalat məbədində gizlətməsi, sasanilərin bu təpəyə çıxarkən zəlzələ 
olması buna işarədir. 
Erkən  Orta  əsrlərdə  Naxçıvanda  da  Azərbaycanın  digər  yerlərində 
olduğu  kimi  hakim  feodallar  sinfinin  mənafeyini  müdafiə  edən  dövlət 
hakimiyyəti  mövcud  idi.  Bu  dövrdə  Naxçıvanın  müəyyən  müddət  ərzində 
müstəqil  siyasət  yeritdiyini  nəzərə  alsaq  ali  dövlət  hakimiyyətinin  vilayət 
hakiminin  əlində  cəmləşdiyini  demək  olar.  Musa  Kalankaytuklunun 
yazdığından  məlum  olur ki, Sünik hakimləri knyaz  titulu daşıyırdı. Şahbuz 
rayonundan,  Ağbulaq  nekropolundan  aşkar  olunan  üzük  möhürlər  yerli 
hakimlərin  və  feodalların  möhürə  də  malik  olduğunu  təsdiq  edir.  Əyalət 
hakimləri  vilayət  hakimlərinə  tabe  idilər.  Naxçıvan  hakimi  öz  növbəsində 
Atropatena  hökmdarından  asılı  idi.  Son  Antik  və  Erkən  Orta  əsrlərə  aid 
yaşayış  yerlərinin  tədqiqi  vilayət  hakimlərinin  saraylara  malik  olduğunu 
göstərir.  Bəzi  qalalarda  sitadellərin  mövcudluğu  hakim  təbəqənin  qala 
divarları ilə mühafizə olunan xüsusi sahədə yaşadığını deməyə imkan verir. 
Vilayət hakimlərinin həmçinin özünə tabe olan ordusu var idi. Sünik 
vilayətinin  ordusu  o  qədər  qüvvətli  idi  ki,  onların  gücündən  Dərbənd 
keçidini  mühafizə  etmək  üçün  istifadə  olunurdu.  Mənbələrdə  Sünik 


 
 
126 
 
hakiminin öz ordusu ilə Mədainə hücum etməsi, İran dövlətinin paytaxtında 
keçirilən  ümumi  hərbi  keçiddə  onun  öz  dəstəsi  ilə  iştirak  etməsi  haqqında 
məlumatlar vardır. 
 
Türkdilli  tayfaların  yeni  axınları.  Erkən  Orta  əsrlərdə  türk 
tayfalarının  Azərbaycanda,  o  cümlədən  Naxçıvanda  məskunlaşması  prosesi 
davam etmişdir.  
Hun türklərinin [хəzər, şаbir, оnоqur və s.] II əsrdə Şimаli Qаrа dəniz 
sаhillərində, yахud Хəzərin şimаlındа yаşаmаsı hаqqındа Vızаntiyа tаriхçisi 
Diоnisiy,  yunаn  cоğrаfiyаçısı  Klаvdi  Ptоlоmеy  məlumаt  vеrmişlər.  Lаkin 
Mоisеy  Хоrеnskinin  193-213-cü  illərdə  хəzərlərin  Çоrаdаn  kеçərək  bütün 
Аlbаniyаyа  yаyılmаsını  bəzi  tədqiqаtçılаr  аnахrоnizm  аdlаndırmış,  bu 
hadisələrin  IV  əsrdə  baş  verdiyini  göstərmişlər.  Lakin  V.N.Qаbiаşvili 
göstərir  ki,  qədim  gürcü  mənbələrində  türk  хаlqlаrı  е.ə.  IV-III  əsrlərə  аid 
hаdisələrlə  bаğlı  оlаrаq  хаtırlаnır.  Bu  mənbələrdə  Makedoniyalı  İsgəndərin 
Cənubi  Qafqaza  yürüşü  zamanı  buntürklərlə  qarşılaşdığı  göstərilir.  Birinci 
fəsildə  qeyd  olunduğu  kimi,  Heredot  eramızdan  əvvəlki  hadisələrdən  bəhs 
edərək  türklərin  Azərbaycanda  məskunlaşdığını  göstərmişdir.  Bəzi 
tədqiqatçılar  kəngərli  tayfalarının  Naxçıvanda  I  əsrdən  məskunlaşdığını 
göstərir.  Lakin  Midiya  ərazisində  olan  bəzi  toponimlər  -  məsələn, 
Kinqarakku,  Kinqibira,  Kinqikanqi  və  digərləri  ehtimal  ki,  bu  tayfalarla 
bağlıdır.  B.A  Serebrennikov  öz  tədqiqatlarına  əsaslanaraq  yazır  ki,  hun 
dəstələrinin cənuba, cümlədən Azərbaycana yürüşləri maksimum III əsrə aid 
edilə bilər. 
Erkən  Orta  əsrlərdə  Şimali  Qafqazdan  keçərək  Azərbaycana  və 
Naxçıvana gələn tayfalardan  biri hunlar  idi.  Bu tayfaların  Şimali Qafqazda 
məskunlaşması  tədqiqatçılar  tərəfindən  II  əsrə  aid  edilmişdir.  Şərur 
rayonunda  mövcud  olan  Qarxun  -  Qara  hun  toponimi    bu  tayfaların 
Naxçıvanda məskunlaşdığını təsdiq edən faktlardan biridir. P.Qolden Cənubi 
Qafqazda hun tayfalarının meydana çıxmasının konkret tarixini 363, 370 və 
395-ci  illərə  aid  edir.  Artamanov  qeyd  edir  ki,  IV  əsrdə,  bəlkə  də  bir  qədər 
əvvəl hunların Xəzəryanı çöllərin şərq hissəsində meydana çıxması mümkün 
idi.  
Е.Yеrеmеyеv  «Türklərin  еtnоgеnеzi»  kitаbındа  yаzır  ki,  III-IV 
əsrlərdə türk tаyfаlаrı Kiçik Аsiyа, Qаfqаz və Bаlkаn хаlqlаrının çохsаylı və 
dаimi  qоnşulаrı  idilər.  Digər  tədqiqаtçı  А.P.  Nоvоsеlçеv  hun  türklərinin  I 
minilliyin  birinci  yаrısındа  Cənubi  Qаfqаzdа  yаyıldığını  qеyd  еdir.  Sаsаni 
şаhı  II  Yеzdigеrd  də  еrmənilərin  üsyаnınа  qаrşı  mübаrizədə  türklərdən 
istifаdə  еtmişdir.  Y.Q.Cəfərоvun  tədqiqаtlаrındа  hunlаrın  prоtоbulqаr  və 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə