Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

 
 
141 
 
Lakin son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid yeni 
faktlar  aşkar  edilmişdir.  Bu  faktlar  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin  Sədri  cənab  Vasif  Talıbov  tərəfindən  11  fevral  2014-cü  ildə 
“Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 
Sərəncamın imzalanmasından sonra aşkar edilmişdir. Bu faktların bir qismi 
Əlincəqaladan tapılan VII əsrə aid mis və güşüş sikkələrlə bağlıdırsa, digər 
faktlar Əlincəqalanın memarlıq üslubu ilə bağlıdır. 
 
 
               
 
 
               Şəkil 79. Əlincəqalada su hovuzu. 
 
Əlincəqalanın  adı  Orta  əsr  mənbələrində  müxtəlif  şəkildə 
xatırlanmışdır.  Qalanın  xatırlandığı  ilk  mənbə  Kitabi  Dədə  Qorqud 
dastanıdır.  Əlincə  sözünün  etimologiyası  ilə  də  bağlı  müxtəlif  fikirlər 
söylənmişdir.  Qalanı  əyləncə  sözü  ilə  bağlayanlar,  alan  tayfaları  ilə 
əlaqəndirənlər, onun adının Alınca xanın adı ilə bağlı olduğunu söyləyənlər 
olmuşdur.  Lakin  son  araşdırmalar  qalanın  adının  əlincək  tayfasının  adı  ilə 
bağlı olduğunu göstərmişdir. Əlincəqala teymurilərin hücumu zamanı güclü 
dağıntıya məruz qalsa da XIX əsrədək öz funksiyasını itirməmişdir. 


 
 
142 
 
Əlincəqala  özünəməxsus  təbiəti  olan  bu  yerlərin  əzəmətinin, 
mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü 
ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən 
başlayaraq  pillələr  şəklində  yuxarıya  doğru  ucalır  və  onun  zirvəsini 
tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş 
kərpicdən istifadə  olunmuşdur. Divarların bünövrəsinə adətən iri  yonulmuş 
daşlar  qoyulmuşdur.  Əlincəqalanın  təsviri  ilə  bağlı  müxtəlif  məlumatlar 
verilmişdir.  Bu  məlumatlar  bəzən  anlaşılmaz  olduğundan  biz  yeni  təsvir 
vasitəsindən istifadə edəcəyik. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması 
ilə  bağlı  fikirlər  vardır.  Lakin  şimal  divarlardakı  ehtimal  olunan  keçid 
tamamilə dağıldığından burada giriş olub olmadığını dəqiq müəyyən etmək 
mümkün deyil. Ehtimal ki, bu istiqamətdən  də  giriş  olmuşdur. Çünki qala 
divarlarının  xaricində  bir  neçə  yerdə  qalada  qazılmış,  əsgərlərin  yerləşdiyi 
səkilərə rast gəlmək mümkündür. 
 
    
 
   Şəkil. 80. Əlincəqalanın şərq qapıları. 
 
Şərq  və  qərb  girişlər  kifayət  qədər  yaxşı  saxlanmışdır.  Qalanın  şərq 
qapısı  Xanəgah  kəndi  tərəfdəndir.  Ehtimal  ki,  bu  qapı  qalanın  əsas  girişi 
olmuşdur. Çünki bu istiqamətdə Əlincə  dağının ətəyində böyük yaşayış yeri 
vardır.  Şübhəsiz ki,  qalanın  müdafiəçilərinin  bu  yaşayış  yeri ilə sıx əlaqəsi 
olmuşdur.  Burada  dördkünc  formalı  yaşayış  binalarının  qalıqları  indi  də 


 
 
143 
 
qalmaqdadır. Bu hissədə səkkiz müdafiə istehkamının qalıqları qalmaqdadır. 
Qalanın  əsas  su  mənbələrindən  olan  üç  quyulu  böyük  kəhriz  də  məhz 
buradadır.  
      
 
 
     Şəkil 81. Əlincəqalanın şərq qapısı bərpa zamanı. 
Yamac  boyunca  səpələnən  daş  yığınları  müdafiə  divarlarının  daha 
çox  olduğunu  göstərir.  Bunu  Mirheydərzadənin  XX  əsrin  30-cu  illərində 
verdiyi  məlumat  da  təsdiq  edir.  Onun  verdiyi  məlumata  görə  hər  20-25 
addımdan  bir  müdafiə  divarlarının  qalıqlarına  rast  gəlinir.  Əlincə  dağının 
ətəyində  yerləşən  yaşayış  yerini  əhatə  edən  müdafiə  divarının  qalıqları 
hazırda  qalmaqdadır.  Eni,  2,  5  m  olan  divarlar  bəzi  yerlərdə  2-3  m 
hündürlükdə  qalmışdır.  Belə  hesab  edirik  ki,  bu  divar  Əlincəqalanın  ilk 
müdafiə istehkamı olmuşdur. İri və orta həcmli daşlardan inşa olunan divarın 


 
 
144 
 
möhkəmləndiriliməsi üçün düz bucaqlı çıxıntılardan istifadə olunmuşdur. Bu 
tip arxitektura üslubu qalanın, demək olar ki, əksər divarlarında vardır.  
Qalanın  zirvəsinə  doğru  iki  tərəfdən  sıldırım  qayalarla  qorunan  dərə 
daraldığından  müdafiə  divarlarının  uzunluğu  azalmışdır.  Dərə  boyunca  bir-
birinin ardınca inşa olunan möhkəm divarlar vardır. Divarlar başlıca olaraq 
Əlincə dağının öz daşlarından inşa olunmuş, bərkidici  məhlul olaraq əhəng 
məhlulundan istifadə olunmuşdur. Divarların çox aşınmaya məruz qalmasına 
baxmayaraq  bəzi  hissələrdə  saxlanan  arxitektura  elementləri  müdafiə 
divarlarının estetik görüntüsü haqqında təsəvvür yaradır. Bu qalıqlara əsasən 
deyə  bilərik  ki,  divarlar  inşa  edildikdən  yonra  yaxşı  yonulmuş  daşlarla 
üzlənmişdir.  Üzləmə  məqsədilə  daha  çox  müxtəlif  həcmli  kvadrat  formalı 
daşlar  seçilmişdir.  Amma  bəzən  iri  həcmli  yonulmuş  daşlardan  da  istifadə 
olunmuşdur.  Bu  hissədə  olan  divarlar  başlıca  olaraq  düz,  bəzən  isə 
düzbucaqlı ziqzaq şəkilli əyilmələrdən ibarətdir.  
 
    
 
   Şəkil 82. Əlincəqala bərpa zamanı. 
Bu  istiqamətlə  qalxarkən  dağın  şimal-şərq  hissəsində  qalanın 
müdafiəsi üçün təhlükə  olan  yerə  əlavə  müdafiə divarı çəkilmişdir. Burada 
yarımdairəvi  bürclərin  qalıqları  da  vardır.  Ümumiyyətlə,  Əlincəqalanın 
vüdafiə divarlarında  yarımdairəvi  bürclər çox azdır. Qalanın bu hissəsi bir-
birinin yaxınlığında olan (2, 5 m) iki divarla möhkəmləndirilmiş, divarların 
arası  yaşayış  sahəsi  kimi  istifadə  olunmuşdur.  Bu  tikintilərin  yaxınlığında 


 
 
145 
 
həmçinin  su  hovuzlarının  qalıqları  vardır.  Araşdırmalar  göstərir  ki,  qalanın 
müdafiəsinin etibarlı olmasını təmin etmək üçün müdafiə divarları ilə yanaşı 
müdafiəçilərin su, ərzaq və sursatla təminatına xüsusi fikir verilmişdir. 
 
 
 
Şəkil 83. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  
               Vasif Talıbov Əlincəqalada. 
 
Qalanın  şərq  tərəfdə  çəkilən  sonuncu  divarı  giriş  qapısının 
ətrafındadır. Bu divar sərt qayada açılmış oyuqlara söykənən, relyefə uyğun 
inşa edilən  və  heç  bir  arxitektura  elementi  olmayan düz  divardan ibarətdir. 
Divarların  yuxarısı  qövsşəkilli  sonluğu  olan  dördkünc    dişlərlə 
bəzədilmişdir.  Bu  müdafiə  divarı  boyunca  dördkünc  formalı  binalar  inşa 
olunmuşdur.  Binalar  qalanın  şərq  qapısının  müdafiəçiləri  üçün  nəzərdə 
tutulmuşdur.  Müdafiə  istehkamının  yaxınlığında  iki  böyük  su  hovuzunun 
olması  da  bu  qapının  mühüm  strateji  əhəmiyyəti  olduğunu  təsdiq  edir. 
Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə 
istehkamına çevirmişdir. 
Əlincəqala əsasən üç geniş sahədən ibarət olmuşdur. Yuxarıda təsvir 
etdiyimiz sahə qalanın üç hissəsindən biri olmaqla  yalnız müdafiə məqsədi 
daşımış  və  əskərlərin  yerləşdiyi  sahələrdən  biri  olmuşdur.  Buradan  qalanın 
mərkəzi hissəsinə yenmək üçün ayaq yerləri və pillələr düzəldilmişdir. 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə