Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə49/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

 
 
150 
 
El  içində  qaladan Əlincəçaya gizli  yolun  olması  da  söylənilir.  Bu 
haqda  Fuad Köprülünün  də  əsərində  məlumat verilir. Araşdırmalar  göstərir 
ki, Əlincəqalanın özünəməxsus müdafiə sistemi bütün mövsümlərdə burada 
yaşamağa imkan vermişdi. 
 
 
Şəkil 88. Əlincəqalada müasir kitabə. 
Əlincəqalanın 
memarlıq 
xüsusiyyətləri 
onun 
VI 
əsrlə 
müəyyənləşdirilən  tarixinin  həqiqətə  uyğun  olduğunu  göstərir.  Yuxarıda 
qeyd  etdiyimiz  kimi,  Əlincəqalada  düzbucaqlı  bürclər  və  düzbucaqlı 
çıxıntıları  olan  divarlar,  həmçinin  yonulmuş  daşlardan  istifadə  üstünlük 
təşkil edir. Bu memarlıq üslubu Naxçıvanda qədim dövrdən məlum olmaqla, 
Qazançıqala,  Vayxırqala  və  Oğlanqalada  geniş  tətbiq  edilmişdir.  Bu 
memarlıq üslubu, Erkən Orta əsrlərə aid Dərbənd və Bayburt qalalarında da 
müşahidə  olunur.  Dərbənd  mənbələrdə  I  əsrdən  xatırlansa  da  müdafiə 
divarları  hələlik  VI  əsrə  aid  edilir.  Əlincəqalanın  memarlığında  isə  Sasani 
dövrünün  ənənələri  aydınca  hiss  edilir.  Bu  xüsusiyyətlər  xüsusilə  Xanəgah 
kəndi  istiqamətində  inşa  olunan  divarlarda  görünməkdədir.  Bu  memarlıq 
üslubunun bənzərlərinə Cənubi Azərbaycan ərazisində rast gəlinmişdir. Son 
tədqiqatlar zamanı Əlincəqaladan VII əsrdə zərb edilən sikkələrin tapılması 
onun  qədim  tarixini  bir  daha  sübut  edir.  Əgər  VII  əsrdə  Əlincəqalanın 
Mərkəzi  Asiya  ölkələri ilə  əlaqələri  olmuşdursa,  deməli onun tikilmə tarixi 
daha qədim dövrə aiddir. Yəqin ki, gələcək araşdırmalar Əlincəqalanın tarixi 
ilə bağlı yeni faktların aşkar olunması ilə nəticələnəcəkdir. 


 
 
151 
 
Araşdırmalar göstərir ki, Əlincəqalanın müdafiəsini təmin etmək üçün 
müxtəlif hidrotexniki qurğulardan istifadə olunmuşdur. Onlar başlıca olaraq 
su  hovuzları  və  kəhrizlərdən  ibarətdir.  Hovuzlara  su  qayada  çapılmış 
kanallar  vasitəsilə  gətirilmişdir.  Qayada  relyefə  uyğun  olaraq  qazılan  kiçik 
kanallar  yağmurlu  havada  yağan  yağış  sularının  toplanmasına  imkan  verir. 
Həcmcə  olduqca  böyük  olan  su  hovuzları  qala  sakinlərinin  uzun  müddət 
suya olan təlabatını ödəmişdir.  
  Yusif Küseyir oğlu türbəsi Naxçıvan-Marağa memarlıq məktəbinin 
ən  gözəl  nümunələrindən  biri  olan  bu  türbə  Naxçıvan şəhərində  yerləşir. 
Türbə  yeraltı  və  yerüstü  hissələrdən  ibarət  olub,  hər  iki  hissədə 
səkkizbucaqlı  formada  inşa  edilmişdir.  Türbə  konstruktiv  həllinin 
harmoniyası  və  gözəlliyi  ilə  diqqəti  cəlb  edir.  Türbənin  sərdabəsi  yuxarıda 
yastı olan günbəzlə örtülmüşdür. Türbənin yerüstü hissəsi içəridən çatmatağ 
şəkilli  sferik  günbəzlə  tamamlanır.  Xaricdən  prizmatik gövdəyə  malik olan 
türbə səkkiz üzlü piramidal örtüklə tamamlanmışdır. Həm içəridən, həm də 
xaricdən bişmiş kərpiclə üzlənmişdir. 
Sərdabənin  divarları    ilə  günbəz  arasında  kiçik  çıxıntılar  vardır. 
Sərdabə  günbəzinin  təpəsi  kəsilmiş  səkkizbucaqlı  fiqurla  tamamlanır. 
Türbənin  yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı  deşik, 
onun altında yerləşən sərdabəyə açılır.  
Türbənin  qülləsi  səkkibucaqlı  formasında  olub  künclərdə  qalın 
dayaqlar  şəklində  işlənmiş,  dayaqlar  arasında  dördkünc  formalı  taxçalar 
yaradılmışdır  ki,  bu  da  türbənin  xarici  görünüşünə  özünəməxsus  görkəm 
vermişdir.  Qüllavari  hissənin  bu  tip  konstruktiv  həlli  onun  dayanıqlığını  və 
uzunömürlülüyünü artırmışdır.  
Türbənin  xarici  səthinin  hər  biri  müxtəlif  şəkilli  həndəsi 
ornamentlərlə  bəzədilmişdir.  Bu  ornamentlər  kiçik  kərpiclərdən 
quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin 
üzərində  möhkəmləndirilmişdir.  Quruluşu  etibarı  ilə  türbənin  qərb  tərəfə 
baxan  səthi  fərqli  şəkildə  həll  edilmiş  və  burada  türbənin  giriş  qapısı 
yerləşdirilmişdir.  Çatmatağ  şəkilli  bu  qapının  üzərindəkii  kitabə  bildirir  ki, 
“Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif 
Küseyir oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında 
(miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə 
“Bənna  Əcəmi  Əbubəkir  oğlu  Naxçıvaninin  əməlidir”  şəklində  türbənin 
memarının adı qeyd olunmuşdur.
  
 


 
 
152 
 
 
 
Şəkil 89. Yusif Küseyir oğlu türbəsi. 
 
Yusif Küseyir oğlu türbəsinin dazili səthi bəzədilməmiş, xarici  səthi 
isə kərpicdən  yığılmış  sıx həndəsi  naxışlarla  üzlənmişdir.  Türbənin  səthləri 
ilə piramidal örtüyü arasında yaranan qurşaqda kufi xətti ilə yazılmış kitabə 
yerləşdirilmişdir.  Dekorativliyi  ilə  seçilən  bu  kitabə  zolağı  gövdə  ilə  örtük 
arasında yüngül bir keçid yaradır. Kitabənin hərfləri 20 x 20 x 4 sm ölçülü 
kərpiclərdən  düzəldilmişdir.  Yazılar    friz  müstəvisindən  2  sm  irəli  çıxaraq 
xüsusi effekt yaratmışdır.  
Memar  tağçaların  içərisini  də  naxış  kompozisiyaları  ilə 
yüngülləşdirmiş, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırmışdır.  
Bişmiş  kərpiclə  işlənən  türbənin  xarici  səthlərində  mürəkkəb 
kompozisiyalı  həndəsi  ornamentlərdən  geniş  istifadə  olunsada,  kərpiclərin 
bir  rəngli  olması  onun  görkəminə  sadəlik  vermiş,  aydın  və  təmiz  həndəsi 
biçiminin 
bütövlüyünü 
gücləndirmiş, 
ifadəli 
kolorit 
vermişdir. 
Prizmatik gövdə, piramidal günbəz, girinti-çıxıntıları üzlər, onları tamalayan 
horizontal  friz  bol  kölgə  -  işıq  effekti  yaradaraq  abidənin  baxımlığını 
artırmışdır. 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə