Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

 
 
167 
 
təchizаtının  təmin  еdildiyini  göstərir.  Lаkin  yаğış  sulаrını  yığmаq  üçün 
düzəldilən  hоvuzlаr  su  təchizаtındа  müəyyən  çətinliklər  оlduğunu  göstərir. 
Еhtimаl  ki,  şəhərin  tərk  еdilməsinin  əsаs  səbəblərindən  biri  su  sistеminin 
pоzulmаsı оlmuşdur. Mаddi-mədəniyyət qаlıqlаrının tədqiqi şəhərin əsаsının 
е.ə.  V-IV  əsrlərdə  qоyulduğunu  dеməyə  əsаs  vеrir.  Оrtа  əsrlərdə,  хüsusilə 
ХII-ХIV  əsrlərdə  şəhər  mühüm  ticаrət  və  sənətkаrlıq  mərkəzi  оlmuşdur. 
Tədqiqatlar zamanı  yaşayış  yerindən şirli və şirsiz keramika məmulatı əldə 
edilmişdir.  
 
 
Şəkil 103. Gilan türbəsi. 
Gilan türbələri. Ordubad rayonunda Gilan şəhərinin xarabalıqlarında 
onlarla  türbə  vardır. Türbələr  hazırda  yarımdağılmış vəziyyətdədir.  Onların 
biri  1979-cu  ildə  aşkar  edilmişdir.  Şərti  olaraq  "Gilan  türbəsi"  adlandırılan 
bu  abidə  iri  təpənin  yamacında  yerləşir.  Türbənin  üst  qülləsi  dağılmış, 
sərdabəsi  isə  yaxşı  qalmışdır.  Sərdabənin  planı  daxildə  səkkizbucaqlı, 
xaricdə  isə düzbucaqlıdır. İçərisində  sonradan tikildiyi aydın görünən  və  iç 
quruluşu  ilə  uyuşmayan  alçaq  səki  var.  Gilan  türbəsinin  sərdabəsi 
Azərbaycan  və  qonşu  ölkələrin  Orta  əsr  memarlığında  geniş  yayılmış 
səkkizüzlü  sərdabələrdən  giriş  qapısı  ilə  üzbəüz  dərin  taxçasına  və  örtük 
konstruksiyasına  görə  fərqlənir.  Gilan  sərdabəsində  örtüyün  ortası  iç 
məkanın  mərkəzində  ucalan  göbələkvari,  yuxarıya  doğru genişlənən sütuna 
dayanır.  Sütun  da  planda  səkkizbucaqlıdır.  Buna  bənzər  mərkəzi  dayaq 
sütunu  Azərbaycan  ərazisində  indiyədək  yalnız  iki  abidədən-Marağadakı 


 
 
168 
 
Qırmızı  günbəz  (1148)  və  Naxçıvandakı  Möminə  xatın  (1186)  türbələrinin 
sərdabələrindən bəllidir.  
         
 
        Şəkil 104. Gilan türbəsinin sərdabəsi. 
Gilan  türbəsi  Marağa-Naxçıvan  memarlıq  məkanında  olmasına 
baxmayaraq,  memarlıq  quruluşu,  konstruksiya  baxımından  Şərqi 
Anadolunun  (Türkiyə),  Kemah  qəsəbəsindəki  Menqucuq  Qazi  türbəsinin 
(XII  əsrin  əvvəlləri)  alt  qatı  ilə,  demək  olar  ki,  eynidir.  Hər  iki  sərdabənin 
həcmi  və  hündürlüyü  də  bir-birinə  çox  yaxındır.  Kemahdakı  türbənin  də 
Marağa-Naxçıvan  memarlıq  məktəbi  nümayəndəsi  tərəfindən  tikilməsi 
ehtimal  edilir.  Çünki  həmin  illərdə  Menqucuqların  əsas  tikililərini  iki 
azərbaycanlı  memar  yerinə  yetirirdi.  Onlardan  birinin  -  memar  Əhməd 
Əbubəkr  oğlu  Mərəndinin  Sivasda  ucaltdığı  Keykavus  türbəsi  görünüşcə 
Gilan  və  Kemah  türbələrinə  bənzərdir.  Gilan  sərdabəsi  ətraf  qayalardan 
qopardılmış  lay  daş  parçalarından  tikilmişdir.  İçərisinə  nisbətən  bayır 
üzlərində  daşlar  daha  diqqətlə  yonulmuş,  hörgü  işi  səliqəli  aparılmışdır. 
İnteryerdə tavan və döşəmə büsbütün, eləcə də divarların və mərkəzi dayağın 


 
 
169 
 
hörgü  daşlarının  arası  ağ  məhlulla  suvanmışdır.  Tünd  boz  daşlar  təbii 
biçimləri və codluğu ilə ağ  yerlikdə orijinal dekorativ düzüm əmələ gətirir. 
Bütövlükdə,  sərdabə  interyerinin  ifadəliliyi  biçimlərin  təmiz  həcm 
quruluşuna  əsaslanır,  estetik  tələblərə  uğurla  cavab  verməklə  fəzalı  plastik 
arxitektonikası  ilə  gözəl  təsir  bağışlayır.  Bayırda  sərdabə  qatının  üstündə 
kubvarı  tutumlu  gövdə  ucaldılmışdır.  Uçub  dağılmış  və  indiyədək  kiçicik 
fraqmentləri  qalmış  üst  qüllə  tamamilə  kərpicdən  tikilmiş,  üzləri  kərpicdən 
hörülmüş,  mürəkkəb  həndəsi  naxışlarla  bəzədilmişdir.  Gövdənin  künclərini 
silindrik  kərpic  sütunlar  qapayırmış.  Sütunlardan  birinin  alt  bölümü 
qalmışdır.  Bəzək  işlərində  göy  rəngli  kaşı  lövhələr  də  işlədilmişdir.  Gilan 
türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da, abidənin XII əsrin son 
rübündə inşa edildiyi ehtimal olunur.  
Gülüstan  türbəsi.  XIII  əsr Azərbaycan  memarlığının  ən  maraqlı 
nümunələrindən biri olan Gülüstan türbəsi Culfa şəhəri yaxınlığında yerləşir. 
Naxçıvan memarlıq məktəbinin digər nümunələrindən fərqli olaraq Gülüstan 
türbəsi daşdan inşa olunmuşdur. Qeyd edək ki, daşla inşa olunmuş memarlıq 
abidələri  Naxçıvanda  çoxdur.  Daş  başlıca  olaraq  qalaların  və  körpülərin 
inşasında istifadə olunmuşdu. Görünür bu daşa dekorativ görkəm verməyin 
çətinliyi  ilə  bağlı  olmuşdur.  Lakin  buna  baxmayaraq  Orta  əsr  Naxçıvan 
ustaları  Gülüstan  türbəsinin  timsalında  daş  üzərində  oyma  sənətinin  ən 
mükəmməl  nümunəsini  yarada  bilmişlər.  Üstündə  kitabəsi  qalmadığından 
türbənin  tikilmə  tarixi,  sifarişçisi,  kimin  şərəfinə  tikilməsi  və  memarı 
bilinmir.  Mütəxəssislər  türbəni  üslubi  xüsusiyyətlərinə  görə  XIII  əsrin 
başlanğıcına aid edirlər.   
Gülüstan  türbəsinin  özünəməxsus  xüsusiyyətlərindən  biri  sərdabənin 
yerin üstündə inşa edilməsidir. Ehtimal ki, bu yeraltı suların sərdabəyə daxil 
olmasının qarşısını almaq məqsədilə edilmişdir.  
Əcəmi  yaradıcılığının  bilavasitə  təsiri  ilə  yaranan  bu  abidə 
özünəməxsus  arxitekturası  və  zahiri  ornamentlərinin  orijinallığı  ilə  seçilir. 
Türbə  qırmızı  rəngli  tuf  daşından  inşa  olunmuşdur.  Türbənin  sərdabəsi 
xaricdən kvadratşəkilli, daxildən isə dairəvidir. Sərdabənin girişi düzbucaqlı 
formasınadır.  Türbənin  yuxarı  hissəsinə  keçid  kvadratşəkilli    kürsülükdən 
qoşa  kəsikli  künclər  və  stalaktitlər  vasitəsilə  həll  edilmiş,  nəticədə  on  üzlü 
qülləvari hissənin əsası yaradılmışdır. 
 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə