Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə42/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

 
 
129 
 
еdəcək mədəni səviyyəyə mаlik оlduğunu sübut еdən faktlardan biri də «Iqоr 
pоlku hаqqındа dаstаn»dа olan türk sözləridir.  
Şübhəsiz  ki,  etnoslar  müxtəlif  etnik  qrupların  birləşməsi  nəticəsində 
formalaşmışdı. Onomastik materiallar Erkən Orta əsrlərdə Naxçıvanda hun, 
xəzər,  sabir,  bolqar,  peçenek,  oğuz,  suvar,  xurs  və  onlarla  digər  türkdilli 
tayfaların  Naxçıvanda  məskunlaşdığını  göstərir.  Arxeoloji  və  onomastik 
materialların  araşdırılması  Naxçıvanda  formalaşan  mədəniyyətlərin  qədim 
türkdilli  tayfalar  tərəfindən  yaradıldığını,  bu  tayfaların  regionun  ictimai-
siyasi həyatında mühüm rol oynadığını göstərir.  
 
  
Naxçıvan Sasanilər dövlətinin tərkibində. 226-cı ildə Ərdəşirin şah 
titulu qəbul etməsilə Sasanilər dövlətinin əsası qoyuldu. Naxçıvanın III-VII 
əsrlər  tarixi  Sasanilər  dövləti  ilə  bağlıdır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi, 
Sasani  şahı  I  Şapura  məxsus  kitabədə  Sünik  müstəqil  ölkə  kimi 
xatırlanmışdır. Lakin I Şapurun ölümündən sonra Sasani-Roma müharibələri 
yenidən gücləndi. Bu müharibələr 283-cü ildə romalıların xeyirinə bağlanan 
sazişlə  başa  çatdı.  Bu  dövrdə  digər  şəhərlərlə  birlikdə  Naxçıvan  da 
Sasanilərin hakimiyyəti altından çıxır. Amid döyüşündən sonra 359-cu ildə 
Sasanilərlə  romalılar  arasında  bağlanan  müqaviləyə  görə  Arsax,  Marlar 
ölkəsi [Naxçıvan] və Kaspiana sasanilər tərfindən tutulur.  364-367-ci illərdə 
II  Şapurun  Cənubi  Qafqaza  yürüşü  zamanı  Naxçıvan  yenidən  dağıntılara 
məruz qalır. Erkən Orta əsr mənbələrinin verdiyi məlumata görə II Şapurun 
talançı  yürüşləri  zamanı  səkkiz  şəhər  dağıdılmışdı  ki,  onlardan  biri  də 
Naxçıvan  idi.  Bu  dövrdə  Cənubi  Qafqazın  digər  ölkələri  ilə  birlikdə 
Naxçıvan  da  sasanilər  tərəfindən  talan  və  qarətlərə  məruz  qalır.  Mənbələr 
göstərir  ki,  əsir  edilmiş  əhali  Cənubi  Qafqazın  digər  yerlərindən  İran 
ordugahının  yerləşdiyi  Naxçıvana  gətirilirdi.  Sonda  Naxçıvan  şəhəri  də 
dağıdılıb talan edildi. Əhali sürgün edilib yad ölkələrə aparılırdı. II Şapunun 
istilaları  zamanı  Naxçıvanda  18  min  ailə  əsir  edilmişdi.  İşğal  edilmiş 
şəhərlərin sasanilər tərəfindən verilən siyahısı və Sasani ordularının keçdiyi 
yolların  təsviri  bu  Naxçıvanın  Araz  çayı  üzərində  olan  Naxçıvan  olduğunu 
göstərir.  
Mənbələr  yazır  ki,  bütün  Azərbaycan  və  Naxçıvan  ərazisi  Sasani 
Roma  ordularının  döyüş  meydanına  çevrilmişdir.  Bununla  bərabər  köçəri 
alan  və  hun  tayfaları  da  buraya  gəlirdilər.  Hunlar  tez-tez  yerli  əhalinin 
Sasanilərə  qarşı  mübarizəsinə  müdaxilə  edirdilər.  Romalılar  atəşpərəst 
məbədlərini  dağıdır,  yerində  xristian  kilsələri  tikirdilər.  Roma  ilə  İran 
arasında  bağlanan  387-ci  il  müqaviləsinə  görə  Naxçıvan  Sasanilərin 
tərkibində  qaldı.  Musa  Kalankaytuklunun  Alban  tarixi  əsərində  Sünik 


 
 
130 
 
əhalisinin Sasani şahı II Şapura qarşı mübarizəsi haqqında maraqlı məlumat 
saxlanmışdır. Həmin məlumata görə II Şapur Cənubi Qafqazı işğal etdikdən 
sonra  yerli  hakimlərdən  onların  nəslinin  qədim  olduğunu  təsdiq  edən  kitab 
tələb  etmişdir.  Kitab  təqdim  etməyənlər  rütbə  dərəcəsindən  və  əmlakdan 
məhrum  edilirdi.  Sünik  hakimi  ona  verilən  on  dördüncü  rütbədən  narazı 
qalmış,  buna  görə  də  Sünik  hakimi  Andoka  acıq  edib  şahın  qonaqlığından 
imtina etmişdi. Bundan sonra şaha xəbər verirlər ki, saysız-hesabsız xəzərlər 
Çola  keçidini  aşaraq  hücum  etmişdir.  Onlara  qarşı  vuruşmaq  üçün  şah 
Atropaten  vilayətlərindən,  alban,  gürcü,  iranlı  və  digər  xalqlardan  ordu 
toplayaraq xəzərlərə qarşı çıxmışdı. Lakin Sünik hakimi Andoka İran şahına 
kömək etməmişdi. Sonra o, öz ordusu ilə Mədainə hücum edərək xəzinələri 
qarət  etmiş  və  öz  ölkəsinə  gətirmişdi.  Sünik  əhalisinə  əmr  etmişdir  ki, 
evlərini  yandırıb  ölkədən  qaçsınlar.  Onlar  bütün  sərvətlərini,  daş-qaşlarını 
Şalat məbədində gizlətdilər. Məbədi torpaqla örtüb üzərində təpə düzəltdilər 
və  dağılıb  getdilər.  Musa  Kalankaytuklu  yazır  ki,  “...  O  gündən  etibarən 
Sünikün  adını  heç  kəs  çəkmədi  və  bu  vilayət  25  il  ərzində  əhalisiz  qalıb 
viran  olmuşdu”.  Müharibənin  sonunda  Mədain  xərabələrini  görən  Şapur 
yenidən  Sünikə  hücum  edir,  lakin  heç  bir  şey  əldə  etmir.  Sasani  qoşunları 
altında  Şalat  məbədi  olan  təpənin  üzərinə  çıxanda  şiddətli  zəlzələ  olur  və 
Sasani qoşunları tezliklə ölkəni tərk edirlər. Geri qayıdarkən Sünik əhalisinin 
sığındığı qalaya hücum edirlər,  lakin  qalanı ala  bilmirlər.  Onların  ikinci  və 
üçüncü  yürüşləri  də  uğursuz  olur.  Mühasirə  davam  edərkən  Sünik  hakimi 
Andoka əlverişli vəziyyətdən istifadə edərək qaladan çıxaraq Romaya gedir, 
orada şöhrət qazanır və öz əcəli ilə ölür.  
Bu  zaman  hunların  sasanilərə  qarşı  yeni  yürüşü  başlanır.  Musa 
Kalankaytuklu bu haqda  məlumat verərək yazır ki, “İran ölkəsini qarət edən 
hunlar  ölkəsindən  Honoqur  adlı  birisi  qəlir.  O  şah  Şapurun  yanına  adam 
göndərib dedi: “Bu qırğın kimə lazımdır? Çıx qabağıma üz-üzə  gələk”. Bu 
müraciətin  mətnindən  göründüyü  kimi  sasanilər  türk  əhalisinə  qarşı  qırğın 
törətmişlər.  Mənbənin  verdiyi  məlumata  görə,  Sasani  şahı  II  Şapur  Sünik 
şahzadəsindən, daha doğrusu Andokanın oğlundan hunlara qarşı mübarizədə 
istifadə edir. Oxbatmaz bu güclü sərkərdəni yalnız o məğlub edir. Deyilənə 
görə  II  Şapurun  sarayında  içərisi  küllə  dolu  olan  bir  həvəng  və  dəstək 
varmış. “Onun yanından keçən hər bir adam dəstəklə vurub deməli idi: Qoy 
Sünik  torpağı  varıyla,  dövlətiylə  məhv  olub  bu  külə  dönsün!”.  Andokanın 
oğlu Hun sərkərdəsi ilə döyüşə razı olub İran şahının arzusunu yetirdiyi üçün 
o da oğlanın istəyini yerinə yetirir-həvəngin saraydan çıxarılması əmr edilir. 
Andokanın oğlu Babək bir gün ova çıxarkən təpənin altında gizlənən məbədi 
taır.  Onun  oğlanları  Qor  və  Qazan  öz  dinlərini  ataraq  xristian  olurlar. 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə