31
vaxt lazımdır. Keçid dövrü öz insanlarını, düşüncə və həyat
tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən bi-
rinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir. O demişdir:
«Soruşma ki, Amerika sənin üçün nə edib, soruş ki, sən Ame-
rika üçün nə etmisən?».
Bir də yeni dövrdə hər birimizin iş və əməlində, sözündə
türk şairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır:
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!
Azərbaycanda elmi psixologiyanın yaranması və inkişafı
1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil
oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə
son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb
tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət
dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet
Sosialist
Respublikası
vahid
əmək
məktəblilərinin
Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə
məktəblərdə təlimin ana dilində və pulsuz aparılması,
zəhmətkeş balalarının üzünə açıq olması elan edildi»
(F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nur-
lan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər
açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin
ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.
1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs
deyəcək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil
müəssisəsi – APİ yaradıldı. 1931-ci ildə Azərbaycan Dövlət
Elmi Tədqiqat Pedaqogika İnstitutu, 1936-cı ildə Kirovabad
(Gəncə) Dövlət Pedaqoji İnstitutu təsis edildi.
32
Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan
Demokratik Respublikasının vaxtında – 1919-cu ildə yaradıl-
mışdı. Universitetdə yaradılan kafedralardan biri də psixolo-
giya kafedrası idi. Kafedraya görkəmli alim A.O.Makovelski
rəhbərlik edirdi. Ali məktəblərdə ən böyük çətinliklərdən biri
də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə
bağlı idi. Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə
yaxın olan Krımdan, Kazandan, Türkiyədən yüksək ixtisaslı
müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski,
X.Fikrət, M.Tofiq və başqaları var idi. Onlar həm psixologiya-
dan dərs deyir, həm də milli kadrların hazırlanmasına kömək
edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə
əvəzsizdir.
A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət
Universitetində işə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə
qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə
ADU-da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. O, 1931-ci ildən 1940-cı ilədək
AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə
Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır
və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik
edir. Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının
hazırlanmasında
əvəzsiz
xidmətləri
olmuşdur.
O,
Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi opponenti,
M.Məhərrəmov, M.Abbasov, M.Hacıyev, İ.Seyidov
və
başqalarının elmi rəhbəri olmuşdur.
Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış,
Azərbaycan şair və filosoflarının yaradıcılığının psixoloji təh-
lilini vermişdir.
Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq
kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-
1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn
Komarovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer-
sitetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika
33
ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il
o, professor elmi adı alır. Komarovski ilk elmi məqaləsini
1914-cü ildə, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa ma-
lik olan Komarovski «Psixologiya cədvəlləri» (1923),
«Uşaqlığın sosiologiyası» (1921), «Təkrarlama metoduna dair»
(1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.
Azərbaycanda psixologiya elminin digər tanınmış bir
nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988). O, respub-
likamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun
Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil
etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müxtəlif istiqa-
mətli tədqiqatlar aparılmışdır.
F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına
APİ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur.
F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə
bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır. Onun
tədqiqatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir
sıra ölkələrində rəğbətlə qarşılanmışdır. O, ana dili və rus
dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq
etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumit-
tifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda ola-
raq yüksək dəyərləndirilmişdir. Onun «İkidillilik, onun forması
və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili
təliminin psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının
seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq
inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan
hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında,
psixoloji fikrin inkişafı və təşəkkülündə Əhməd Kərədi
Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci
ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş,
1922-1960-cı illərdə V.İ.Lenin adına APİ-də dərs demiş,
müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir.
Dostları ilə paylaş: |