355
tərbiyəsi işinin mühüm tərəflərindəndir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Hisslər nəyə deyilir?
2. Hisslər duyğulardan nə ilə fərqlənir?
3. Hisslərin obyekti və subyekti nədən ibarətdir?
4. Hisslərlə emosiyaların oxşarlıq və fərqini şərh
edin.
5. Hisslər insanın idrak fəaliyyətində nə kimi rol
oynayır?
6. Hisslərin xarici ifadəsi özünü nələrdə göstərir?
7. Hisslərin əsas keyfiyyətlərini xarakterizə edin.
8. Hisslərin fizioloji əsasları barədə danışın.
9. Hisslərin hansı funksiyaları vardır? Onları
şərh edin.
10. Hisslərin keçirilmə formaları hansılardır?
Onları şərh edin.
11. Ali hisslər hansılardır? Onların hər biri
haqqında ayrılıqda danışın.
Referat, məruzə və müstəqil tədqiqatlar üçün
mövzular
1. Hiss və emosiyalar psixoloji problem kimi.
2. Hisslərin ekspresiyası.
3. Hisslərin başqa idrak prosesləri ilə qarşılıqlı
təsiri.
4. Ali hisslər və onların insan şəxsiyyətinə təsiri.
Ədəbiyyat
1. Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya 2-
ci nəşri. - Bakı 2002.
2. Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər.
356
Psixopedaqoji məsələlər. – Bakı,2006, səh. 252-337.
3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin
psixoloji problemləri. Bakı 1998
4. Əliyev R.İ. Psixologiya. - Bakı 2003.
5. İzard K. Psixoloqiə emoüii. Moskva 2001.
6. Nemov R.S. Psixoloqiə. Kniqa 1. - Moskva.,
1898.
7. Qranovskaə R.M. Elementı praktiçeskoy
psixoloqii. - SPb. 1997.
8. Mayers D. Psixoloqiə – Minsk, 2001, s. 530-
563
9. Reykovskiy Ə. Gksperimentalğnaə psixoloqiə
gmoüii. – M., 1979.
10. Selğe Q. Stress bez distressa Moskva 1979
357
14-cü FƏSİL
İRADƏ
Qısa xülasə
İradə haqqında anlayış. İradi iş. İradi iş ixtiyari işin xüsusi
növü kimi. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyek-
tin öz fəaliyyət və davranışı zamanı rast gəldiyi çətinlikləri aradan
qaldırma prosesi kimi. Daxili və xarici maneələr və iradi iş zamanı
onların aradan qaldırılması. İradi işin funksiyaları.
İradi işin quruluşu. Sadə və mürəkkəb iradi iş. İradi işin
mərhələləri.
Şəxsiyyətin iradi keyfiyyətləri. İlkin iradi keyfiyyətlər: iradi
güc, təkidlilik. İkinci və ya törəmə iradi keyfiyyətlər: qətiyyətlilik,
cəsarət, özünü ələ almaq, inam. Üçüncü iradi keyfiyyətlər:
məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi qüsurlar: təqlidçilik, təlqinə qapılmaq, qorxaqlıq, neqa-
tivizm, tərslik.
IV.14.1. İradə haqqında anlayış
İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və
işləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ix-
tiyari şəkildə baş verir.
Qeyri-ixtiyari hərəkətlər düşünülmüş, şüurlu şəkildə
deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk
edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər
adətən impulsiv xarakter daşıyır. Onların dəqiq planı olmur.
Psixologiyada
qeyri-ixtiyari
hərəkətlərə
insanın
qorxu,
çaşqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid
edirlər.
İxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədəyönəlmiş
hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirərkən insan öz
məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları
358
əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter
daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri aradan
qaldırmalı olur.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin
öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri,
maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı insan iki cür maneələri aradan qaldırmalı
olur: daxili (subyektiv) və xarici (obyektiv) maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail
olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər.
Məsələn, şagird sabah müəllimə cavab vermək üçün
hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan
baxmaq arzusunda olduğu bir filmi nümayiş etdirəcəklərini
eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə
hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.
Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail
olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan
maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq
məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz
məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək
dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz
məqsədinə nail olur.
Mətin iradəli adamlar qarşılarına qoyduqları məqsədə
nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.
İradə – ali psixi funksiya kimi, insanın həyatı prosesində
formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə
mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk
növbədə nitqin köməyi ilə təşəkkül tapır.
İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri
qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə
görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın
iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə
qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə –
psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz
Dostları ilə paylaş: |