Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.

səhifə48/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   60

 
 
146 
 
 
           Şəkil 84. Əlincəqalada kəsilmiş mis pul (XIII əsr). 
 
Qalanın  kiçik  şəhərciyi  xatırladan  mərkəzi  hissəsində  bişmiş  kərpic 
və  daşdan  tikilmiş  çoxlu  yaşayış  və  ictimai  binaların  xarabalıqları  və 
bünövrə  daşları  nəzərə  çarpır.  Qalanın  ən  böyük  sahəsi  olan  bu  hissədə 
yaşayış binaları və ictimai binaların qalıqları daha çoxdur. Təmir-bərba işləri 
zamanı  binaların  bəzisində  axur  qalıqlarının  aşkar  olunması  binalardan  bir 
qisminin  heyvanların  saxlanması  məqsədilə  istifadə  olunduğunu  göstərir. 
Binalarda təndir qalıqları, əl dəyirmanları da aşkar olunmuşdur. Qeyd edək 
ki,  qaladakı  su  hovuzlarının  böyük  qismi  məhz  bu  hissədədir  ki,  bu  da 
mərkəzi hissədə əhalinin daha çox məskunlaşdığını göstərir. Mərkəzi hissəyə 
həmçinin  qərb  tərəfdə,  Xanəgah-Qazançı  yolu  istiqamətindən  qalxmaq 
mümkün 
olduğu 
üçün 
bu 
hissə 
də 
müdafiə 
divarları 
ilə 
möhkəmləndirilmişdir.  Bu  hissədə  üç  müdafiə  divarının  qalığı  qeydə 
alınmışdır.  Ehtimal  ki,  əvvəlki  dövrlədə  müdafiə  istehkamlarının  sayı  daha 
çox olmuşdur. 
Divarlar başlıca olaraq qaya parçalarından inşa olunmuş və yonulmuş 
daşlarla  üzlənmişdir.  Qalın  divarlara  yığışan  suyun  kənara  çıxması  üçün 
divarların  müxtəlif  hissəsində  dördkünc  formalı  oyuqlar  qoyulmuşdur  ki, 
bunlar həm də divarların arxitektura bəzəyinə çevrilmişdir. 
Qalanın  qərb  girişi  dördkünc  formalı  bürclər  və  ziqzaq  çıxıntılarla 
möhkəmləndirilmişdir.  Divarlar  başlıca  olaraq  daşdan,  girişin  yan  tərəfləri 
isə  bişmiş  kərpicdən  inşa  olunmuşdur.  Bu  hissədə  müdafiəni 


 
 
147 
 
möhkəmləndirmək  üçün  həmçinin  labirintlərdən  istifadə  olunmuşdur.  Bu 
hissədə qalanın üç müdafiə divarı olmuşdur. 
 
    
 
 
   Şəkil 85. Əlincəqaladan tapılan gümüş sikkə (VII əsr).
 
 
Dağın  ən  uca  yerində  Əlincənin  iç  qalası  yerləşir.  Bu  içqalanı  yerli 
əhali "Şahtaxtı" adlandırır.  Buranın  Şahtaxtı  adlandırılması  təsadüfi  deyil. 
Tədqiqatçılar  hökmdarların  qalanın  məhz  bu  hissəsində  yerləşdiyini  qeyd 
etmişlər. Şahtaxtı dəniz səviyyəsində 1700 m yüksəklikdə yerləşir. Mərkəzi 
hissədən Şahtaxtıya yalnız sıldırım qayalıqdan keçərək getmək mümkündür. 
Vaxtilə  keçidi  asanlaşdırmaq  üçün  qayada  eni  30-40  sm  olan  dar  cığır 
yonulmuşdu.  Hazırda  bu  cıxır  təbii  aşınmaya  məruz  qalaraq  dağılmışdır. 
Hakimlərin, o cümlədən Eldəniz hökmdarlarının sarayları Şahtaxtı terrasında 
yerləşmişdir.  Əlincənin  qala  divarları  və  qalanın  daxilində  olan  tikililərdə 
yüksək  tikinti  mədəniyyəti  görünür,  qala  tikintisi  üçün  qeyri  –  adi  sayılan 
incə işlənmiş daş ayrıntılar gözə dəyir. Məhz bu səbəbdən də mütəxəssislər 
Əlincəqalanın Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl əsərlərindən 
biri hesab edirlər.   


 
 
148 
 
Əlincəqala Azərbaycanın və Yaxın Şərqin yüzillərlə  müxtəlif hakim 
sülalələrinə 
qulluq 
göstərsə 
də 
tarixdə 
daha 
çox Azərbaycan 
Atabəylərinin iqamətgahı  və  xəzinə  yeri  kimi  tanınmışdır.    Azərbaycan 
atabəyləri–Eldənizlərin hökmranlığı  dövründə  Əlincəqalanın  əhəmiyyəti 
xüsusilə  artmış,  mühüm  hərbi  istehkam  olan  qala  hökmdar  ailəsinin 
təhlükəsizliyini  təmin  etmək  üçün  sığınacaq  yerinə  çevrilmişdi. Naxçıvan 
hakimi  Zahidə  xatının  iqamətgahı  Əlincəqalada  olmuşdur.  1225-ci  ildə 
Xarəzmşah  Cəlaləddinin  Azərbaycana  hücumu  zamanı  Eldəniz  hökmdarı 
Özbək  (1210-1225)  Əlincəqalaya  sığınmış  və  burada  vəfat  etmişdir. 
Şəmsəddin 
Eldənizin hakimiyyət 
illərindən 
başlayaraq Atabəylər 
dövlətinin baş  xəzinəsi  Əlincəqalanda  saxlanmış,  Əlincədəki  saraylar  və 
yardımçı  binaların  bir  çoxu Azərbaycan  Atabəylərinin sifarişi  ilə  bərpa 
edilmişdir.  İndiyə  qədər  qalıqları  qalan  Əlincəqalada  uzun  müddətli 
hücumlara  dözüm  üçün  hərbi-strateji  və  maddi-iqtisadi  imkanların  olduğu 
aydın görünür. 
  
 
Şəkil 86. Əlincəqalanın gecə görüntüsü. 
 
Şahtaxtını  şimaldan  müdafiə  etmək  üçün  üç  müdafiə  istehkamı  inşa 
edilmişdir.  Birinci  müdafiə  istehkamı,  şimalda,  Qazançı  kəndi 
istiqamətindədir. Daşdan inşa edilən  divarlar başlıca olaraq əhəng  məhlulu, 
bəzən  isə  palçıqla  möhkəmləndirilmişdir.  Divarların  hündürlüyü  bəzi 
yerlərdə  4-5  m-ə  çatır.  Divarın  qərb  qurtaracağı  dördkünc  formalı  bürclə 


 
 
149 
 
möhkəmləndirilmişdir. Bu divarın ətrafında yaşayış binaları yoxdur. Ehtimal 
ki,  dördkünc  formalı  bürc  həmçinin  əsgərlərin  yaşayış  sahəsi  kimi  istifadə 
olunmuşdur.  Qala  divarının  xaricində  əsgərlərin  durması  üçün  səkilər 
düzəldilmişdir. Bu divardan Şahtaxtıya doğru, sərt qayaların üzəri ilə, ensiz 
yol düzəldilmişdir.  
 
 
 
Şəkil 87. Əlincəqala bərpadan sonra. 
 
İkinci müdafiə sistemi şimal-şərqdə, Xanəgah kəndi istiqamətindədir. 
Burada  qalaya  qalxmaq  çox  çətin  olsa  da,  qalanın  müdafiəçiləri  ehtiyyatı 
əldən  verməyərək  buranı  divarla  möhkəmləndirmişlər.  Divarların 
hörgüsündə  yenə  də  daş  və  əhəng  məhlulu  istifadə  olunmuşdur.  Bu  divar 
yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. 
Üçüncü  divar  Şahtaxtının ictimai binalarını əhatə  etmiş, binalarla su 
hovuzunun arasında inşa olunmuşdur. Qeyd edək ki, Şahtaxtıda dörd böyük 
hovuza  rast  gəlinmişdir  ki,  onların  biri  öz  həcminə  görə  Əlincəqalanın  ən 
böyük hovusu hesab olunur. Onun uzunluğu 25 m-dir. Şahtaxtıdakı binaların 
tikintisində bişmiş kərpicdən daha çox istifadə olunmuşdur. Burdakı böyük 
və kiçik otaqlar dar keçid vasitəsi ilə bir-biri ilə əlaqələndirilmişdir.  




Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə