352
bəslənən müsbət və ya mənfi münasibətlərin əks etdirilməsidir.
İnsanın münasibəti onun şüuru ilə tənzim olunur. Odur ki, gənc
nəslin tərbiyəsi işində əxlaqi şüurun inkişaf etdirilməsi ön pla-
na çəkilməlidir. Çünki, özünüdərketmənin kökləri şüurla,
əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik şüuru
da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı
əlaqədə daha səmərəli inkişaf edir.
İntellektual (zehni) hisslər – insanın zehni (idrak)
fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı
ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və
davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir.
Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yeni-
lik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə
əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk
etməyə yönəldən mürəkkəb hisslərdir. Təlim prosesində elmi
axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına
insan fəaliyyəti daha da səmərəli olur. Zehni hisslərin təsiri
nəticəsində insan ətraf aləmin sirlərinə, həll etməli olduğu
problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll
edir. Ümumən insanın idrak fəaliyyətinin səmərəliliyi, başqa
psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir.
Azərbaycan xalqın müqtədir oğlu, fəlsəfi-romantik
şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər
şeyə şübhə ilə yanaş! – Budur həqiqətin meyarı» fəlsəfi kredo-
su ilə səsləşir:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli – hikmətin babası,
Şübhə artarsa həm yəqin artar,
Mərifət nuri şübhədən parlar.
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilsin haqqü batil, xeyrü şər.
İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət
təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental
353
əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim
prosesində şagirdin idrak fəaliyyətini, onun intellektual
hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yo-
lu ilə gücləndirməlidir. Bu cür fəallıq nəticə etibarı ilə
təfəkkürün, ağlın inkişafına xidmət edəcəkdir. Yeni pedaqoji
təfəkkür, təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması,
interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə,
şagird təfəkkürünün emosional cəhətdən, zehni hisslərin
köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixope-
daqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf
etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil
etməlidir.
Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf
aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan
yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə
də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət
mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi
və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ic-
timai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən bi-
rinci estetik zövq mənbəi elə insanın özüdür.
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir
göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə
çalışırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturap-
sixoterapiyada
musiqi,
incəsənət
əsərləri
və
təbiət
gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli
estetik hisslər insan şəxsiyyətinin həm mənəvi, həm də psixi
sağlamlığının əsas şərtini təşkil edir. Vaxtılə Aristotel incəsənət
əsərlərinin qavranılmasının insanın psixoloji və fizioloji
vəziyyətinə müsbət təsirini qeyd etmiş və bu halı «təmizlənmə»
(katarsis) adlandırmışdır.
Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə
orqanizmin funksiyasını aktivləşdirir, bədəni gümrah edir.
Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. este-
tik hisslər hesab olunur. İnsan hisslərin köməyi ilə ətrafda baş
354
verən hadisələrə münasibətini bildirir, başqaları ilə qarşılıqlı
münasibətini
tənzimləyir, həm
də
özünün
psixoloji
sağlamlığını təmin etməyə cəhd göstərir. İnsanın estetik
hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüşü və
yaşadığı sosial mühit də təsir göstərir.
Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emo-
sional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm
müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir.
Fəaliyyət prosesində, sərf edilmiş sayda yaranan razılıq və ya
narazılıq duyğusu praksis hisslər adlanır. İnsan fəaliyyətinin
hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı
fəaliyyət
prosesində
qarşıya
çıxan
maneələri
aradan
qaldırdıqca, işin uğurla yerinə yetirilməsindən alınan razılıq
hissi praksis hisslərə aiddir. Dərs zamanı qarşılıqlı əlaqənin
yaranması, izah olunan məsələnin şagirdlər tərəfindən aydın
başa düşüldüyünü gördükdə, eləcə də pedaqoji refleksiyaya
müraciət edərkən keçirilən dərsdə məqsədə nail olunması ilə
bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur.
Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı ola-
raq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş
qaldıran hisslər praksis hisslər adlanır. Fəaliyyətin, işin
mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi
hallarda işin gedişi ilə bağlı, bəzi hallarda isə fəaliyyətin
nəticəsi ilə bağlı olur. Çətin tapşırığın, məsələnin düzgün
həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi prak-
sis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə
bağlı uğursuz axtarışlardan yaranan həyəcan, gərginlik,
məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.
Beləliklə, insanın şəxsiyyət kimi psixoloji portretinin
mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuş
halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi
aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali
hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin
Dostları ilə paylaş: |