Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə100/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   191

346

alınması da zəruridir.



Affektlər.  Affektlər surətlə yaranan,  qüvvətli,  nisbətən

tez keçib gedən emosional hallardır.  Affektlər insanı tez

bürüyən,  sürətlə ötüb keçən,  iradi nəzarətin pozulması ilə

səciyyələnən emosional prosesdir.  Bu zaman insan keçirdiyi

qorxu,  hiddət,  qəzəb və s.  hisslərə güclü şəkildə qapılır.

Adətən,  insana qarşı ədalətsiz,  normalara uyğun gəlməyən, 

mənliyə toxunan hərəkətlər onu bir anda,  sürətlə özündən

çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur.  İnsan

bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır.  Onun

bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji

affekt adlanan bu hal tez də keçib gedə bilir.

Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) –

insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fi-

ziki,  zehni işlər görərkən,  eləcə də təhlükə zamanı təcili və

məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısındaqaldıqda

keçirdiyi psixi vəziyyətdir.  Mahiyyətcə stress – insanın keçir-

diyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin

emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. 

Belə ki,  stress halı bəzi vaxtlarda insanın məqsədyönlü

fəaliyyətinə pozucu təsir göstərir,  bəzən isə    əksinə qüvvə və

enerjini artırır,  fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, 

çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. 

Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi

adaptasiya sindromu»  adlandırmış və onun üç mərhələdən

ibarət olduğunu göstərmişdir: 1. həyəcanlanma. 2. müqavimət. 

3.  əldən düşmə və üzülmə.  H.Selye stressi – hər hansı

fövqaladə təsirə qarşı qeyri – spesifik müdafiə reaksiyası

adlandırmışdır.  Deməli psixi proseslərin diqqətin,  qavrayışın, 

hafizənin,  təfəkkürün gedişinə dolaşıqlıq yaradan psixi

vəziyyəti distress    adlandırmaq olar.  Uzunmüddətli distress

vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt,  beyin insultu, 

keçəllik, diş tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji

stress emosional və informasion stressə bölünür.  Emosional




347

stress təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir. Belə

olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu

dəyişiklik təzahür edir.  İnformasion stress isə informasiya

gününün həddən ziyadə çoxluğu nəticəsində tapşırığın

öhdəsindən gələ bilməkdə özünü göstərir.

Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, 

yaradıcılıq müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində

yaranan müsbət gərginlik vəziyyətidir.  Eustress – əmək

fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini

gücləndirir.    

Frustrasiya. Frustrasifa - (latınca frustrasio – aldanma, 

nahaq gözləmə,  əhval pozuntuluğu) –    insanın düşdüyü psixi

vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik

törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində

keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini

daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq: 



İmatahan olduğu üçün,  gecə saat 3-ə qədər yatmayıb

suallara

hazrlaşmısınız.  Gec

yatdığınıza

görə,  otaq

yoldaşınızın    da nə vaxt oyandığını və evdən çıxdığını da

bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan

halda,  imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib

tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan

kimi universitetin yanından ötən avtobusun elə indicə

uzaqlaşdığını

görürsünüz.  İmtahana

gecikməmək

üçün

universitetə qismən yaxın gedən başqa avtobusla getməyə

qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu

olduğu üçün sizi götürmək üçün saxlamırlar.  Artıq sınağa

yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda

tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə

məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın

sizin maşınla toqquşur.  Sürücü maşını yolun kənarında sax-

layaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda

siz həyəcanla saata baxıb imtahana 8  dəqiqə qaldığını

görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisi-


348

nin gəlməsini gözləyir.  Sürücünün haqqını ödəyib,  qalan yolu

piyada getməyə məcbur olursunuz.  Auditoriyaya girəndə

müəllimin sizi soruşduğunu eşidirsiniz.  Bileti çəkib əyləşəndə, 

qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə

başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə

yoldaşınızdan qələm istəyirsiniz.

Yuxarıda göstərdiyimiz misalda, tələbənin düşdüyü psixi

vəziyyət onun keçirdiyi emosional hal,  frustrasiya halıdır.  Bu

cür halı, psixi vəziyyəti elə dilimizdə işlədilən əngəllənmə sözü

ilə ifadə etmək olar.  Onda frustrasiyanı,  əngəllənmə duyğusu, 

hissi kimi xarakterizə etmək olar.



Beləliklə,  insanın qarşısına qoyduğu məqsədə nail

olmasına,  onu əldə etməsinə real və xəyali surətdə əngəllər

törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi

hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Başqa sözlə

frustasiya insanın hər hansı bir uğursuzluğa,  itgiyə əlacsızlıq

hissi, bihadə sərf olunan cəhdlə müşayət olunan mənfi – emo-

sional təəssüratıdır.

Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunma-

maq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ

gəlir.  Frustrasiya özünü itirmək,  qəzəb aqressiya,  küskünlük, 

həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – fru-

strasiya halətinin katalizatorudur.  Həyəcan – mövcud

vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə

ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi

bir durumda olmaqdan qorunmasına yönəldir. 

Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan pro-

sesdir.  Yuxarıda,  imtahana gecikən tələbənin həm həyəcan, 

həm də frustrasiya halətinə düşməsi bunu  sübut edir.

İmtahandan müvəffəqiyyət qazanıb-qazanmamasını dü-

şünərkən həyəcanlanan tələbə,  onu oyatmadığı üçün otaq

yoldaşına,  saatı qurmadığı və qələmi unutduğu üçün özünə

hirslənir,  acığı tutur.  Frustrasiya şəraitində narazılıq səviyyəsi

üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə